Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 266
Gündəlik geyimlərin toxumalarında sağlamlıq üçün
təhlükəli kimyəvi maddələr gizlənib.
AZƏRTAC svopi.ru saytına istinadla xəbər verir ki,
İsveç alimləri 60 ədəd müxtəlif növ parçanı testdən
keçirdikdən sonra bu qənaətə gəliblər. Tədqiqat üçün
toxuculuq sənayesində istifadə olunan parçalar seçilib.
Təhlillər nəticəsində məlum olub ki, parçalarda mindən
çox kimyəvi maddə var. Bu maddələrin təsiri insanlar-
da dəri xəstəliklərinin, eləcə də allergiyaların yaranması
riskini artırır. Hətta paltarların yuyulması belə insanlara
həmin maddələrin zərərli təsirlərindən yaxa qurtarmağa
kömək etmir.
Alimlər kimyəvi maddələrin insan orqanizminə mənfi
təsirinin qarşısını almaq məqsədilə tədqiqatları davam
etdirmək niyyətindədirlər.
2016-cı il yanvarın 7-də Hindistan Ticarət və Sənaye Palatası Federasiya-
sının təşkilatçılığı ilə Karnataka ştatının paytaxtı Banqalor şəhərində “İNDİA
PHARMA-2016” və “İNDİA MEDİCAL EXPO 2016” adlı sərgilər keçiriləcək.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasından AZƏRTAC-a
bildiriblər ki, sərgilərin əsas məqsədi Hindistanın əczaçılıq və tibb sahəsini
dünyaya tanıtmaqdan, tibbi avadanlıqların və dərmanların sərgilənməsi və
yeni investorların axtarışından ibarətdir. Sərgilər yanvarın 9-da başa çatacaq.
Sərgilərdə iştirak etmək istəyən Azərbaycan sahibkarları Hindistanın Bakıda-
kı səfirliyinə müraciət edə bilərlər.
Dostları ilə paylaş: |