30 oktyabr 2015-ci il
http://www.amu.edu.az
3
Elmi seminarda Müdafiə Nazirliyinin
Döyüş Hazırlığı və Hərbi Təhsil Baş
İdarəsinin nümayəndəsi Vaqif Dadaşzadə
iştirak edib.
Elmi seminarı Hərbi Tibb Fakültəsinin
rəisi, tibb xidməti polkovniki Fəxrəddin
Ağayev açaraq, iclası aparmaq üçün
sözü Hərbi Tibb Fakültəsi rəisinin elmi
işlər üzrə müavini, tibb elmləri namizədi,
tibb xidməti polkovnik-leytenantı Pərviz
Məmmədova verib.
Birinci məruzəçi Hərbi Tibb Fakül-
tə sinin revmatologiya ixtisası üzrə II
kurs rezidenti, tibb xidməti leytenantı
M.Məmmədov “Vegener qranulomatozu”
mövzusunda çıxış etdi. Mövzuda “Vegener
qranulomatozu”nun ən son təsnifatı,
müasir yanaşma üsulları, klinikası və
müasir müalicə metodları haqqında geniş
məlumat verildi.
Hərbi Tibb Fakültəsinin rezidentləri
R.Xəlilov, E.Rüstəmov, A.Məmmədov
və E.Abdullayev məruzəçiyə verdikləri
suallara qane edici cavablar aldılar.
İkinci məruzəçi – Hərbi Tibb Fakültəsinin
şüa diaqnostikası üzrə II kurs rezidenti
C.Nizamov “Kəskin və xroniki pan-
kreatidlərdə
radioloji
diaqnostikası”
mövzusunda çıxış edərək kəskin və xronik
pankreatitlərin radioloji diaqnostikasının
müasir prinsipləri haqqında ətraflı
məlumat verdi. Bu məruzəçinin də çıxışı
seminar iştirakçıları tərəfindən yüksək
qiymətləndirildi.
Dostları ilə paylaş: