Elektron kəhraba


- elə sahənin gərginliyidir ki, həmin sahədə



Yüklə 171,71 Kb.
səhifə11/17
tarix02.01.2022
ölçüsü171,71 Kb.
#35271
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
M.7.8.

- elə sahənin gərginliyidir ki, həmin sahədə yükün hərəkəti zamanı iş görülmüş olsun.

Elektrik gərginliyini ölçən cihaz voltmetr adlanır. Dövrədə voltmetrin şərti işarəsi kimidir.



DÖVRƏ HİSSƏSİ ÜÇÜN OM QANUNU. Om metal naqil qoşulmuş dövrənin verilmiş hissəsindəki cərəyan şiddətinin həmin hissənin uclarındakı gərginlikdən asılılığını öyrənib.

Naqildəki cərəyan şiddətinin onun uclarındakı gərginlikdən asılılığı naqilin volt-amper xarakteristikası adlanır.

Om dövrənin verilmiş həssəsindəki cərəyan şiddətini və onun uclarındakı gərginliyi dövrəyə qoşulmuş ampermetr və voltmetrin köməyi ilə müəyyənləşdirib. Sonra dövrəyə əvvəlki ilə eyni olan ikinci bir cərəyan mənbəyi qoşub. Bununla da o, naqildəki sərbəst elektronlara təsir edən sahəninin gərginliyini iki dəfə artırmış olub. Bu zaman ampermetr cərəyan şiddətinin də artdığını göstərmişdir. Gərginliyi artırmaqda davam edərək, Om müəyyənləşdirmişdir ki, verilmiş metal naqilin uclarındakı gərginlik neçə dəfə artırsa, ondan keçən cərəyan şiddəti də o qədər dəfə artmış olur, yəni Belə çıxır ki, metal naqillərin volt-amper xarakteristikası düz xətt verir

Cərəyan şiddətinin gərginlikdən asılılığı aşağıdakı kimi izah olunur. Sahə gücləndikcə (gərginlik artdıqca), nizamlı hərəkət edən (cərəyan yaradan) elektronların sayı, yəni cərəyan şiddəti də artır. Gərginliyi artırmaqda davam etsək, gərginliyin elə bir qiymətinə çatarıq ki, onun sonrakı artımı cərəyan şiddətinin artmasına səbəb olmaz. Bu isə o deməkdir ki, sahə o qədər güclənib ki, nizamsız hərəkət edən elektronların hamısını nizamla düzərək, onların cərəyan yaratmaqda iştirakını təmin edib. Bilirik ki, cərəyan yaratmaqda iştirak edən elektronların nizamlı hərəkətinə kristal qəfəsin ionları maneçilik törədir.




Yüklə 171,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin