Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə9/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Sorğu metodu da psixodiaqnostikada istifadə olunan əsas me- todlardan biridir. Sorğu metodu psixoloqa müəyyən vasitələrdən (tele- fon, şəxsi söhbət, poçtla anket göndərmək və s.) istifadə etməklə ailə- daxiii münasibətləri daha müfəssəl öyrənmək imkam verir. Bu metod sınanılan şəxsin ona ünvanlanan konkret suallara cavab verməsini nə- zərdə tutur. Sorğu metodunun bir sıra müxtəlif variantlan vardır.

Şifahi sorğu o halda tətbiq olunur ki, suala cavab verməli olan adamın eyni vaxtda davranışmı və suala reyaksiyasım müşahi- də etmək məqsədi qarşıya qoyulırıuş olsun. Şifahi sorğu yazılı sor- ğuya nəzərən insanın psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir, xüsusi təlim və vaxt sərfi tələb etmir. Şifahi sorğu za- mam sınamlan şəxsin suallara cavabı əhəmiyyətli dərəcədə sorğunu aparanın şəxsiyyətindən, şəxsi davramşmdan asılıdır.

Yazılı sorğu eyni vaxtda çoxsaylı adamlarm rəyini öyrənmə- yə, onları tədqiqata cəlb etməyə imkan verir. Onun ən geniş yayıl- mış forması anket sorğusudıır. Yazılı sorğunun çatışmazlığı ondan ibarətdir ki, onun tətbiqi zamanı cavab verən şəxsin reyaksiyasmı irəlicədən bilmək, cavab verəcək adamın psixi vəziyyətindən asılı olaraq sualın xarakterini, məzmun və tonunu dəyişmək olmur.

Sərbəst sorğu yazılı və ya şifalıi sorğunun xüsusi formasıdır. Onun tətbiqi zamanı verilən sualların və onlara verilən mümkün ca- vabların siyahısı müəyyən hədd ilə məhdudlaşdırılmır. Bu isə tədqi- qatın taktiki gedişini, verilən sualları çevik surətdə dəyişməyə və onlara qeyri-standart cavablar almağa imkan verir.

Standart sorğu sərbəst sorğuya nəzərən mümkün cavabları irəlicədən müəyyən etmək baxımından daha qənaətlidir.

Psixoloji diaqnostikada daha geniş tətbiq olunan metodlardan biri testlərdir. Onların vasitəsilə öyrənilən hadisənin dəqiq kəmiy- yət və keyfiyyət xarakteristikasım əldə etmək mümkündür. Psixoloji diaqnostikanın digər metodlanndan fərqli olaraq testlər standartaş- dırılmış, məlumatlarm yığılması, əldə edilmiş nəticələrin işlənilməsi və həmçinin şərh edilməsi baxımmdan böyük üstünlüklərə malikdir.

Test-sorğu elə diaqnostik metoddur ki, onun köməyi ilə irəli- cədən seçilmiş, yoxlanılmış etibarlı suallar vasitəsilə sınanılan şəx- sin müəyyən psixoloji keyfıyyətini miiəyyənləşdirmək mümkündür.

Test- tapşırıq test sorğudan ona görə fərqlənir ki, o, sınanılan şəxsin davranışı və psixologiyasını onun nə söyləməsinə görə deyil, nə etməsinə görə qiymətləndirməyə əsas verir. Bu tipli testlərdə xü- susi tapşırıqlar sistemi olur, onların yerinə yetirilməsi nəticələrinə görə sınamlan şəxsdə öyrənilən keyfıyyətin səviyyəsi haqqında qiy- mətləndirici mühakimə irəli sürülür. Test-sorğu və test-tapşırıqların üstün cəhəti odur ki, onların vasitəsilə müxtəlif yaşlı, fərqli cinsli, müxtəlif mədəni və təhsil səviyyəli və müxtəlif peşə adamlarınm bu və ya digər xüsusiyyətini öyrənmək mümkündür.

Söhbət uıetodu ailə psixologiyasında üstün əhəmiyyət verilən və ən geniş istinad edilən köməkçi metodlardan biridir. Bu metod vasitəsilə ünsiyyətdə olan psixoloq ailə üzvləri ilə xüsusi tərtib edil- miş proqram əsasında şəxsi ünsiyyət prosesində onların psixi vəziy- yəti, ailədəki mövqeyi, həyat idealları, sosial yönəlişlikləri, dəyərlər sistemi, ailədaxili münasibətlər və s. haqqında faktlar əldə edir. Bir elmi metod kimi söhbətin məxsusi xüsusiyyəti ondan ibarətdir ki, bu metod əsasında psixoloq ailə subyekti olan hər bir şəxslə canlı ünsiyyətdə olmaq imkanına malik olur, söhbət zamam eyni məqsə- də yönəlmiş şəkilcə dəyişmiş müxtəlif üsullardan istifadə edə bilir. Suallar birbaşa və ya dolayı şəkildə verilə bilər.

Son dövrlərdə valideynlərin və digər ailə üzvlərinin problem- lərinin öyrənilməsində şəxsiyyət sorğuları metodundan istifadə geniş yayılmışdır. Şəxsiyyət sorğuları şəxsiyyətin baza əlamətlərini, fərdin psixi xassələrini səciyyələndirən geniş spektri əhatə edir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin