Tibb Universitetinə qəbul olunan xarici
tələbələrlə görüş
Həkim-rezidentlərin yekun
attestasiyası olacaq
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində elmi
işlərin planına uyğun olaraq rezidentlərin və kursantların iştirakı
ilə elmi seminar keçirilib.
Hərbi Tibb Fakültəsində
Elmi seminar
Azərbaycan Tibb Univer-
siteti nin (ATU) Beynəl xalq
Əlaqələr üzrə prorektoru,
dosent Rəhimə Qabulova 22-
23 oktyabr 2015 tarixlərində
Azərbaycan
Respublikası
Səhiyyə Nazirliyinin təşəb-
büsü, İsveçin Ticarət və
İnves ti siya Şurası, «Busi ness
Sweden»
şirkətinin
təş ki-
latçılığı və İsveçin ölkəmizdəki
səfir liyinin dəstəyi ilə Stok-
holm şəhərində səfərdə olub.
Səfər çərçivəsində həm
İsveçdə, həm də Azər bay-
canda tibb və əczaçılıq
sahəsində fəaliyyət göstərən müəssisələr
və şirkətlər arasında əlaqələrin qurulması,
əməkdaşlıq yolları və müştərək fəaliyyət
sahələrinin
araşdırılmasına
yönəlmiş
görüşlər keçirilib.
Qeyd etmək lazımdır ki, tədbirdə İsveçin
ən böyük və dünya miqyasında məşhur
olan “Astra Zeneca”, “CCC Healthcare”,
“GETİNGE”, “HERMES”, “SCA”, “Mölnlycke
Health Care”, “Nordic Med Com”, “Swe-
dish Healthcare Management”, “SECTRA”
və s. şirkətləri iştirak edib. Azərbaycan isə
bu tədbirdə Azərbaycan Tibb Universiteti
ilə bərabər, “Avromed”, “Vitta” və s. kimi iri
şirkətlər ilə təmsil olunub.
Tədbirdə dosent R.Qabulova “Azər bay-
canda səhiyyə sistemi və gələcəyə ba-
xış” adlı məruzə ilə çıxış edib. Azərbaycan
səhiyyəsində baş vermiş inkişaf və
irəliləyişlər, tibb təhsili sahəsində son illərdə
həyata keçirilmiş yeniliklər, universitetdə
müasir standartlara uyğun nəzəri və təcrübi
biliklərin tədris edilməsi istiqamətində görül-
müş işlər haqqında geniş məlumat verib.
Səfərin ikinci günü nümayəndə heyətimiz
İsveçin ən məşhur universitetlərindən olan
Karolinska Universitetinin qonağı olub-
lar. Görüşdə Karolinska Universitetinin
Beynəlxalq əlaqələr üzrə prorektoru, profes-
sor Maria G Masucci çıxış edərək, bu ali ocaq
haqqında məlumat verib. Tibb Xidmətləri
üzrə prorektor, İntegrativ tibb üzrə profes-
sor Martin İngvar isə çıxışında universitetin
nəinki Avropanın, həmçinin dünyanın ən qa-
baqcıl ali təhsil qurumlarından biri olduğu-
nu, onun əsas fəaliyyətinin tədris, tədqiqat
və onların nəticələrinin tibbi təcrübəyə
yönəldiyini vurğulayıb. Beynəlxalq layihələr
üzrə koordinator Ylva Olsson universitetin
ingilis dilində tədris olunan Bakalavr və Ma-
gistr proqramlarını nümayəndə hetyətimizin
diqqətinə təqdim edib.
Görüşdə dosent R.Qabulova ATU haq-
da məlumat verib, universitetimizin Ka-
rolinska Universiteti ilə bütün sahələrdə
əməkdaşlığın qurulmasında maraqlı olduğu-
nu söyləyib.
Görüşdə həmçinin ikitərəfli əlaqələrin
qurulması istiqamətində atılacaq addımlar
müzakirə edilib, Avropa İttifaqının müxtəlif
proqramları çərçivəsində əməkdaşlığın baş-
lanması planlaşdırılıb.
Dostları ilə paylaş: |