Mənəvi uyğunluq adlanan ikinci səviyyəyə görə, hər bir insanın təxəyyülündə özünün sahib olmaq istədiyi ailə modeli vardır. Hətta bir-birinə dəlicəsinə vurulan, çılğın ehtiraslann əsiri olaraq nikaha daxil olan, lakin ailə modelləri tamamilə fərqli olan şəxslərin qurduqlan ailəni xoşbəxt ailə kimi dəyərləndirmək çə- tindir. Ər-arvadlıq həyatının ilk mərhələlərində belə, zövq, maraq, (məsələn, televiziya verilişlərinə, teatr tamaşalarına, konsertlərə mü- ııasibətdə) əyləncə və təlabatlarındakı uyğunsuzluqlar onlar arasmda narazılıq və incikliklərə, qıcıqlanmalara gətirib çıxanr.
“Ailə - rol” adlanan üçüncü səviyyə ailə cütlüklərindən hər birinin ailədə rol haqqında təsəwürlərinin olması arqumentinə əsaslanır. Nikahaqədərki dövrdə bu təsəvvürlərin formalaşması bir çox cəhətdən gənclərin öz valideyn ailələrində görüb-götürdükləri, tərbiyə olunduqları ailənin təsirindən asılıdır. Nikaha daxil olan gənc ər adətən, öz ailəsində atasınm, gənc xanım isə anasınm hərə- kətlərinə uyğun davranış tərzinə yiyələnmiş olur.
İntellektuaİ uyğunluqdedikdə, heç də ailə quran gənclərin təhsil səviyyəsindəki uyğunluq deyil, biliklərin qazanılmasına, yeni inl'ormasiyaya münasibətlərindəki uyğunluq nəzərdə tutulur. Əgər ərlə-arvad intellektual cəhətdən bir-birilərinin ailədəki söhbətlərini
başa düşmürlərsə, bir-biriləri üçün müsahib ola bilmirlərsə, bu boş- luğu doldurmaq üçün tərəf müqabili kənarda axtarmağa başlaya- caqlar. Əgər ciitlüklər bir-birilərinin həyata baxışianm, fıkir və düşüncələrini qarşılıqlı olaraq anlaya bilirlərsə, onların bir-birilərinə uyğunlaşması heç də çətinlik yaradan səbəb hesab edilə bilməz.
Maddi-məişət səviyyədə uyğuııluq ərlə arvadın aiiə büd- cəsinin formalaşmasına və onun xərclənməsinə münasibətini əks etdirir. Bundan asılı olaraq cütlüklər arasmda münasibətlər münaqi- şələrə səbəb olduğu kimi, qarşılıqlı simpatiyaya da səbəb ola bilər. Qadının pintiliyi, səlİqəsizliyi, yemək və şimiyyatı hazırlaya bilmə- məsi, kişinin bədxərcliyi, ailənin zəruri təlabatlarına qarşı səhlənkar yanaşması, alkoqol düşkünü və ya narkoman olması və s.ailənin maddi-məişət səviyyəsində münasibətlərin korlanınasına və sürəkli münaqişələrə səbəb olur.
XI əsrdə yaşamış Nizamülmülkin “Siyasətnamə” adlı əsərində deyilir: “Qadınlar nə qədər əsil-nəcabətli olsalar, o qədər tərifəlayiq hesab edilərlər” [3l,s.48]
Uyğunluğun altıncı səviyyəsi uşaqlarııı tərbiyəsində pcda- qoji prinsiplərin gözlənilməsi ilə bağlıdır. Nİkaha daxil olmaq ərəfəsində olan gənclər gələcək aİlə həyatı, doğulacaq uşaqlar, on- larrn sayı və tərbiyəsi məsələləri ilə bağlı xəyallar qururlar. Vali- deyn olduqdan sonra onların uşaqların tərbiyəsi məsələlərinə baxış- iarındakı ciddi fikir ayrılıqları, pedaqoji təsirdə vahid tələblərin göz- lənilməməsi rəğbətləndirmə və cəzalandırma metodlarına fərqli ya- naşmaları əksər ailələrdə fıkir ayrılıqlanna və ixtilaflara səbəb olur. Vaiideynlərindən hər birİ uşağı öz tərəfmə çəkməyə cəhd göstərdik- də, uşaq iki yol ayncında çaşbaş qalır, kimin haqlı olduğunu ayırd edə bİImir. Ailə tərbiyəsində buraxılan ciddi səhviər sonralar uşaq və yeniyetmələrin müxtəlif cür davramş qüsurlarının meydana gəl- məsinə zəmin yaradır.