Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans


Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix30.12.2021
ölçüsü14,13 Mb.
#1663
1   2   3   4   5   6   7   8   9   ...   25
Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici 

Qurğular Kompleksinin açılışında iştirak edib

Tədris Cərrahiyyə Klinikasında elmi-

praktik seminar keçirilib

Tibb Universitetinin həkimləri ana bətnində ikən 

bədəninə maye yığılan uşağı həyatda saxladılar

Tibbi Şuranın növbəti yığıncağında

Hərbi Tibb Fakültəsində 

Elmi seminar

3

Tədris Cərrahiyyə 

Klinikasında 

radioloji müayinə 

üsulları müzakirə 

olunub

5


http://www.amu.edu.az

30 oktyabr 2015-ci il

2

  Məruzəçi  2014/2015-ci  tədris 



ilində  müvafiq  fakültə  və  kurs 

tələbələrinin  qış  və  yay  imta-

han  sessiyalarından  sonrakı 

peşə  təcrübəsi  haqqında  ətraflı 

məlumat  verərək  qeyd  etdi  ki, 

tələbələri  peşə  təcrübəsinə 

göndərərkən  Azərbaycan  Res-

publikasının  Səhiyyə  naziri-

nin  10  iyun  2014-cü  il  tarixli  51 

saylı,  həmçinin  müvafiq  kurslar 

üzrə  Tibb  Universitetinin  rekto-

ru,  akademik  Ə.Əmiraslanovun  

əmrlərinə istinad edilmişdir.

Səhiyyə 


nazirinin 

2014-


2017-ci  illər  üçün  nəzərdə  tutu-

lan yeni əmrinə əsasən  11  

elmi  tədqiqat  institutu,  Bakı 

şəhərində  fəaliyyət  göstərən 

10  gigiyena-epidemioloji  xid-

mət  müəssisəsi,  9  əczaçılıq 

müəssisəsi, Bakı şəhərindəki 67 

müalicə-profilaktika  müəssisəsi, 

Respublika  ərazisində  fəaliyyət 

göstərən  60  mərkəzi  rayon 

xəs təxanası,  Naxçıvan  MR  və 

respublika  ərazisindəki  şəhər 

səhiyyə şöbələrinin tabeçiliyində 

olan  bütün  tibb  müəssisələri, 

ATU-nun   elmi tədqiqat mərkəzi,  

kliniki-biokimyəvi 

laboratori-

yası,  tədris  terapevtik,  tədris 

cərrahiyyə,  onkoloji  və  sto-

matoloji  klinikaları,  həmçinin 

bir  sıra  özəl  tibb  müəssisələri 

təcrübə bazaları kimi tələbələrin 

istifadəsinə verilmişdir. Bu tədris 

ilində  də  Bərdə,  Cəlilabad,  Fü-

zuli,  Qazax,  Qəbələ,  Quba, 

Lənkəran, Siyəzən, Şamaxı, Şir-

van,  Zaqatala  müalicə  diaqnos-

tika  mərkəzlərindən,  Neftçilər 

xəstəxanasından da təcrübə ba-

zası kimi istifadə olunmuşdur. 

Səhiyyə  nazirinin  yeni  əmrinə 

əsasən 


Analitik 

Ekspertiza 

mərkəzi,  «Azerimed  MMC», 

«Dokta 


MMC», 

«Maymed 


MMC»  apteklər  şəbəkəsindən 

əczaçılıq  fakültəsinin  tələbələri 

üçün təcrübə bazası kimi istifadə 

olunmuşdur.

Ş.Əliyev  istehsalat  təcrübə si-

nin   keçirilməsinə tədris hissəsi-

nin  rəhbərliyi  ilə  fakültələrin  və 

peşə  təcrübəsinin  dekanlıqları-

nın, eləcə də hərbi tibb fakültəsi 

də daxil olmaqla 31 aidiyyatı olan 

kafedranın  məsuliyyət  daşıdığı-

nı söylədi: “2014-2015- ci tədris 

ilində  67  müəllim  yay  və  qış 

peşə  təcrübəsinin  keçirilməsinə 

rəhbərlik  etmişdir  (2  nəfər  pro-

fessor, 16 nəfər dosent, 2 nəfər 

baş müəllim, 47 nəfər assistent). 

