30 oktyabr 2015-ci il
http://www.amu.edu.az
5
Səhiyyə sahəsində dövlət proqram-
ları uğurla yerinə yetirilir. Onların nə
dərəcədə vacib olduğunu təkcə bir
neçə rəqəmlə göstərmək olar. 200
mindən çox şəkərli diabet xəstəsi
illər boyu, daim dövlət hesabına
bütün lazımi dərmanları alır. Əgər
vaxtilə diabetli uşaqlara adi şpris-
qələm verilməsi problem idisə, indi
onlara dərman insulin pompası
vasitəsilə verilir. Bu isə körpələri
gün ərzində bir neçə dəfə insulin
iynəsi vurmaqdan azad edir.
II mama-ginenokologiya şöbə-
si nin müdiri, uzman-doktor Tu-
rab Can baxışov qeyd edir ki, hələ
körpə ana bətnində ikən həkimlər
bu patologiyadan xəbərdar olublar:
“Ana 7 aylıq hamilə ikən gəlmiş di.
Həmin vaxt müayinələr göstərdi
ki, ana bətnində uşağın döş
qəfəsinin içinə, ağciyər və ürəyinin
ətrafında maye yığılır. Bu da ürəyin
fəaliyyətinə əngəl olmuş, ürək ça-
tışmazlığına gətirib çıxarmışdı.
Bildiyimiz kimi, ürək qanı təzyiqlə
bütün damarlara paylaşdırmaqla
işləyir. Lakin yığılan maye həmin
orqanı sıxdığına görə, qan dövra-
nı pozulmuş, ürək ətrafı ilə yanaşı,
qarına da maye yığılmışdı və ma-
yenin miqdarı getdikcə daha da
artırdı. Bu, həm də dəri ödemi (şiş-
kinliyinin) artmasına səbəb olurdu.
Xəstə məhz belə vəziyyətdə bizə
üz tutmuşdu”.
Həkimin sözlərinə görə, ana
5 aylıq hamilə ikən uşağın döş
qəfəsinə maye yığılmağa başlayıb.
Xəstə Türkiyəyə üz tutub, orada
döş qəfəsinin hər iki tərəfinə stend
taxdırıb ki, yığılan maye uşaqlıq
boşluğundan çölə çıxsın. Lakin
müəyyən müddət sonra stendlərin
yolu tutulub:
“Biz diaqnozu qoyduqdan sonra
təcili bir müdaxilə planlaşdırdıq.
Yəni, ana bətnində uşağın döş
qəfəsinə daxil olub, həm sağ-
dan, həm də soldan bu mayeni
çəkmək lazım idi ki, ürək rahat-
lansın, fəaliyyəti bərpa olunsun
və ağciyərlər açılaraq inkişafı da-
vam etdirsin. Biz düz 3 dəfə bu
proseduru həyata keçirdik. Bunlar
hamiləliyin 35-ci, 36-cı və 37-ci
həftəsində gerçəkləşdirildi. Prose-
dur zamanı bir sıra çətinliklərlə də
üzləşirdik. Məsələn, bəzən uşaq
dönürdü, onda məcburən ananı
gəzdirib uşaq əvvəlki vəziyyətə qa-
yıdandan sonra proseduraya da-
vam edirdik”.
ATU həkim briqadasının müdaxi-
ləsi nəticəsində bu körpə heç bir
ürək və ağciyər qüsuru olmadan
dünyaya göz açıb. Uşaq doğul-
duqda yalnız ürəyin fəaliyyəti ilə
bağlı müəyyən problemlər olub
ki, indi həmin problemlər də niza-
ma salınıb. Hazırda bu körpə ATU
həkimlərinin nəzarəti altındadır və
hər ay müayinə olunur.
Dostları ilə paylaş: