Hazırladı: M.ƏLƏKBƏRLİ
Tibb elminin qısa inkişaf tarixi ilə başlanan
kitab 19 fəsildən ibarətdir. Orqanizmin qurulu-
şunu, ayrı-ayrı orqanların funksiyasını, bilmədən
onun sağlamlığını qorumaq çox çətindir. Odur
ki, kitabda əvvəlcə orqanizm və onun quruluşu,
funksiyalarının tənzimlənməsi, mühit amillərinin
insan orqanizminə təsiri, sağlamlıq və xəstəlik
haqqında məlumat verilir, sonra isə ardıcıl
surətdə orqanizmin ayrı-ayrı sistemlərinin ən
geniş yayılmış xəstəlikləri təsvir olunur, onların
müalicəsi, profilaktikası, ilk yardım göstərilməsi
üsulları aydınlaşdırılır. Sonrakı fəsillərdə ekstre-
mal vəziyyətlər, immun sisteminin patologiyası
(o cümlədən, dövrün qlobal probleminə çevrilmiş
QİÇS- qazanılmış immun çatışmazlığı sindromu),
infeksion xəstəliklər, şiş xəstəlikləri, maddələr
mübadiləsinin pozulması ilə əlaqədar xəstəliklər
sosioloji bəla olan zərərli vərdişlər və onlarla
mübarizə yolları, xəstələrin şəxsi gigiyenası və
xəstələrə qulluq, ən çox işlənən dərmanlar və s.
haqqında məlumat verilir.
Orqanların xəstəliklərinə uyğun olaraq sınıq
və çıxıqlarda, diş ağrılarında, qanaxmalarda,
yaralarda, boğulmalarda, zəhərlənmələrdə,
sinir xəstəlikləri tutmalarında, donma, elektrik
zədələnməsi, günvuma
və s.zamanı ilk yardım
tədbirləri aydınlaşdırıl-
mışdır.
Bir sözlə, kitabda
100- dən artıq xəstəlik,
onların profilaktikası
və müalicəsi haqqında
məlumat vardır.
Cəmiyyətimizin
bəlalarından biri də əhalinin müəyyən qisminin öz
sağlamlığının ekstrasens adlandırılan hər cür fırıl-
daqçılara etibar etməsidir. Odur ki, kitabın sonun-
cu fəsli telepat və ekstrasenslərin fəaliyyətinin
təhlilinə həsr edilmişdir.
Ali məktəblərin bütün fakültələrində tədris
edilən “Tibbi biliklərin əsasları”bütün ali
məktəblərdə tədris edilən fənn proqramı
əsasında yazılmış, müəllim və tələbələr üçün
nəzərdə tutulmuşdur.
Kitabda hər bir ziyalı üçün ən lazımlı tibbi
biliklər aydın, sadə dildə verilmişdir. Dərslik
ali məktəb tələbələri ilə yanaşı, sağlamlığını
düşünən hər kəs üçün çox faydalıdır.
Tibb elmi daim inkişaf etməkdə və
yeniləşməkdədir. Bu dinamik prosesə
qoşulmaq, dünya tibb elminin hər bir
yeniliyini, nailiyyətini mənimsəmək,
bu bilikləri tələbələrə çatdırmaq üçün
dərsliklərin və dərs vəsaitlərinin yazıl-
ması günün ən vacib məsələlərindən
biridir.
Patoloji
fiziologiya
kafedrası-
nın müdiri,
professor
Sabir
Əliyevin
rəhbərliyi
ilə kafedranın professor- müəllim
heyətinin birgə tərtib etdikləri pato-
loji fiziologiyadan testlər kitabı da
bu zərurətdən yaranmışdır. Kitab-
da ümumi nozologiya, tipik patoloji
proseslər, müxtəlif orqan və sistemlərin
patologiyası bölmələrinin materiallarına
dair suallar tərtib edilmişdir. Testlərin
hazırlanması zamanı son illərdə alimlərin rəğbətini qazanmış ən
populyar və müasir qaynaqlara istinad
olunmuşdur. Testlər vasitəsilə tələbələrdə
yalnız müxtəlif patoloji proseslər haq-
qında elmə məlum olan nəzəri biliklərin
formalaşması deyil, eyni zamanda
konkret klinik situasiyalarda bu bilikləri
nə dərəcədə tətbiq edə biləcəkləri də
araşdırılır. Burada təqdim edilən testlər
tələbələrə öyrənmək, düşünmək və qərar
vermək vərdişini aşılayır, müəllimlərə
isə tələbələrin nəzəri və praktik bilik
səviyyəsini qiymətləndirmək imkanı verir.
Azərbaycan dilində ilk dəfə olaraq
tərtib edilmiş “Patoloji fiziologiya” testlər
kitabı rus və ingilis dillərinə tərcümə
olunmuşdur.
Bu kitabdan təkcə Azərbaycan Tibb Universitetinin tələbələri
deyil, həm də tibbin müxtəlif sahələri üzrə ixtisas alan (rezidentura
və s.) həkimlər istifadə edə bilər.
Patoloji fiziologiya
funadamental elm
kimi tibb təhsilində
mühüm yer tutur.
İnteqrativ tibbi–bio-
loji elm olan patoloji
fiziologiya nəzəri- tibbi elmlərlə klinik elmlər
arasında əlaqə yaratmaqla tələbələrdə həkimlik
təfəkkürünün formalaşmasına yardım edir. Ona
görə də son zamanlar əksər ölkələrdə yuxarı kurs
tələbələrinə klinik patofiziologiyanın tədris olun-
ması mərsədəuyğun hesab edilir.
Hal-hazırda nəinki MDB ölkələrində, həm də
Amerika, Avropa və Kanadada patoloji fiziolo-
giya fənninin ali tibb təhsilində tədrisinə böyük
əhəmiyyət verilir.
Təqdim edilən yeni dərslik tədris proqramı-
na uyğun olraq mövzular üzrə quruplaşdırılmış
və patofiziologiya fənni üzrə tədris prosesinə
rəhbərlikedici vəsait formasında yazılmışdır.
Kitabda ümumi nozologiya və tipik patoloji
proseslərə aid olan mövzular geniş və mü-
asir səviyyədə şərh edilmişdir. Bu dərsliyin
I hissəsində xəstəliklərin səbəbləri, inkişaf
mexanizmləri, gedişi, nəticələri, müalicə və profi-
laktikasının əsas prinsipləri, müxtəlif patologiyalar
üçün səciyyəvi olan ümumi qanunauyğunluqlar,
sağlamlığın mexanizmləri geniş şərh edilmişdir.
Əvvəlki dərsliklərdən fərqli olaraq, kitaba yeni
mövzular (“İnfeksion proses”, “Narkomaniya
və alkoqoholizm”) da əlvə olunmuşdur. Kitab-
dakı mövzular müasir məlumatlardan istifadə
edilməklə yenidən işlənmiş, daha ətraflı şərh
edilmişdir. Dərslikdəki mövzuların daha yaxşı
mənimsənilməsi üçün mətndəki şəkil və sxemlər
rəngli verilmişdir. Bütün bunlar dərsliyin ali tibb
təhsili alan tələbələrin patoloji fiziologiya fənninin
öyrənilməsində önəmli yer tutacağına əsas verir.
Kitabdan təkcə ali tibb təhsili alan tələbələr
deyil, həm də baza ali tibb təhsili əsasında rezi-
denturaya qəbul olmaq istəyən məzunlar, müxtəlif
klinikalarda və elmi-tədqiqat müəssisələrində
çalışan həkimlər də istifadə edə bilərlər.
Dostları ilə paylaş: |