ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010



Yüklə 4,58 Mb.
səhifə29/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   23   24   25   26   27   28   29   30   31

Dərəçiçək mahalı üzrə

Sayı

kəndlər

Azəri türkü

Ermənilər

ailənin sayı

adamın sayı

ailənin sayı

adamın sayı

kişi

qadın

yekun

kişi

qadın

yekun

1

Alapars

21

100

82

182

-

-

-

-

2

Rövzanlar

5

8

7

15

-

-

-

-

3

Gümüş

9

29

19

48

-

-

-

-

4

Arzakyan

5

22

11

33

34

92

81

173

5

Dəllər

33

99

82

181

-

-

-

-

6

Qabar Əli

5

10

12

22

-

-

-

-

7

Bidni

40

128

104

132

24

69

62

131

8

Sollak

21

52

42

94

-

-

-

-

9

Qaxsı

-

-

-

-

-

-

-

-

10

Ağpara

-

-

-

-

-

-

-

-

11

Makravəng

-

-

-

-

-

-

-

-

12

Aşağı Axta

-

-

-

-

-

-

-

-

13

Yuxarı Axta

-

-

-

-

-

-

-

-

14

Gərnigöy

-

-

-

-

-

-

-

-

15

Rəndəmal

-

-

-

-

-

-

-

-

16

Zəncirli

-

-

-

-

-

-

-

-

17

Fərrux

-

-

-

-

-

-

-

-

18

Babakişi

-

-

-

-

-

-

-

-

19

Dəlipaşa

13

44

32

76

-

-

-

-

20

Sərincan

8

22

21

43

-

-

-

-

21

Tayçarıx

-

-

-

-

-

-

-

-

22

Qorçulu

14

45

37

82

-

-

-

-

23

Çopur Əli

7

16

12

28

-

-

-

-

24

Dədəqışlaq

5

12

11

23

-

-

-

-

25

Təkyəlik

7

24

17

41

-

-

-

-

26

Üləşik

12

36

30

66

-

-

-

-

27

Qaraqala

13

37

39

76

-

-

-

-

28

Qoruqgüney

12

22

18

40

-

-

-

-

29

Yaycı

-

-

-

-

-

-

-

-

30

Tutmaşen

-

-

-

-

-

-

-

-

31

Çaxkünc

4

12

6

18

13

56

46

102

32

Şahris

-

-

-

-

-

-

-

-

33

Çerçer

-

-

-

-

-

-

-

-

34

Böyük Ördəkli

-

-

-

-

-

-

-

-

35

Homadzor

-

-

-

-

20

79

63

142

36

Çaxmaberd

-

-

-

-

-

-

-

-

37

Çubuxlu

-

-

-

-

-

-

-

-

38

Yekun

231

718

582

1300

92

298

254

552

Göyçə mahalı üzrə

Sayı

kəndlər

Azəri türkü

Ermənilər

ailənin sayı

adamın sayı

ailənin sayı

adamın sayı

kişi

qadın

yekun

kişi

qadın

yekun

1

Bəyli Hüseyn

5

14

12

26

-

-

-

-

2

Zeynalağalı

10

27

18

45

-

-

-

-

3

Rəhmankəndi

8

16

12

28

-

-

-

-

4

Ağqala

7

21

18

39

-

-

-

-

5

Ağrıvəng

12

41

24

65

-

-

-

-

6

Qızılcıq və yaxud Əbdülkəndi

19

68

40

108

-

-

-

-

7

Horadüz

-

-

-

-

-

-

-

-

8

Qışlaq

-

-

-

-

-

-

-

-

9

Kəvər

-

-

-

-

-

-

-

-

10

Qul Əli

-

-

-

-

-

-

-

-

11

Kosa Məhəmməd və yaxud Gəncək

-

-

-

-

-

-

-

-

12

Paşakəndi

-

-

-

-

-

-

-

-

13

Dəliqardaş

-

-

-

-

-

-

-

-

14

Güzəcik

-

-

-

-

-

-

-

-

15

Başkənd

-

-

-

-

-

-

--

-

16

Heyranıs

-

-

-

-

13

47

34

81

17

Atamxan

-

-

-

-

-

-

-

-

18

Vəli Ağalı

-

-

-

-

-

-

-

-

19

Təzəkənd

-

-

-

