İstifadəçi onu maraqlandıran məlumatı almaq üçün müvafiq arxivi seçib həmin arxivdə
H
ər hansı bir fondu seçərək üzərinə tıkladıqda həmin fond haqqında məlumat olan növbəti
alt p
əncərə açılır.
V
ətəndaş axtarış panelindən istifadə etməklə ona lazım olan arxiv sənədinin hansı arxivdə
mühafizə edildiyi barədə ilkin informasiya ala bilər.
3.
Kargüzarlıq proseslərinin mexanikləşdirilməsi, avtomatlaşdırılması və
elektron kargüzarlığın əhəmiyyəti
Müəssisə və təşkilatlarin yüksək səviyyədə idarə olunması, onun kargüzarlıq sisteminin
təşkilindən çox asılıdır. Sənədlərin vaxtında icra olunması sənəd dövriyyəsinin operativ
hərəkətindən bilavasitə asılıdır. Məhz buna görə, bu sahənin avtomatlaşdırılması ən
önəmli məsələlərdən biridir və bu səbəbdən e-Kargüzarlıq (Elektron Kargüzarlıq)
programı yaradılmışdır. Müəssisə və təşkilatların ümumi kargüzarlığının tərkib
hissələrindən biri "Onlayn kargüzarlıq"-dır. Bu sistem vətəndaşlar və vergi ödəyiciləri ilə
vergi orqanları arasında elektron sənəd mübadiləsini təmin edən sistemdir e-
Kargüzarlıq proqramı sənədlərin hazırlanmasına sərf olunan vaxtın qısaldılması,
sənədləşmə işinin tərtibat keyfiyyətinin yüksəldilməsi, sənədlərin qəbulu, emalı, axtarışı,
göndərilməsi, arxivləşdirilməsi, hesabat sənədlərinin dəqiq, operativ hazırlanması və
sənəd dövriyyəsi işinin avtomatlaşdırılmasını təmin edir. Proqram müəssisə, təşkilat və
onların struktur bölmələrinin daxili və xarici yazışmalarda kargüzarlıq mədəniyyətinin
yüksəldilməsinə, ahəngdar işinin təşkilinə, əmək məhsuldarlığının artırılmasına köməklik
göstərir və vəzifəli şəxslərin səlahiyyət hüquqlarının bölüşdürməsinə imkan yaratmaqla
informasiya təhlükəsizliyini təmin edir. e-Kargüzarlıq proqramının "Onlayn" və "Oflayn"
rejimlərinin mövcudluğu ondan istifadəni daha səmərəli edir. e-Kargüzarlıq programı
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat"nın, Azərbaycan Respublikası
Prezidentinin 2005-
ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə məxfi sənədlərlə iş üzrə
kargüzarlığın aparılması Qaydası"nın və digər müvafiq normativ-hüquqi sənədlərin
tələbləri əsasında hazırlanmışdır.
e-
Kargüzarlıq programının 6 başlıq altında toplanan sənəd növü var:
e-
Kargüzarlıq programının 6 başlıq altında toplanan sənəd növü var:
Dostları ilə paylaş: