Nevrotik ailə tipində irsi psixi pozğunluqlar deyil, ailənin gündəlik həyatında qarşılaşdığı psixoloji çətinliklərlə əlaqədar qa- zanılmış psixi pozğunluqlar əsas rol oynayır. Nevrotik ailələrdə cütlüklər hədsiz qorxu, təlaş və iztirablardan əziyyət çəkir, onlarda yuxu pozğunluğu, affektiv reyaksiyalarm kəskinliyi və bir-birinə qarşı hədsiz aqressivlik müşahidə olunur.
Ailə cütlükləri arasında konfliktli davranış həm gizli, həm də açıq formalarda təzahür edə bilər. Gizli konfliktlərin əsas simptom- lartna narazıhğı ifadə edən kəskin jest və baxış, ailə həyatının hər hansı sahəsinə aid işin birgə icrasmda tərəflərdən birinin boykot mövqeyində durması, nümayişkəranə susquniuq, qarşılıqlı nıünasibətlərdə ifadəli soyuqhuq və s. aid edilə bilər. Açıq konfliktlər, adətən, korrekt formalı açıq söhbətlərdə təzalıiir edir. Bu zaman qarşılıqlı verbal təhqir nümayişkaranə hərəkətlər (qapını, qab-qacağı çırpma, stolu yumuruqla döyəcləmə), zorakı fıziki hərəkətlər, təlıqir və s. ilə müşayət oluriur.
Qısqanclıq ailədaxili münasibətlər sistemində tarixən geniş yayılımış problemlərdən biridir. Ona hətta uşaqlar arasında rast gəl-
mək mümkündür. Böyük uşaqlar kiçiklərə qarşı olan nəvazişə, alın- mış oyuncaqlara, təzə paltara və s. görə qısqanclıq keçirirlər. Bunun səbəbi onların diqqət və qayğıdan kənarda qalmalan, artıq sevilmə- mələri ilə bağlı meydana gələn yanlış təsəwürləri ilə bağlıdır. Qıs- qanclıq, hətta bunun üçün əsaslı səbəb olmadığı halda belə, güclü təzahürə malik ola bilər. Emosional reaksiyalar doğuran qısqanclıq o zaman yaranır ki, insan ona məxsus olan “mülkiyyətinə” başqa bi- rinin sahiblik iddiyası ilə üzləşmiş olur. Belə duyğular real və xəyali ola bilər. Ailə bir meyvəyə bənzəyir. Məhəbbət onun içi, nikah-qa- bağı, xəyanət isə onu içəridən yeyən qurddur.
Ailə üzvləri olan ər-arvad qısqanclığı təbii və normal hissdir. Cütlüklərdən birinin üçüncü şəxsə bağlı olan intim münasibətləri onlardan birində təbii qısqanclıqa, emosionallığının oyanmasına səbəb olur. Qısqanclığm normal və təbii olması ilə yanaşı, onun pa- toloji qısqanclıq adlanan forması artıq psixi xəstəlik hesab olunur. Məsələn, gənc oğlan sevdiyi qızı onun yanağından süzülən göz yaş- larma, iylədiyi gülə və s. qısqamr. “Məhəbbəti məhv etmək üçün şeytanm icad etdiyi ən təsirli vasitə qısqanclıq və əsəbi hücumlardır. Onlar kral kobrasının zəhəri kimi təsirlidir və mütləq məhv edir, öl- dürür”. [8,s.209]
Ailədə kişinin iş adamı və ya məşhur olan bir xammla işgüzar əlaqələri həmin kişinin xanımında qısqanclığa səbəb ola bilər. Eyni hal ailənin xammının üçüncü şəxs olan bir kişi ilə işgüzar əlaqələri fonunda da meydana gələ bilər. Qısqanclığa ən çox subay və ailəli gənclik dövründə təsadüf olunur. Burada milli adət-ənənələrin, tarixən formalaşmış stereotiplərin və ictimai rəyin də güclü təsiri vardır.
Ailənin dağılmasına səbəb olan ən acınacaqlı hal kişilərin qıs- qanclığıdır. Buna V.Şekspirin “Otello” faciəsini misal göstərmək olar. Əsərdə gəlin Dezdemonamn əl yaylığının başqasının əlinə düşməsi əri Otelloda kinli qısqanchq hissləri doğurur və o, arvadmı boğub öldürür. Lakin çox keçmədən o, bu hadisədən peşiman olur və intihar edir.
Psixoloqlar qisqanclıq hisslərini keçirməklərinə görə, insan- ları xüsusi testlərlə müxtəlif qruplara bölürlər. Burada qütblərin bi- rində tamamilə qısqanc olmayanlar, o birisində isə, qısqanclıq hiss- ləri patoloji dərəcəyə çatan şəxslər dururlar. Norma hesab olunan bir neçə qruplar aralıq sahədə yerləşirlər. Qısqanclıq da sevgi kimi daimi olaraq eyni səviyyədə qalmayaraq müxtəlif səbəblərin təsiri altında və yaşla əlaqədar dəyişir.
Mütəxəssislər qısqanclan yalnız kəmiyyət göstəricisinə görə deyil, eyni zamanda biruzə verdikləri hisslərin keyfiyyətinə görə ayırırlar. Bu zaman ən kəskin formaları “əzazillik qısqanclığı” və “əzab çəkmədən qısqanclıq” kimi variantlar göstərilir. “Əzazillik qısqanclığı” - inadkar, əzazil, özündən razı, xırdaçı, emosional cə- hətdən soyuq və heç kimlə dostluq, yaxınlıq etməyən şəxslərdə olur. Belələri ətrafdakılara icrası çox çətin və ya mümkün olmayan tələb- lər verirlər. Onlar müxtəlif məsələlərdə özlərinin günahkar olduq- larını heç bir vəchlə qəbul etmir, öz günahlarım başqalarınm üzərinə atırlar. Belə subyekt özünə qarşı soyuq münasibət hiss etdikdə və səbəbini axtardıqda asanlıqla tapır, bunu xəyanətlə (ər və ya arvad tərəfindən) əlaqələndirir.
Kişi xəyanətinin kökündə ezamiyyə və istirahət dövründə tək qalma, alkoqol sərxoşluğu, başqa bir qadına qarşı sevgi, qadın xəya- nətinin kökündə isə ailədə intim həyatdan narazılıq, başqa kişiyə qarşı simpatiya, hədiyyə və pulla ələalınma və lişi meyllilik dayanır.
Kişilərdə və qadınlarda qısqanclığın yaranmasına səbəb olan amillər fərqlidir. Kişilərdə qısqanclıq qadmlardan fərqli olaraq, tez və asan baş qaldırmır. Əgər bu baş verərsə, onun nəticələri çox vaxt dramatik və faciəvi sonluqla başa çatır. Arvadı xəyanət etmiş kişi özünü alçaldılmış, rusvay olmuş, gülüş və kinayə obyektinə çevriulmiş, ətrafdakıların nəzərinmdə kişi qüruru və şərəfini itirmiş kimi hiss edir.
Ərinin xəyanəti ilə qarşılaşan qadın özünü alçaldılmış və təh- qir olunmuş, artıq sevilməyən biri kimi qavrayır. Xəyanət qadınm psixikasına sağalmaz yara vurur. Bununla belə qadınlar bir dəfə baş verən belə halı bağışlayır və özlərinə “Nə olsun, axırda yenə də o, mənə qayıtdı”-deyə təsəlli verirlər.
Konfliktlər insanlar arasında qarşılıqlı münasibətlərin gərgin- ləşməsinə və nevrotik dalğınlığa səbəb olan əsas amillərdən biridir. Ailədə baş qaldıran davamlı və sürəkli konfliktlər nəinki ailənin psi- xoloji iqlimini korlayır, həm də böyüməkdə olan uşaqların psixika- sına sarsıdıcı zərbə vurur. Ərlə-arvad arasında tez-tez baş verən konfliktlər hələ kimin haqlı olduğunu ayırd edə bilməyən uşaqları qeyri-təbii seçim qarşısında qoyur: kimin tərəfındə dirmalı? Be-lə seçim boşanmalardan sonra xüsusilə əzabverici olur.
Uşaq, adətən, atam sevməkdə davam edir, lakin ana və yaxın qohumlar ona inandırırlar ki, onun atası alçaqlıq etmişdir, anasını boşamış və ailədən ayırmışdır. Deməli o, məhəbbətə layiq deyildir.
Uşaq başa düşmür ki, mübahisə edən iki tərəfdən hər biri eyni vaxtda haqlı və haqsız ola bilməz. Tərəflərdən birinin ağlaması, kə- dəri uşaqda avtomatik olaraq qarşı tərəfın günahkar olması fikrini doğurur. Qadınlann psixoloji müdafıə vasitələrindən biri də onların ağlamasıdır.
Müasir cəmiyyətdə yaranan yeni tipli dəyər -motivasiya struk- turlan etnomədəni sistemlərin transformasiyasına səbəb olmuşdur. Azərbaycanda ailənin inkişafı strategiyası ailənin maddi vəziyyəti, ri- fah səviyyəsi və ailədaxili münasibətləri şərtləndirən başhca amillər- dən biri olan nikahm uğurlu olması ilə səciyyələnir. Müasir Azərbay- can cəmiyyətində son onilliklərdə baş verən sosial-iqtisadi və mənəvi dəyişikliklər ailədaxili mənəvi-psixoloji iqlimə güclü təsir göstərmiş, ailədaxili konfliktlərin miqyasmı genişləndirmiş və kəskinləşdirmişdir.
Ailə münasibətləri çoxcəhətli ierarxik struktura malik münasi- bətlərin çulğalaşmasmı əks etdirir. Bu münasibətlər ərlə arvad, vali- deynlərlə uşaqlar və digər qohumlar arasındakı münasibətlərlə xa- rakterizə olunur. Müasir Azərbaycan cəmiyyətində və onun əsasını təşkil edən ailədə seksual, nikah və reproduktiv davranışlar heç də həmişə öz-özlüyündə ailənin təşkil olunması və mövcudluğuna tə- minat verən vahid davranış mobelinə uyğun gəlmir. Ailənin həyat və fəaliyyətinin müxtəlif formalarına cəmiyyətin loyallığmın artma- sı da müşahidə olunur.
Ailədə nəsillər arasında konfliktlər ailə üzvü olan subyektlərin spesifik fərdi xüsusiyyətləri baxımından şəxsiyyətdaxili, şəxsiyyəta- rası, şəxsiyyətlə qrup arasmda, (ailənin yaşlı üzvü ilə oğul və ya qızın ailəsi ilə) sosial-psixoloji (kiçik sosial-psixoloji qruplar arasında) və sosial (cəmiyyətdə ailə nəsilləri arasında) baş verir. Ailə vəziyyətinə və ailə rollarına görə konfliktləri valideynlərlə övladlar, babalar, nənələrlə nəvələr, qeyd olunan 3 nəsil (baba-nənə, ata-ana və
övladlar) valideynlərlə gənc ər-aravad (gəlin -qaynana, gəlin-baldız, gəlin-qaym və s.) və digər qohum nəsillər arasmda baş verə bilər.