Tibb Universitetinin həkimləri ana
bətnində ikən bədəninə maye yığılan
uşağı həyatda saxladılar
Oktyabrın 15-də ATU-nun Tədris
Terapevtik Klinikasının Tibbi Şurasının
növbəti yığıncağı keçirilib. Toplantını
açan klinikanın direktoru, professor
Surxay Musayev gündəlikdə duran
məsələləri şura üzvlərinin diqqətinə
çatdırdı, klinikada çalışan hər bir kəsə
fəaliyyətində uğurlar dilədi.
Sonra klinikanın baş həkimi, dosent Ramin
Bayramlının həftəlik hesabatı dinlənildi. O,
həftə ərzində klinikanın şöbələrinə stasio-
nar və gündüz rejimində daxil olmuş və çıx-
mış pasientlərin sayını slaydlar vasitəsilə
nümayiş etdirdi. Baş həkim çıxışında xəstə
sahibləri tərəfindən kənar mütəxəssislərin
klinikaya dəvət olunmasına, stasionar və
gündüz stasionar xəstə qəbulu zamanı
yol verilən bir sıra nöqsanlara da diqqət
çəkərək, klinikanın daxili nizam- intizam
qaydalarına düzgün riayət olunması üçün
çağırış etdi.
Bundan başqa klinikanın poliklinika
şöbəsinin müdiri Təranə Musayeva “Klini-
kada ambulator qəbulun sənədləşdirilməsi”
barədə 1 il ərzində görülən işlərin faiz
göstəricilərini açıqladı. O, qeyd etdi ki, kli-
nikaya yeni daxil olmuş xəstələrin xəstəlik
tarixlərinin tərtibi, o cümlədən ambula-
tor vərəqin yazılması və həmin vərəqin
kodlaşdırılması, kliniki diaqnozun təsdiqi,
xəstələrin stasionara yerləşdirilməsi və la-
borator müayinələrə göndərilməsi haqqın-
da yazılan bəzi sənədlərdə anlaşılmazlıq-
lar olur. Sö zü nə davam edən şöbə müdiri
ambulator qəbulun sənədləşdirilməsi ilə
bağlı mövcud qaydaları toplantı iştirakçı-
larının nəzərinə çatdırdı və bu qüsurların
gələcəkdə bir daha təkrarlanmamasına dair
fikirlərini bölüşdü.
Toplantıya yekun vuran professor
S.Musayev qarşıda duran bir sıra cari
məsələlər haqqında da məlumat verdi. Di-
rektor bildirdi ki, gələn ildən etibarən klini-
kamız elektron səhiyyə sisteminə keçəcək
və bu istiqamətdə hərtərəfli işlər aparılır.
Dostları ilə paylaş: |