Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə17/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailə konfliktləri ər-arvad, uşaqlar və valideynlər üçün psixot- ravmatik vəziyyət yaradır ki, bu da öz növbəsində ailədaxili psixo- loji iqlimi nəinki korlayır, hətta şəxsiyyətin disharmoniyasına belə gətirib çıxarmış olur. Davamlı ailə konfliktlərindən ən çox zərər çə- kən ailənin azyaşlı üzvləri olur.

Konfliktli ailədə formalaşan mənfi ünsiyyət təcrübəsi get-gedə möhkəmlənir, dostluq və qarşılıqlı anlaşmaya əsaslanan səmimi ünsiy- yət imkanlan itirilir, psixi travmaya səbəb olan mənfı psixoemosional davranış tərzi formalaşır. Adətən ailə psixotravmalan əwəlcə psixi sarsıntı şəklində təzahür edir, daha sonralar uzunmüddətlilik və ifa- dəlilik baxımından şəxsiyyətə güclü təsir göstərir. Ailədə psixotrav- matik yaşantılann ailə həyatından tam narazdıq, “ailə qorxusu”, əsəb-psixi gərginlik və günah hissi kimi formaları mövcuddur. Ailədə baş verən sürəkli münaqişələr, uğursuzluqlar - doğma adamın ölümü, yanğın, qəza, zorakılıq və boşanma kimi hallar ailə üzvlərinin hər birinə, o cümlədən ailənin kiçik yaşlı üzvləri olan uşaqlann psixikasına sarsıdıcı təsir göstərir, unudulması mümkün olmayan psixi travma mənbəyinə çevrilir. Bütün bunlar isə sonralar uşaqlann psixikasında postravmatik stresslər şəklində öz izini qoymuş olur.

Ailə həyatından tam narazılıq nikaha daxil olan tərəflərin birin- də, adətən, qadınlarda xəyal qırıqlığı zamanı, yəni fərdin ailə həyatı ilə bağlı gözləmələri ilə gerçək, real həyat arasmdakı kəskin təzadlar fonunda yaranır. Belə vəziyyətin darıxmaq, həyatın boz rəngdə olması, sevinc və fərəh hissinin çatışmazlığı, nikahaqədərki nostalji xatirələr, ailə həyatındakı çətinliklərdən qorxma kimi simptomları mövcuddur. Davamlı konfliktlər nəticəsində toplanan mənfi enerji isterik və emosional partlayış xarakterli ifadəli narazılıqlarda təzahür edir.

Ailə həyəcanı əsasən böyük ailə konfliktlərindən sonra baş qaldırır. Həyəcanlılığın əlamətləri sırasında ailənin digər üzvlərinin hərəkətləri nəticəsində meydana gələn şübhələrin, qorxu və göz- lənilən xəyali və ya real təhlükənin və s.adlarım qeyd etmək olar. Ailədə konfliktlərin səbəb olduğu əsəb-psixi gərginlik ağır psixot- ravmatik yaşantılardan biridir. Bu halda əsəb-psixi gərginlik keçirən şəxsin əhval-ruhiyyəsi pisləşir, tez əsəbləşir, yuxu və iştah poz- ğunluğu, qəzəb və qeyz tutmaları müşahidə olunur. Psixotravmatik vəziyyətin yaratdığı günahkarlıq hissi daha çox ailə üzvlərinin şəxsiyyət xüsusiyyətlərindən asılıdır. Belə halda insan özünü ətraf- dakılar üçün yük olduğu fıkrinə gəlir, istənilən münaqişədə, mü- bahisə və uğursuzluqda özünü günahlandırır, ailənin digər üzvləri- nin ona qarşı münasibətini, hətta belə olmadığı halda günahlandır- ma kimi qavramağa meylli olur. Psixi travma hər şeydən əwəl mərkəzində müəyyən emosional vəziyyətin dayandığı psixi təəs- sürat və həyəcandır. Rus fızioloqu P.K.Anoxin (1898-1974) tədqi- qatlarında psixotravmatik həyəcanların emosiyaların strukturunda mərkəzi yer tutmasını qanunauyğun hesab edir, psixi proseslərin in- teqrasiyası və təşkilində emosiyaların rolunu yüksək qiymətləndirir- di. Onun qənaətinə görə, psixi proseslər və emosional hallar şəxsiy- yətin psixi və somatik sistemlərinin əsasmı təşkil edir. Psixotrav- matik həyəcanlar kəskinliyi, uzunmüddətli olması və təkrarlanması xüsusiyyətinə görə şəxsiyyətə təsir etmək gücündədir. Digər bir araşdırıcı N.V.Kontoroviçə görə istənilən güclü və sarsıdıcı təəssü- ratları psixotravmatik adlandırmaq olmaz. Yalnız müəyyən klinik patologiyanm meydana gəlməsinə səbəb olan mənfı təəssüratları psixotravmatik hesab etmək doğru olardı.

Nevrozlara, reaktiv pozğunluqlara və digər sinir-psixi pozğun- luqlara aid tədqiqatlar onların etologiyasında psixotravmatik təəssü- ratlar olması faktmı artıq çoxdan sübuta yetirmişdir.





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin