3.2. Heyd
ər Əliyev və Naxçıvanda mədəniyyətin
inkişafı
B
əşər sivilizasiyasının ilkin məskənlərindən biri
kimi tanınan Azərbaycanın mədəni cəhətdən inkişafı,
bütövlükd
ə milli mədəniyyətin tarixi kökləri çox
q
ədimlərə gedib çıxır. Qədim tarixə, zəngin mədəniyyətə
162
malik olan Az
ərbaycan, o cümlədən onun Naxçıvan diyarı
əsrlərdən bəri Şərqin inkişaf etmiş mədəni mərkəzlərindən
biri kimi şöhrət tapmış və Azərbaycan mədəniyyətinə,
inc
əsənətinə, ədəbiyyatına böyük və dəyərli töhfələr ver-
mişdir. “Azərbaycanın iqtisadi, mədəni və elmi həyatında
özün
əməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası
tarixin canlı şahididir” [103, s. 158].
T
əbii ki, tarixin istənilən mərhələsində hər hansı bir
c
əmiyyətdə siyasi-iqtisadi sabitlik olmadan mədəni
inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan müstə-
qillik
ərəfəsi və dövlət müstəqilliyinin bərpasından sonra
ilk ill
ər ərzində, 1988-1993-cü illərdə cəmiyyətidə hökm
sür
ən xaos və anarxiya mədəniyyət və incəsənət sahələrin-
d
ə də özünün mənfi təsirini bütün ciddiliyi ilə göstərirdi.
H
əmin illəri Azərbaycan mədəniyyəti özünün böhranlı
ill
əri kimi yaşadı. Mədəni inkişafı şərtləndirən elə bir
ciddi v
ə diqqətəlayiq yenilik baş vermədi. Bir çox sahələr
kimi, m
ədəniyyət də dövlət qayğısından kənarda qalmışdı.
Lakin Heyd
ər Əliyevin müstəqil Azərbaycanda
hakimiyy
ətə gəlişi ilə millətin taleyi üçün misilsiz
əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə, o cümlədən
m
ədəniyyətə də lazımi diqqət yetirildi. Qətiyyətlə demək
olar ki, ölk
əmizin müstəqillik tarixində Heydər Əliyev
h
əm də Azərbaycanın mədəni həyatında misilsiz yenilik-
l
ərin ideoloqu, təşəbbüsçüsü, ilhamvericisi və təşkilatçısı
kimi qaldı.
Heyd
ər Əliyev milli mədəniyyətin böyük hamisi
kimi bu sah
əyə özünün xüsusi münasibəti ilə fərqlənirdi:
“Xalq bir çox xüsusiyy
ətləri ilə tanınır, sayılır və dünya
xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yük-
s
əyi, ən böyüyü mədəniyyətdir” [59, s. 20]. Mədəniyyət
milli ruhun yüks
əlməsinə, milli ruhun yaşamasına xidmət
163
edir. Milli ruhu yaşatmaq isə öz şərəfli keçmişi, şanlı
tarixi il
ə fəxr etmək, milli-mənəvi və maddi dəyərlərini
hifz ed
ərək gələcək nəsillərə çatdırmaq deməkdir.
Heyd
ər Əliyev hakimiyyətinin hər iki dövründə
m
ədəniyyətin inkişafına xüsusi diqqət yetirmiş, yaradıcı
ziyalıların üzə çıxarılmasında böyük rol oynamışdır. Yara-
dıcı ziyalıların respublikamızda aparılan quruculuq
işlərinin müxtəlif sahələrinə cəlb olunmaları, əvvəlki şan-
şöhrətlərinin onlara qaytarılması mədəniyyətin, incəsənə-
tin inkişafı üçün böyük stimul idi. Çünki ziyalı cəmiyyətin
milli-m
ənəvi simasını formalaşdıran ən mühüm və həssas
hiss
əsidir. Hər bir xalqın ən ağır tarixi anlarında onun mil-
li m
ənliyinin qorunub saxlanmasında, millətin mlllət kimi
özün
əməxsusluğunu hifz edə bilməsində ziyalıların,
m
ədəniyyət, ədəbyyat, elm və incəsənət xadimlərinin
əməyi əvəzsizdir.
El
ə buna görə də dövlət başçısı kimi Heydər Əliyev
daim m
ədəniyyət xadimlərinin qayğısına qalmış, onlara
himay
ədarlıq etmişdir. Tarix boyu Azərbaycanın şan-şöh-
r
ətini dünyaya yaymış, bəşəriyyətin mədəniyyət xəzinəsi-
n
ə öz dəyərli töhfələrini bəxş etmiş dahi sənətkarlarımızın
t
əntənəli yubileylərinin keçirilməsi, xalqımızın musiqi,
kino, teatr v
ə ədəbiyyat bayramlarının, çoxsaylı festival və
müsabiq
ələrin təşkili, bütün bu tədbirlərdə şəxsən iştirak
etm
əsi ölkə başçısının mədəniyyət adamlarına, bütün
ziyalılara böyük diqqət və ehtiramının təcəssümü idi.
Yara
dıcı şəxslərin dövlət mükafatları ilə təltif olunması,
onlara f
ərdi təqaüdlərin verilməsi Heydər Əliyevin
m
ədəniyyətə qayğısının bariz nümunəsi idi.
Bu gün
Naxçıvan Muxtar Respublikasında yaşayıb-
yaradan s
ənət adamlarının böyük bir qismi Heydər
Əliyevin rəhbərliyi dövründə və məhz onun qayğısı və
164
diqq
əti nəticəsində fəxri adlara və dövlət mükafatlarına
layiq
görülmüşlər. Əlbəttə, bütün bunlar ilk növbədə Hey-
d
ər Əliyevin muxtar respublika ilə daim maraqlandığını,
onun inkişafı və çiçəklənməsi üçün böyük qüvvə sərf etdi-
yini göst
ərirdi. Müstəqil dövlətimizə rəhbərliyi dövründə
onu m
ədəniyyətimizin yalnız dünəni və bu günü deyil,
eyni zamanda sabahı da düşündürürdü. Bunun üçün
Heyd
ər Əliyev gənc istedadların tapılıb üzə çıxarılmasına
böyük diqq
ət yetirirdi.
İstər sovet hakimiyyəti dövründə respublikaya rəh-
b
ərlik edərkən, istərsə də müstəqilliyin ilk illərində ölkədə
yaşanan iqtisadi çətinliklərə baxmayaraq Heydər Əliyev
ay
rı-ayrı musiqi kollektivlərinin, mədəniyyət ocaqlarının
f
əaliyyətini təmin etmək üçün müxtəlif məqsədyönlü
t
ədbirlər görürdü. Ulu öndərin mədəniyyətimizin inkişafı
v
ə çiçəklənməsinə böyük qayğısını, onun hakimiyyətinin
h
ər iki dövründə muxtar respublikanın timsalında çox
aydın şəkildə görmək mümkündür.
1969-
cu il iyul ayında Azərbaycan KP MK-nın
plenumunda Birinci katib seçildikd
ən cəmi bir ay sonra,
avqust plenumund
akı nitqində Heydər Əliyev respublika-
nın dirçəldilib müttəfiq respublikalar arasında ön cərgəyə
çıxarılmasının, iqtisadiyyatın, elmin, təhsilin sürətli inki-
şafının, o cümlədən mədəniyyətin tərəqqisinin geniş proq-
ra
mını vermişdi. Bu proqram Azərbaycanın hər sahədə
t
ərəqqisinin başlanğıcı idi və sonrakı illərdə mədəniyyətin
yüks
əlişi üçün geniş imkanlar açdı. 1970-1980-ci illərdə
Naxçıvan Muxtar Respublikasında 83 yeni klub, 51 kitab-
xana tikil
ərək istifadəyə verilmiş, 2 xalq teatrı yaradılmış,
m
ədəni-maarif müəssisələri üçün 38 mln. 873 min manat-
lıq avadanlıq və texniki vasitələr alınmışdı [189, v. 5].
1980-ci ild
ə Naxçıvanda muxtar respublika fəalları-
165
nın yığıncağında çıxış edən Heydər Əliyev qeyd edirdi ki,
bizim m
əqsədimiz muxtar respublikada təkcə iqtisadiyyatı
inkişaf etdirmək deyil, biz çalışırıq ki, Naxçıvan
z
əhmətkeşlərinin rifah halı da yaxşılaşsın, burada elm,
m
ədəniyyət daha yaxşı inkişaf etsin [186, v. 112].
Xalqımızın əsrlərlə qoruyub saxlaya bildiyi mədəni
d
əyərlər arasında teatr sənətinin inkişafı diqqətəlayiqdir.
Teatr milli m
ədəniyyətin, milli incəsənətin ayrılmaz tərkib
hiss
əsidir. İncəsənəti, mədəniyyəti teatrsız təsəvvür etmək
qeyri-mümkündür [134, s. 9]
. Bu baxımdan Heydər
Əliyevin teatr sənətinin inkişafına xüsusi diqqət yetirməsi
t
əsadüfi deyildir.
Heyd
ər Əliyevin hakimiyyətinin ilk illərində
muxtar respublikamızda cəmi bir peşəkar teatr və bir
muzey f
əaliyyət göstərirdisə, sonrakı illərdə peşəkar
teatrların sayı daha da artdı. Şərurda, Ordubadda xalq
teatrları fəaliyyətə başladı. Rayon mərkəzlərində müasir
m
ədəniyyət ocaqları tikilərək xalqın istifadəsinə verildi.
Heyd
ər Əliyev teatrın inkişafı ilə yanaşı, bu sahədə çalışan
ixtisaslı kadrlara, teatr xadimlərinə də daim qayğı göstərir,
onların yubileylərinin keçirilməsi, adlarının əbədiləşdiril-
m
əsi məsələlərini diqqətdə saxlayırdı.
T
əbii ki, belə teatrlar arasında əsası 1883-cü ildə
qoyulmuş, Azərbaycan teatrının tarixi salnaməsinə parlaq
s
əhifələr yazmış C.Məmmədquluzadə adına Naxçıvan
Dövl
ət Musiqili Dram Teatrı öz fəaliyyəti ilə daha çox
f
ərqlənir. Ümumiyyətlə, Naxçıvanda teatr sənəti böyük
tarixi inkişaf yoluna malikdir. “Azərbaycanda teatr hərə-
katının başlanğıcı Naxçıvanla əlaqədardır... Naxçıvan
teatrı başqa teatr mərkəzlərinə nisbətən milli teatr hərəka-
tında daha güclü mövqe tutmuş və Azərbaycanda teatr
s
ənətinin inkişafına səmərəli təsir göstərmişdir... Naxçıvan
166
teatrının ümummilli teatr hərəkatında mühüm rol oyna-
ması onun müstəqil mövqeyə malik olduğunu da sübut
edir” [134, s. 41]
. Naxçıvan Dövlət Musiqili Dram Teatrı
müt
əmadi olaraq muxtar respublikanın rayon və
k
əndlərinə səfərlər edir, tamaşalar göstərirdi.
Naxçıvan şəhərində M.Sidqi adına Uşaq Kukla
Teat
rının fəaliyyətə başlaması da Heydər Əliyevin böyü-
m
əkdə olan nəslə, uşaqlara və eyni zamanda bütövlükdə
m
ədəniyyətə qayğısının daha bir təzahürü idi.
Heyd
ər Əliyevin milli musiqiyə, incəsənətə
göst
ərdiyi diqqət nəticəsində 1970-ci illərdə muxtar
respublikada uşaqların musiqi təhsili alması imkanlarını
genişləndirmək üçün musiqi məktəbləri şəbəkəsi xeyli
genişlənmişdi. Musiqi məktəblərinə tələbə qəbulu üçün
plan yerl
əri artırılmışdı. Əgər 1970-ci ildə musiqi məktəb-
l
ərində 757 şagird oxuyurdusa, 1980-ci ildə onların sayı
1540 n
əfərə çatmışdı [15, v. 190].
1984-cü ild
ə Naxçıvan Dövlət Filarmoniyasının
t
əşkil olunması muxtar respublikanın mədəni həyatında
çox mühüm hadis
ə idi. Məşhur “Araz” Dövlət Mahnı və
R
əqs ansamblı filarmoniyanın tərkibinə daxil edilmişdi
[139, s. 89]. 1971-ci ild
ə bu ansambl Ermənistan,
Ukrayna, Gürcüstan v
ə RSFSR-də, 1976 və 1978-ci
ill
ərdə yenidən Gürcüstan və Ermənistanda geniş konsert
proq
ramı ilə çıxış etmişdi. Naxçıvan Dövlət Filarmoni-
yasının kollektivi bir neçə dəfə Azərbaycandan kənarda
qastrol s
əfərinə çıxmışdı. Belə ki, 1984-cü ilin oktyabrın-
da kollektiv RSFSR-
in bir sıra şəhərlərində, 1985-ci ilin
martında Ermənistanda, 1985-ci ilin oktyabrında Belarus-
da konsert proqramı ilə çıxış etmişdi [247, s. 23-24].
Heyd
ər Əliyev Azərbaycan folklorşünaslığının,
muğamın, aşıq sənətinin inkişafına, bədii özfəaliyyət
167
kollektivl
ərinin yaradılmasına xüsusi diqqət yetirirdi.
Onun bu siyas
əti Naxçıvan Muxtar Respublikasının
m
ədəni həyatında da öz təzahürünü tapırdı. Bu siyasətin
n
əticəsi idi ki, 1970-ci illərdə muxtar respublikada, xüsu-
s
ən kənd yerlərində çoxlu mədəniyyət və özfəaliyyət
kollektivl
əri yaradılmış, qısa zaman kəsiyində onların
şöhrəti muxtar respublikanın hüdudlarını aşmışdı. Belə ki,
1972-ci ild
ə o zamankı İliç (Şərur) rayon mədəniyyət
evinin “Yallı” ansamblı Almaniya Demokratik
Respublikasında keçirilmiş VIII Beynəlxalq folklor
r
əqsləri festivalında ölkəni uğurla təmsil etmiş və
festivalın laureatı diplomuna layiq görülmüşdü [155, s.
27]. 1970-ci ill
ərdə mahnı və rəqs ansamblı kimi
formalaşan bu mədəniyyət müəssisəsi son illərdə dövlət
filarmoniyasının tərkib hissəsinə çevrilmiş, burada çalışan
musiqi müt
əxəssisləri üçün hər cür şərait yaradılmışdı.
1970-1980-ci ill
ərdə muxtar respublikada bəstəkar-
lıq sənəti də yeni inkişaf mərhələsinə qədəm qoymuşdu.
Naxçıvan MR Bəstəkarlar Təşkilatı da Heydər Əliyevin
t
əşəbbüsü və qayğısı ilə yaradılan yaradıcılıq təşkilatların-
dan biridir. M
əhz onun təşəbbüsü ilə 1978-ci ildə
Az
ərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan təşkilatı
yara
dılmışdı [179, s. 273].
Naxçıvanda rəsm sənətinin inkişafında XX əsrin
70-ci ill
əri xüsusi bir tarixi mərhələ təşkil edir. 1970-ci
ild
ə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Rəssamlar
İttifaqının Naxçıvan şöbəsinin yaradılması muxtar respub-
likada bu s
ənət növünün inkişafına güclü təkan verdi.
Heyd
ər Əliyev Naxçıvan rəssamlarının yaradıcılığı ilə
daim maraqlanır, onlara lazımi şəraitin yaradılması üçün
çalışırdı [220, 1982, 5 oktyabr].
Geniş xalq kütlələrinin mədəni səviyyəsinin
168
yüks
əldilməsində kitabxanaların rolu əvəzsizdir. Onların
sayının artırılması, yeni ədəbiyyatlarla zənginləşdirilməsi
Heyd
ər Əliyevin fəaliyyətinin bütün dönəmlərində
günd
əmdə olmuş və bu istiqamətdəki bütün problemlər
operativ şəkildə öz həllini tapmışdı. Məhz bu məqsəd-
yönlü siyas
ətin nəticəsi idi ki, hazırda muxtar respublikada
292 kitabxana f
əaliyyət göstərir.
Nax
çıvan Muxtar Respublikasının 80 illiyi münasi-
b
əti ilə buraxılan tarixi-statistik məcmuədəki statistik
r
əqəmlər Heydər Əliyevin mədəniyyətimizə göstərdiyi bö-
yük diqq
ət və qayğını ən layiqli şəkildə ifadə edir: “1940-
cı ildə cəmi 80 kitabxana və onlarda mövcud olan kitab və
jurnalların sayı 74 min nüsxə olmuşdursa, bu göstəricilər
müvafiq sur
ətdə 1970-ci ildə 232 və 1286 min nüsxə,
2003-cü ild
ə isə 292 və 2292 min nüsxə olmuş və ya
1940-
cı ilə nisbətən 3,7 və 31 dəfə, 1970-ci ilə nisbətən isə
1,3 v
ə 1,8 dəfə artmışdır. Hazırda muxtar respublikada
f
əaliyyət göstərən kitabxanaların 86,3 faizi, onlarda
mövcud olan kitab v
ə jurnalların isə 65,3 faizi kənd
yaşayış məntəqələrinin payına düşür. 1940-cı ildə muxtar
respublikanın ərazisində cəmi 105, 1970-ci ildə isə 166
klub f
əaliyyət göstərmişdisə, 2003-cü ildə onların sayı 245
olmuş və ya həmin illərə nisbətən müvafiq surətdə 2,3 və
1,5 d
əfə artmışdır. Fəaliyyət göstərən klubların 38-i və ya
15,5 faizi şəhər yerlərinin, 207-si və ya 84,5 faizi isə kənd
yerl
ərinin payına düşür” [175, s. 42].
1980-ci ild
ə muxtar respublikanın kütləvi
kitabxanalarında 31683 min kitab oxuculara verilmişdi ki,
bu da 1970-ci ild
əkindən 19 dəfə çox idi [15, v. 195].
Heyd
ər Əliyev Azərbaycanın bütün bölgələrinin, o
cüml
ədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan
Muxtar R
espublikasının mədəni yüksəlişini təmin etmək
169
üçün sosial-m
ədəni obyektlərin tikintisini sürətləndirməyi
m
əsul şəxslərdən ardıcıl olaraq tələb edir, bu məqsədlə
M
ərkəzi Komitə və respublika hökuməti səviyyəsində
müvafiq q
ərarların qəbul edilməsinə nail olurdu.
1980-ci ill
ərin əvvəllərində Heydər Əliyevin şəxsi
t
əşəbbüsü ilə Naxçıvan şəhərində mədəniyyət sarayının
tikintisin
ə başlanıldı. 1984-cü ildə sarayın istifadəyə
verilm
əsi Naxçıvan ictimaiyyəti üçün böyük bir hadisə
oldu. Bura
da geniş dövlət tədbirlərinin, konsertlərin,
müsabiq
ələrin keçirilməsi üçün hər cür şərait yaradılmışdı.
Hazırda yenidən çox yüksək zövqlə və ən yeni memarlıq
ənənələrinin tətbiqi ilə yenidən qurulmuş həmin saray
Heyd
ər Əliyevin adını daşıyır.
Kino s
ənətinin təbliği işi də diqqətdən kənarda
qalmamışdı. 1970-ci ildə Naxçıvan Muxtar Respublika-
sında 131, 1975-ci ildə 180, 1980-ci ildə 189, 1985-ci ildə
is
ə müvafiq olaraq 190 kino qurğusu var idi [192, s. 86-
87; 195, s. 71]. Az
ərbaycan KP MK və Azərbaycan SSR
Nazirl
ər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatını
daha da inkişaf etdirmək tədbirləri haqqında” 8 yanvar
1974-cü il tarixli q
ərarında 1974-1979-cu illərdə muxtar
respublikanın kəndlərində 20 yeni stasionar kino qurğusu-
nun v
ə 6 yay kinoteatrının, kino meydançasının qurulması
n
əzərdə tutulmuşdu [25, v. 194].
H
ər bir xalqın maddi və mənəvi sərvətlərinin,
tarixi-m
ədəni xəzinəsinin qorunub mühafizə və təbliğ
edilm
əsində muzeylərin rolu əvəzsizdir. Bir çox belə
m
ədəniyyət müəssisələrinin yaradıcısı və banisi olan
Heyd
ər Əliyev muzeylərin əhəmiyyətini yüksək qiymət-
l
əndirərək demişdi: “Milli ənənələrimizin nə qədər dəyərli
olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları
bu
ənənələr əsasında tərbiyə etmək üçün muzeylər
170
lazımdır” [200, 2007, 19 may].
Az
ərbaycana rəhbərliyinin ilk illərində, həmçinin
yenic
ə müstəqillk qazandığımız vaxtlarda respublikamızda
sosial-iqtisadi, ictimai-siyasi v
əziyyət tam qaydada olmasa
da, o dövrd
ə ulu öndər Heydər Əliyevin göstərişi və
tapşırığı ilə muzeylərin fəaliyyətinin daha da yaxşılaş-
dırılması üçün çox mühüm qərarlar qəbul edilmişdi. Belə
ki, 1980-ci ild
ə Heydər Əliyevin təşəbbüsü ilə respubli-
kamızda muzey işinə aid xüsusi qərar qəbul edilmişdi. Bu
q
ərarın Azərbaycan xalqının milli sərvətinin, tariximiz və
m
ədəniyyətimizlə bağlı maddi dəyərlərin toplanılması,
qorunması, öyrənilməsi, təbliği və gənc nəslin tərbiyəsin-
d
ə istifadə edilməsi üçün böyük əhəmiyyəti oldu.
Q
ərardan sonra respublikamızın əksər bölgələrində tarix-
diyarşünaslıq muzeyləri yaradıldı [83, s. 284].
Heyd
ər Əliyevin göstərişi ilə Naxçıvan MSSR-in
50 illiyi il
ə əlaqədar Naxçıvan şəhərində Xatirə muzey-
salonu yaradılmışdı. 1976-cı ildə həmin muzey-salonun
g
ələcək fəaliyyətini müəyyənləşdirmək üçün
müt
əxəssislərdən ibarət bir qrup Naxçıvana göndərilmişdi.
Qrupun r
əyi nəzərə alınmaqla Azərbaycan KP MK və
Az
ərbaycan SSR Nazirlər Soveti 18 noyabr 1976-cı il ta-
rixd
ə Naxçıvan MSSR-də Tarix muzeyinin şöbəsinin
t
əşkili barədə qərar qəbul etdi [27, v. 101]. Azərbaycan
KP MK Bürosunun 10 noyabr 1980-ci il tarixli q
ərarı ilə
Culfa, İliç (Şərur), Ordubad rayonlarında Dövlət Tarix-
Diyarşünaslıq muzey-ləri yaradıldı [30, v. 218].
XII
əsrin mədəniyyət abidəsi olan Möminə xatın
m
əqbərəsi yanında memarlıq və incəsənət muzeyi təşkil
olundu. Muxtar respublikada 1970-ci ild
ə cəmi 2 muzey
var idis
ə, 1980-ci ildə onların sayı 4, 1985-ci ildə 11-ə
çatdırıldı [126, s. 119].
171
Görül
ən bütün bu tədbirlər öz növbəsində muxtar
respublikada muzey işinin yenidən qurulması və təşkilinə
əsaslı təsir göstərmiş, muzeyşünaslığın daha da inkişaf
etm
əsinə təkan vermişdir. Zəngin, mənəvi irsimizin
qorunmasında, inkişafında, böyüməkdə olan nəslin milli-
m
ənəvi ruhda tərbiyə olunmasında böyük rol oynayan
muzeyl
ər bu gün mədəniyyət ocaqları və mərkəzləri kimi
xalqımızın xidmətindədir.
Görül
ən tədbirlər insanların muzeylərə gəlişinə
marağı xeyli artırmış, tariximizin, mədəniyyətimizin
h
ərtərəfli öyrənilməsinə, gənclərin mənəvi-əxlaqi, bədii-
estetik t
ərbiyəsinin, elmi-ictimai dünyagörüşünün forma-
laşmasına və zənginləşməsinə şərait yaratmışdır. 1960-cı
ill
ər ərzində muxtar respublikada yeganə olan Naxçıvan
Dövl
ət Tarix Muzeyinə 16 min nəfər tamaşaçı gəlmişdi.
1970-ci ild
ən etibarən muzeydə yaradılan şərait, xalqın
muzeyl
ərə marağının artırılması, gənclərin və məktəbli-
l
ərin bu müəssisələrə kütləvi cəlb edilməsi sayəsində
buraya g
ələnlərin sayının 52 minə, 1980-ci ildə 272 minə,
1990-
cı ildə isə 274 minə çatdırılmasına nail olunmuşdu
[228, 2004, 8 dekabr].
Muzey işinə diqqət və qayğı Heydər Əliyevin
f
əaliyyətində xüsusi yer tuturdu. XX əsrin 70-ci illərindən
başlayaraq Azərbaycanın bir çox yerlərində olduğu kimi,
Naxçıvan MR-nın şəhər və rayonlarında müxtəlif profilli
muzeyl
ərin, o cümlədən ev muzeylərin yaradılması,
f
əaliyyət göstərən muzeylərin zənginləşdirilməsi işi daim
diqq
ət mərkəzində olmuşdur. 1972-ci ildə Heydər
Əliyevin təşəbbüsü ilə Ordubad rayonunda böyük ədib
M.S.Ordubadinin, 1975-ci ild
ə akademik Y.Məmmədəli-
yevin, XX
əsrin 70-ci illərində və 80-ci illərinin əvvəllə-
rind
ə Naxçıvan şəhərində və Şahtaxtı kəndində görkəmli
172
Az
ərbaycan dramaturqu və şairi H.Cavidin, Naxçıvan
şəhərində məşhur sərkərdə C.Naxçıvanskinin ev muzey-
l
ərinin təşkil edilməsi deyilənlərin əyani sübutudur.
1980-ci ild
ə məhz Heydər Əliyevin təşəbbüsü və
r
əhbərliyi ilə “Respublikada muzeylərin şəbəkəsinin
genişləndirilməsi haqqında” qəbul edilən qərar Azərbay-
canda
muzey şəbəkəsinin inkişafına, bölgələrdə tarix-
diyarşünaslıq muzeylərinin açılmasına şərait yaratdı.
Muzeyl
ərin sayı 1990-cı ildə 12-yə, 2000-ci ildə 16-ya,
2003-cü ild
ə isə 20-yə çatdırılmışdı. Hazırda muxtar
respublikada çox z
əngin eksponatlara malik olan 22
muzey f
əaliyyət göstərir.
Heyd
ər Əliyevin ən böyük xidmətlərindən biri də
Naxçıvan şəhərində C.Məmmədquluzadənin ev muzeyinin
açılması idi. Azərbaycan Respublikası Prezidentinin 1998-
ci il 19 iyun tarixli S
ərəncamı ilə Naxçıvan şəhərində
C.M
əmmədquluzadənin ev muzeyi yaradılmışdır.
1999-cu ild
ə Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 75 illik yubiley tədbirlərində iştirak etmək
üçün Naxçıvanda olarkən Heydər Əliyev görkəmli yazıçı
v
ə dramaturq C.Məmmədquluzadənin Naxçıvan şəhərin-
d
əki ev muzeyinin açılışı mərasimində iştirak etmiş və
nitq söyl
əmişdi. Prezident bu səfəri zamanı Heydər Əliyev
Muzeyind
ə, Naxçıvan Dövlət Xalça Muzeyində,
H.Cavidin ev muzeyind
ə də olmuşdu.
2002-
ci ilin iyun ayında Naxçıvana səfəri zamanı
Heyd
ər Əliyev Naxçıvan şəhərində B.Kəngərli muzeyinin
açılışında iştirak etmiş, muzeyin ekspozisiyası ilə yaxın-
dan tanış olmuşdu. B.Kəngərli irsini yüksək qiymətləndi-
r
ən dövlət başçısı demişdi: ”Bu gün demək olar ki, Bəhruz
K
əngərli Azərbaycanın rəssamlıq sənətinin, mədəniyyəti-
nin
ən görkəmli nümayəndələrindəndir. Biz bununla fəxr
173
etm
əliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə
böyük isteda
da malik insanları olubdur”. Heydər Əliyev
öz çıxışında B.Kəngərli irsinin tədqiq edilməsi məsələsi-
nin z
əruriliyini də qeyd etmişdi: “Hesab edirəm ki,
Az
ərbaycanda, o cümlədən Naxçıvanda bizim sənətşü-
naslar, t
ədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını
daha professional s
əviyyədə tədqiq etməli, əsərlər
yazmalıdırlar. Həm Bəhruz Kəngərlini Azərbaycan xalqı-
nın görkəmli və yüksək mədəniyyətə malik olan
nümay
əndəsi kimi təbliğ etsinlər, həm də böyük rəssam
kimi t
əbliğ etsinlər” [10, 2002, 20 iyun].
Bu muzeyin h
əyata vəsiqə alması və fəaliyyətə
başlaması XX əsr Azərbaycan boyakarlıq sənətinin
görk
əmli nümayəndələrindən olan, Azərbaycan təsviri in-
c
əsənət tarixində portret və mənəzərə yaradıcılığının
əsasını qoyan, rəssamlığa yeni ictimai məzmun gətirən,
onu yeni forma v
ə təsvir vasitələri ilə zənginləşdirən, Tif-
lisd
ə xüsusi rəssamlıq təhsili alan B.Kəngərli irsinə olan
böyük hörm
ət və ehtiramın nəticəsi idi. Təbii ki, bu
muzeyin açılması da Heydər Əliyevin adı və fəaliyyəti ilə
bağlı olmuşdur.
Bir sözl
ə, Naxçıvan muzeylərinin əksəriyyəti
ümummilli lider Heyd
ər Əliyevin xeyir-duası ilə həyata
v
əsiqə almışdır. Bu gün Naxçıvan Dövlət Tarix Muzeyi,
C.M
əmmədquluzadə adına Ədəbiyyat Muzeyi, C.Məm-
m
ədquluzadənin, H.Cavidin, C.Naxçıvanskinin, B.Kən-
g
ərlinin ev muzeyləri, Dövlət Xalça Muzeyi, Açıq Səma
altında Muzey, Naxçıvan Dövlət Rəsm Qalareyası, Xatirə
Muzeyi, h
əmçinin rayonlarda fəaliyyət göstərən tarix-
diyarşünaslıq muzeylərinin fondlarında ümumilikdə
81500-d
ən çox eksponat mövcuddur.
Heyd
ər Əliyev ədəbiyyata xalqın milli-tarixi
174
varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış,
m
ənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir
tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir [91, s. 212].
Bu baxımdan Heydər Əliyev bütün fəaliyyəti boyu
ədiblərimizin yaradıcılığını diqqətdə saxlamış, adlarını
əbədiləşdirmişdir. Ulu öndər ədəbiyyatın rolundan
danışarkən qeyd edirdi ki: “Çoxəsrlik tariximizdə
xalqlarımızı yaşadan, qoruyan və bu günkü günlərə gətirib
çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim
m
ədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz,
yazıçılarımızdır” [59, s. 22].
XX
əsrin 30-40-cı illərində sovet rejiminin siyasi
t
əqib və repressiya dalğasında uzaq Sibirə sürgün edilmiş
H.Cavi
din anadan olmasının 100 illiyi haqqında 1981-ci
ild
ə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərar
respublika ictimaiyy
əti tərəfindən böyük sevinclə qarşılan-
dı. Böyük ədibin qızı Turan Cavid onun bu sahədəki
f
əaliyyətinə yüksək qiymət verərək yazırdı: “Atama əsl
b
əraəti Heydər Əliyev verdi”.
1982-ci ild
ə Heydər Əliyevin böyük səyləri
n
əticəsində H.Cavidin cənazəsi Sibirdən Azərbaycana
g
ətirilərək şairin doğulduğu Naxçıvan şəhərində torpağa
tap
şırıldı. 1992-ci ildə Heydər Əliyev Naxçıvan MR Ali
M
əclisinin Sədri işlədiyi illərdə H.Cavidin 110 illiyinin
qeyd olunmasını təmin etdi. 1992-ci il oktyabrın 24-də ke-
çiril
ən tədbirdə iştirak edən böyük lider görkəmli ədibin
f
əaliyyətinə yüksək qiymət verərək demişdi: “Bu gün
bayram günüdür. Bu gün bizim Az
ərbaycan xalqı üçün, o
cüml
ədən naxçıvanlılar üçün böyük bayramdır. Biz
Az
ərbaycanın böyük yazıçısı, şairi, dramaturqu, mütəfək-
kiri, filosofu Hüseyn Cavidin anadan olmasının 110
illiyini qeyd edirik” [228, 1992, 25 oktyabr].
175
Ümumiyy
ətlə, Heydər Əliyev 1981-ci ildə öz adını
Az
ərbaycan tarixinə “Cavidi vətənə qaytaran oğul” kimi
d
ə həkk etmişdi. Xalqımızın böyük sənətkar oğlu H.Cavid
öz m
ənəvi haqqına Heydər Əliyevin inadı və iradəsi ilə
çatdı. Heydər Əliyevin respublikaya qayıdışı H.Cavid
irsin
ə və taleyinə də qayıdış oldu [150, s. 186]. 1996-cı
ild
ə Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə H.Cavidin
m
əzarı üzərində möhtəşəm məqbərə ucaldıldı. Həmin il
oktyabrın 29-da böyük ədibə ehtiram əlaməti olaraq
ucaldılan məqbərənin açılışı oldu. Açılışda iştirak edən
Prezident Heyd
ər Əliyev məqbərəyə yüksək qiymət
ver
ərək fikrini belə ifadə etmişdi: “Hüseyn Cavidin məq-
b
ərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir.
Naxçıvanda böyük memarlıq, milli-mənəvi abidələrimiz
var. Bu abid
ə də həmin ənənələrin davamıdır... Güman
edir
əm ki, gələcək nəsillər bu günü xatırlayacaq. Mən
sizin hamınızı bu bayram münasibətilə bir daha təbrik
edir
əm” [109, 1996, 1 noyabr].
Açılış mərasimində H.Cavidə xüsusi məhəbbət və
r
əğbətini ifadə edən Azərbaycan Prezidenti ədibin nəşinin
sovet hakimiyy
əti illərində öz vətəninə gətirilməsinin
ç
ətinliyindən və tarix-mənəvi əhəmiyyətindən danışaraq
bildirirdi ki: “...1982-ci ild
ə Hüseyn Cavidin cənazəsini
uzaq Sibird
ən Azərbaycana gətirmək asan iş deyildi. Bu
böyük irad
ə, cəsarət tələb edirdi. Ancaq xalqımıza,
mill
ətimizə, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza,
m
ənəviyyatımıza olan sədaqət mənə belə bir cəsarət gös-
t
ərməyə imkan verdi. Mən bunu etdim. O vaxt Hüseyn
Cavidin c
ənazəsini Azərbaycana gətirərkən, onu Bakıda,
ya
xud doğulduğu yerdə torpağa vermək barədə müxtəlif
fikirl
ər var idi. Bu məsələ müzakirə olundu. Yazıçılarımız,
aliml
ərimiz, ziyalılarımız böyük fikir mübadiləsi apardı-
176
lar. Onlar q
ərar qəbul etdilər. Bu mənim də qərarım idi ki,
Hüseyn Cavidin c
ənazəsi Naxçıvana gətirilsin... Mən bu
işi edərkən ziyalılarımıza, alimlərimizə, yazıçılarımıza
bildirdim ki, Hüseyn Cavidin c
ənazəsi adi qəbiristanda
yox, Naxçıvan şəhərinin mərkəzində, onun doğulduğu
evin yanında, görkəmli bir yerdə torpağa veriləcək. O
m
əqsədlə ki, bu, adi bir qəbir olmayacaq. Qəbrin üzərində
m
əqbərə tikiləcək və bu, böyük abidəyə, ibadətgaha
çevril
əcək...” [58, VII c., 1998, s. 520].
Naxçıvan diyarı dahilər yetirən, dünya ədəbiyyatına
v
ə mədəniyyətinə nəhəng korifeylər bəxş edən bir
m
əkandır. Bu diyarın yetirmələrindən bəhs edən Heydər
Əliyev demişdir: “Naxçıvan həmişə böyük şəxsiyyətlərlə
f
ərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər,
şairlər, memarlar, dövlət xadimləri, siyasi xadimlər
olmuşlar. Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı
yetişdirən bir diyarı olmuşdur” [130, s. 62].
Əlbəttə, bu məkanın elm, mədəniyyət və sənət
sahibl
ərini üzə çıxaran, onları dünyaya tanıtdıran Heydər
Əliyev olub. Bu gün Naxçıvan H.Cavid, C.Məmmədqulu-
zad
ə, M.S.Ordubadi, Y.Məmmədəliyev, B.Kəngərli və b.
il
ə fəxr edir. Bu görkəmli şəxsiyyətlərin dünya miqyasında
tanımasında, adlarının əbədiləşdirilməsində başlıca rolu
Heyd
ər Əliyev oynamış, məhz o, öz diqqət və qayğısını
əsirgəməmiş, onların ev-muzeyləri yaradılmışdır.
Heyd
ər Əliyev böyük dövlət xadimi, nəhəng və
ciddi siyas
ət adamı olmaqla yanaşı, həm də elmin və
m
ədəniyyətin ardıcıl himayəçisi idi. Onun təşəbbüsü və
iştirakı ilə muxtar respublikanın neçə-neçə ədəbiyyat,
inc
əsənət və elm xadimlərinin yubileyləri keçirilmiş,
onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlar-
la qiym
ətləndirilmiş, abidələri ucaldılmışdır. Böyük tarixi
177
şəxsiyyətlərin yubileylərinin keçirilməsinin əhəmiyyətin-
d
ən bəhs edən Heydər Əliyev deyirdi: “Dünya birliyində,
dünya xalqları arasında xalqımızın tarixini, mədəniyyətini,
milli
ənənələrini təbliğ etmək, yaymaq, sübut etmək üçün
bel
ə yubileylər həmişə böyük bir təsir vasitəsidir. Uzun
ill
ərin təcrübəsi göstərir ki, belə tədbirlər mənəviyyatın
yüks
əldilməsinə, insanların tariximizlə bağlı olmasına
köm
ək göstərir” [58, II c., 1997, s. 91-92].
Heyd
ər Əliyevin dövlət rəhbəri kimi mədəniyyətin
inkişafına göstərdiyi qayğı və diqqət təkcə sadalananlarla
bitmir. Son vaxtlar Naxçıvan şəhərində istifadəyə verilən
“Kitab evi” d
ə mühüm mədəniyyət mərkəzi kimi, onun
m
ədəni inkişaf strategiyasının Naxçıvanda davamı kimi
diqq
əti cəlb edir.
Heyd
ər Əliyev tarixi abidələrimizi göz bəbəyi kimi
qorumağı və mühafizə edib nəsillərdən nəsillərə çatdır-
mağı daim tövsiyə edir və bu yolda mühüm tədbirlərin hə-
yata keçirilm
əsinə böyük önəm verirdi. O, Azərbaycanın
r
əhbəri kimi, bu məsələ ilə əlaqədar dəfələrlə tarixi
q
ərarlar qəbul etmişdir. Bir çox tarixi abidələrimiz elmi-
b
ərpa və təmir edilmiş, dövlət tərəfindən mühafizə altına
alınmışdır.
Daim
Naxçıvana diqqət və qayğı göstərən Heydər
Əliyev bu diyarın çiçəklənməsi və inkişafı yolunda çox
bö
yük işlər gördü. O, doğma elinə, obasına çox bağlı olan
böyük insan idi. Onun s
əyi nəticəsində muxtar
respublikada b
ir çox işlər görüldü.
Q
ədirbilən xalqımız Heydər Əliyevin özünün bütün
əməllərini yüksək qiymətləndirir. Onun doğulub boya-
başa çatdığı, həyatının əhəmiyyətli bir dövrünü yaşadığı
Naxçıvanda hazırda ən mühüm mədəni mərkəzlərdən biri
m
əhz böyük liderin adını daşıyan Heydər Əliyev
178
muzeyidir. Görk
əmli ictimai-siyasi xadim, dünya şöhrətli
siyas
ətçi, Azərbaycan xalqının milli lideri olaraq hələ
sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevə böyük
ehtiramın ifadəsi kimi həmin muzey Naxçıvan MR Ali
M
əclisinin Sədri Vasif Talıbovun 18 fevral 1999-cu il
tarixd
ə imzaladığı Sərəncam əsasında Naxçıvan şəhərində
yaradılmışdır. Sərəncamda göstərilir ki, Heydər Əliyevin
Az
ərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri
əsas tutularaq qərara alınır ki, Naxçıvan Muxtar Respub-
likasının paytaxtı Naxçıvan şəhərində Heydər Əliyev Mu-
ze
yi yaradılsın [180, s. 71]. Bu Sərəncam Heydər Əliyev
şəxsiyyətinə olan sonsuz ehtiramın bariz nümunəsi kimi
tarixi, siyasi v
ə mənəvi zərurətdən irəli gəlirdi. Muzey 10
may 1999-cu ild
ə fəaliyyətə başlamışdır [87, s. 3].
Heyd
ər Əliyev Muzeyi ümummilli liderimizin
h
əyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azər-
baycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək
n
əsillərə çatdırılması kimi şərəfli missiyanı üzərinə götür-
müşdür və hazırda bu missiyanı uğurla həyata keçirir.
Göründüyü kimi, xalqımızın mədəniyyətinin,
m
ənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsində, milli
m
ənlik ruhunun gücləndirilməsində Heydər Əliyevin
f
əaliyyəti çoxşaxəli, geniş və danılmazdır.
Dostları ilə paylaş: |