ƏLƏKBƏr сabbarli heydəR ƏLİyev və naxçivan tariXİ



Yüklə 20,03 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix03.02.2017
ölçüsü20,03 Mb.
#7361
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
 
 
II FƏSİL 
 
87 

HEYDƏR ƏLİYEV: NAXÇIVANIN 
MUXTARİYYƏT STATUSU VƏ ƏRAZİ 
BÜTÖVLÜYÜ PROBLEMİ 
 
2.1. Heyd
ər Əliyev Naxçıvana muxtariyyət statusunun 
verilm
əsinin tarixi əhəmiyyəti haqqında 
 
Az
ərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi 
olan Naxçıvanın muxtariyyət statusu 1918-1920-ci illərdə 
bütövlükd
ə  torpaqlarımıza  və  xalqımıza  qarşı  erməni 
ekspansiyası ilə bağlıdır. Həmin illər Naxçıvan üçün çox 
ç
ətin və mürəkkəb tarixi dövr olmuşdur. Belə ki, Rusiyada 
çarizm devrildikd
ən sonra imperiyanın  bir  çox  əyalətlə-
rind
ə  olduğu  kimi,  Naxçıvan  bölgəsində  də  ikihakimiy-
y
ətlilik hökm sürmüş,  yaranmış  mürəkkəb vəziyyətdən 
istifad
ə  edən ermənilər Azərbaycanın  ayrılmaz  tərkib 
hiss
əsi olan bu diyara yiyələnmək üçün cəhdlər etmişlər. 
1918-
ci ilin  mayında  Azərbaycan dövlət müstəqil-
liyini elan etdi, Az
ərbaycan Xalq Cümhuriyyəti  yarandı. 
Bu zaman C
ənubi Qafqazda tarixdə  ilk dəfə  Azərbaycan 
torp
aqları  hesabına  yaradılan  erməni dövləti ölkəmizə 
qarşı  əsassız  ərazi  iddiaları  irəli sürməyə, Azərbaycan 
torpaqlarını zorla ələ keçirməyə başladı. Daşnaklar Naxçı-
van, Z
əngəzur, Qarabağ torpaqları hesabına işğal etdikləri 
ərazilərini genişləndirmək, eyni zamanda bölgədə marağı 
olan dövl
ətlərin himayəsindən istifadə edərək Türkiyənin 
bir sıra şərq vilayətlərini ələ keçirmək niyyətində idilər. 
Az
ərbaycan Cümhuriyyəti ilə  Türkiyə  arasında 
1918-ci il iyunun 4-d
ə  bağlanmış  Batum  müqaviləsinə 
əsasən Türkiyənin göstərdiyi hərbi  yardım  Azərbaycanın 
istiqlalının  qələbəsində,  eyni  zamanda,  xalqın  erməni və 
rus işğalına qarşı mübarizəsində mühüm rol oynadı. Hələ 
Az
ərbaycan hökuməti Tiflisdən Gəncəyə köçməmiş, Nuru 
 
88 

pa
şanın komandanlığı ilə Azərbaycana gəlmiş türk qoşun-
ları Gəncədə yerləşib gözləyirdilər.  
Bu zaman erm
əni qulduru Andronik Ozanyan 
bolşeviklərlə əlaqəyə girərək Naxçıvanı və Zəngəzuru ələ 
keçirm
ək  üçün  hücuma  keçmiş,  Şərur-Dərələyəz və 
Naxçıvan  qəzalarında  qanlı  qırğınlar  törətmişdi.  Belə  bir 
v
əziyyətdə bölgəni kütləvi qırğından yalnız Türkiyə xilas 
ed
ə  bilərdi. 1918-ci  il  mayın  sonlarında  bölgə  əhalisi 
K
ərim xan İrəvanlının başçılığı ilə Mehmet Vehbi paşanın 
yanına nümayəndə heyəti göndərib hərbi qüvvə ilə kömək 
etm
əyi xahiş etdi [34, s. 103-104]. 
1918-ci il iyunun 
əvvəllərində  9-cu və  11-ci Türk 
diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdilər [215, s. 
75-76]. 1918-
ci  ilin  iyun  ayının  4-də  türk hərbi 
hiss
ələrinin  Naxçıvana  daxil  olmasından  qorxuya  düşən 
Andronik öz qaniç
ən dəstəsi ilə  geri çəkildi. Naxçıvan 
Milli  Şurasının  sədri Cəfərqulu  xan,  onun  oğlu  Kalbalı 
xan, R
əhim  xan,  Kamran  xan,  Cabbarağa  Vəzirov və 
başqalarının səyləri ilə yerli inzibati komitə bərpa olundu. 
1918-
ci  il  avqust  ayının  əvvəlində  Azərbaycanın 
Naxçıvan və Təbriz  bölgələri  K.Qarabəkir  paşanın 1-ci 
Qafqaz kolordusunun t
əsir dairəsində  idi. Avqustun 7-də 
K.Qarab
əkir qərargahını  Təbrizdən  Naxçıvana  köçürdü. 
Bu zaman erm
ənilər Naxçıvana növbəti hücum ərəfəsində 
idil
ər. K.Qarabəkir paşanın gəlməsi Qafan tərəfdən Naxçı-
vana hücuma ha
zırlaşan  ermənilərin  qarşısının  alınması 
istiqam
ətində ciddi tədbirlər görülməsi ilə müşayiət olun-
du [48, s. 195].   
Sentyabrın  15-də  türk  qoşunlarının  köməyi ilə 
Az
ərbaycan ordusu Bakını  rus-erməni qəsbkarlarından 
azad etdi. Az
ərbaycan hökuməti Gəncədən Bakıya köçdü. 
Bu x
əbər Naxçıvanda böyük sevinclə qarşılandı. Oktyab-
 
89 

rın  22-də  K.Qarabəkir Cənubi Azərbaycanı  tərk edərək 
oktyabrın 25-də Culfaya, sonra isə Naxçıvana gəldi. Lakin 
c
əmi 6 gün sonra,  oktyabrın  31-də  K.Qarabəkir  paşa  I 
kolordu q
ərargahının ləğv olunduğu, özünün isə İstanbula 
çağrıldığı barədə əmr  aldı. Bu onunla əlaqədar idi ki, 30 
oktyabr 1918-ci ild
ə  I Dünya Müharibəsinin nəticələrini 
r
əsmiləşdirən Mudros müqaviləsi bağlanmışdı və məğlub 
t
ərəf kimi Türkiyəyə qarşı da bir sıra sərt tələblər qoyul-
muşdu.  Türk  ordusu  bir  həftəyə  Bakını,  bir  aya  Cənubi 
Qafqazı  tərk etməli, müharibədən  əvvəlki sərhədlərə 
ç
əkilməli idi. Bu səbəbdən Türkiyə  tutduğu  ərazilərdən, 
el
əcə  də  Naxçıvandan  geri çəkildi.  Nuru  paşa  Azərbay-
candan qo
şunları  çağırdığı  kimi,  K.Qarabəkir  paşa  da 
1918-ci il noya
brın 1-də qərargahı ilə Naxçıvandan qatarla 
Qarsa yola düşdü [34, s. 106]. Mudros müqaviləsinin şərt-
l
ərini  eşidən K.Qarabəkir  çox  narahat  olmuş  və  demişdi 
ki,  “Qırx  illik  əsarətdən  altı  ay  öncə  qurtulan və  erməni 
zülmünd
ən  ağır  yaralar  alan...  türk-müsəlman  əhalisinin 
ya
şadığı bu bölgələr biz 1914-cü il sərhədlərinə çəkilincə 
yenid
ən erməni-gürcü zülmünə  məruz  qalacaqdır.  Buna 
çar
ələr düşünüb, tədbirlər görməliyik” [236, s. 18]. 
 
