http://www.amu.edu.az
30 oktyabr 2015-ci il
6
Tibb elmi daim inkişaf etməkdə və yeniləşməkdədir. Bu dinamik prosesə qoşulmaq, dünya tibb elminin hər bir yeniliyini, nailiyyətini mənimsəmək,
bu bilikləri tələbələrə çatdırmaq üçün dərsliklərin və dərs vəsaitlərinin yazılması günün ən vacib məsələlərindən biridir.
Atlas patoloji fiziologiya fənninin
tədris proqramına uyğun tərtib edilmiş
və tibb universitetinin tələbələri üçün
nəzərdə tutulmuşdur. Mövzular əyani
materiallar – sxem, cədvəl, alqoritm,
fotoqrafiya və s. formalarda təqdim
olunan kitaba əlavə edilmiş, kommpakt
disk isə onun mətnini tam əks etdirir.
Dərsiyin əsasında klassik patofizio-
logiyanın nailiyyətləri ilə yanaşı, ölkə
patofizioloqlarının elmi nailiyyətləri və
müəlliflərin patofiziologiya kafedra-
sındakı çoxillik müəllimlik təcrübələri
durur.
Kitabın fərqli xüsusiyyətlərindən
biri də odur ki, hər mövzu haqqında
məlumatlar ayrıca səhifələrdə verilir. Bu
mövzunun əsas məsələlərini assosiativ
qavramadan da istifadə etməklə qısa müddətdə əhatə etməyə və yadda
saxlamağa imkan verir. Atlas tələbələrə praktik məşğələlərə və imtahan-
lara hazırlaşmaqda yardım edir. Klinistlər isə kitabdan məlumatlar sorğusu
kimi istifadə edə bilərlər.
“Patoloji fiziologiya Atlas”ı üç dildə - Azərbaycan, ingilis və rus dillərində
oxuculara təqdim edilən ilk kitabdır. Belə bir atlasın tərtib edilməsi əsas
iki zərurətdən irəli gəlmişdir. Birincisi, son illərdə yaxın və uzaq xaricdə
Azərbaycan Tibb Universitetinə təhsil almağa gələn tələbələrin sayının
artması, ikincisi isə müstəqil respublikamızın beynəlxalq əlaqələrinin
genişlənməsidir.
Patoloji fiziologiyanın əsas vəzifəsi orqanizmdə
yaranan xəstəliklərin səbəblərini, inkişaf mexa-
nizmini, gedişini, nəticələrini və patoloji proseslər
üçün səciyyəvi olan ən ümumi qanunauyğunluqları
öyrənməkdir. Bununla yanaşı, tələbələrdə tibbi -
nəzəri bilikləri klinik şəraitdə tətbiq etmək vərdişinin
yaradılması da vacibdir. Ona görə də patoloji fizio-
logiyanın metodik işləmələrinə situasiya məsələləri
daxil edilmşdir. Situasiya məsələlərini həll edən
tələbə klinik- laborator göstəriciləri dəqiq təhlil edib,
xəstəyə düzgün diaqnoz qoya bilir, eyni zamanda
müalicə prinsipləri haqqında olan biliklərini daha
da möhkəmləndirir. Situasiya məsələləri tələbələrin
həm auditoriyada, həm də auditoriyadan kənarda
sərbəst işləmələri üçün nəzərdə tutulmuşdur. Kli-
nik- patofizioloji istiqamətdə tərtib edilmiş situasiya
məsələləri həm tələbələrin sərbəst işləməsinə,
həm də patofiziologiyadan olan biliklərinə özünün
nəzarət etməsinə imkan verir.
Tibb Universitetində mütəxəssis hazırlığının
çoxpilləli sistem üzrə aparılması və gələcək
həkimlərin fundamental hazırlığının daha da
yaxşılaşdırılması
ilə əlaqədar olaraq,
tələbələrdə real klinik
situasiyanı patofizioloji
baxımdan təhlil etmək
və patoloji anlayışları
daha da dərinləşdirmək
vacibdir. Bütün bunlar
situasiya məsələləri
həllinin çox əhəmiyyətli
olduğunu bir daha
təsdiqləyir.
Kitab Azərbaycan
Səhiyyə Nazirliyinin təsdiq etdiyi tədris proqramına
uyğun olaraq, mövzular üzrə qruplaşdırılmış və
sonda hər bəhsin bəzi məsələlərinin düzgün həlli
üçün nümunələr verilmişdir.
Dilimizdə ilk dəfə yazılan dərs vəsaiti bu fənn
üzrə ali tibb təhsili alan tələbələr, rezidentlər, aspi-
rantlar, klinik ordinatorlar və həkimlər üçün nəzərdə
tutulmuşdur
.
Dostları ilə paylaş: