Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə80/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Şəxsiyyət amili. Valideynlərin şəxsiyyət xüsusiyyətləri, onlann temperament tipi və bu əsasda formalaşan xarakterləri uşaq- larla konfliktlərin yaranmasını şərtləndirən amillərdən biri, həm də ən əsasıdır. Bu cəhətdən mühafizəkar təfəkkür üslubu, köhnə davramş qaydalarından və zərərli vərdişlərdən (alkoqol, narkotika qəbulu, qu- mar oyunu və s.) asılılıq, əqidə banşmazhğı və s. belə amillərdəndir. Uşaqlann şəxsiyyət xüsusiyyətlərinə isə təlimdə aşağı nəticələr və uğursuzluq, davramş qaydalannın pozulması, valideynlərin tövsiyə və nəsihətlərinə etinasızlıq,söz eşitməzlik, tərslik, eqoizm, eqosent- rizm, özündənrazıhq, tənbəllik, pintilik və s. aid edilə bilər.

Kişi və qadınların iki fərqli cins kimi tarixən cəmiyyətin də- yərlər sisteminə fərqli münasibəti, davramşı, zövq, maraq, əyləncə və təlabatlarındakı fərqlər, qadm və kişi steriotipləri və rol -cins davranışı haqqında təsəwürlərin formalaşmasma səbəb olmuşdur. Təbİətən cinslər arasındakı bioloji bərabərsizlik və əkslik əslində tamın ayrılmaz iki tərəfidir. Onlarm tamlığı insanm sosial-psixoloji və mənəvi bütövlüyünü, ümumi fəlsəfı vəhdətini yaradır.

Valideynlərlə uşaqlar arasmda qarsılıqh münasibətlərin aşağı- dakı tipləri fərqləndirilir:

  • valideynlərlə uşaqlarm optimal münasibət tipi;

  • uşaqlarm maraq və əyləncələri ilə valideynlərin baxışlarınm uyğunsuzluğu (valideynlər uşaqlarm qayğılarmı dərk edir, uşaqlar isə öz qayğılarını bölüşmürlər, nəticədə hər iki tərəfdə narazılıq baş qaldırır);

  • uşaqlarm davranışı, həyat planları ailədə konfliktlərə səbəb olur ki, bu halda adətən valideynlər haqlı olurlar;

  • valideynlər uşaqların maraqlannı başa düşmək istəmir, uşaq- lar isə bu barədə valideynlərlə məsləhətləşmirlər (konflikt baş ver- məsə də, qarşılıqlı yadlaşma baş verir).

Valideynlərlə uşaqlar arasında konfliktlər daha çox yeniyet- məlik yaş dövründə müşahidə olunur. Valideynlərlə yeniyetmələr arasında konfliktlərin aşağıdakı tiplərini qeyd etmək olar:

  • valideyn münasibətinin dayanıqsızlığı, qeyri-sabitliyi səbə- bindən baş verən konfliktlər (uşağın qiymətləndirilməsi kriteriyala- rının tez-tez dəyişməsi);

  • hədsiz qayğı səbəbindən baş verən konflikt (hədsiz himayə və hədsiz gözləmələr);

  • yeniyetmənin müstəqillik hüququna hörmətsizlikdən yara- nan konfliktlər (totalitar göstərişlər və addımbaşı nəzarət);

  • ata nüfiızu” konflikti.

Yeniyetmələr valideynlərin konfliktli situasiyalarda davranışı- na adətən aşağıdakı reaksiyalar göstərirlər:

  • müxalifətçi reaksiyası (neqativ xarakterli nümayişkaranə hərəkətlər);

  • rədd reaksiyası (valideynlərin tələblərinə tabe olamamaq);

  • təcrid reaksiyası (valideynlərlə arzuedilməz əlaqələrdən qaç- maq cəhdləri, hərəkətləri və informasiyanı gizlətmək);

Yuxarıda qeyd olunanları nəzərə alaraq, valideynlər yeniyet- mələrlə qarşılıqlı münasibətləri optimal əsaslarla qurmalı və aşağı- dakı istiqamətlərdə profilaktik işlər aparmalıdırlar:

  • uşaqların yaş və fərdi psixoloji xüsusiyyətlərini, emosional vəziyyətlərini nəzərə almağa imkan verən pedaqoji mədəniyyətin yüksəldilməsi;

  • ailənin kollektivçilik əsasında təşkili. Ailədə ümumi pers- pektivlərin əmək bölgüsünə, qarşılıqlı kömək ənənələrinə, birgə istirahət və əyləncələrin olmasına, baş verə biləcək ziddiyyətlərin qarşısının alınmasına yönəldilməsi;

  • tərbiyə prosesinin həyata keçirilməsinin düşünülmüş sözlü tələblərlə möhkəmləndirilməsi;

  • uşaqların daxili aləminə, qayğı və ehtiyaclarma marağın ar- tırılması.

Psixoloqların fıkrincə, kiçik yaşlı uşaqlarla konfiliktlərdə vali- deynlərin konstruktiv davranışı üçün aşağıdakı şərtlərin nəzərə alın- ması zəruridir:

  • həmişə uşağm fərdiyyətini anlaym;

  • nəzərə alın ki, hər bir yeni situasiya yeni həll üsulu tələb

edir;

  • kiçik yaşlı uşağm tələblərini anlamağa çalışın;

  • başa düşün ki, gözlədiyiniz dəyişikliklər vaxt tələb edir;

  • ziddiyyətləri normal inkişaf amilləri kimi anlayın;

  • uşağa münasibətdə müntəzəmliliyə əməl edin;

  • uşağa seçim üçün altemativlər təklif edin;

  • uşağın konstruktiv davranışmı bəyənərək təqdir etməyə çalışın;

  • situasiyadan uşaqla birgə çıxış yolu axtarmağa çalışın;

  • tələblərdə “olmaz”ları mümükün qədər azaldaraq, “olar”lara daha çox yer verin;

  • ədalətli və zəruri olduğuna əmin olmadığınız cəzaya əl at- mayın;

  • uşağa neqativ hərəkətlərinin peşmançılığını duymağa imkan verin, belə hərəkətlərin nəticələrini məntiqlə izah edin;

  • maddi deyil, mənəvi rəğbətləndirmənin diapozonunu geniş- ləndirin;

  • başqa uşaqlardan müsbət nümunələr gətirin.

Psixoloqların tədqiqatları göstərir ki, ailələrin 80-85%-də

konfliktlər mövcuddur. Qalan 15-20% ailələrdə isə mübahisələr müxtəlif zəmində baş verir. Konfliktlərin kəskinliyi və tezliyi kimi əlamətlər baxımından ailələrin böhranlı, konfliktli, problemli və nevrotik olmaqla 4 əsas tipi fərqləndirilir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin