Cərəyan şiddəti. Elektrik cərəyanının adlarını çəkdiyimiz məlum təsirlərini xarakterizə etmək üçün cərəyan şiddəti adlanan parametrdən istifadə edilir. Aydındır ki, naqildə cərəyan yaranması, onun en kəsik sahəsindən vahid zamanda müəyyən qədər elektrik yükünün (yüklü zərrəciklərin) keçməsi deməkdir. Bu yükün miqdarı nə qədər çox olarsa, cərəyanın təsirləri də o qədər çox olar. Buna görə də, vahid zamanda naqilin en kəsik sahəsindən keçən yükün miqdarı cərəyanı xarakterizə edən parametr kimi qəbul olunub, cərəyan şiddəti adlanır və
kimi təyin olunur (Burada q - naqilin en kəsik sahəsindən keçən yükün miqdarı, t – yükün keçmə müddətidir.
Cərəyan şiddətinin vahidi cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə əsasən müəyyənləşdirilib. Bunun üçün vakuumda yerləşmiş, aralarındakı məsafə 1m olan iki sonsuz uzun, paralel naqillər götürülüb və onlardan cərəyan buraxılıb.
Naqillərin hər bir metrləri arasında maqnit qarşılıqlı təsiri yaranan halda deyilir ki, naqillərdən axan cərəyanın şiddəti 1 Amperdir (A).
1A elə cərəyan şiddətinə deyilir ki, həmin cərəyan vakuumda götürülmüş, aralarındakı məsafə 1m olan iki sonsuz uzun, paralel naqillərdən keçərkən, onların hər bir metrləri arasında maqnit qarşılıqlı təsiri yarada bilsin.
Cərəyan şiddətinin düsturundan yük üçün ifadə alınır:
Yükün vahidi bu düsturdan tapılır. BS - də
- dir.
Bu vahid Kulonun şərəfinə adlanır
yük – 1A şiddətində cərəyan axan naqilin en kəsik sahəsindən 1 san-də keçən yükün miqdarıdır.
Elektrik dörəsində cərəyan şiddətini ölçən cihaz ampermetr adlanır. Ampermetr dövrədə işarəsi ilə göstərilir.
Dostları ilə paylaş: |