Elektrik gərginliyi. Elektrik gərginliyi cərəyan mənbəyinin yaratdığı elektrik sahəsini xarakterizə edən parametrdir. Bildiyimiz kimi, elektrik sahəsi naqildəki sərbəst yüklü zərrəciklərə təsir edərək onları hərəkətə gətirməklə, müəyyən iş görmüş olur. Sahənin gərginliyi məhz onun gördüyü işlə müəyyən olunur, yəni sahənin dövrədə çox iş görməsi, onun güclü sahə olması, bu isə sahəni xarakterizə edən parametrin - gərginliyin böyük olması deməkdir.
Gərginlik « U » işarə olunur və
kimi təyin olunur.
Əgər olarsa, onda U = A olar. Deməli, sahənin gərginliyi - vahid müsbət yükün sahənin hər hansı 2 nöqtəsi arasında hərəkəti zamanı görülən işə bərabər kəmiyyətdir.
Dostları ilə paylaş: |