Konkret situasiyaların təhlili metodu ailənin hərtərəfli təd- qiqini nəzərdə tutur. Bu metodun tətbiqi zamanı müxtəlif testlərdən, tərcümeyi - halın öyrənilməsindən və s. kimi yardımçı metodlardan istifadə olunur.
Psixi xüsusiyyətlərin aşkar edilməsi şəxsiyyətin təlabatlarını, motiv və məqsədlərini, bunların əsasında isə onun istiqamətini müəyyən etməyə imkan yaradır. Onların vasitəsilə şəxsiyyətin tem- perament tipi, xarakter əlamətləri və qabiliyyətlərinin inkişaf səviy- yəsini müəyyən etmək imkanı əldə edilir. Şəxsiyyət sorğularına
L.T.Burlaçuk və S. M.Morozovun tərtib etdikləri “şəxsiyyət əla- mətləri sorğusu”nu, tipoloji sorğuları, motivlər sorğusunu, ma- raq və məqsədlər sorğusunu, dəyərlər sorğusunu, ustanovkalar sorğusunu misal göstərmək olar.
Aİlənin və ailədaxiü şəxsiyyətlərarası münasibətlərin öyrənilmə- sində geniş yayılmış qrafik proyektiv nıetodikalara “Ailə rəsmi” (V.Vulf və b), “Ev-ağac -adam” (C.Buk), “Ağac testi” (K.Kox), “Av- toportret” (R.Bems) və bir çox digərlərini misal göstərmək olar.
Ailodə ər-arvad cütlüyü arasında münasibətlərin öyrənilməsində rus psixoloqu A.N.Volkovanın tərtib etdiyi “Rol gözləmələri və nikahda iddia”adlanan diaqnostik sorğudan da geniş istifadə olunur. Bu sorğu ailə cütliiklərinin valideyn kimi vəzifələri haqqında təsəwür- lərini, cinsi münasibətlərİ, hər bir şəxsin peşə maraqlarını, məişət- təsərrüfat vəzifələrini dərketmə, ailədə mənəvi və emosional dəstəyin səviyyəsini və cütlüyün hər birinin öz zahiri cəlbedicİIiyi barədə rəylərini qiymətləndirmək imkanı verir. Ər-arvad cütlüyündən hər bir- inə dörd qrupda cəmlənmiş 36 şəkil dəsti verilir və onlardan bu şəkil- lərdən hansılardakı situasiyalarla razılaşdtqlarını və ya “tam razıyam”, “ümumiyyətlə bu doğru deyil”, “bu heç də belə deyil” və “bu doğru deyil” olmaqla dörd variantdan biri ilə qiymətləndirmək təklif olunur. Nəticələrin təhlili psixoloqa ailədə konfliktiərin səviyyəsini və sə- bəblərini müəyyənləşdirmək üçün əsas verir.
Ailə psixologiyası sahəsində xidmət göstərən praktik psixolo- qun işində başlıca sahələrdən birini ailələrlə (ər-arvad, valideynlər və uşaqlarla) iş təşkil edir. Bu sahədə fəaliyyətin əsas məqsədi öyrə- nilən ailə haqqında tam və obyektiv məlumatın əldə edilməsidir. Bu məqsədlə ailədə şəxsİyyətlərarası münasibətlərin diaqnostikasında geniş istifadə olunan obrazlı metodikalar Rene Jilyanm “Aib uşa- ğm gözü ilə” və ABŞ psixoloqları E.S.Şeffer və P.K.Bellin “Ailə həyatı ananın gözü ilə” PARİ(perental altitude rasearch instru- ment) metodikalarıdır. Bunlardan başqa ailənin öyrənilməsində müxtəlif modifikasiyah ailə testlərindən “Nikahın stabilIiyi”,“Ni- kahm uğurluhığu”,“Siz qısqancsınızmı?”, “Məhəbbəti qoruyub saxlamağı bacarırsınızmı?”, “Evə qayğı”, “Ailənin böyüyü”və s. kimi müxtəlif ailə testlərindən istifadə etmək mümkündür.
Müasir ailə psixologiyasında görkəmli psixoterapevtlər E.Y.Eydemiller və V.Yustiskis tərəfındən klassik kliniki sorğular əsasında tərtib edilmiş, tibbi psixologiya və psixoterapiyada geniş yayılmış müxtəlif şəxsiyyət tiplərinə aid sorğulardan və xaraktero- loji tiplərə aid sözlü portretlərdən (melanxolik, gipertim, tsikloid, emosional-labil, nevrastenik, senzitiv, psixoastenik, şizoid, parano- id, epileptoid, isterik, davamsız, komform) geniş istifadə edilir.
Ailə psixologiyası və psixoterapiyasında şöhrət qazanmış ən məşhur testlərdən biri də M.Lyuşerin “Rənglər testi”dir. Bu test be- lə bir müddəaya əsaslanır ki, insan münasibətlərinin qeyri-verbal komponentlərinin xarakteristikası öz - özlüyündə insanın özü və əhəmiyyətli başqa şəxs üçün rəng assosiasiyalarında əks olunur. Rəngli testlər sırasında ən çox istifadə olunan dörd əsas (qırmızı, göy, yaşıl, sarı) və dörd əlavə (bənövşəyi, şabalıdı, boz və qara) rənglər daxildir. Bu test stressin diaqnostikasında köməkçi vasitə hesab edilir. Belə ki, həyəcanlılığın göstəriciləri (A) və onu kom- pensasiya etmək imkanları (C) stressin göstəricisi kimi qiymətlən- dirilir.
Ailədaxili münasibətlərin və valideynlərin tərbiyəçi mövqeyi- nin öyrənilməsində “Ailə sosioqrammı” testi uğurlu diaqnostik alət hesab edilir. E.Y.Eydemiller tərəfındən təklif edilmiş bu test “pro- yektiv rəsmetmə testi”kimi də tanınır. “Ailə sosioqrammı” testi subyektin ailədə şəxsiyyətlərarası münasibətlər sistemində vəziyyə- tini aşkara çıxarmağa və ailədə ünsiyyətin strukturu və xarakterini müəyyənləşdirməyə imkan verir. Valideynlərə 110 mm ölçüdə dairə çəkilmiş vərəq paylanır və burada özünü və ailə üzvlərini dairə şək- lində çəkmək barədə təlimat verilir. Nəticələrin qiymətləndirilməsi dairə içərisində çəkilmiş ailə üzvlərinin sayı, dairələrin ölçüləri, dai- rələrin bir-birinə yaxm və ya uzaqda yerləşməsi, onların arasında məsafə kimi meyarlar nəzərə alınmaqla apanlır.
Birinci meyar əsasmda nəticələri qiymətləndirən psixoloq real ailə üzvlərinin sayı ilə sınamlan şəxsin çəkdiyi dairələrin sayını mü- qayisə edir. Ailə üzvü olan sınamlan şəxslə konfliktli vəziyyətdə olan ailə üvzü onu dairədən kənarda çəkə bilər. Dairələrin böyüklü- yü sınamlan şəxsin nəzərində ailə üzvünün əhəmiyyətlilik dərəcəsi- ni əks etdirir. Dairələrin bir-birindən uzaqda və ya yaxında yerləş- məsi və onlar arasındakı məsafə ailə üzvləri arasındakı münasibətlə- rin xarakterini əks etdirir.
Psixodiaqnostika təcrübəsində daha geniş yayılmış sorğular sırasına R.Kettelin “şəxsiyyət sorğusu”nu, “patopsixoloji diaq- nostik sorğu”nu, “şəxsi və situativ həyəcanlılıq sorğusu”nu, E.Stronqun “maraqlar sorğusu”nu aid etmək olar.
Şəxsiyyət testləri şəxsiyyəti müxtəlif cəhətlərdən -motivlər, maraqlar, şəxsi yönəlişlik, sərvət meyli, iddia səviyyəsi, emosional bazanın və s. öyrənilməsi baxımından əhəmiyyətli metodikalardan biridir. Ailə psixodiaqnostikasında müxtəlif şəxsiyyət testləri və sorğularından, o cümlədən Ç.Oshudun semantik differensial, Q.Kellinin “repertuar qəfəs texnikası”ndan, S.Y.Rubinşteynin “vaxtın bölünməsi metodikası”ndan geniş istifadə olunur.