Türk qoşunlarının Naxçıvanı tərk etməsindən əvvəl 
1918-
ci  il  noyabr  ayında  Osmanlı  Türkiyəsinin ordu 
generalı  Mustafa  Kamalın  məsləhəti ilə  Şərq cəbhəsi 
komandanı,  ordu  generalı  Kazım  Qarabəkir  paşa  tərəfin-
d
ən Naxçıvanda müstəqil hakimiyyəti olan Araz-Türk 
Respublikası yaradıldı [164, s. 111-112]. Bu respublikanın 
inzibati 
əraziləri  Naxçıvan,  Şərur-Dərələyəz, Ordubad, 
S
ərdərabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri nahiyə-
l
əri və  s.  ərazilər daxil olmaqla, 16.000 km
2
-
ə  çatırdı, 
əhalisi isə 1 milyon nəfərə yaxın idi [75, s. 29]. K.Qarabə-
kir Araz-
Türk  Respublikasının  silahlı  qüvvələrinin yara-
 
90 

dılmasına  da  kömək göstərmiş,  polkovnik  Xəlil bəy bu 
hökum
ətdə Türkiyə təmsilçisi təyin olunmuşdu. Bu dövlət 
qurumunun c
əmi  dörd  ay  yaşamasına  baxmayaraq,  qısa 
müdd
ətdə onun hökuməti bölgənin azərbaycanlı əhalisinin 
qüvv
ələrinin  düşmənə  qarşı  mübarizə  naminə  səfərbər 
edilm
əsində  və  ərazilərin ermənilər tərəfindən  işğalının 
qarşısının alınmasında mühüm rol oynadı. 
1919-cu il
in  yanvarında  Naxçıvanda  ingilis 
general-
qubernatorluğu  elan  edildi.  Bu  zaman  Naxçıvanı 
faktiki olaraq C
əfərqulu xan idarə edir, Kalbalı xan isə si-
lah
lı qüvvələrə komandanlıq edirdi. Bölgənin müdafəsində 
türkl
ərin burada qoyub getdiyi  300 nəfər əsgəri və 5 zabiti 
yaxından iştirak edirdi [165, s. 61].  
K.Qarab
əkir  Naxçıvan  bölgəsini daim diqqət mər-
k
əzində saxlayırdı. Naxçıvana hücuma keçən ermənilərin 
qarşısını almaq üçün onun əmri ilə 1919-cu il iyulun 17-
d
ən 18-ə keçən gecə Bəyazit qarnizonundan yüzbaşı Xəlil 
b
əyin  başçılığı  ilə  4 zabit və  7  əsgərdən ibarət bir qrup 
Naxçıvanda müdafiəni təşkil etmək üçün yola salınmışdı. 
Bu iş elə təşkil edilmişdi ki, guya Xəlil bəy və yoldaşları 
f
ərarilik edərək ordudan özləri qaçmışlar. Bu yolla Naxçı-
vana silah, c
əbhə ləvazimatı, təcrübəli zabitlər göndərildi 
ki,  onların  da  bölgənin müdafiəsində  əhəmiyyətli rolu 
oldu. K.Qarab
əkir 1919-cu ildə  Ərzurum  konfransından 
sonra mayor Veys
əl bəyə  və  Şərqi  Anadoludakı  11-ci 
diviziya komandiri Cavid b
əyə  göndərdiyi məktubda 
yazırdı:  “Hər tərəfdən məhzur  bir  haldayıq,  yalnız  Azər-
baycana açıq Naxçıvan pəncərəsi var. Onun qapanmama-
sını istəyirəm” [241, s. 4].  
Bu zaman ingilisl
ər Naxçıvanın erməni idarəçiliyi-
n
ə verilməsi siyasətini yürüdürdülər. 1919-cu il mayın 1-
d
ə Britaniya komandanlığı adından general Devi Şərur və 
 
91 

Ordubad daxil olmaqla, bü
tün Naxçıvan bölgəsinin Ermə-
nistana verildiyini Nax
çıvan  Milli  Şurasına  bildirdi.  Bu 
x
əbər  xalqın  qəti  etirazına  səbəb oldu. 1919-cu  il  mayın 
14-d
ə general Devi və Ermənistanın baş naziri Q.Xatisov 
Naxçıvana gəldilər. Milli Şuranın və xalqın qəti etirazına 
baxmayaraq daşnak Varşamyan Naxçıvana general-quber-
nator t
əyin edildi. Azərbaycan ordusunun buradakı zabit-
l
ərini Naxçıvanı tərk etməyə məcbur etdilər. Milli Şuranın 
s
ədri vəziyyət barədə  Azərbaycan hökumətinə  məlumat 
ver
ərək bildirdi ki, biz ermənilərə  tabe olmuruq, tezliklə 
Az
ərbaycan  qoşunları  tərəfindən Zəngəzurun  tutulmasını 
v
ə Azərbaycanla birləşməyi gözləyirik. Azərbaycan höku-
m
əti bütün vasitələrlə  Naxçıvanın  ermənilər tərəfindən 
ilhaqına mane olmağa çalışsa da, 1919-cu il iyunun 21-də 
erm
əni  qoşunları  ingilislərin köməyi ilə  Naxçıvan  bölgə-
sini  işğal  etdilər. Vedibasar,  Şərur,  Şahtaxtı,  Naxçıvan, 
Ordubad, Z
əngəzur hücumlara məruz qaldı.  
Az
ərbaycan hökumətindən gözlənilən  yardımı  ala 
bilm
əyən Naxçıvan əhalisi ermənilər əleyhinə ümumxalq 
mübariz
əsinə  qalxdı.  3  günlük  qanlı  döyüşlərdə  Kalbalı 
xanın rəhbərliyi ilə xalq qoşunu ermənilərə sarsıdıcı zərbə 
vurdu, avqustun 30-da Nax
çıvan  şəhəri ermənilərdən tə-
mizl
əndi. Bu döyüşlərdə Naxçıvandakı azsaylı türk əsgər-
l
əri və zabitləri qəhrəmancasına vuruşdular [34, s. 109].  
Erm
ənilər qovulduqdan sonra Azərbaycan höku-
m
əti S.Cəmillinskini  Naxçıvana  general-qubernator təyin 
etdi. O, burada d
ərhal idarəetmə  strukturları  yaratmağa 
başladı.  Xəlil bəy bölgə  qoşunlarına  komandan  təyin 
edildi.  Kalbalı  xan  həm komandan müavini, həm də 
Naxçıvan qoşun dəstəsinin komandiri oldu.  
1919-cu ilin iyul-
avqustunda Naxçıvandakı Ameri-
ka polkovniki C.Rey C
əfərqulu xanla və  Xəlil bəylə 
 
92 

danışıqlar  apararaq  burada  Amerika  general-qubernator-
luğu  yaratmaq  haqqında  fikirlərini bildirdi. Avqustun 
sonunda polkovnik V.Has
kel  Paris  sülh  konfransı  və 
Antanta Mütt
əfiqlər  Şurası  adından  Azərbaycan höku-
m
ətinə  bildirdi  ki,  Naxçıvan  və  Şərur-Dərələyəzdə  ABŞ 
general-qubernatorlu
ğu  yaradılır  [72, s. 86]. Lakin həm 
Az
ərbaycan hökumətinin sədri N.Yusifbəylinin, həm də 
Naxçıvanın  yerli  hakimiyyət nümayəndələrinin və 
əhalisinin qətiyyətli mövqeyi nəticəsində  burada  ABŞ 
general-
qubernatorluğu yaratmaq cəhdləri iflasa uğradı və 
bir müdd
ət sonra onlar Naxçıvanı tərk etməli oldular. 
1919-
cu  ilin  noyabrında  ermənilər yenidən  Naxçı-
vana hücum
a  başladılar.  Ordubadın  bir  neçə  kəndini  ələ 
keçir
ən ermənilər  əhaliyə  divan tutdular. Xəlil bəyin 
gönd
ərdiyi taborlar və  Kalbalı  xanın  dəstələri  düşmənə 
qarşı rəşadətlə döyüşərək hücumun qarşısını aldılar. Nax-
çıvanın  müdafiəsindəki xidmətlərinə  görə  Kalbalı  xan 
Türkiy
ənin yüksək hərbi ordeninə  layiq görüldü. Azər-
baycan  hökum
əti də Naxçıvanın müdafiəsindəki  xidmət-
l
ərinə görə ona general-mayor rütbəsi verdi. 
1920-
ci  ilin  martında  K.Qarabəkirin qərarı  ilə 
Naxçıvandakı  türk  qüvvələrini gücləndirmək  üçün  Əli 
Teymur b
əyin  başçılığı  altında  50  nəfərdən ibarət türk 
bölüyü gönd
ərildi [13, s. 20]. Belə şəraitdə  martın 21-də 
daşnak  qoşunları  Naxçıvan  üzərində  irimiqyaslı  hücuma 
keçdil
ər. Türk zabiti Zob bəyin,  Kalbalı  xanın,  Xəlil 
b
əyin, Nuru bəyin, Naci bəyin,  Ədib  bəyin  başçılığı  ilə 
döyüşən taborlar erməniləri məğlub edərək geri oturtdular 
[115, 2010, 9 fevral]. 
1920-
ci  ilin  payızında  Şərq cəbhəsində  uğurlu 
əməliyyatlar keçirən K.Qarabəkir sentyabrın 29-da Sarıqa-
mışı,  oktyabrın  1-də  Kağızmanı,  oktyabrın  30-da  Qarsı, 
 
93 

noyabrın 7-də Gümrünü, noyabrın 12-də İqdırı azad etdi. 
N
əhayət, noyabrın 25-də ermənilər təslim olaraq danışıq-
lara başladılar. 1920-ci il dekabrın 2-də Türkiyə ilə daşnak 
hökum
əti  arasında  Gümrü  müqaviləsi  bağlandı.  18 
madd
ədən ibarət olan bu müqavilənin 2-ci və 12-ci mad-
d
ələri  Naxçıvanla  bağlı  idi.  Bu  müqavilə  ilə  bir  sıra 
ərazilər Türkiyənin himayəsinə  verilmiş  və  Ermənistanın 
bu 
ərazilərə iddia irəli sürməyəcəyi təsbit edilmişdi [239, 
s. 19-23]. Lakin el
ə müqavilənin imzalandığı gün daşnak 
hökum
əti süqut etdi, əvəzində  isə  Ermənistanda sovet 
hakimiyy
ətinin qurulduğu elan edildi. 
Bununla bel
ə, K.Qarabəkir paşa Veysəl bəyə gön-
d
ərdiyi 26 dekabr 1920-ci il tarixli teleqramda Ermənistan 
v
ə  Azərbaycanın  Naxçıvana  müdaxilə  etməsinin  doğru 
olmadığını və bu iki ölkənin Naxçıvana fövqəladə komis-
sar t
əyin edə  bilməyəcəyini və  belə  şərait  yaranarsa, 
Naxçıvanı  öz  parçası  kimi  dəyərləndirən türk hökuməti 
t
ərəfindən lazımi tədbirlər görüləcəyini bildirmişdi [114, s. 
392]. Erm
ənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-
d
ə  verdiyi bəyanatla Naxçıvanı  müstəqil sovet respub-
likası  kimi  tanıdığını  və  ona  qarşı  ərazi iddialarından 
imtina etdiyini bildirdi.  
Çox keçm
ədən 1921-ci ilin əvvəllərində Naxçıvan 
ölk
əsində  Naxçıvanın  və  yerli  xalqın  aqibətini  əbədilik 
h
əll edən referendum keçirildi. Bu referendum Naxçıvanın 
bundan sonra da Az
ərbaycanın  himayəsində  qalmasını 
t
əmin etdi [182, v. 79]. Bu, Zəngəzurdan sonra Naxçıvanı 
q
əsb etmək istəyən ermənilərə  qarşı  böyük  bir  zərbə  idi. 
Sonradan  referendumun n
əticələri  Moskva və  Qars 
müqavil
ələri ilə möhkəmləndirildi. 
M.K.Atatürk
ə  görə  “Türk  qapısı”,  K.Qarabəkir 
paşaya görə “Şərq qapısı” olan Naxçıvan strateji əhəmiy-
 
