Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə15/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

yadır

  1. O, insanların həyati vacib təlabatlarını, o cümlədən başqa heç bir təsisatın təmin edə bilməyəcəyi səviyyədə həyata keçirir,'

  2. O, şəxsiyyəti bütövlükdə formalaşdırır. Digər təsisatlar (bağça, məktəb, istehsalat, dövlət və s.) isə ona yalnız müəyyən aspektdə, ailə vasitəsilə təsir göstərir,'

  3. Onun fərdə təsiri zamanca olduğu kimi, məzmuHca da ilkin-

dir,'

  1. Ailə üzvləri daim qarşılıqlı asılılıq vəziyyətində olurlar. Ona görə də, ailə üzvlərindən birinin davranışındakı istənilən dəyi- şikliklər digər bütün ailə üzvlərinin həyatında da dəyişikliklərə səbəb olur /

Ailənin həyatı sosial-bioloji, təsərrüfat-iqtisadi, mənəvi-psixo- loji və pedaqoji kimi çoxcəhətli münasibətlərlə səciyyələnir. Ailənin inkişafınm hər bir mərhələsi - yeni bir funksiyanın meydana gəlmə- si, ailə tiplərinin sosial fəaliyyətinin miqyasmın və xarakterinin də- yişməsi və bununla da bir flınksiyamn digəri ilə əvəzlənməsi ilə sıx şəkildə bağlıdır.Ailə cəmiyyətə və insana münasibət baxımmdan va- cib ictimai əhəmiyyətli funksiyaları yerinə yetirir.

Ailə ərlə-arvad, valideynlər və uşaqlar arasında dərin intim və etibarlı münasibətlər əsasında təşəkkül tapan qapalı kiçik sosial-psi- xoloji qrupdur. Müasir elmdə ailənin konkret,hamı tərəfmdən qəbul edilən vahid tərifi yoxdur. Əsrlər öncə yaşamış böyük mütəfəkkirlər (Platon, Aristotel, Kant, Hegel və b.) ailəyə tərif verməyə cəhd gös- tərmişlər. Onlar ailənin bir sıra əlamətlərini müəyyən etmiş, lakin onlardan ən mühüm və başlıca olanlarım fərqləndirməkdə çətinlik çəkmişlər. Adətən, ailədən söhbət gedərkən sosioloqlar onu cəmiy- yətin sosial bioloji istehsalında birbaşa iştirak edən ilkin özək kimi dəyərləndirirlər. Müasir sosial-psixologiya elmi ailəni üzv- lərinin nikah və ya qohumluq əlaqələri əsasında birləşən, məişət birliyi, qarşılıqh mənəvi məsuliyyət və sosial zərurətlə cəmiy- yətdə insanların fiziki və mənəvi istelısalı funksiyasını yerinə yetirən kiçik sosial-psixoloji qrup hesab edir. Bu tərifdən aydın olur ki, aiiə daxilində iki əsas münasibət növü fərqlənir:


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin