Coul –Lens qanunu. Bilirik ki, cərəyan keçən naqil qızır. Coul və Lens təcrübi yolla müəyyən etmişlər ki, naqildən cərəyan keçərkən ayrılan istiliyin miqdarı
- yə bərabər olur.
Bu ifadəni həmçinin
və ya
kimi də yazmaq olar.
TAM DÖVRƏ ÜÇÜN OM QANUNU. Məlumdur ki, elektrik cərəyanının yaranması üçün elektronların qapalı dövrə boyunca hərəkəti təmin olunmalıdır. Bu o deməkdir ki, elektronlar həm də cərəyan mənbəyinin daxilində hərəkət etməlidir. Elektronların mənbədən kənarda hərəkətini təmin edən elektrostatik təbiətli Kulon qüvvəsi mənbə daxilində onları hərəkət etdirə bilməz (elektronların mənbə
daxilində hərəkət etməsi onların sahənin əksinə, yəni müsbət qütbdən mənfi qütbə
tərəf hərəkət etməsi deməkdir)
Təkzib olunmaz fakt ondan ibarətdir ki, qapalı dövrədə cərəyan yaranması elektronların həm də mənbə daxilində hərəkət etməsi deməkdir. Belə çıxır ki, elektronların mənbə daxilində hərəkətini təmin edən başqa təbiətli (elektrostatik təbiətdən fərqli) qüvvə mövcuddur. Həmin qüvvə kənar qüvvə, onu xarakterizə edən parametr isə elektrik hərəkət qüvvəsi (e.h.q.) adlanır və ilə işarə olunur.
Aydındır ki, kənar qüvvə elektronları mənbə daxilində hərəkət etdirməklə, iş görmüş olur. Həmin iş kənar qüvvənin işi adlanır və ilə işarə olunur. Kənar qüvvənin təsirini xarakterizə edən e.h.q. məhz həmin işlə təyin olunur və
kimi müəyyən edilir.
Dostları ilə paylaş: |