Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə12/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Levirat (lat.”levir”-qayın) ailə adətinə görə, kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə, onun su- bay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mər- hum qardaşınm uşaqlarmı saxlamaq niyyəti ilə onun dul qadını ilə evlənirdi.

Azərbaycanda kiçik ailələr quruluşlarına görə iki tipə bölü- nürdü: sadə mürəkkəb ailələr. Sadə ailə iki nəsildən, mürəkkəb ailə isə üç nəsildən, yəni baba-nənə, ata-ana və nəvələrdən ibarət olurdu. Sadə ailədə uşaqlardan biri evləndikdən sonra ata-anaları iə birlikdə yaşayırsa, bu zaman ailənin tipi deyil, forması dəyişir və o, böyük ailə hesab olunurdu.

Sadə ailə sosial-psixologiya elmində “nuklear” (latınca “nukleus” -nüvə, özək) ailə adlanır. Nuklear ailədə uşaqların sayı 1- 2 nəfər olduqda o, azuşaqlı ailə, 3-4 nəfər olduqda orta uşaqlı ailə, 5 nəfər və daha çox olduqda çoxuşaqlı ailə hesab edilir. Keçmişdə çoxuşaqlı ailələr Azərbaycan üçün ənənəvi və səciyyəvi olmuşdur. Azərbaycanda uşaqların sayı 9-12 nəfər olan ailələr də çox idi. Çox- uşaqlı valideynlərin cəmiyyətdə böyük nüfiızu və hörməti var idi.

Ailələrin böyüyüb yeni müstəqil ailələrə parçalanması zamanı əmlak da bölünürdü. Əmlak bölgüsü ailənin yalnız ümumi mülkiy- yətini əhatə edirdi. Ailənin ümumi mülkiyyəti torpaq sahəsi, yaşayış evləri, təsərrüfat tikililəri, mal-qara,əmək alətləri, ev əşyaları, qızıl- gümüş və pul vəsaitindən ibarət olurdu. Gəlinlərin cehizi və ər evinə gələn zaman gəlinə qayınatası tərəfındən bağışlanmış “dizdayağı” onlarm şəxsi mülkiyyəti hesab edilirdİ.

Ailə mülkiyyətinin bölgüsü, əksər hallarda məhəllə ağsaqqalı- nın, bəzən mollanın iştirakı ilə adət əsasında həyata keçirilirdi. Öncə qadınların şəxsi mülkiyyəti, sonra isə valideynlər üçün “xeyratlıq”, subay qızlar üçün “ərgənlik” və subay bacı üçün “cehizlik” aynlırdı. Ailənin yerdə qalan mülkiyyəti bundan sonra, yeni ailələr arasında bölünürdü. Bu zaman İslam hüququna və şəriət qaydalarına görə qardaşlar bərabər pay alırdılar, qızlara qardaşm payının yarısı qədər, anaya isə səkkizdə biri qədər pay ayrıiırdı. Anaya aynlan payın azlığının səbəbi öncə onun şəxsi mülkiyyətinin ayrılması idi.

Böyük ailə kiçik ailələrə parçalananda əmlak bölgüsü zamanı qardaşların sayı qədər istehsal alət və vasitələri olmadığından, çox vaxt əmək alətləri - kotan və xış, istehsal vasitələri -su dəyirmanı, su dingi, toxuculuq dəzgahı, cəhrə, xana və qoşqu heyvanları, məi- şətlə bağlı əşyalar -məclis qazanı, məclis samovarı, arxud (ağac ııehrə) və s. bölüşdürülmürdü və qardaşların ümumi mülkiyyətində saxlanırdı. Bu istehsal vasitələrindən yeni ailələr növbə iiə, məişət əşyalanndan isə zərurət olanda istifadə edirdilər.

Ailənin bütün üzvləri keçmişdə təsərrüfat işləri ilə məşğul olurdu. Ailədə ən ağır fıziki işləri kişilər görürüdülər. Torpağı şum- lamaq, əkib-becərmək, taxılı biçmək, qoyun qırxını, arx qazmaq, ot- ələf tədarükü, hasar çəkmək, meşədən odun gətirmək və s.işlər kişi- lərin öhdəsinə düşürdü. Ailənin daxili təsərrüfat işləri isə qadınların qayğısı idi. Qadınlar bostan və dirrikdə çalışır, qoyun-quzu bəsləyir, inəkləri sağır, süd məhsullan hazırlayır, qırxılmış yunu yuyur, dara- yır, əyirir və boyayır, yun iplikdən toxunmuş corabdan tutmuş xal- ça-palazadək müxtəlif məişət əşyaları toxuyur, döşək, yorğan sırı- yır, uşaqlar üçün paltar tikir, xörək bişirir, ev-eşiyi səliqə-sahmana salır və uşaqların tərbiyəsi ilə məşğul olurdular.

Ailə üzvləri arasında qarşılıqlı münasibətlərin mərkəzində qadının ailə və cəmiyyətdəki mövqeyi dururdu. Keçmişdə yoxsul və ortabab kəndli ailələrində qadın ev təsərrüfatmda gördüyü işlərdən əlavə, əri ilə yanaşı çöl işlərində də çalışırdı. Azərbaycamn əksər şə- lıər və kəndlərində qadınlar yaşınaq tutur, çadra örtürdü. Zadəgan ailələrindən olan və yüksək cəmiyyətə məxsus qadınlar küçəyə çıx- dıqda, üzlərinə toxunma rübənd tutardılar. Cavan gəlin nəinki yad kişidən, hətta bir uşağı olanadək qaynatasından, qaymlarından da yaşınmalı idi. Azərbaycanda qədimdə mövcud olmuş ailə adətlərindən biri də “ Sororat” ailə adəti idi.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin