http://www.amu.edu.az
30 oktyabr 2015-ci il
2
Məruzəçi 2014/2015-ci tədris
ilində müvafiq fakültə və kurs
tələbələrinin qış və yay imta-
han sessiyalarından sonrakı
peşə təcrübəsi haqqında ətraflı
məlumat verərək qeyd etdi ki,
tələbələri peşə təcrübəsinə
göndərərkən Azərbaycan Res-
publikasının Səhiyyə naziri-
nin 10 iyun 2014-cü il tarixli 51
saylı, həmçinin müvafiq kurslar
üzrə Tibb Universitetinin rekto-
ru, akademik Ə.Əmiraslanovun
əmrlərinə istinad edilmişdir.
Səhiyyə
nazirinin
2014-
2017-ci illər üçün nəzərdə tutu-
lan yeni əmrinə əsasən 11
elmi tədqiqat institutu, Bakı
şəhərində fəaliyyət göstərən
10 gigiyena-epidemioloji xid-
mət müəssisəsi, 9 əczaçılıq
müəssisəsi, Bakı şəhərindəki 67
müalicə-profilaktika müəssisəsi,
Respublika ərazisində fəaliyyət
göstərən 60 mərkəzi rayon
xəs təxanası, Naxçıvan MR və
respublika ərazisindəki şəhər
səhiyyə şöbələrinin tabeçiliyində
olan bütün tibb müəssisələri,
ATU-nun elmi tədqiqat mərkəzi,
kliniki-biokimyəvi
laboratori-
yası, tədris terapevtik, tədris
cərrahiyyə, onkoloji və sto-
matoloji klinikaları, həmçinin
bir sıra özəl tibb müəssisələri
təcrübə bazaları kimi tələbələrin
istifadəsinə verilmişdir. Bu tədris
ilində də Bərdə, Cəlilabad, Fü-
zuli, Qazax, Qəbələ, Quba,
Lənkəran, Siyəzən, Şamaxı, Şir-
van, Zaqatala müalicə diaqnos-
tika mərkəzlərindən, Neftçilər
xəstəxanasından da təcrübə ba-
zası kimi istifadə olunmuşdur.
Səhiyyə nazirinin yeni əmrinə
əsasən
Analitik
Ekspertiza
mərkəzi, «Azerimed MMC»,
«Dokta
MMC»,
«Maymed
MMC» apteklər şəbəkəsindən
əczaçılıq fakültəsinin tələbələri
üçün təcrübə bazası kimi istifadə
olunmuşdur.
Ş.Əliyev istehsalat təcrübə si-
nin keçirilməsinə tədris hissəsi-
nin rəhbərliyi ilə fakültələrin və
peşə təcrübəsinin dekanlıqları-
nın, eləcə də hərbi tibb fakültəsi
də daxil olmaqla 31 aidiyyatı olan
kafedranın məsuliyyət daşıdığı-
nı söylədi: “2014-2015- ci tədris
ilində 67 müəllim yay və qış
peşə təcrübəsinin keçirilməsinə
rəhbərlik etmişdir (2 nəfər pro-
fessor, 16 nəfər dosent, 2 nəfər
baş müəllim, 47 nəfər assistent).
Hərbi Tibbi fakültəsində 9 nəfər
t/x polkovnik-leytenantı, 2 nəfər
t/x polkovniki, 3 nəfər polkovnik-
leytenant, 4 nəfər mayor, 1 nəfər
t/x kapitanı, 3 nəfər kapitan, 1
nəfər baş leytenant, 1 nəfər ley-
tenant, 2 nəfər hərbi cərrahiyyə
kafedrasının müəllimi, 1 nəfər
baş gizir dinləyicilərin ixtisas
və qoşun təcrübəsinə rəhbərlik
etmişlər (27 nəfər zabit heyəti)”.
Bütün fakültələrin elmi şurala-
rında istehsalat təcrübəsinin ye-
kunlarının təcrübə rəhbərlərinin
iştirakı ilə geniş müzakirə
olunduğunu, bir sıra tövsiyələr
verilməklə fakültələrdə isteh-
salat təcrübəsinin yekunlarının
kafi qiymətləndirildiyini bildirən
dekan keçən tədris ilində
təcrübənin yekunlarının Böyük
Elmi Şurada müzakirəsi zama-
nı hörmətli rektorumuz aka-
demik Ə.Əmiraslanovun peşə
təcrübəsi dekanlığına bir sıra
ciddi tapşırıqlar verdiyini vurğula-
dı: “Bunların arasında tələbələrin
xarici
ölkələrdə,
xüsusən
Türkiyə Cümhuriyyətində is-
tehsalat təcrübəsi keçmələri
praktikasının
daha
da
genişləndirilməsi, təcrübə baş-
layana qədər rəhbərlərlə semi-
nar müşavirələrinin keçirilməsi
kimi məsələləri qarşımıza vəzifə
kimi qoymuşdur. Qeyd etdiyim
kimi, bu tədris ilində də 300-ə
qədər tələbə xaricdə təcrübə
keçmişdir. Ümumiyyətlə, 2007-
2008-ci tədris ilindən bu tədris
ilinə qədər Türkiyədə 1458
nəfər, Avropa ölkələrində 160
nəfər (onlardan 106 nəfəri Alma-
niyada), Seçenov adına I Mosk-
va Dövlət Tibb İnstitutunda 16
nəfər təcrübə keçiblər.
Sözünə davam edən natiq
keçən tədris illərində olduğu
kimi, aprel ayında müalicə-
profilaktika
və
pediatriya
fakültələrinin V kurs tələbələri
üçün qruplara sorğu anketləri
paylandığını və tələbələr arzu-
ladıqları rayonları bildirdikdən
sonra əmr tərtib edildiyini
diqqətə çatdırdı. Bildirdi ki, V
kurs tələbələrindən cəmi 272
tələbə istehsalat təcrübəsini
Bakı şəhərində, qalanları isə
respublikanın mərkəzi rayon
xəstəxanalarında və müalicə
diaqnostika
mərkəzlərində
keçiblər.
ATU-nun Stomatoloji klinika-
sının rəhbərliyi ilə bərabər tələbə
çoxluğunu nəzərə alaraq növbəli
qrafikin tutulması, ATU-nun on-
koloji klinikasından müalicə-
profilaktika,
tibbi-profilaktika
və tibbi-biologiya fakültələri
tələbələrinin təcrübə bazaları
kimi istifadə ediləcəyi, bir sıra
özəl tibb müəssisələri ilə təcrübə
keçmək məqsədilə qeyd-şərtsiz
müqavilələrin bağlanması və
digər məsələlər hazırlıq döv-
ründə görülən işlərdir.
“Peşə təcrübəsinin gedişində,
ona nəzarət edilməsində öz
işimiz dən razı qala bilmərik,
heç şübhəsiz təcrübənin təşkili,
keçirilməsi məsələlərində müəy-
yən çatışmazlıqlar var”-deyən
Şəfa Əliyev bu çatışmazlıqları
aradan qaldırmaq üçün təkcə
dekanlığın deyil, təcrübənin
keçirilməsinə rəhbərliyə tövsiyə
olunmuş əməkdaşların da öz
işlərində müəyyən dönüş ya-
ratmasının
vacibliyini
önə
çəkərək təcrübənin keyfiyyətini
yüksəltmək üçün elmi şura
üzvlərindən
əməli
təkliflər
gözlədiyini söylədi.
Məruzə ətrafında çıxış edən
kafedra müdirləri Elmira Əliyeva,
Elxan
Kərimov,
Məhbubə
Vəliyeva, Mirzə Kazımov və hərbi
tibb fakültəsinin rəsisi, t/x polkov-
niki Fəxrəddin Ağayev hesabatı
qənaətbəxş
qiymətləndirərək
tələbələrin
peşə
təcrübəsi
ilə bağlı fikirlərini söylədilər,
təkliflərini irəli sürdülər.
Müzakirələrə
yekun
vu-
ran
professor
S.Əliyev
nəzəri
biliklərin
təcrübədə
möhkəmləndirilməsinin əhəmiy-
yə tinə diqqət yönəldərək bu
sahədə mövcud olan prob-
lemlərin həlli yollarından da-
nışdı: “Tədrisin, bütövlükdə
mütəxəssis hazırlığının əsas
vacib sahələrindən biri də
təcrübədir. Desək ki, istehsala t
təcrübəmiz yüksək səviyyədədir,
heç bir problemimiz, çatmayan
cəhətimiz yoxdur, bu düzgün
olmazdı. Təbiidir ki, son 10 ildə
istehsalat təcrübəsinin aparıl-
masında çox böyük irəliləyişlər
var. Artıq tələbələrimiz Av-
ropa ölkələrində də istehsa-
lat təcrübəsi keçirlər. Qar-
daş Türkiyədə təcrübə keçən
tələbələrimizin sayı xüsusilə
çoxdur. Bizdə təhsil alan xa-
rici tələbələrin istəyinə uyğun
olaraq onları da öz ölkələrinə
göndəririk. Bunlar hamısı olduq-
ca təqdirəlayiqdir. Ancaq etiraf
etməliyik ki, həmin tələbələrə
nəzarəti qaydasında apara bilmi-
rik və hələlik apara da bilmərik.
Çünki universitetimizdəki ba-
zalarımızda,
klinikalarımızda
tələ bələrə nəzarət edə bilirik,
baza rəhbərləri, göndərdiyimiz
müəllimlər, oradakı işçilərimiz
məsuliyyət
daşıyırlar.
An-
caq Almaniyaya, Türkiyəyə və
digər ölkələrə göndərdiyimiz
tələbələrin təcrübəni harada,
necə, proqrama uyğun keçib-
keçməməsi barədə tam bilgiyə
malik deyilik. Onlar gələndə
təcrübəni harada keçdikləri və
nəyi öyrəndikləri haqda məlumat
gətirsələr də, tədris proqramının
təcrübənin aparılmasına uyğun-
luq məsələlərində bu koordinasi-
ya hələ qədərincə nizama salın-
mayıb. Universitet klinikalarında
təcrübi vərdişlərin öyrədilməsi
üçün olduqca səviyyəli şərait ya-
radıldığını vurğulayan prorektor
neçə illərdir baza rəhbərlərinin
və nəzarətçi müəllimlərin heç
bir təkliflə çıxış etməməsindən
təəssüfləndiyini də dilə gətirdi
və
universitet
rəhbərliyinin
bu məsələləri gələcəkdə də
diqqətdə saxlayacağını vurğula-
dı.
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə öz işini
yekunlaşdırdı.
Dostları ilə paylaş: