Geyimlər sağlamlıq
üçün təhlükəli ola bilər
Azərbaycan sahibkarları Hindistanda səhiyyə sərgilərində iştirak edə
bilərlər
Dünya Səhiyyə Təşkilatı (DST)
tərəfindən hər il oktyabrın 29-u
Ümumdünya
İnsultla
Mübarizə
Günü kimi qeyd edilir. Bu təşkilatın
məlumatına görə, hər il Yer kürəsində
təxminən 16 milyon nəfərdə insult
baş verir və bunların 7 milyonu
ölümlə nəticələnir. Məhz buna
görə də insultla mübarizə gününün
keçirilməsi maarifləndirici tədbir
kimi zəruridir.
Adətən bu xəstəliyə tutulanların
üçdə biri ölür, qalanları isə əlilə çev-
rilir. Amma insultun qarşısını almaq
və xəstələrə yardım etmək müm-
kündür. Damarların tutulması baş
verən işemik insultdan sonra insan-
lar salamat qalsa da, əlilə çevrilir.
Əsas məsələ xəstəyə ilk 3-4 saat
ərzində yardım göstərməkdir.
Çoxları
insult
olduqlarını
bilmədikləri üçün ölürlər. İnsult
simptomları çox sadədir: insult olan
insan anlaqsız danışır, güləndə
ağız küncləri aşağı düşür, koordi-
nasiyası pozulur, ətraflarından biri
zəifləyir. Bu, təcili yardım çağırmaq
üçün yetərlidir.
İnsult riskinin olub-olmadığını
öyrənmək üçün mürəkkəb tədqi-
qatlar lazım deyil. Sadəcə yuxu
arteriyalarının ultrasəs müayinəsini
aparmaq, təzyiqi nəzarətdə sax-
lamaq, normal qidalanmaq və
siqaretdən uzaq durmaq lazımdır.
Üç əsas şey - hipertoniya, yüksək
xolesterin və bədənin artıq çəkisi
risk amilini artırır.
Həkimlərin qənaətinə görə, insult
xəstəliyinə qadınlarla müqayisədə
kişilərdə daha çox rast gəlinir.
İnsult keçirənlərin sayı 55 yaş-
dan sonra iki dəfə artır. Lakin
onu da qeyd edək ki, səhhətinə
biganə qalmayan hər bir insan
üçün bu xəstəlikdən qorunmaq
asandır. Zərərli vərdişlərdən uzaq
olan, düzgün qidalanan, sağ-
lam həyat tərzi keçirən, siqaret
və içkidən uzaq olanların insult
keçirmək riski, demək olar ki, sıfıra
bərabərdir. Vaxtlı-vaxtında həkim
müayinələrindən keçmək də vacib
şərtlərdəndir. Mütəmadi açıq hava-
da gəzmək, orta sürətlə gündə heç
olmasa yarım saat yerimək nəinki
insult riskini azaldır, həmçinin insa-
nın əmək qabiliyyətini artırır.
Mütəxəssislər belə hesab edirlər
ki, yarmalar, meyvələr və balıq in-
sult riskini 30 faiz azaldır.
İnsult xəstəliyinə qadınlarla müqayisədə
kişilərdə daha çox rast gəlinir
29 oktyabr ÜMUMDÜNYA İNSULTLA MÜBARİZƏ GÜNÜDÜR
Hər il yer kürəsində 16 milyon insult baş verir, bunların 7 milyonu ölümlə nəticələnir