Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə76/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Konflikt (latınca confliktus-toqquşma) insanların bir-birinə münasibətdə mənafe, görüş və meyllərin toqquşması, son nəticədə qarşıdurmaya gətirib çıxaran ciddi ixtilaf, kəskin mübahisədir. Psixoloji mənada konflikt insanlar arasındaki ziddiyyətlərə və bu ziddiyylətlərin kəskin emosional vəziyyətdə həlli cəhdinə əsaslanan ünsiyyət növüdür. Sosial psixologiyada “konflikt” anlayışı bir-biri- nə əks olan maraqların, məqsədlərin, baxışların habelə fərdlər və qruplar arasmda ideologiyaların toqquşması kimi izah olunur. Bir çox psixoloqlar konfliktləri sosial, pedaqoji və psixoloji anlamda müxtəlif məntiqi əsaslarla təsnif edirlər: 1) ziddiyyətlərin reallıq də- rəcəsinə görə: real konfliktlər (real ziddiyyətlərə əsaslanır); qeyri- real konfliktlər (təhrif olunmuş təsəwürlərə əsaslanır) ; 2) ziddiy- yətlərin xarakterinə görə; obyektiv (obyektiv ziddiyyətlərə əsasla- nan) və subyektiv (subyektiv ziddiyyələrə-baxış və motivlərin toq- qusmasına əsaslanan) konfliktlər; 3) dərk olunma dərəcəsinə görə: dərk olunan dərk olunmayan konfliktlər; 4) miqyasına görə: məhdud (fərdlər arasında) və əhatəli (qrup və ya bütün kollektivi əhatə edərt) konfliktlər; 5) ziddiyyətlərin təzahürünə görə: açtq (təzahür edən) və gizli (təzahür etməyən) konfliktlər; 6) məzmununa görə: şəxsi (şəxsi münasibətlərə əsaslanan) və fəaliyyətlə bağlı (fə- aliyyət prosesində yanan) konfliktlər; 7) qarşüıqlı münasibət tipinə görə: asıiılıq (rəhbərlə işçi arasındakı) və status bərabərliyi (müə- lim -müəllim, şagird-şagird arasında)münasibətlərində yaranan konfliktlər; 8) sahələrinə görə: sosial, siyasi, iqtisadi, hərbi və s. konfliktlər; 9) obyektinə görə: şəxsiyyətiərarsı, qrupdaxili, qruplar arast, ailə-məişət,etnik, pedaqoji konfliktlər; 10) funksiyalarma görə: konstruktiv (qrupun inkişafma müsbət təsir göstərən) və destruktiv (qrupdakı qarşıhqlı münasibətlərə mənfi təsir göstərən) konfliktlər.

Konfliktlər öz strukturuna görə də fərqli xüsusiyyətlərə malikdir. Hər bir konfliktdə nıünaqisə tərofləri (haqlı və haqsız tərəf), mü- naqişə obyckti, münaqişə şəraiti və bir çox hallarda isə əlavə işti- rakçıiar olur. Münaqişə obyekti dcdikdə, münaqişə predmeti, ınü- naqişə şəraiti dedikdə isə, münaqişənin bütün səbəbləri və şərtləri başa düşülür. Sosial- psixoloji ədəbiyyatlarda iştirakçılann sayından asıh olaraq sadə və mürəkkəb konfliktiər fərqləndiritir. Yalnız mü- naqişə tərəflərinin iştirak etdiyi konflikt sadə konflikt, tərəflərdən əlavə coxlu iştirakçı olduqda isə belə konflikt mürəkkəb konflikt adlanır. Münaqişənin yaranmasına səbəb olan fəal tərəf konfliktin subyekti adlandmlır. Münaqişənin iştirakçıları dedikdə isə münaqişədə ma- rağı olan adamlar sosial qruplar nəzərdə tutulur.

