A.KAMRANOĞLU
Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr
olunmuş elmi-praktik konfrans
A
zərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə
Klinikasında tibb elmləri doktoru, professor Əliağa
Əlizadənin anadan olmasının 100 illiyinə həsr edilmiş
elmi-praktik konfrans keçirildi.
Oktyabrın 28-də Azərbaycan
Tibb
Universitetinin
Təd-
ris-Terapevtik
Klini ka sın da
Türkiyənin Mər mə rə Uni ver-
si te tinin
Qast ro en te rolo giya
İnstitutunun direktoru, dosent
dr. Yusuf Yılmazın seminarı baş
tutub.
Seminarı giriş sözü ilə açan Tədris
Terapevtik Klinikanın baş həkimi,
dosent Ramin Bayramlı seminar iş-
tirakçılarını salamladı, klinikanın mü-
asir avadanlıqlarla təchiz olunmuş
diaqnostik bölmələrindən söz açdı,
diaqnostik laboratoriyanın Avropanın
elmi cəmiyyətləri ilə sıx əməkdaşlıq
etdiyini diqqətə çatdırdı. Baş həkim
qaraciyər xəstəliklərinin müalicəsində
ən son texnologiya sayılan “Fibros-
can” aparatı ilə bağlı Yusuf Yılmazın
son 3 gün ərzində Klinikada keçirdi-
yi treninq və müayinə etdiyi xəstələr
barədə məlumat verərək seminarı
aparmaq üçün sözü universitetin ka-
fedra müdiri, professor-qastroentero-
loq Əlihüseyn Hidayətova verdi.
Əlihüseyn
Hidayətov
qaraciyər
xəstəliklərinin
müayinəsində referens üsul
hesab olunan biopsiya-
nın ağır proses olduğunu
bildirərək “Fibroscan” apa-
ratının bu tip müayinələrdə
daha müasir və rahat tex-
nologiya olduğunu diqqətə
çatdırdı, qaraciyərin xroniki
xəstəliklərinin
gedişindən
danışdı.
Y.Yılmaz da hər kəsi sa-
lamlayaraq ölkəmizə səfərindən
məmnun qaldığını söylədi. “Fibros-
can” aparatının üstünlüklərindən
söz açan türkiyəli mütəxəssis bu
aparat vasitəsilə qaraciyərin daha
böyük hissəsini qısa zamanda
müayinə etməyin mümkünlüyünü,
aparatın müxtəlif yaş və çəkidə olan
pasiyentlər üçün nəzərdə tutulmuş
müayinə başlıqlarının olduğunu
söylədi. Əksər Avropa ölkələrində
hepatitdən əziyyət çəkən xəstələrin
müayinəsində artıq biopsiya üsülu
əvəzinə “Fibroscan”dan istifadə olun-
duğunu diqqətə çatdırdı. O, həmçinin
“Fibroscan” aparatının qaraciyərin
yağlanmasında da daha dəqiq nəticə
əldə etməyə imkan yaratdığını vur-
ğuladı. Sonda dosent tərəfindən se-
minar iştirakçıları üçün “Fibroscan”
aparatının iş prinsipi ilə bağlı növbəti
xəstə üzərində təlim təşkil olundu.
Dostları ilə paylaş: |