Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans


b.ü.e.d. Ü.F.Həşimova, professor Ə.H.Əliyev, professor



Yüklə 14,13 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix30.12.2021
ölçüsü14,13 Mb.
#1663
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
b.ü.e.d. Ü.F.Həşimova, professor Ə.H.Əliyev, professor 

Ə.B.Həsənov; (Dərslik) I-II hissə; Bakı – “Təbib”,  2015.- 628 səh.


30 oktyabr 2015-ci il

http://www.amu.edu.az

7

 

Səyyarə xanım 1933-cü il yanva-

rın  22-də  Qax  rayonunun  məşhur 

İlisu  kəndində  qulluqçu  ailəsində 

anadan  olmuşdur.  Atasının  işi  ilə 

bağlı Bakıda yaşamalı olan gənc qız 

1950-ci ildə 132 saylı məktəbi bitirib, 

Azərbaycan  Dövlət  Universitetinin 

(indi BDU) filologiya fakültəsinə daxil 

olur. 1954-cü ildə universiteti uğurla 

bitirən  Səyyarə  bir  müddət  müəllim 

işləmiş,  ailə  qurmuş,  1962-ci  ildə 

Azərbaycan  dövlət  Pedaqoji  İnstitu-

tunun Azərbaycan dilçiliyi kafedrası-

nın aspiranturasına daxil olmuşdur.

 Səyyarə xanım namizədlik disser-

tasiyasını müdafiəyə təqdim etdikdən 

sonra–1965-ci  ildə  Azərbaycan 

Tibb  İnstitutunun  Azərbaycan  və 

rus  dilləri  kafedrasına  müəllim 

vəzifəsinə  göndərilib.  O,  1966-cı 

ildə elmlər namizədi alimlik dərəcəsi 

almaq  üçün  “Qax  rayon  şivələri” 

mövzusunda  dissertasiyasını  uğur-

la  müdafiə  edib.  1969-cu  ildə  gənc 

müəllimə yüksək etimad göstərilərək 

Azərbaycan dili və rus dilləri kafed-

rasına  rəhbərlik  etmək  tapşırılıb. 

S.Mollazadə  2008-ci  ilədək  həmin 

vəzifəni  ləyaqətlə  yerinə  yetirib. 

(Kafedraya  rəhbərlikdən  o,  öz  xa-

hişi ilə gedib).  Müdir işlədiyi 40 ilə 

yaxın  müddət  ərzində  Azərbaycan 

dilinin  rus  bölməsində,  rus  dilinin 

Azərbaycan  bölməsində  tədrisinin 

elmi-nəzəri 

və 

tədris-metodiki 



problemləri ilə bağlı tədbirlər həyata 

keçirmiş, dərslik, dərs vəsaiti, proq-

ram, əyani vasitələr və savadlı kadrlar 

hazırlanmasında köklü dönüş yarat-

mışdır.  (Professor  S.Mollazadə  10-

dan çox elmlər namizədi hazırlamış-

dır). 1984-cü ildə ayrıca Azərbaycan 

dili  kafedrası  yaradıldıqdan  sonra 

bu  işlər  daha  da  genişləndirilmiş, 

ana dilimizin ikinci dil kimi tədrisinin 

mühüm  məsələləri  diqqətdə  saxla-

nılmışdır.  Səyyarə  xanım  kafedraya 

təkcə  müdirlik  etməmişdi;  işçiləri 

özünə  övlad,  bacı,  qardaş  bilərək 

onların qayğılarını öz dərd-səri kimi 

qəbul edirdi. Kafedrasını ikinci ailəsi 

bilən Səyyarə xanım ömrünün sonu-

na kimi beləcə qalmış, 2012-ci ildən 

istirahətdə olsa da, kollektivlə əlaqəni 

kəsməmişdi. Bütün bunlara görə də 

kafedrada həmişə işgüzar mühit ol-

muş,  əməkdaşlar  Səyyarə  xanımı 

özlərinin  səmimi  məsləhətçisi,  qay-

ğıkeş himayədarı bilmişlər.

Elmi  araşdırmanı  özünün  vacib 

həyat amalı hesab edən S.Mollazadə 

1970-ci  ildən  dilçilikdə  çətin 

sahələrdən sayılan toponimiya üzrə 

gərgin tədqiqatlar aparmış, 1979-cu 

ildə  “Azərbaycanın  Şimal  rayonla-

rının  toponimiyası”  adlı  dissertasi-

yasını  müdafiə  etmişdir.  Filologiya 

elmləri doktoru alimlik dərəcəsi alan 

dosent S.Mollazadə 1988-ci ildə ka-

fedranın professoru vəzifəsinə seçil-

mişdir.


Bacarıqlı təhsil və elm təşkilatçısı 

olan  S.Mollazadə  tədqiqatçılıq  işin-

dən  bir  an  da  kənarda  qalmamışdı. 

O,  150-yə  yaxın  məqalə,  dərslik, 

monoqrafiya,  publisist  yazı  müəllifi 

idi.  Səyyarə  xanımın  Respublikada 

keçirilən  dilçiliyə  aid  elmi  konfrans-

lardakı  çıxışlarını  mütəxəssislər 

dərin  maraqla  qarşılayardılar.  Pro-

fessor  S.Mollazadə  keçmiş  SSRİ-

nin  Moskva,  Kiyev,  Tiflis,  Ufa,  Le-

ninqrad,  Volqoqrad,  Daşkənd  kimi 

şəhərlərində, qardaş Türkiyədə elmi 

ezamiyyətlərdə  olmuşdu.  Səyyarə 

xanımın  Azərbaycan  toponimiya-

sına  aid  çoxsaylı  araşdırmalarının 

nəticələrindən  2000-ci  ildə  nəfis 

şəkildə  nəşr  olunmuş  “Azərbaycan 

toponimlərinin  ensiklopedik  lüğəti” 

kitabında geniş istifadə edilmişdir.

Respublika  ziyalıları  arasında 

dərin nüfuz sahibi olan Səyyarə xa-

nım  uzun  müddət  bir  çox  elmi  şu-

raların,  komissiyaların  üzvü  kimi  iş 

aparmışdır. Azərbaycan dilinin ümu-

mi məsələlərinə və daha çox onoma-

logiyaya  aid  10-larla  namizədlik  və 

doktorluq dissertasiyasının rəsmi op-

ponenti olmuş, öz elmi mülahizələri 

ilə elmimizin inkişafına layiqli kömək 

etmişdir. 

Professor  S.Mollazadə  işlədiyi 

kollektivdə  böyük  nüfuz  sahibi  idi, 

onun şərəfli və təmənnasız zəhməti 

daim qiymətləndirilmiş, dəfələrlə Uni-

versitet rektorunun Fəxri Fərmanına 

və  mükafata  layiq  görülmüşdür. 

Səyyarə xanım gözəl ailə başçısı idi: 

onun övladları ölkəmizin fəal ziyalıla-

rı, vətənpərvər vətəndaşlarıdır. Ürəyi 

vətəninə, millətinə, işlədiyi kollektivə 

sonsuz  məhəbbətlə  dolu  xalqımızın 

bu  vətənpərvər  qızının  əziz  xatirəsi 

bizim  qəlbimizdə  əbədi  yaşayacaq-

dır.

Allah rəhmət eləsin, qəbri nurla 



dolsun!!

Tibbi profilaktika fakültəsinin 

dekanlığı və Azərbaycan dili kafedrası


Yüklə 14,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin