Oktyabr 20-də Azərbaycan
Tibb Universitetində rezident-
lərin Yekun Attestasiyasına
həsr olunmuş toplantı keçirilib.
Universitetin tədris işləri üzrə
prorektoru,
professor
Sabir
Əliyevin giriş sözü ilə açdı-
ğı tədbirdə rezidentlərin 2014-
2015-ci tədris ili üzrə yekun at-
testasiyasının keçirilməsi barədə
məlumat verilib. Qeyd olunub ki,
rezidentlərin yekun attestasiyası
məqsədilə Səhiyyə Nazirliyinin
08 oktyabr 2015-ci il tarixli əmrinə
əsasən 27 ixtisas üzrə Attestasi-
ya Komissiyası təşkil olunub. Ye-
kun attestasiyanın iki mərhələdə-
yazılı, test üsulu ilə və praktiki
vərdişlərin yoxlanılması forma-
sında həyata keçirilməsi tədbir
iştirakçılarının diqqətinə çatdırıl-
dı. Test imtahanı ATU-nun Virtual
Test Mərkəzində (VTM) baş tu-
tacaq. Yekun attestasiyanın test
mərhələsindən müvəffəqiyyətlə
keçən rezidentlər ikinci mərhə-
lədə-praktiki vərdişlərin yoxlanıl-
masında iştirak edə bilərlər.
ATU-nun rezidentura şöbəsinin
müdiri Rizvan Məmmədov çı-
xış edərək attestasiya imtaha-
nının keçirilmə vaxtı və qay-
daları
haqqında
iştirakçıları
məlumatlandırdı. Yekun attesta-
siyanın praktiki vərdişlərin yoxla-
nılması mərhələsi 29 - 30 oktyabr
2015-ci il tarixlərində saat 9.00-
da ATU-nun ixtisas üzrə müvafiq
kafedralarında keçiriləcək.
Qeyd edək ki, rezidentlərin ye-
kun attestasiyasının test mər-
hələsində texniki səhvə yol
verməmələri üçün 19-20 okt-
yabr tarixlərində VTM-də sınaq
test imtahanları keçirilib. Ötən
tədris ilində yekun attestasiya-
dan keçmədiklərinə görə təkrari
yekun attestasiyadan keçmək
hüququ saxlanılan rezidentlər də
yekun attestasiyada iştirak etmək
üçün müraciət etməlidirlər.
Dostları ilə paylaş: |