94 

y
ətli bölgə  kimi Türkiyə, Rusiya və  Türkiyə-Ermənistan 
görüşmələrində  mühüm  yer tutmağa başladı [235, s. 52]. 
Naxçıvanın muxtariyyət statusu alması çox ağır, gərgin bir 
dövrd
ə gərgin mübarizə nəticəsində olmuşdur. Bu mübari-
z
ədə Türkiyənin və böyük M.K.Atatürkün də rolu olmuş-
dur. Bel
ə  ki, 1921-ci  ilin  martında  Türkiyə  ilə  Rusiya 
arasında  imzalanmış  Moskva  müqaviləsi  Naxçıvana 
muxtariyy
ət statusunun verilməsində müstəsna rol oynadı.  
Naxçıvanın  muxtariyyət  statusunun  yaranması  və 
t
əmin edilməsinin səbəb və  nəticələrinə  dair fikirlərini 
açıqlayan, bu prosesdə tarixi hadisələrin inkişaf dinamika-
sını  təhlil edən Heydər  Əliyev  deyirdi:  “...Bəli, o vaxt 
erm
ənilər Naxçıvana iddia edirdilər, Naxçıvanı öz torpaq-
ları  kimi  hesab  edirdilər və  Naxçıvanı  Ermənistanın 
t
ərkibinə  daxil etmək istəyirdilər. Burada da müəyyən 
tarixi nöqt
ələrdən istifadə  edirdilər.  Çünki  çar  Rusiyası 
C
ənubi Qafqazı ələ keçirəndən sonra Azərbaycana məxsus 
olan  Naxçıvan  xanlığı  və  İrəvan  xanlığı  1848-1849-cu 
ill
ərdə  ləğv  edilmişdi.  İrəvan quberniyası  yaranmışdı. 
Naxçıvan  qəzası  da  quberniyanın  tərkibində  idi. Onlar 
bundan istifad
ə  edərək  Naxçıvanı  Ermənistana qatmaq 
c
əhdləri göstərirdilər. O vaxt kəskin bir mübarizə gedirdi. 
Bu mübariz
ənin nəticəsində  Azərbaycanın  o  vaxtkı 
hökum
əti çox ciddi mövqe göstərərək həmin Qars 
müqavil
əsində  Naxçıvanın  statusunu  müəyyən  etmiş  və 
Naxçıvana  muxtariyyət verilməsi  haqqında  qərar qəbul 
etmişdir” [58, ХIХ c., 2006, s. 152]. 
Naxçıvanın  muxtariyyət statusunun təmin edilmə-
sind
ə  sovet Azərbaycanının  Ədliyyə  komissarı,  görkəmli 
diplomat Behbud ağa Şahtaxtinskinin Moskvada apardığı 
danışıqlar  V.Leninin  Naxçıvan  məsələsinə  münasibətini 
d
əyişməsinə  və  nəticə  etibarilə  Naxçıvana Azərbaycanın 
 
95 

t
ərkibində  muxtariyyət statusu verilməsinə  ciddi təsir 
etmişdi.  Ümumiyyətlə, Azərbaycanın  Ədliyyə  komissarı, 
Naxçıvan  İnqilab  Komitəsinin və  Xalq  Komissarları 
Sovetinin s
ədri, Azərbaycanın  Rusiyada səlahiyyətli nü-
may
əndəsi kimi məsul vəzifələrin öhdəsindən ləyaqətlə 
g
ələn,  çox  böyük  nüfuz  sahibi  olan  B.Şahtaxtinskinin 
Naxçıvanın muxtariyyət statusu qazanmasında çox böyük 
xidm
ətləri olmuşdur.  
O, 1921-
ci il  martın  1-də Leninə göndərdiyi mək-
tubda  Naxçıvan,  Zəngəzur,  Dağlıq  Qarabağ  ərazilərinin 
g
ələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların 
milli t
ərkibi və  coğrafiyasına  dair  arayışlar  əlavə  etmiş, 
Nax
çıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi [165, 
s. 304].  B
.Şahtaxtinskinin  Naxçıvanla  bağlı  təklifləri 
V.Leninin diqq
ətini cəlb etmiş və məktub müzakirə üçün 
Siyasi Büroya gönd
ərilmişdi. Martın 16-da Siyasi Büroda 
h
əmin məktuba baxılmış, B.Şahtaxtinskinin təklifi nəzərə 
alınmaqla  Azərbaycanın  himayəsində  Naxçıvan Sovet 
Respublikasının  təşkili  barədə  qərar qəbul  olunmuşdu. 
B.Şahtaxtinskinin Moskvaya gəlmiş Türkiyə nümayəndə-
l
əri ilə apardığı danışıqlar da uğurla nəticələnmişdi.  
Bir ay davam etmiş danışıqların yekunu 1921-ci il 
martın  16-da  RSFSR-lə  Türkiyə  arasında  imzalanmış 
“Dostluq v
ə  qardaşlıq  haqqında  müqavilə”də  öz  əksini 
tapdı. Beləliklə, 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə 
arasında  bağlanan  Moskva  müqaviləsi bir çox prinsipial 
m
əsələlərlə  yanaşı,  Naxçıvan  bölgəsinin də  taleyinə 
aydınlıq  gətirdi. Müqavilənin 3-cü maddəsinə  uyğun 
olaraq  Naxçıvanın  qəyyumluğunu  heç  bir  zaman  üçüncü 
dövl
ətə  güzəştə  getməmək  şərti ilə  muxtar bölgə  kimi 
Az
ərbaycanın tərkibində qaldı [71, s. 16]. Müqavilə 1921-
ci  il  martın  20-də  RSFSR Mərkəzi  İcraiyyə  Komitəsi, 
 
96 

h
əmin il iyulun 21-də  isə  Türkiyə  Böyük Millət Məclisi 
t
ərəfindən təsdiqləndi  [165, s. 305]  və  Naxçıvanın 
taleyinin h
əll olunmasında böyük rol oynadı.  
1921-
ci  il  oktyabrın  13-də  Rusiya nümayəndələ-
rinin  iştirakı  ilə  bir tərəfdən Azərbaycan, Ermənistan və 
Gürcüstan
ın, digər tərəfdən Türkiyənin imzaladıqları Qars 
müqavil
əsinə  əsasən  Naxçıvanın  ərazisi, sərhədləri daha 
da d
əqiqləşdirildi,  gələcək siyasi-hüquqi statusu qəti 
olaraq mü
əyyənləşdirildi.  Bölgənin bütün dövlətləri tərə-
find
ən  imzalandığından  Naxçıvanın  ərazi bütövlüyünün 
qorunması  və  möhkəmləndirilməsi, onun muxtariyyət 
statusunun t
əsbit edilməsində  Qars müqaviləsi həlledici 
rol oyna
dı. Bu müqavilənin tarixi əhəmiyyəti ondan ibarət 
idi ki, Erm
ənistan  Naxçıvanı  Azərbaycan  torpağı  kimi 
qeyd-
şərtsiz qəbul etdi. Müqavilənin 5-ci maddəsində  
deyilirdi: “Türkiy
ə  hökuməti, Azərbaycanın  və  Ermənis-
tanın  sovet  hökumətləri  razılığa  gəlirlər  ki,  Naxçıvan 
vilay
əti bu müqavilənin III əlavəsində göstərilən sərhədlər 
daxilind
ə Azərbaycanın qəyyumluğu altında muxtar ərazi 
t
əşkil edir”  [70, s. 132]. 
Bel
əliklə, Naxçıvan əhalisinin ardıcıl və ciddi mü-
bariz
əsi, Azərbaycan və Türkiyə diplomatlarının məqsəd-
yönlü f
əaliyyətləri, B.Şahtaxtinskinin diplomatik gedişləri, 
müraci
ət və  təklifləri sayəsində, beynəlxalq Moskva və 
Qars müqavil
ələri ilə  Naxçıvan  diyarı  Azərbaycanın 
t
ərkibində  muxtar  ərazi kimi qəbul edildi [41, s. 41]. 
Naxçıvanın tarixi taleyini, yəni onun tarixən olduğu kimi, 
Az
ərbaycanın  tərkib hissəsi  olaraq  qalması  imkanlarını 
h
əmin müqavilələr reallaşdırdı. Bu müqavilələrlə Rusiya, 
Türkiy
ə, Azərbaycan, Ermənistan və Gürcüstan Naxçıvanı 
Az
ərbaycanın  tərkibində  muxtar  qurum  kimi  tanımış  və 
onun statusuna beyn
əlxalq hüquqi təminat vermişlər. 
 
97 

Heyd
ər  Əliyev  Naxçıvanda  muxtariyyətin təşkili 
uğrunda  mübarizə  aparmış  tarixi  şəxsiyyətlərin bu səylə-
rini Az
ərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə kimi 
qiym
ətləndirərək  deyirdi:  ”Naxçıvan  Muxtar  Respublika-
sının yaranması Azərbaycan xalqının, respublikanın həya-
tında  tarixi  hadisədir.  Bu  respublikanı  vaxtilə  yaradanlar 
çox müdrik, uzaqgör
ən insanlar olublar, Azərbaycan tor-
paqlarının  ayrı-ayrı  iddiaçılar  tərəfindən  parçalanmasının 
qarşısını alıblar” [130, s. 12]. 
T
əbii ki, o dövrdə  yaranmış  beynəlxalq  şərait, 
bölg
ədəki real qüvvələr nisbəti, habelə  1918-1920-ci 
ill
ərdə torpaqlarımıza  qarşı erməni təcavüzü ilə  müşayiət 
olunan h
ərbi-siyasi hadisələr nəzərə  alınaraq,  Moskva  və 
Qars müqavil
ələrində  Naxçıvan  məsələsinin  qoyuluşu  və 
onun Az
ərbaycanın  xeyrinə  həll edilməsi böyük tarixi 
nailiyy
ət kimi qəbul  olunmalıdır.  Heydər  Əliyev  həmin 
müqavil
ələrə  öz münasibətini bildirərək deyirdi: “Bu 
müqavil
ələrin əhəmiyyəti çox böyükdür. Şübhəsiz ki, biz 
Sovetl
ər  İttifaqının  tərkibində  olanda bu müqavilələr 
tamam unudulmuşdu... Çünki buna ehtiyac yox idi. Hamı 
Sovetl
ər İttifaqının tərkibində idi. Sovetlər İttifaqının tər-
kibind
ə olarkən Naxçıvan Muxtar  Respublikasının Kons-
titusiyası da var idi. 1926-cı ildə, 1937-ci ildə də, 1978-ci 
ild
ə  də  Naxçıvan  Muxtar  Respublikasının Konstitusiyası 
q
əbul olunmuşdur. Ona görə də heç kəs arayıb-axtarmırdı 
ki, Qars müqavil
əsi, yaxud Moskva müqaviləsi nədir, 
n
ədən ötrüdür. Buna heç ehtiyac da yox idi. Amma hesab 
edir
əm ki, Sovetlər İttifaqı dağılan zaman Naxçıvana qarşı 
yen
ə  də  xəyanətkar  əllər uzanan zaman biz bu 
müqavil
ələrin Azərbaycan üçün nə  qədər  əhəmiyyətli 
oldu
ğunu dərk edə bildik” [58, XIV c., 2005, s. 78-79]. 
Az
ərbaycanın  tərkibində  Naxçıvan  diyarının  mux-
 
98 

tariyy
ət təşkil  etməsi bölgənin spesifik ərazi mövqeyi – 
geosiyasi 
şəraiti ilə bağlı idi. Çünki üç tərəfdən Ermənis-
tanla h
əmsərhəd  olması  Naxçıvanı  Azərbaycanın  digər 
torpaqlarından  ayırırdı.  Həmçinin o, cənubda və  cənub 
q
ərbdə  İran  və  Türkiyə  ilə  həmsərhəd idi və  ərazi  baxı-
mından Azərbaycandan aralı düşmək Naxçıvanın inzibati 
idar
əçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə 
imkan vermirdi [165, s. 313]. Ona gör
ə də Naxçıvan diya-
rına muxtar respublika statusunun verilməsi milli mənsu-
biyy
ətinə  görə  yox, daxili və  xarici amillərə,  coğrafi 
mövqeyin
ə, geosiyasi vəziyyətinə, beynəlxalq müqavilə-
l
ərə  əsasən  mümkün  olmuşdur.  Coğrafi-siyasi vəziyyəti 
tarixi z
ərurət kimi Naxçıvana muxtar hüquqların verilmə-
sini şərtləndirmiş və ona özünüidarə hüququnun tanınma-
sına yol açmışdır. 
 
Naxçıvan  diyarının  muxtariyyət statusunun tam 
reallaşması bir neçə mərhələdən ibarət olmuşdur. Əvvəlcə, 
1921-
ci  ilin  martın  16-dan  Naxçıvan  Sovet  Sosialist 
Respublikası  şəklində, 1923-cü ilin iyunun 16-dan 
Naxçıvan  Muxtar  Diyarı,  1924-cü  il  fevralın  9-dan 
Az
ərbaycan SSR  MİK-in dekreti ilə  Naxçıvan  MSSR 
adlan
dırılmışdır [232, 2004, 2 mart].  
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazası-
nın  yaradılması  1924-cü ilin aprelində  Azərbaycan  MİK 
t
ərəfindən təsdiq edilmiş Naxçıvan MSSR haqqında Əsas-
nam
ənin qəbulu ilə  başlanmışdır.  Əsasnaməyə  görə, 
Naxçıvan  Azərbaycan SSR-in tərkib hissəsi kimi, ona 
muxtar respublika şəklində daxil olurdu [68, s. 16-17]. Bu 
Əsasnamə  Muxtar  Respublikanın  ictimai,  siyasi,  iqtisadi 
h
əyatını  tənzimləyən  əsas  qanunverici  akt  olmuşdur. 
Bununla  da  Naxçıvan  özünün  qanunverici  orqanları,  icra 
hakimiyy
əti olan muxtar quruma çevrilmişdi. Naxçıvanın 
 
99 

Az
ərbaycanla qarşılıqlı münasibətləri Azərbaycan Konsti-
tusiya
sı ilə müəyyənləşirdi. 
1926-
cı  il  aprelin  18-də  qəbul  edilmiş  Naxçıvan 
MSSR-i
n  I  Konstitusiyasında  muxtariyyətin  əsasları  ali 
hüquqi s
əviyyədə təsbit olundu. Bu Konstitusiyanın 52-ci 
madd
əsində  göstərilirdi:  “Naxçıvan  SSR  Azərbaycan 
SSR-in t
ərkib hissəsidir və  onun  protektoratlığındadır” 
[32, s. 316]. Muxtariyy
ətin sonrakı konstitusiyalarında da 
Naxçıvan Azərbaycanın tərkibində muxtar respublika kimi 
t
əsbit olunmuşdur. 
 Heyd
ər Əliyevin Azərbaycana rəhbərliyinin bütün 
dövrl
ərində Naxçıvanın muxtariyyət statusunun möhkəm-
l
əndirilməsi  üçün  mühüm  işlər  görülmüşdür.  1973-cü il 
avqustun 28-d
ə  Azərbaycan  KP  MK  Bürosunda  “Naxçı-
van MSSR-in 50 illiyi haq
qında” məsələ müzakirə edilmiş 
v
ə  8 bənddən ibarət qərar qəbul  edilmişdi.  Heydər 
Əliyevin  imzaladığı  qərarda  Naxçıvanın  muxtariyyətinin 
ildönümünün qeyd edilm
əsi ilə bağlı yubiley tədbirlərinin 
1974-
cü ilin  may ayında keçirilməsi nəzərdə tutulmuşdu. 
Lakin  Sov.  İKP  MK  katibliyinin  “Naxçıvan  MSSR-in 
yaranmasının 50 illiyi haqqında” 19 mart 1974-cü il tarixli 
q
ərarına  uyğun  olaraq Azərbaycan KP MK Bürosu 6 
sentyabr 1974-cü  ild
ə  oktyabrın  4-də  bayram edilməsi 
haqqında  ikinci  qərar qəbul etməli  olmuş  [124, s. 124], 
Heyd
ər  Əliyevin  təşəbbüsü ilə  1974-cü ildə  Naxçıvan 
muxtariyy
ət statusunun 50 illiyi dövlət səviyyəsində geniş 
qeyd olunmuşdu. 
50 illik yubiley t
ədbirlərində  şəxsən  iştirak  edən 
Heyd
ər  Əliyev  deyirdi:  “...Naxçıvan  ölkəsinin tarixən 
t
əşəkkül  tapmış  siyasi  və  coğrafi  mövqeyi  ona  gətirib 
çıxardı  ki,  Azərbaycan Mərkəzi  İcraiyyə  Komitəsinin 
1924-cü  il 9 fevral tarixli dekreti il
ə  Naxçıvan  ölkəsi 
 
100 

Az
ərbaycanın  tərkibində  Muxtar Sovet Sosialist Respub-
likasına çevrildi. Kommunist partiyasının və sovet dövləti-
nin görk
əmli xadimlərindən N.Nərimanov, Q.Musabəyov, 
S.Ağamalıoğlu, H.Sultanov və b. Naxçıvan MSSR-in ya-
radılması  və  inkişaf  etdirilməsi yolunda çox zəhmət 
ç
əkdilər” [11, 1974, 5 oktyabr]. 
Heyd
ər Əliyevin Naxçıvana rəhbərliyi dövrü, eləcə 
d
ə  Azərbaycan Respublikasının  Prezidenti  vəzifəsində 
işlədiyi illər Naxçıvanın muxtariyyət statusunun möhkəm-
l
əndirilməsində  mühüm dövr oldu. Belə  ki, 1991-ci il 
yanvar a
yının 11-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçı-
van MR Ali M
əclisi Moskva və  Qars müqavilələrinin 
iştirakçısı  olan  dövlətlərə  bəyanat verərək  onları  muxtar 
respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticə-
sind
ə pozulması faktına münasibət bildirməyə çağırdı. Bu, 
Naxçıvanın  muxtariyyətinin beynəlxalq müqavilələrlə 
qorunması faktını ön plana çəkməklə, muxtar respublikanı 
h
ərbi müdaxilə  təhlükəsindən diplomatik yolla qorumaq 
istiqam
ətində mühüm səylər idi [47, s. 38].    
1992-
ci  ilin  may  ayında  ermənilərin  Naxçıvana 
qarşı hərbi təcavüzü genişlənəndə Heydər Əliyev 1921-ci 
ild
ə  imzalanmış  Moskva və  Qars müqavilələrinin  Naxçı-
vanın muxtariyyət statusunun hüquqi təminatı üçün böyük 
əhəmiyyət daşıması faktını düzgün qiymətləndirərək Tür-
kiy
ə Baş naziri S.Dəmirəllə və xarici işlər naziri H.Çətinlə 
telefon 
əlaqəsi  saxlamış,  onlara  erməni təcavüzü barədə 
m
əlumat vermişdi. Bunun nəticəsində Türkiyənin Nazirlər 
Kabineti Erm
ənistanın  Naxçıvana  təcavüzü ilə  bağlı  20 
may 1992-ci il tarixli b
əyanatla çıxış etmişdi [45, s. 57]. 
Müst
əqilliyin ilk illərində Azərbaycanda bəzi siyasi 
qüvv
ələr Naxçıvanın muxtariyyət statusu daşımasını Azər-
baycanın unitar dövlət quruluşu ilə ziddiyyət təşkil etdiyi-
 
101 

ni 
əsas gətirərək,  Naxçıvanın  statusunun  ləğv  olunması 
t
ələbi ilə  çıxış  edirdilər.  Bu  savadsız  və  zərərli mövqe 
Heyd
ər  Əliyevi  narahat  etdiyindən,  Naxçıvan  MR  Ali 
M
əclisi Rəyasət Heyətinin 1992-ci il iyunun 17-də keçiri-
l
ən iclasındakı çıxışında o, Naxçıvanın muxtariyyət statu-
sunun d
əyişdirilməsi ilə bağlı təkliflərin ermənilərin işğal-
çı  siyasəti ilə  üst-üstə  düşdüyünu  bildirərək  demişdi: 
“Nax
çıvanın  statusunun  dəyişdirilməsinə  yönəldilən hər 
hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı 
q
ətiyyətlə alınacaqdır” [128, s. 770]. 
Naxçıvanın  muxtariyyət  statusunun tarixən  hansı 
əsaslarla formalaşdığını, bu statusun əslində Azərbaycanın 
ərazi bütövlüyünə  xidmət  etdiyini  anlamayan  bir  sıra 
siyasi işbazlar unitar dövlətin tərkibində öz konstitusiyası 
olan ikinci bir qurum ola bilm
əz iddiası ilə çıxış edirdilər. 
Əgər  onlar  Naxçıvan  MR-in meydana gəldiyi tarixi 
şəraitə, daxili və beynəlxalq vəziyyətə ötəri də olsa, nəzər 
salsaydılar,  tarixi sənədləri diqqətlə öyrənsəydilər, onlara 
aydın olardı ki, Naxçıvan Muxtar Respublikasının  yaran-
m
ası  ümumi,  hamı  tərəfindən qəbul  olunmuş,  heç  bir 
konstitusiya prinsipl
əri  əsasında  deyil,  1918-1921-ci 
ill
ərdə  yaranmış  mürəkkəb, ziddiyyətli daxili və  beynəl-
xalq şəraitin, siyasi mühitin nəticəsidir. 
Heyd
ər  Əliyev  Naxçıvanda  fəaliyyət göstərdiyi 
dövrd
ə,  eləcə  də  prezident olduğu  illərdə  Naxçıvanın 
muxtariyy
ət statusunun siyasi-hüquqi cəhətdən daha da 
möhk
əmləndirilməsi istiqamətində  apardığı  mübarizəni 
davam etdirdi. 1995-1999-cu ill
ər Naxçıvanın muxtariyyət 
statusunun hüquqi c
əhətdən möhkəmləndirilməsi baxımın-
dan yaddaqalan oldu. Bel
ə  ki, 12 noyabr 1995-ci ildə 
ümumxalq s
əsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan 
Respublikası  Konstitusiyasının  “Naxçıvan  Muxtar  Res-
 
102 

pub
likası”  adlanan  VIII  fəsli (134-141 maddələr)  Naxçı-
vanın  muxtariyyət statusuna həsr olundu. 134-cü maddə-
nin I-III b
əndlərində  deyilir: “Naxçıvan Muxtar Respub-
likası  Azərbaycan  Respublikasının  tərkibində  muxtar 
dövl
ətdir. Naxçıvan  Muxtar  Respublikasının  statusu  bu 
Konstitusiya il
ə  müəyyən  edilir.  Naxçıvan  Muxtar 
R
espublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib 
hiss
əsidir” [18, s. 59].  
Heyd
ər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respub-
lika
sının  Konstitusiyası əsasında  Naxçıvan  MR-nın  yeni 
Konstitusi
yası  hazırlandı.  1998-ci il  yanvarın  14-də 
Prezident Heyd
ər  Əliyevin  sədrliyi ilə  keçirilən iclasda 
Konstitusiya layih
əsi  geniş  müzakirə  olundu. O, iclasda 
Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini bir daha 
qabardaraq  deyirdi:  “...Naxçıvanın  muxtariyyəti tarixi 
nailiyy
ətdir, biz bunu qoruyub saxlamalıyıq.  Naxçıvanın 
muxtariyy
əti Naxçıvanın əldən getmiş başqa torpaqlarının 
qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz 
bu  amili  qoruyub  saxlamalıyıq.  Naxçıvan  muxtariyyəti 
Naxçıvanla, Azərbaycanla Türkiyənin sərhədi üçün tarixi 
hadis
ədir...  Naxçıvan  muxtariyyətini qoruyub saxlama-
lıyıq və Naxçıvana ona lazım olan hüquqlar verilməlidir” 
[10, 1998, 17 yanvar].  
6 f
əsil, 50 maddədən ibarət  Naxçıvan  Muxtar 
Respublikasının  yeni Konstitusiyası Ali Məclisin 1998-ci 
il aprelin 28-d
ə  keçirilən sessiyasında  qəbul olundu və 
h
əmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli 
M
əclisi tərəfindən təsdiq edildi. 1999-cu il yanvar ayının 
8-d
ə dərc edilərək qüvvəyə mindi. 
Naxçıvanın  muxtariyyət  statusuna  qarşı  çıxanların 
iddialarının əksinə olaraq, Naxçıvan MR Konstitusiyasının 
ilk madd
əsində  deyilir: “Naxçıvan  Muxtar  dövləti Azər-
 
103 

bay
can  Respublikasının  tərkibində  demokratik, hüquqi, 
düny
əvi muxtar respublikadır. Naxçıvan Muxtar Respubli-
ka
sının statusunu Azərbaycan Respublikasının Konstitusi-
ya
sı, 16 mart  1921-ci il  Moskva və  13 oktyabr 1921-ci il 
tarixli Qars beyn
əlxalq müqavilələri müəyyən edir”. 
H
əmin fəslin II maddəsində isə göstərilir ki, Naxçıvan MR 
Az
ərbaycan  Konstitusiyası  ilə  onun səlahiyyətinə  aid 
edil
ən məsələlərin həllində müstəqildir, Naxçıvan MR-nın 
m
ənafeləri ilə  bağlı  bütün  digər məsələlər  Naxçıvan 
Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu 
m
əsələlərin həlli Azərbaycan  Respublikasının  dövlət 
orqanlarının  səlahiyyətlərinə  aid edilməyib və  Naxçıvan 
MR-
nın  səlahiyyətlərinə  aid məsələlərin həllində  o, 
Az
ərbaycan  Respublikasının ümumi mənafeləri ilə bağlı-
dır [190, s. 11]. 
Bel
əliklə,  Naxçıvan  MR  Konstitusiyası  heç  bir 
madd
ədə  Azərbaycan dövlətinin  unitarlığı  prinsipi  ilə 
ziddiyy
ət təşkil  etmir,  ölkə  coğrafiyasından  ayrı  düşmüş 
diyarın  Azərbaycan  ərazisi  kimi  mövcudluğunun  hüquqi 
əsaslarını müəyyən edir və möhkəmləndirir [47, s. 41]. 
Az
ərbaycan Prezidenti Heydər Əliyevin 1999-cu il 
fevralın  4-də  “Naxçıvan  Muxtar  Respublikasının  75  illik 
yubileyinin keçirilm
əsi”  haqqında  Fərmanında  deyilir: 
“Naxçıvanın  Azərbaycanın  himayəsi  altında  olan  muxtar 
ərazi statusu RSFSR ilə  Türkiyə  arasında  1921-ci ilin 
martında  imzalanmış  Moskva müqaviləsində, Rusiya, 
Az
ərbaycan, Gürcüstan, Ermənistan və  Türkiyə  arasında 
1921-
ci  ilin  oktyabrında  imzalanmış  Qars  müqaviləsində 
t
əsbit  edildi.  Naxçıvanın  statusunun iki beynəlxalq 
müqavil
ədə əks olunması həm o dövrdə, həm də Azərbay-
ca
nın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən 
bir fakt kimi qiym
ətləndirilməlidir”. Fərmanda Naxçı-
 
104 

vanın  muxtariyyətini  şərtləndirən  başlıca  tarixi-coğrafi 
amil d
ə  göstərilirdi:  “İlk  olaraq  Azərbaycan  torpağı 
Z
əngəzur  mahalı  Ermənistan SSR-in tərkibinə  qatıldı. 
Əslində isə ermənilərin planları daha geniş idi və onların 
tor
paq iddialarının əsas hədəfi məhz  Naxçıvan idi. Onlar 
Z
əngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış 

hüm addım hesab edirdilər. Beləliklə, Naxçıvanı Azər-
baycandan  ayıran  Azərbaycan  torpaqlarının  –  Zəngəzur 
ma
halının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət 
m
əsələsini zəruri etdi” [10, 1999, 5 fevral]. 
H
əmin fərmanla yubileyin keçirilməsinin təşkili üçün 
yaradılmış  Dövlət Komissiyasının  1999-cu  il  fevralın  9-da 
keçiril
ən  iclasında  Heydər  Əliyev  1992-1993-cü illərdə 
AXC-Müsavat hakimiyy
əti funksionerlərinin  Naxçıvanın 
muxtariyy
ətinin ləğv olunması təklifi ilə çıxış etdiyini bildi-
r
ərək deyirdi: “O vaxt  Xalq Cəbhəsinin həmin nüma-
y
əndələri Bakıdan gəlmişdilər, özü də Naxçıvanda doğulmuş 
adamlar idil
ər. Onlar Naxçıvan Muxtar Respublikasının Ali 
M
əclisində  çıxış  etdilər ki, “Naxçıvanın  muxtariyyəti ləğv 
olunma
lıdır”.  Əlbəttə  ki, onda mən də  təəccüb etdim. Ali 
M
əclisin deputatları da çox təəccüb etdilər və onlara cavab 
verdil
ər... Azərbaycan dövlətinin unitar xarakterli olduğunu 
guya saxlamaq ist
əyirdilər. Bunun üçün Naxçıvanın muxta-
riyy
ətini ləğv  etmək lazım  deyildir,  Naxçıvanın  ərazisinin 
hamısını qoruyub saxlamaq lazımdır” [130, s. 153]. 
1999-
cu  ilin  oktyabr  ayında  Naxçıvanda  yüksək 
s
əviyyədə  keçirilən yubiley tədbirlərində  Prezident 
Heyd
ər Əliyevin şəxsən iştirak etməsi Naxçıvanın muxta-
riyy
ət statusunun daha bir göstəricisinə  çevrilmişdi.  Bu, 
ilk növb
ədə  Qars müqaviləsinin ləğvi  ilə  bağlı  iddialarla 
çıxış edən Ermənistan dövlətinin rəhbərlərinə Azərbayca-
nın rəsmi mövqeyinin nümayişi kimi, digər tərəfdən Nax-
 
105 

çıvanın  muxtariyyət statusunun əhəmiyyətini sübut edən 
diqq
ətəlayiq fakt kimi qəbul oluna bilər. Prezident oktyab-
rın 12-də Naxçıvan şəhərində muxtar respublikanın təşkil 
olunma
sının 75 illiyinə həsr edilmiş təntənəli yubiley ic-
lasında  etdiyi  çıxışda  deyirdi: “Müstəqil Azərbaycan 
Respublika
sının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiya-
sı  əsasında,  Azərbaycanın  demokratik, hüquqi, dünyəvi 
dövl
ət Konstitusiyasında Naxçıvan Muxtar Respublikasına 
Az
ərbaycanın  tərkibində  dövlət statusu verilibdir. Bu 
status 
əvvəl də  var idi, sadəcə, elan edilmirdi. Ancaq 
bizim 
əvvəl nə qədər böyük nailiyyətlərimiz olubsa da, nə 
q
ədər böyük tarixi yol keçmişiksə də, Azərbaycan dövlət 
müst
əqilliyini  əldə  edəndən sonra  baş  verən hadisələr 
hamısından qiymətlidir. Ona görə də bu gün biz Naxçıvan 
Muxtar Respubli
kasının bir dövlət kimi 75 illik yubileyini 
qeyd edirik” [58, XXII c., 2007, s. 191]. 
Heyd
ər Əliyevin Azərbaycan Prezidenti kimi Nax-
çıvanla  bağlı  verdiyi  sərəncamlar həm ölkənin  ərazi bü-
tövlüyü v
ə təhlükəsizliyi baxımından, həm də Naxçıvanın 
statusunun hüquqi c
əhətdən möhkəmləndirilməsi istiqa-
m
ətində çox mühüm və diqqətəlayiq hadisə kimi qiymət-
l
əndirilməlidir. Çünki Heydər Əliyevin 1991-ci il oktyab-
rın  14-də  Türkiyənin Samanyolu  telekanalına  müsahibə-
sind
ə  dediyi  kimi,  “Naxçıvan  Azərbaycanın  ayrılmaz bir 
hiss
əsidir,  muxtar  respublikadır.  Naxçıvanın  xüsusiyyəti 
ondan ibar
ətdir ki, vaxtilə Azərbaycana qarşı ədalətsizlik 
edilib v
ə  Zəngəzur  diyarının  Ermənistana verilməsi ilə 
əlaqədar  Naxçıvan  Azərbaycanın  əsas  torpağından  ərazi 
nöqteyi-n
əzərindən  ayrı  düşübdür.  Ona  görə  də  burada 
muxtariyy
ət dövründə yaşayış o qədər də asan olmamışdır. 
Ancaq Na
xçıvanın muxtariyyətinin olması ərazi cəhətdən 
ayrı  düşmüş  Naxçıvanın  inkişaf  etməsinin  əsas  şərtlərin-
 
106 

d
ən biridir” [58, XXII c., 2007, s. 290]. 
Az
ərbaycanın  müstəqilliyi dövründə, Heydər 
Əliyevin ölkədə  siyasi hakimiyyətə  qayıdışından  sonra, 
Naxçıvan özünün muxtariyyət statusunun verdiyi imtiyaz-
lardan yararlana bilmiş, Ermənistan tərəfindən uzun müd-
d
ətdən bəridir  ki,  blokadada  saxlanmasına  baxmayaraq 
sür
ətli  inkişaf  yoluna  qədəm  qoymuşdur.  Hazırda  bütün 
ölk
ədə  dövlət idarəçiliyində  olduğu  kimi,  Naxçıvan 
Muxtar R
espublikasında da Heydər Əliyevin müəyyənləş-
dirdiyi milli dövl
ətçilik siyasəti  uğurla  həyata keçirilir. 
N
əticədə  ötən dövrdə  Naxçıvan  bu  gün  hərtərəfli  inkişaf 
etmiş, hər bir sahədə  uğurlar əldə edilmiş,  muxtariyyətin 
möhk
əm siyasi və hüquqi bazası formalaşmışdır.  
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi döv-
ründ
ə də Naxçıvan xüsusi qayğı ilə əhatə olunmuş, muxtar 
respublikanın inkişafı istiqamətində böyük işlər görülmüş-
dür. 2004-cü ild
ə  Naxçıvan  Muxtar  Respublikasının  80 
illik, 2009-cu ild
ə 85 illik, 2014-cü ildə 90 illik  yubiley-
l
ərinin qeyd edilməsi və Prezidentin yubiley tədbirlərində 
iştirakı  və  çıxışları  böyük  və  əlamətdar hadisə  idi. 
Az
ərbaycan Prezidenti nitqlərinin birində Naxçıvanın ölkə 
üçün siyasi-strateji 
əhəmiyyətini və müstəqillik tarixindəki 
rolunu yüks
ək qiymətləndirərək  deyirdi:  “Naxçıvanın 
güclü  olması  Azərbaycanın  güclü  olması  deməkdir. 
Naxçıvan  strateji  ərazidə  yerləşir.  Naxçıvanın  çox  böyük 
siyasi v
ə strateji əhəmiyyəti vardır. Azərbaycanın  müstə-
qilliyinin 
əldə edilməsində Naxçıvanın və naxçıvanlıların 
çox böyük 
əhəmiyyəti olmuşdur” [176, s. 54]. 
Əlbəttə,  bütün  bunlar  Naxçıvan  Muxtar  Respub-
likasının  Azərbaycanın  müstəqillik tarixində  nə  qədər 
əhəmiyyətli rol oynadığını bir daha təsdiq edir. 
Yüklə 20,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin