Elektron rəqəm imzası
1.
Elektron imzanın növlərindən biridir, asimmetrik şifrələməyə əsaslanan
texnologiyadan ibarətdir. Rəqəm imzası konkret məlumata (mətnə, fayla və ya
ixtiyari uzunluqlu istənilən bitlər yığımına) əlavə olunan və xüsusi
məlumatın müəllifinin identifikasiyası və
autentikasiyası; məlumatın bütövlüyünün təsdiqi (sanksiyasız dəyişilmələrin
yoxluğu); məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət kimi
şərtləri təmin etməyə imkan verən qeyd olunmuş (sabit)
uzunluqlu informasiya blokudur.
2.
Fiziki şəxsin əllə yazılmış imzasının analoqu olub, bağlı ERİ açarından istifadə
etməklə elektron verilənlərin kriptoqrafik dəyişmə nəticəsində simvollar ardıcıllığı
kimi təsvir edilir.
|