Ailə psixologiyası problemlərinin tamnmış tədqiqatçılarındaıı olan İ.V.Qrebennikova görə, ailə konflikti ailə üzvlərinin baxış, maraq və təlabatlarınm uyğunsuzluğundan irəli gələn ciddi fikir ay- rılığıdır. [64,s.76]

Konflikt insanlar və sosial institutlar sistemində münasibətlər- də ziddiyyətlərin inkişafının yüksək mərhələsidir. Konflikt ən azı iki nəfər və ya qrup arasında qarşılıqlı ziddiyyətə, uyğunsuzluğa, əsaslanan bir-birinin təlabat, maraq, məqsəd, davranış tipinə, müna- sibət, ustanovkalarına, şəxsiyyət və qrup üçün üstün əhəmiyyətli dərk edilmiş mənafelərin toqquşmasıdır. Konfliktlər sosial cəhətdən insanların psixikasınm fərdi xüsusiyyətləri ilə şərtlənmiş hadisədir. Onlar adətən kəskin emosional həyəcanlanma-konfliktli situasiya- dan asılı olaraq affektiv davranışla müşayət olunan vəziyyətlərdir. Ailə konfliktləri konfliktlərin ən geniş yayılmış formalarından biri- dir. Sosial psixologiya sahəsində çalışan mütəxəssislərin qənaətinə görə, ailələrin 80-85%-də bu və ya digər formada ailə konfliktlərinə təsadüf olunur. Ailə konfliktlərinin iştirakçıları ailə üzvləridir.

Ailə konfliktləri üçün insanlann konfliktdə davranış xüsusiy- yətləri ilə bağlı olan qeyri-adekvat situasiyalar xarkterikdir. Nü- mayişkaranə davranış adətən konfliktli situasiyalarda münaqişəyə qoşulan tərəflərin bir-birləri haqqmda həqiqi hiss və təsəwarlərini maskalayır. Kobud və hay-küylü qarşıdurma ərlə-arvadın bir-birinə olan məhəbbət və bağlılığım zədələdir, onlar arasında emosional ay- rılmaya, bəzən isə nifrətə səbəb olur.

Bir proses kimi konfliktin baş verməsində dörd əsas mərhələ nəzərdən keçirilir: obyektiv konfliktli situasiyanın meydana çıx- ması; obyektiv konfliktli situasiyanın dərk edilməsi; konfliktli davranışa keçid; konfliktin həlli.

Ailə konfliktləri, adətən, tərəfdaşın maraq və təlabatlarını nə- zərə almadan insanların özlərinin bu və ya digər təlabatlannı təmin etmək və ya bunun üçün əlverişli şərait yaratmaq cəhdləri ilə bağlı meydana çıxır. Bunun üçün hər zaman səbəb tapılır: ailə həyatına fərqli baxışlar, reallaşmamış gözlənti və təlabatlar, kobudluq, qarşı tərəfə hörmətsiz münasibət, ər-arvad xəyanəti, maliyyə çətinlikləri və s.ailədə baş verən konfliktlərin əsas mənbəyidir. Konfliktlər bir qayda olaraq bir deyil, kompleks səbəblərlə bağlıdır ki, bunların da mənbəyində əsasən cütlüklərin təmin olunmamış təlabatları durur.

Ailənin sosial -psixoloji iqlimi onun həyat tərzi və məişət mə- dəniyyətinin əsasıdır. Normal ailə həyat tərzində yaşayan bütün in- sanları ümumi maraq və mənafelər birləşdirir. Ailə üzvləri ailənin həyat tərzini məişət mədəniyyətini formalaşdırırlar. Buraya: ailədə məsləhətləşmələr (növbəti həftə üçün fəaliyyət strategiyasım plan- laşdırmaq); yayda harada istirahət etməli; kimə hansı paltar alınma- lıdır; hansı xeyir-şər işlərdə iştirak edilməlidir; bayramları necə keçirməli; hansı qohumlara baş çəkməli və s. aiddir. Ailənin məişət mədəniyyətinin təşəkkülündə formalaşmış ailə ənənələrinin müs- təsna əhəmiyyəti vardır.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin