Birinci fəsildə elektron sənədlər haqqında ümumi müddəalardan bəhs edilir. Elektron
sənəd haqqında əsas anlayışlar verilir. Verilənlər-informasiya texnologiyaları vasitələri
ilə inteqrasiya edilməyə yararlı informasiyadır
Sertifikat-
imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imza
məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətlər mərkəzi
tərəfindən kağız yaxud elektron sənəddir.
Ikinci fəsil elektron imza haqqında məlumatlardan ibarətdir. Bu fəsildə elektron imzanın
dövlət idarəçiliyi sahəsində kooperativ informasiya sistemində istifadəsi haqqında
qaydalardan ibarətdir.
Üçüncü fəsil sertifikat xidmətləri sertifikatlaşdırma adlanır. Bu fəsildə elektron imzaya
sertifikatın verilməsi, sertifikatın qeydiyyata alınması və akreditə edilməsi haqqında
bəhs olunur. Mərkəz Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl
müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və qeydiyyatdan keçməlidir.
Məlumatda mərkəz ictimai fəaliyyət göstərməyə çalışan iddiaçı şəxsin ünvanı hüquqi
statusu maliyyə texniki kadr imkanları və fəaliyyətinin xüsusiyyətləri göstərilməlidir.
H
əmçinin sertifikatın tərkibi, ləğvi yoxlanılması ilə bağlı normativlər də bu fəsildə
verilmişdir.
Dördüncü fəsil elektron sənəd adlanır. Bu fəsildə elektron sənədlərə dair tələblər
yaradılarkən istifadəsi, haqqında qaydalar verilir.
Beşinci fəsil elektron sənəd dövriyyəsi adlanır.Bu fəsildə elektron sənədlərin mübadiləsi
saxlanması mühafizəsi elektron sənədə görə məsuliyyət daşıyan şəxslər onların vəzifə
və xidmətləri ilə bağlı qaydaları qeyd olunmuşdur.
Altıncı fəsil xüsusi müddəalar adlanır. Bu fəsildə elektron sənədlərlə bağlı dövlət
tənzimlənməsinin həyata keçirilməsi tərkibində dövlət sirri olan sənədlər qeydiyyatdan
keçmiş mərkəzlər imza sahibi ilə bağlı məlumatların mühafizəsini verilmişdir.
Yeddinci fəsil Yekun müddəalar adlanır. Bu fəsildə elektron imza və elektron sənəd
haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət və qanunun qüvvəyə minməsi
verilmişdir.