-

-

-

-

-

20

Dəlikdaş

-

-

-

-

-

-

-

-

21

Gülkəndi

-

-

-

-

-

-

-

-

22

Aşağı Adyaman

-

-

-

-

-

-

-

-

23

Yuxarı Adyaman

-

-

-

-

-

-

-

-

24

Əbdülağalı

-

-

-

-

-

-

-

-

25

Gözəldərə

-

-

-

-

-

-

-

-

26

Ağqırıq

-

-

-

-

-

-

-

-

27

Yuxarı Qaranlıq

-

-

-

-

-

-

-

-

28

Aşağı Qaranlıq

-

-

-

-

-

-

-

-

29

Zolağac

-

-

-

-

-

-

-

-

30

Kolanıqıran

-

-

-

-

-

-

-

-

31

Alçalı

16

54

45

99

-

-

-

-

32

Qarasaqqal qışlağı

2

5

5

10

-

-

-

-

33

Yarpızlı

19

62

59

121

-

-

-

-

34

Zağalı

17

56

42

98

-

-

-

-

35

Qızılbulaq

36

117

95

212

-

-

-

-

36

Qırxbulaq

39

133

114

247

-

-

-

-

37

Qanlı Allaxverdi

16

49

50

99

-

-

-

-

38

Basarkeçər

31

91

87

178

-

-

-

-

39

Qoşabulaq

16

60

57

117

-

-

-

-

40

Aşağı Köylü və yaxud Salman kəndi

29

85

79

164

-

-

-

-

41

Baş Köylü

15

46

29

75

-

-

-

-

42

Ellicə

71

215

164

379

-

-

-

-

43

Daşkəndi

69

188

169

357

-

-

-

-

44

Daş Köylü

25

68

56

124

-

-

-

-

45

Tatlıqışlağı

29

81

67

148

-

-

-

-

46

Zərzibil

41

119

83

202

2

5

4

9

47

Zod

44

145

100

245

-

-

-

-

48

Ağyoxud

36

114

78

192

-

-

-

-

49

Oğrunca

30

124

83

207

-

-

-

-

50

Böyük Məzrə

49

150

143

293

-

-

-

-

51

Kiçik Məzrə

39

130

97

227

-

-

-

-

52

Kəsəmən

31

94

72

166

-

-

-

-

53

Şişqaya

51

141

110

251

-

-

-

-

54

Çil

45

159

106

265

-

-

-

-

55

Ardanış

20

67

52

119

-

-

-

-

56

Adatəpə

22

82

47

129

-

-

-

-

57

Şor Əli

24

86

54

140

-

-

-

-

58

Ağbulaq

26

79

57

136

-

-

-

-

59

Toxluca

50

177

119

296

-

-

-

-




Yekun

999

3164

2443

5607

15

52

38

90

Mahallar üzrə kəndlər və kənd əhalisinin sayı göstərilmiş bu cədvəllərdə həmçinin əksəriyyətində əvvəllər yerli azəri əhalisinin yaşadığı və məlum səbəblər üzündən boş qalmış kəndlər də qeydə alınmışdı. Bunlar Qırxbulaq mahalında 12, Zəngibasar mahalında 3, Gərnibasar mahalında 7, Sürməli mahalında 15, Talın mahalında 8, Sərdarabad mahalında 11, Körpübasar mahalında 6, Abaran mahalında 38 ( burada 1 kənddə bir erməni ailəsi qalmışdı), Dərəçiçək mahalında 18 (burada 1 kənddə 20 ailənin yaşadığı 1 erməni kəndi qalmışdı), Göyçə mahalında isə 24 kənd idı. Bütünlüklə mahallar üzrə qeydə alınmış kəndlərdən 142-i boş idi. Kameral siyahıyaalınmda diqqəti cəlb edən kəndlərin böyük əksəriyyətində 1,2,3 və s. ailənin qeydə alınmasıdır. Cədvəldə yalnız oturaq həyat tərzi keçirən azəri, erməni və qaraçı ailələri göstərilmişdi. Lakin işğaldan sonra Rusiya hakim dairələri mahalların boş qalmış kəndlərinə İran və Osmanlı ərazisindən köçürülən erməni ailələrini yerləşdirmişdi.



İrəvan xanlığında həmçinin yaylaq-qışlaq həyatı keçirən əhali də yaşayırdı. İ.Şopenin yazdığına görə, xanlıq dövründə 2984 kürd elat ailəsi köçəri maldarlıqla məşğul olmuşdu. Lakin işğaldan sonra İrəvan ərazisində onların cəmi 847 ailəsi qalmışdı. Onların çoxu Cənubi Azərbaycana və Osmanlı dövlətinə qaçmışdılar (415,541). Kürdlər əsasən Göyçə və Sürməli mahallarında qışlayır və Ağrıdağ vadisində köçəri həyat keçirirdilər (415, 528-529). Köçmə maldarlıqla məşğul olan azəri türk elatları da xanlıq ərazisində qeydə alınmışdı. Bütün elatların say dinamikası və etnik tərkibi aşağıdakı 5.3 cədvəldə göstərilir:
cədvəl 5.3




Elatlar

Şiələr

Sünnülər

Yezidi

ailə

Adamın sayı

ailə

Adamın sayı

ailə

Adamın sayı

kişi

qadın

yekun

kişi

qadın

yekun

kişi

qadın

yekun

1

Böyük Çoban Qara

146

519

432

951

























2

Saraşlı

90

289

252

541

























3

Dəmirçili

29

118

102

220

























4

Kərimbəyli

55

199

158

357

























5

Qafarlı

98

333

319

652

























6

Şeyxlər

34

116

116

232

























7

Qarabağlı

11

35

32

67

























8

Cəfərli

16

43

39

82

























9

Əli Şərurlu

12

43

32

75

























10

Gödəkli

24

81

77

158

























11

Qarapapaq

3

8

9

17

























12

Cam-milli

10

37

28

65

























13

Taşanlı

22

55

55

62

























14

Biryuk













260

620

602

1222













15

Çal Əli













359

888

861

1749













16

Radikyanlı













72

226

197

423













17

Əzizyanlı













19

38

42

80













18

Şeyxbizanlı













7

16

16

32













19

Gölturi













5

16

22

38













20

Qaraçorlu













20

67

73

140













21

Dilxeyranlı













10

33

30

63













22

Banuk













14

33

24

57













23

Qaraçı

14

33

29

62

14

39

50

89













24

Asni

























67

180

144

324




Yekun

564

1909

1684

3596

780

1976

1917

3893

67

180

144

324

Cədvəldən göründüyü kimi burada 13 azəri türk, 10 kürd və 1 qaraçı elatları var idi. Bu elatlar 1411 ailə və yaxud 7813 nəfərdən ibarət idi (415,631-634).

Beləliklə, kameral siyahıyaalınmada keçmiş İrəvan xanlığında 14205 ailə qeydə alınmışdır. Bunlar etnik tərkibinə görə, 9746 azəri türk ailəsi və yaxud 53409 nəfər, 3452 erməni ailəsi və yaxud 19878 nəfər, 847 kürd ailəsi və yaxud 4217 nəfər, 60 qaraçı ailəsi və yaxud 257 nəfər idi. Ümumiyyətlə bütün xanlığın yerli əhalisi 77761 nəfərdən ibarət olmuşdu. Bu işğaldan sonra hesablanan əhalinin sayı idi. Lakin kameral təsvirdə İrəvan xanlığı işğal olunmamışdan əvvəl burada 16.384 ailənin yaşadığı göstərilmişdi. 1829-1832-ci il məlumatı əhalinin 2179 ailəyə qədər (10895 nəfər) azaldığını göstərir.

Əgər XIX əsrin əvvəllərindən başlayan Rusiya-İran müharibələri zamanı əhalinin xanlıqdan didərgün düşdüyünü nəzərə alsaq, onda siyahıyaalınmada yerli əhalinin say dinamikası və etnik mənzərəsinin düzgün əks etdirilmədiyi qənaətinə gəlmək olar. Hərbi əməliyyatlar nəticəsində dinc sakinlərin bir hissəsi qırılmış, bir hissəsi isə yaşayış yerlərini tərk edərək qonşu ölkələrə köçmüşdü. Müharibələrdən müsəlman əhalisi, xüsusilə, azəri türkləri böyük əziyyət çəkmişdi. Erməni əsilli ingilis tarixçisi D.Bornatyan əsərində göstərir ki, rus işğalından sonra 25.000 müsəlman İrəvan xanlığını tərk edərək qonşu ölkələrə qaçmışdı (123,125). Onun verdiyi bu məlumat əhəmiyyətli olsa da, bizə elə gəlir ki, xanlığın müsəlman əhalisinin itkisi daha çox olmuşdu. 1829-1832-ci illərdə tərtib edilmiş kameral təsviri nəzərdən keçirsək bunun şahidi olarıq. Məsələn, siyahıyaalınmada tamamilə dağıdılmış 310 və yerli əhalinin tərk etdiyi 142 boş kənd göstərilmişdi. Nəticədə, İrəvan xanlığına məxsus 820 kənddən 462-də azəri türklərinin yaşadığı yerli əhali qeydə alınmamışdı. Əgər orta hesabla hər kənddə 20 ailənin və yaxud 100 nəfərin yaşadığını nəzərə alsaq, bu 46200 nəfər oturaq əhali edir. Bundan əlavə, maldarlıqla məşğul olaraq yaylaq-qışlaq həyatı keçirən kürdlərə məxsus 2137 elat ailəsi və yaxud 10685 nəfər də İrəvan xanlığını tərk edərək Cənubi Azərbaycana və Osmanlı ərazisinə köçmüşdü. Kameral siyahıyaalınmaya görə, müharibələrlə və kütləvi xəstəliklərlə əlaqədar olaraq ölən və qonşu ölkələrə emiqrasiya edən İrəvanın müsəlman əhalinin sayı təxminən 56885 nəfərdən ibarət olmuşdu. Digər tərəfdən, İrəvan xanlığının mahallarından olan və müharibələr nəticəsində ondan qopardılaraq sultanlığa çevrilən Pəmbək, Şuragöl və Maku mahallarının əhalisi bu statistikaya daxil edilməmişdi.

Beləliklə, 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmaya əsasən, Rusiya-İran müharibələrindən əvvəl İrəvan xanlığının əhalisi 22964 ailə və yaxud 134646 nəfərdən ibarət olmuşdu. Bunlardan 16438 azəri türk ailəsi (99.609 nəfər), 3496 erməni ailəsi (19878 nəfər), 2984 kürd ailəsi (14902 nəfər), 46 qaraçı ailəsi (257 nəfər) idi.

İşğaldan sonra Cənubi Azərbaycandan və Osmanlı dövlətindən ermənilərin kütləvi surətdə köçürülməsi keçmiş İrəvan xanlığında demoqrafik dəyişikliklərə səbəb olmuşdu. Müqayisə üçün 1836-cü ilə aid bir məlumatı misal göstərməklə bunun bir daha şahidi olarıq. Məlumata görə, həmin ildə İrəvan şəhərində 2750 ev göstərilmişdi. Ümumilikdə 5.900 şəhər əhalisi qeydə alınmışdı. Bundan 3.752 nəfəri azəri türkü, 2148 nəfəri isə erməni idi. 1829-1832-ci illər kameral siyahıyaalınmadan keçən dörd il ərzində şəhər əhalisi kəskin surətdə aşağı düşmüşdü. Əgər 1829-1832-ci illər kameral təsvirdə azəri türklərinin şəhərdə sayı 7331 nəfər idisə, 1836-cü ildə bu rəqəm 3752-i nəfərə enmişdi. Təbii ki, bu ermənilərin dəstək aldığı çar icra orqanlarının müsəlmanlara, xüsusilə azəri türklərinə qarşı yeritdikləri siyasətlə bağlı idi. Lakin buna baxmayaraq, şəhərdə azəri türkləri yenə də üstünlük təşkil edirdi. Kənd əhalisinə gəldikdə isə 1836-cı ildə keçmiş xanlığın ərazisində 508 kənd və bu kəndlərdə 19586 həyət qeydə alınmışdı. Bu həyətlərdə etnik cəhətdən 26.941 nəfər azəri türkü, 32.457 nəfər erməni yaşayırdı. Bütün kənd əhalisinin ümumi sayı 59.398 nəfərdən ibarət olmuşdu. Bütövlükdə şəhər və kənddə 22.336 həyət və 65.298 nəfər qeydə alınmışdı (201, c.4, səh.365). Nəticədən görünür ki, erməni əhalisi köçürülmə nəticəsində artmışdı.


5.3 Əhalinin sosial-silki quruluşu

Azərbaycanın digər xanlıqlarında olduğu kimi İrəvan xanlığının əhalisi də sosial tərkibinə görə üç qrupa bölünür: 1) imtiyazlı ali təbəqə; 2) din xadimləri və 3) vergiverənlər.

Birinci təbəqəyə xan (və yaxud sərdar), bəylər, sultanlar, məliklər və ağalar daxil idi (415,688-690). İmtiyazlı ali təbəqənin başında mütləq hakimiyyətə malik xan dururdu. Azərbaycanın digər xanlıqlarından fərqli olaraq İrəvan xanlığında xan adı daşıyanlar iki qismə bölünürdü: Birincisi, xanlığın başında duran mütləq hakim idi. Yuxarıdakı fəsildə xan haqqında ətraflı bəhs edilmiş və onların hakimiyyət üsuli-idarəsi təsvir edilmişdir. Xan mütləq hakim olmaqla bərabər, iri torpaq sahələrinə yiyələndiyindən və ticarətə sərmayə qoyduğuna görə, həm də iri mülkədar hesab olunurdu. İkinci qismə Səfəvi şahları tərəfindən «xan» fəxri adı verilmiş xüsusi şəxslər daxil idi. Bu «xanlar» hakim olmasalar da böyük imtiyaz sahibləri idilər. Lakin onlar varislik hüququna malik deyildilər (75,136; 184,137).

Xandan sonra ali silkin növbəti pilləsində bəylər dururdu. A.Bakıxanov yazır ki, «bəy monqol dilində əmr edən, hökm edən deməkdir…, bəy əmr edən hər hansı şəxsə verilən ümumi addır» (75,137). Bəy rütbəsini ali silk nümayəndələrindən olan xanın övladları, qohumları, onların varisləri və həmçinin xidmətinə və ləyaqətinə görə layiq görülmüş şəxslər daşıyırdı (75,137; 157,389). Bəylər bir neçə qrupa bölünürdü. Bəzi mənbəyə görə bəylər irsi bəy rütbəsi alan və müvəqqəti bəy rütbəsi verilənlərdən ibarət idi (75,137; 184,102-103). Lakin İrəvan xanlığından bəhs edən başqa bir mənbədə bəylərin üç qrupa bölünündüyü göstərilir. Birinci qrupa irsi bəylər daxil idi. Səfəvi şahlarının xüsusi fərmanı əsasında bəy rütbəsi almışların nəslindən olanlar irsi bəylər adlanırdı. Onlar xüsusi mülkiyyət sahibi idilər və bəylik onlar üçün irsi xarakter daşıyırdı. İrsi bəylər xana qulluq etməyə borclu deyildilər, lakin bəzi hallarda gəlirlərinin bir hissəsini xəzinəyə verməli idilər. Xalq arasında böyük hörmət sahibi olduqlarından, xanlar onlara ehtiyatla yanaşırdı. İrsi bəylərə məxsus kəndlərin inzibati və hüquqi hakimiyyəti də onların əlində cəmləşmişdi (184,102; 397,2-3). Lakin İrəvan xanları hər vasitə ilə irsi bəylərin nüfuzunu qırmağa çalışırdı (184,103). Bu xüsusilə sonuncu sərdar Hüseynqulu xanın dövrünə aid idi. O, bəylərə məxsus kəndləri və onlardan gələn gəlirləri hesaba alaraq bu kəndlərin bəzisini ayrı-ayrı şəxslərə tiyul kimi paylayırdı. Məsələn, Hüseynqulu xan irsi bəylərdən Hümmət bəyə, Rəsul bəyə, Kərim bəyə və Mehdi bəyə məxsus kənlərin bir və ya ikisini tiyul şəkilində başqasına vermişdi (415,929).



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin