Tövsiyə edirik ki,
Əlilliyi olan şəxslərə verilən müavinətlər , pensiyalar yaşayış minimumu səviyyəsinə qaldırılsın. Reallığa uyğun olaraq Yaşayış minimumu da yenidən hesablansın və beynəlxalq standartlara uyğunlaşdırılsın.
|
Mövcud vəziyyət
|
Analiz
|
-
1. Əlilliyin qarşısının alınması, sosial reabilitasiyası haqqında qanuna əsasən əlillərin işlədiyi müəssisələrdə onların fərdi reabilitasiya proqramlarına uyğun əmək şəraiti yaradılmalıdır.
-
-
2.Əlilliyin qarşısının alınması, sosial reabilitasiyası haqqında qanuna əsasən ixtisaslaşdırılmış iş yerlərinin respublika standartları müəyyən olunaraq attestasiyadan keçirilməlidir.
-
-
3.Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) 14-cü bəndində qeyd edilmişdir ki, Əlilliyi olan uşaqlar üçün internat tipli təlimtərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilsin.
-
-
4.Əlillərin hüquqları haqqında konvensiyanın 9-cu maddəsinin h bəndində qeyd olunmuşdur ki, konvensiyanı ratifikasiya etmiş dövlətlər qabaqcadan əldə edilməsi mümkün olan informasiya-kommunikasiya texnologiyalarının və sistemlərinin, onlardan istifadə imkanlarının minimum xərclə başagəlməsinin layihələndirilməsini, işlənib-hazırlanmasını,istehsalını və yayılmasını həvəsləndirməklə bağlı tədbirlər həyata keçirməlidir.
|
Bununla bağlı tədbirlər tədbirlər həyata keçirilməmişdir.
2 Peşə standartlarının müəyyən edilməsinə baxmayaraq,əlilliyi olan şəxslərin əməyindən istifadə üçün belə standartlar müəyyən olunmayıb. Bununla əlaqədar olaraq , müvafiq müəssisələr attestasiyadan keçirilməmişdir.
3. Bununla bağlı uşaqların evlərə verilməsi prosesi sürətləndirilmişdir. Uşaqlar üçün bəzi bərpa mərkəzləri olsa da, sayları məhduddur. Həmin bərpa mərkəzlərində uşaqlar növbəlilik əsasında müalicə oluna bilirlər.
Yuxarıda qeyd edilən məsələlərlə bağlı müvafiq olaraq, əlilliyi olan şəxslərə, ixtisaslaşdırılmış QHT-lərə , dövlət orqanlarına suallarımızı ünvanlasaq da, nəticə etibarı ilə qanunvericlik aktlarında və praktiki baxımdan həmin məsələlərin hər hansı bir mexanizminin və normaların işlək olmamasını müəyyən etdik.
|
-
Tövsiyə edirik ki,
-
hal hazırda qanunvericilikdə göstərilən normaların işlək olmasına dair mexanizmlər müəyyən edilərək əlilliyi olan şəxslərin istifadə etməsi üçün uyğunlaşdırılsın.
|
Təhsil sistemindəki problemlər
|
Mövcud vəziyyət
|
Analiz
|
-
Əlillərin hüquqları haqqında Konvensiyanın 24-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki Əlillər öz yaşayış yerlərində digərləri ilə bərabər səviyyədə inklüziv, keyfiyyətli və pulsuz ibtidai və orta təhsil almaq imkanlarına malik olmaları, fərdi tələbatı nəzərə alan vasitələrlə təchiz olunmaları, əlillər, təhsil sistemində effektiv tədrisi yüngülləşdirmək üçün tələb olunan yardımı almaları, biliklərin mənimsənilməsinə tam şərait yaratmaq məqsədilə biliklərin və sosial inkişafın mənimsənilməsinə maksimum kömək edən şəraitdə səmərəli tədbirlər görülməsini təmin ilə əlaqədar tədbirlər həyata keçirilsin.
Əlilliyi olan şəxslərlə bağlı keçirilən dövlət siyasətinin əsas məqsədi həmin insanların bərabə rhüquqlu üzvləri kimi dolğun həyat şəraitinə malik olmalarının , cəmiyyətdə fəal mövqe tutmalarının təmin edilməsidir.
Hazırda ölkədə əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib
Qanunvericilikdə sağlamlıq imknaları məhdud şəxslərin təhsili ilə bağlı olaraq xüsusi profilli məktəblərin təsis olunması ilə tənzimlənmişdir.
“Əlillərin hüquqları haqqında “ Konvensiyanı ratifikasiya etməklə dövlətin öhdəlikləri sırasına əlilliyi olan uşaqların ümumi təyinatlı təhsil müəssisələrinə cəlb edilməsi daxil edilmişdir.
Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı (2006-2015-ci illər)Dövlət Proqramı nda əlilliyi olan uşaqlar üçün internat tipli təlimtərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi ilə bağlı, Ailələrə verilmiş əlilliyi olan uşaqların təhsilə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə təmin edilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır.
İnkluziv təhsilin əhəmiyyəti sadəcə cəmiyyətə inteqrasiya baxımından deyil, eləcə də həmin uşaqların sağlamlıqlarında mühüm inkişaf müşahidə edilməklə bağlı olaraq müəyyən edilir.
Hal hazırda müsbət haldır ki, əlilliyi olan şəxslər sadəcə orta məktəb və ya peşə məktəblərədə təhsillə kifayətlənməyərək ali təhsil almaq hüquqlarından da istifadə edirlər. Misal olaraq Bakı dövlət universitetində bu cür tələblərin mövcud olmasını müşahidə etmək olur. Lakin bu tipli hallar çox nadir hallarda rast gəlinməsi , və heç bütün universitetlərdə əlilliyi olan şəxslər üçün şəraitin olmaması əlilliyi olan şəxslərin ali təhsil almağa cəhd etməməsinə şərait yaradır.
.
|
Belə ki, hal hazırda ölkə daxilində bir sıra xüsusi profilli məktəbəqədər, internat evləri, məktəblər fəaliyyət göstərir hansı ki, həmin uşaqların təhsilini biavasitə həmin məktəblər .vasitəsilə təmin olunur. Lakin müşahidə olunmuşdur ki, həmin tədris müəssisələrində təhsilin keyfiyyəti olduqca aşağıdır. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası prosesi sürətləndirilməlidir. Əldə edilmiş məlumatlrdan müəyyən etmək olar ki, əlilliyi olan uşaqların çoxu sosial reyestrlərdə qeydiyyatda deyil. Qeydiyyatda olanlar isə dövlət müəssisələrinə məhkum edilir , yaxud məktəblərə getmirlər. Bununla bağlı sadəcə dövlət müəssisələrin deyil, valideynlərin də rolu böyükdür. Uşaqların təhsilə cəlb edilməsi ilə bağll valideynlərin etinasızlıqlarının aradan qaldırlması məqəsdilə həmin uşaqların məcburi surətdə qedyiyyata alınması prosesi surətləndirilməli, lazım olduqda onların evdə təhsili ilə təmin olunmaları
Təhsilə cəlb edilmək əlilliyi olan şəxslər üçün əsas mühüm amillərdən biridir. Lakin bir sıra təhsil pillələrində diqqətsizlik və etinasızlıq müşahidə edilir. O cümlədən məktəbəqədər əlilliyi olan uşaqların təlim tərbiyəsi prosesində etinasızlıq daha qabarıq şəkildə əks olunmuşdur. Onların inkluziv təhsilə cəlb edilməsi prorsesində heç bir dəyişiklik müşahidə olunmur. Lakin müsbət haldır ki, hal hazırda 298 nəfər uşaq inkluviz təhsilə cəlb edilib.
Lakin Hal hazırda inkluziv təhsillə bağlı bir sıra işlər görülməyə başlasa da , həmin işlər məktəbəqədər təhsilə aid deyil. Eləcə də şəhər və regional ərazilərdə mövcud bağçalara əlilliyi olan uşaqların cəlb edilməsi ilə bağlı bir sıra problemlər yaranmaqdadır. Belə ki bir sıra təhsil müəssisələri həmin əlilliyi olan uşaqların tərbiyəsi ilə məşğul olmaqdan imtina edirlər . Bu tipli imtina halları onunla izah oluna bilər ki, bir tərəfədn bağça müdiriyyəti həmin uşaqların təlimtərbiyəsi ilə məşğul olması ilə bağlı müəllimlər və dayələrin olmamasını ,digər tərəfədn sağlam uşaqların valideynləri tərəfindən narazılıqlar yarandığını əsas gətirir.
|
Tövsiyə edirik ki,
1.Məktəbəqədər uşaqların ümumi təyinatlı təlim tərbiyə müəssisələrində təhsil almasına şərait yaradılması məqsədilə məktəbəqədər, xüsusi məktəbəqədər, məktəb və xüsusi internat evlərinin müəllimləri müəllimlər üçün ixtisasartırma kursları təşkil edilsin. Həmin kurslarda əlilliyi olan uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla bağlı metod və pedaqoqika mənimsənilsin. Həmin bağçalara əlilliyi olan uşaqların cəlb edilməsi prosesləri həyata keçirilsin.
2.İnkluziv təhsilə cəlb etmə ilə bağlı olan dövlət proqramı təsdiq edilsin və uşaqların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almağa cəlb edilməsi sürətləndirilsin.
3. İnkluziv təhsil proqramı ilə əlaqədar olaraq ümumi təyinatlı təhsil müəssisələrinin ( məktəbəqədər, məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər) şəraiti əlilliyi olan şəxslər üçün uyğunlaşdırılsın. Müəyyən olunan lazımi təhsil vəsaitləri ilə pulsuz olaraq təmin olunsun.
|
Səhiyyə sistemindəki problemlər
|
Mövcud vəziyyət
|
Analiz
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2005-ci il tarixli qərarına əsasən əlilliyi olan şəxslərin yalnız dövlət tibb müəssisələrində pulsuz müalicə olunmaq hüquqları vardır. Uşaq hüquqları haqında qaunun35 ci maddəsinə əsasən əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqların növbədənkənar , pulsuz və ya güzəştlə tibbi., defektoloji və psixoloji yardım almaq hüquqları mövcuddur.
|
Qeyd etmək lazımdır ki, əlilliyi olan şəxslərin mütəmadi olaraq tibb müəssisələrində müalicə olunmaq ehtiyacları qanunvericilik tərəfindən tənzimlənərək onların pulsuz müalicə almaq hüquqları tanınmışdır. Lakin bu hüquqları sadəcə dövlət tibb müəssisələrinə şamil edilməklə məhdudlaşdırıldığını düşünürük. Sırf müalicə və ya əməliyyata ehtiyacı olan əlilliyi olan şəxslər hal hazırda respublika daxilində mövcud olan özəl klinikalar tərəfindən dəvət olunan xarici peşəkar həkimlərin müalicəsi və əməliyyatı xidmətindən yaralana bilmirlər.
Müsbət haldır ki, . Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, 14 regionu üzrə fəaliyyət göstərən bərpa-müalicə müəssisələrində 9 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin olunur. Bu istiqamətdə aparılan işlər əlillərin reabilitasiyasında önəmli rol oynayır. Cari ilin 6 ayında əlillər arasında tam reabilitasiya göstəricisi 3300 nəfərə yaxın olub. Yeni yaradılan reabilitasiya mərkəzlərinə baxmayaraq hələ də ölkə daxilində mövcud olan reabilitasiya mərkəzlərinin sayı məhdud olaraq qalır. Eləcə də bəzi uzun müddətdir ki, fəaliyyət göstərən reabilitasiya mərkəzlərində şərait əlilliyi olan şəxsləri tam təmin etmir.
|
Tövsiyə edirik ki,
1.Qanunvericilikdə pulsuz muayinə, müalicə və əməliyyatlar ölkə ərazisi daxilində mövcud olan bütün xəstəxanalara şamil edilsin. Özəl klinikalar tərəfindən verilən müalicələr və əməliyyatların dövlət büdcəsindən ayırmalar hesabına keçirilsin.
2. Reabilitasiya mərkəzlərinə müraciətlərin edilməsi prosesi sadələşdirilsin.
3. Əvvəlki illərdə yaradılmış reabilitasiya mərkəzlərində şəraitlər yaxşılaşdırılsın. Ölkə daxilində mövcud reabilitasiya mərkəzlərinin sayı artırılsın.
|
Mövcud vəziyyət
|
Analiz
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli 38№-li qərarı ilə təsdiq olunmuş siyahıya əsasən 20 Yanvar əlillərinin,milli münaqişə zəminində əlil olanların, əlil uşaqların və digər kateqoriyadan olan I və II qrup əlillərin, \Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüşuşaqların və ya 18 yaşınadək yeniyetmələrin,habelə 1986-cı il aprel in 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş. Yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birində olmuş uşaqların, qaçqın və məcburi köçkün (ölkə daxilində köşürülmüş şəxs)statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin,HİV/AİDS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya)toxumalarının götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman pereparatları ilə təmin olunurlar.
Dərman vəsaitləri ilə təmin olunma həkimlər tərəfindən verilən formalı respetlər əsasında ölkə daxilində fəaliyyət göstərən 24 aptek tərəfindən əldə olunması ilə həayata keçirilir.
|
Müəyyən edilmişdir ki, siyahıda təsdiq olunan pulsuz dərman vəsaitlərinin sayı yetəri qədər deyil. Eləcə də, həmin vəsaitlər qərarda qeyd edilmiş imtiyazlı qruplara daxil edilən əlilliyi olan şəxslərin müxtəlif növ xəstəliklərinə müvafiq olaraq ehtiyacı olduqları dərman vəsaitlərinin əksəriyyəti həmin siyahıda qeyd edilməmişdir.
Hal hazırda ölkədə həkimlər tərəfindən pulsuz dərman vəsaitlərin əldə etmək üçün formalı reseptlərin verilməməsi problemi mövcuddur və bununla bağlı heç bir tədbirlər müvafiq orqanlar tərəfindən görülməməsi müşahidə edilir. Çox saylı əlilliyi olan şəxslər tərəfindən edilən şikayətlər cavabsız olaraq qalır.
|
Tövsiyə edirik ki,
1. Nazirlər Kabineti tərəfindən imtiyazlı qruplara verilən pulsuz dərman vəsaitlərinin siyahısı qruplara daxil olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla əsas ehtiyac olan dərman vəsaitləri daxil edilməklə artırılsın.
2 Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı dərman reseptlərinin verilməməsi ilə əlaqədar şikayətlər daxil olduqda müvafiq orqanlar tərəfindən araşdırmalar aparılaraq təqsiri olan şəxslərə qanuna uyğun olaraq sanksiyalar tətbiq olunsun.
|
TIBBI SOSIAL EKSPERT KOMISSIYALARINA DAIR TÖVSIYƏLƏR
|
Mövcud vəziyyət
|
Analiz
|
Respublikada əlillik dərəcəsinin səbəbinin və müddətinin müəyyən edilməsi Nazirlər Kabineti tərəfindən 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» və 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» əsasnamələri ilə təsdiqlənir. Tibbi-sosial ekspert komissiyalarına müraciət etmiş vətəndaşlar komissiyalar tərəfindən müayinə edilir, əlillik qrupu təyin olunduğu təqdirdə, onların əlillik dərəcəsinin səbəbi və müddəti müəyyənləşdirilir.
Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.
Nazirlər Kabineti tərəfindən 19 avqust 1997-ci il tarixində təsdiq olunmuş Tibbi sosial ekspert Komissiyaları haqqında Əsasnamə nin 2.9.-cu bəndi: “Tibbi-sosial ekspert komissiyalarının müayinə iclaslarına, müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri dəvət oluna bilərlər.”
|
Son zamanlar TSEK-lərin 15 sədri işdən azad edilmişdir. İşində nöqsanlara yol vermiş komissiya sədrləri barədə qərarlar qəbul edilmişdir. Fəaliyyətində cinayət tərkibi olan faktlar barəsində hüquq mühafizə orqanlarına məlumatların göndərilməsi nəzərdə tutulmuşdur.
|
Əlilliyi olan şəxslər tərəfindən çoxsaylı şikayətlərin əsasını TSEK-lər ilə bağlı olan şikayətlər təşkil edir. Bu şikayətlərə korrupsiya faktları, süründürməçilik və s. şikayətlər aid etmək olar. Bu məsələlərin həllində ixtisaslaşmış qeyri hökümət təşkilatları tərəfindən köməklik göstərirlər.
Bununla bağlı olaraq TSEK əməkdaşların etik davranış qaydalarına riayət edilməməsi tez tez rast gəlinir.
|
Tövsiyə edirik ki,
1.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanun pozuntularının vaxtında aşkarlanması və qarşısının alınması üçün vətəndaş cəmiyyəti üzvləri ilə münasibətləri sıxlaşdırılsın. Nazirliyin yanında müstəqil nəzarət qurumu kimi, ixtisaslaşmış QHT-lərin də iştirakı ilə Nəzarət Şurası yaradılsın və proseslərə cəlb edilsin. Bu rəhbər vəzifələrindən istifadə edən, vətəndaşları süründürən məmurların bu əməllərindən yayınmasına kömək edəcək. Süründürməçilik və rüşvətlə bağlı vətəndaşlar tərəfindən edilən müraciətlərin obyektiv və qanunamüvafiq müddətdə araşdırılmasına yardım edəcək.
2.Tibbi sosial ekspert komissiyalarının tərkibinə ixtisaslaşmış ictimai və qeyri-hökümət təşkilatlarından nümayəndə daxil edilsin.
3.TSEK əməkdaşlarına mütəmadi olaraq etik-davranış və korrupsiya mövzusunda maarifləndirici təlimlər, treninqlər təşkil edilərək cəlb olunsunlar.
|
NƏQLIYYAT SISTEMINDƏKI PROBLEMLƏR
|
Mövcud vəziyyət
|
Analiz
|
Dünya praktikasında müşahidə etmək olar ki, gözdən əlil olan şəxslərin ictimai yerlərdə hərəkət edə bilməsi üçün mühüm şəraitlər yaradılmışdır. Məlumdur ki, nəqliyyat sektorunda yaradılmalı olan şərait onların sərbəst surətdə hərəkət edə bilməsi üçün mühüm rol oynayır. Əsas faktorlardan biri məhz nəqliyyatda səsli işıqforlardan istifadənin inkişaf etdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Hansı ki, həmin işıqforlar onların həyat təhlükəsizliyinin qorunmasında yaranmasında mühüm rol oynayır. Gözdən əlil şəxslərin sərbəst surətdə hərəkət edə bilməsi üçün digər vasitələr qismində onları istiqamətləndirən funksiyasını daşıyan qabarıq şəkildə bilinən sarı xətlər təşkil edir.
|
Hal hazırda Nərimanov rayonunda gözdən əlillər üçün səsli işıqforlar quraşdırılsa da keyfiyyətli olmaması barədə şikayətlərə rast gəlmək mümkündür. Eləcə də , ölkə ərazisi daxilində mövcud olan səsli işıqforlar olduqca azlıq təşkil edir.
Müsbət haldır ki, yenidən qurma və ya tikinti təmir yerlərində əlilliyi olan şəxslərin vəziyyəti nəzərə alınmaqla şərait yaradılır. Eləcə də , qabarıq yolu istiqamətləndirən sarı xətlər də hal hazırda Bakı şəhəri ərazisində yollar və ya səkilərində rast gəlinsə də, yox deyiləcək dərəcədə azlıq təşkil edir.
|
Tövsiyə edirik ki,
1.Mövcud olan səsli işıqforların quraşdırılması prosesi sürətləndirilərək, sadəcə əlilliyi olan şəxslərin çoxluq təşkil etdiyi ərazilərdə deyil, müvafiq olaraq işıqforların yerləşdiyi bütün ərazilərdə quraşdırılması həyata keçirilsin. Eləcə də, quraşdırılan səsli işıqforlar beynəlxalq standartlara uyğunlaşdırılsın.
2.Ölkə ərazisi daxilində istiqamət göstərən qabarıq şəkilli sarı xətlər hər yerdə quraşdırılsın.
|
Mövcud vəziyyət
|
Analiz
|
Hal hazırda əlilliyi olan şəxslərin nəqliyyat vasitələrindən istifadə imkanları olduqca məhduddur. Belə ki, ictimai sektorda fəaliyyət göstərən nəqliyyat vasitələri eləcə də dayanacaqlardakı şərait həmin şəxslər üçün əlverişli deyil.
|
Məlumat əldə edilmişdir ki, əlil arabası istifadəçilərinin daşınması üçün uyğunlaşdırılmış avtobusların gətirilməsi nəzərdə tutulsa da, istifadə zamanı həmin avtobuslara rast gəlinmir və bu problem əlilliyi olan şəxslər üçün hələ də qalmaqdadır.
Son vaxtlar, Bakı və digər böyük şəhərlərdə səkilər dəyişdirilərək yenilər ilə əvəz olunsa da , sğalamlıq imknalaırı məhdud şəxslərin gediş gəlişi üçün şərait yaradılmamışdır.
|
Tövsiyə edirik ki,
1.Nəqliyyatda olan avtobuslarda əlilliyi olan şəxslər üçün şərait yaradılsın.
2.Dayanacaqlar əlilliyi olan şəxslərin daxil olması üçün uyğunlaşdırılsın.
3.Səkilərdə əlilliyi olan şəxslərin rahat şəkildə gediş –gəlişi nəzərdə tutularaq işlər aparılsın.
|
Digər məsələlərlə bağlı problemlər :
|
Mövcud vəziyyət
|
Analiz
|
Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının proqramının 2.1.3. bəndinə əsasən Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədi ilə kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi , 2.7.2- ci bəndi ilə Gözdən Əlillər üçün Respublika Kitabxanasının müasir avadanlıqla təchiz edilməsi ilə əlaqədar tədbirlər planına daxil edilmişdir.
|
Azərbaycan Respublikasında hal hazırda Respublikas Gözdən Əlillər Kitabxanası fəaliyyət göstərir. Həmin kitabxana 1981 ci ildə təssi edilmiş, və tərkibinə daxil olan kitabların böyük əksəriyyəti SSSRi dövründə yaradılan kitablar hesab edilir. Həmin kitabxanaya hər il müəyyən sayda müasirə ədəbiyyat yazıçılarının eləcə də, bir sıra müasir dövrə məxsus kitabların daxil olmaması ilə bağlı problemlər mövcuddur.
|
Tövsiyə edirik ki,
1.Gözdən əliliyi olan şəxslər üçün kitabların tam şəkildə təmin edilməsi ilə bağlı kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi prosesi inkişaf etdirilərək sürətləndirilsin.
2.Həmin xüsusi nəşrli kitabların tapılıb oxunması üçün kitabxana fondları müxtəlif yerlərdə, sadəcə şəhər mərkəzlərində deyil, eləcə də regional mərkəzlərində yaradılsın.
3. Yaradılmış olan kitabxana fondları müasir avadanlıqlarla ( İKT vasitələri ilə )tam təmin edilsin.
|
Mövcud vəziyyət
|
Analiz
|
Məhkəmə sistemində əlilliyi olan şəxslərin hüquqi müdafiəsini sosial ədalətlilik prinsipi ilə həyata keçirilməsində bir sıra problemlər mövcuddur. Belə ki, həmin şəxslərin məhkəməyə çıxışını məhdudlaşdıran bir sıra amillər mövcuddur . Hər şeydən əvvəl məhkəmə orqanlarının binalarında pandusların olmaması onların giriş-çıxıını çətinləşdirir. Digər problem məhkəmə orqanlarına müraciət etmək üçün lazımi hüquqi yardımla tam təmin oluna bilmirlər. Digər aspekt isə ədalət məhkəmə araşdırma hüquqlarının olmasına baxmayaraq nitqin qüsurlu olması ilə əlaqədar olaraq eləcə də bir sıra tərcüməçilərin olmamasından müstəqil şəkildə öz ifadəsini məhkəməyə verə bilmirlər.
|
Hal hazırda məhkəmə orqanlarının bəzi binalarına panduslar məvcuddur. Məs. Xəzər rayon Məhkəməsi, Nizami rayon Məhkəməsi, Binəqədi rayon Məhkəməsində əlilliyi olan şəxslərin sərbəst hərəkət edə bilməsinə imkanlar yaradılmışdır. Lakin əksər məhkəmələrdə bu problem olaraq qalmaqdadır.
Məhkəmə orqanları tərcüməçilərlə təmin olunmalıdır. Bu əlilliyi olan şəxslərin məhkəmə sisteminə asanlaşdırar.
|
Tövsiyə edirik ki,
1.Məhkəmə orqanlarına məxsus binalar panduslarla təmin olunaraq, əlilliyi olan şəxslərin hərəkət edə bilməsinə şərait yaradılsın.
2.Məhkəmə sistemi əlilliyi olan şəxslərin ədalətli məhkəmə araşdırma hüquqlarının pozulmaması , süründürməçiliyin qarşısını almaq məqsədilə onlar üçün tərcüməçilərlə təmin edilsin.
|
Mövcud vəziyyət
|
Analiz
|
Bədən tərbiyəsi və İdman Haqqında Qanunun 15-ci maddəsində göstərilir:
Əlillər arasında bədən tərbiyəsi və idmanın inkişafı onların reabilitasiyasına xidmət edir.
Müvafiq icra hakimiyyəti orqanı “Əhalinin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq büdcə vəsaiti və digər mənbələr hesabına əlillərin idman qurğularında bədən tərbiyəsi və idmanla məşğul olması üçün lazımı şərait yaradır.
Əlillərin reabilitasiya prosesində bədən tərbiyəsi və idmanla məşğul olmalarını, bu sahə üçün xüsusi kadr hazırlığını, elmi-metodiki, tibbi təminatı və həkim nəzarətini müvafiq icra hakimiyyəti orqanları büdcə vəsaiti hesabına həyata keçirirlər.
|
Əlilliyi olan şəxslərin idman –profilaktik tədbirləri ilə təmin edilməsi onların sağlamlıqlarında mühüm rol oynayır. Eləcə də , onların sosial reabilitasiyası prosesində idmanla məşğul olmaları üçün onların tibbi təminatı və həkim nəzarəti ilə təmin olunması, müvafiq olaraq onlar üçün hazırlıq klublarının yaradılması məqsədə uyğun hesab edilir. Eləcə də onların idman növlər ilə məşğul olması üçün xüsusi kadrların mövcud olmaması da həmin şəxslərin bu proseslərə cəlb edilməsində problemlər yaradır.
|
Tövsiyə edirik ki,
1.Əlilliyi olan şəxslərin idman –profilaktik tədbirləri ilə məşğul olması üçün müvafiq olaraq xüsusi kadr hazırlığı həyata keçirilsin.
2.Əlilliyi olan şəxslərin idman qurğularında bədən tərbiyəsi və idmanla məşğul olması üçün dövlət büdcəsində bir sıra ayırımlar ayrılsın və bu sahədə lazımi şərait yaradılsın.
|
|