Hərbi Tibbi fakültəsində 9 nəfər 

t/x  polkovnik-leytenantı,  2  nəfər 

t/x polkovniki, 3 nəfər polkovnik-

leytenant, 4 nəfər mayor, 1 nəfər 

t/x  kapitanı,  3  nəfər  kapitan,  1 

nəfər baş leytenant, 1 nəfər ley-

tenant, 2 nəfər hərbi cərrahiyyə 

kafedrasının  müəllimi,  1  nəfər 

baş  gizir  dinləyicilərin  ixtisas 

və  qoşun  təcrübəsinə  rəhbərlik 

etmişlər (27 nəfər zabit heyəti)”. 

Bütün  fakültələrin elmi şurala-

rında istehsalat təcrübəsinin ye-

kunlarının  təcrübə  rəhbərlərinin 

iştirakı  ilə  geniş  müzakirə 

olunduğunu,  bir  sıra  tövsiyələr 

verilməklə  fakültələrdə  isteh-

salat  təcrübəsinin  yekunlarının 

kafi  qiymətləndirildiyini  bildirən 

dekan  keçən  tədris  ilində 

təcrübənin  yekunlarının  Böyük 

Elmi  Şurada  müzakirəsi  zama-

nı    hörmətli  rektorumuz  aka-

demik  Ə.Əmiraslanovun  peşə 

təcrübəsi  dekanlığına  bir  sıra 

ciddi tapşırıqlar verdiyini vurğula-

dı: “Bunların arasında tələbələrin 

xarici 

ölkələrdə, 

xüsusən 

Türkiyə  Cümhuriyyətində  is-

tehsalat  təcrübəsi  keçmələri 

praktikasının 

daha 

da 


genişləndirilməsi,  təcrübə  baş-

layana  qədər  rəhbərlərlə  semi-

nar  müşavirələrinin  keçirilməsi 

kimi məsələləri qarşımıza vəzifə 

kimi  qoymuşdur.  Qeyd  etdiyim 

kimi,  bu  tədris  ilində  də  300-ə 

qədər  tələbə  xaricdə  təcrübə 

keçmişdir.  Ümumiyyətlə,  2007-

2008-ci  tədris  ilindən  bu  tədris 

ilinə  qədər  Türkiyədə  1458 

nəfər,  Avropa  ölkələrində  160 

nəfər (onlardan 106 nəfəri Alma-

niyada), Seçenov adına I Mosk-

va  Dövlət  Tibb  İnstitutunda  16 

nəfər təcrübə keçiblər.

Sözünə  davam  edən  natiq 

keçən  tədris  illərində  olduğu 

kimi,  aprel  ayında  müalicə-

profilaktika 

və 


pediatriya  

fakültələrinin  V  kurs    tələbələri 

üçün  qruplara  sorğu    anketləri 

paylandığını  və    tələbələr  arzu-

ladıqları    rayonları  bildirdikdən 

sonra  əmr  tərtib  edildiyini 

diqqətə  çatdırdı.  Bildirdi  ki,  V 

kurs  tələbələrindən  cəmi  272 

tələbə  istehsalat  təcrübəsini  

Bakı  şəhərində,  qalanları  isə 

respublikanın  mərkəzi  rayon 

xəstəxanalarında  və  müalicə 

diaqnostika 

mərkəzlərində 

keçiblər. 

  ATU-nun Stomatoloji klinika-

sının rəhbərliyi ilə bərabər tələbə 

çoxluğunu nəzərə alaraq növbəli 

qrafikin  tutulması,  ATU-nun  on-

koloji  klinikasından  müalicə-

profilaktika, 

tibbi-profilaktika 

və  tibbi-biologiya  fakültələri 

tələbələrinin  təcrübə  bazaları 

kimi  istifadə  ediləcəyi,  bir  sıra 

özəl tibb müəssisələri ilə təcrübə 

keçmək  məqsədilə  qeyd-şərtsiz 

müqavilələrin  bağlanması  və 

digər  məsələlər  hazırlıq  döv-

ründə görülən işlərdir.

“Peşə  təcrübəsinin  gedişində, 

ona  nəzarət  edilməsində  öz 

işimiz dən  razı  qala  bilmərik, 

heç  şübhəsiz  təcrübənin  təşkili, 

keçirilməsi məsələlərində müəy-

yən  çatışmazlıqlar  var”-deyən 

Şəfa  Əliyev  bu  çatışmazlıqları 

aradan  qaldırmaq  üçün  təkcə 

dekanlığın  deyil,  təcrübənin 

keçirilməsinə  rəhbərliyə  tövsiyə 

olunmuş  əməkdaşların  da  öz 

işlərində  müəyyən  dönüş  ya-

ratmasının 

vacibliyini 

önə 

çəkərək  təcrübənin  keyfiyyətini 



yüksəltmək  üçün  elmi  şura 

üzvlərindən 

əməli 

təkliflər 



gözlədiyini söylədi.

Məruzə  ətrafında  çıxış  edən 

kafedra müdirləri Elmira Əliyeva, 

Elxan 


Kərimov, 

Məhbubə 


Vəliyeva, Mirzə Kazımov və hərbi 

tibb fakültəsinin rəsisi, t/x polkov-

niki  Fəxrəddin  Ağayev  hesabatı 

qənaətbəxş 

qiymətləndirərək 

tələbələrin 

peşə 

təcrübəsi 



ilə  bağlı  fikirlərini  söylədilər, 

təkliflərini irəli sürdülər.

Müzakirələrə 

yekun 


vu-

ran 


professor 

S.Əliyev 

nəzəri 

biliklərin 

təcrübədə 

möhkəmləndirilməsinin  əhəmiy-

yə tinə  diqqət  yönəldərək  bu 

sahədə  mövcud  olan  prob-

lemlərin  həlli  yollarından  da-

nışdı:  “Tədrisin,  bütövlükdə 

mütəxəssis  hazırlığının  əsas 

vacib  sahələrindən  biri  də 

təcrübədir.  Desək ki, istehsala t 

təcrübəmiz yüksək səviyyədədir, 

heç  bir  problemimiz,  çatmayan 

cəhətimiz  yoxdur,  bu  düzgün 

olmazdı.  Təbiidir  ki,  son  10  ildə 

istehsalat  təcrübəsinin  aparıl-

masında  çox  böyük  irəliləyişlər 

var.  Artıq  tələbələrimiz  Av-

ropa  ölkələrində  də  istehsa-

lat  təcrübəsi  keçirlər.  Qar-

daş  Türkiyədə  təcrübə  keçən 

tələbələrimizin  sayı  xüsusilə 

çoxdur.    Bizdə  təhsil  alan  xa-

rici  tələbələrin  istəyinə  uyğun 

olaraq  onları  da  öz  ölkələrinə 

göndəririk. Bunlar hamısı olduq-

ca  təqdirəlayiqdir.  Ancaq  etiraf 

etməliyik  ki,  həmin  tələbələrə 

nəzarəti qaydasında apara bilmi-

rik və hələlik apara da bilmərik. 

Çünki  universitetimizdəki  ba-

zalarımızda, 

klinikalarımızda 

tələ bələrə  nəzarət  edə  bilirik, 

baza  rəhbərləri,  göndərdiyimiz 

müəllimlər,  oradakı  işçilərimiz 

məsuliyyət 

daşıyırlar. 

An-

caq  Almaniyaya,  Türkiyəyə  və 



digər  ölkələrə  göndərdiyimiz 

tələbələrin  təcrübəni  harada, 

necə,  proqrama  uyğun  keçib-

keçməməsi  barədə  tam  bilgiyə 

malik  deyilik.  Onlar  gələndə 

təcrübəni  harada  keçdikləri  və 

nəyi öyrəndikləri haqda məlumat 

gətirsələr də, tədris proqramının 

təcrübənin  aparılmasına  uyğun-

luq məsələlərində bu koordinasi-

ya hələ qədərincə nizama salın-

mayıb.  Universitet  klinikalarında 

təcrübi  vərdişlərin  öyrədilməsi 

üçün olduqca səviyyəli şərait ya-

radıldığını  vurğulayan  prorektor 

neçə  illərdir  baza  rəhbərlərinin 

və  nəzarətçi  müəllimlərin  heç 

bir  təkliflə  çıxış  etməməsindən 

təəssüfləndiyini  də  dilə  gətirdi 

və 


universitet 

rəhbərliyinin 

bu  məsələləri  gələcəkdə  də 

diqqətdə saxlayacağını vurğula-

dı. 

Böyük  Elmi  Şura  müsabiqə 



məsələlərini həll etməklə öz işini 

yekunlaşdırdı.




Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin