Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Ailə üzvbrinin xarakter fərqləri



Yüklə 0,8 Mb.
səhifə71/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailə üzvbrinin xarakter fərqləri ailə münasibətlərinin pozul- masına təsir göstərən mühüm amillərdəndir. Əgər ailə üzvləri arasında mənəvi-psixoloji yaxınhq yoxdursa, həm də hər kəs eqoistcəsinə öz “mən”inin üstünlüyünü sübuta yetirməyə, özünü təsdiqə can atırsa, voziyyot xüsusilə kəskin xarakter alır. Əxlaqi və emosional mədəniyyət insanın əxlaqi tərbiyəlilik səviyyəsini əks etdirir. Yeni ailə həyatı quran gənclərin gələcək həyatı bu səviyyədən əhəmiyyətli dərəcədə asılıdır. "Golin-baldız” və “gəlin-qaynana” tandemi tarixi psixodramdır. Bu stereotip ər evinə köçməzdən əwəl gənc qızı qaynananm əleyhinə kökləyir. Bir çox qız analan gəlinə təlqin edirlər ki, “qaynanın nazı ilə oynamaq olmaz. Ona həddini göstərmək lazımdır. Yoxsa, qaynana gəlinin başına çıxacaq”. Psixoloji cəhətdən belə “köklənmək” gənc xanım üçün olduqca zərərlidir.

Ailə üzvlərinin arasında qarşılıqlı münasibətlərində də qay- nana - gəlin münasibəti mühüm yer tutur. 40-50 il əvvəl yoxsul və ortabab kəndli ailələrinə evdə qaynana və baldız olduqda həm ev, həm də çöl-təsərrüfat işlərində çalışan gəlinin vəziyyəti bir qədər yüngül olurdu. Qaynana və baldız ona hayan olur, kömək edirdilər. Bəzi qaynanalı ailələrdə isə əksinə, gəlinin günü qara olurdu.

Şifahi xalq ədəbiyyatı nümunələrində xüsusən atalar sözləri və zərb-məsələlərində qaynana, baldız və gəlin haqqında müxtəlif fikir- lərə heç də az təsadüf olunmur. Məsələn, “Baldızı olan gəlinin gündü- zü olmaz”; “Gəlin işi ilə, qaynana söyüşü ilə tanınar”; “Gözələ baxarl- ar, ağıllıya nişan taxarlar”; “Gül ağacından odun, küçə qızından gəlin olmaz”; “Oğul pir, qız sehirli sirdir”; “Naxırçı qızının könlü naxırçı əp- pəyi istər” və s. kimi atalar sözləri və zərb-məsələlərdə tarixən bir-biri ilə ailədə daha çox qarşı duran tərəflər arasındakı münasibətlər öz əksini tapmışdır. Lakin heç də bu fıkirləri birmənalı qiymətləndirmək olmaz. Gəlinə ikinci ana olan qaynanalar, bacı olan baldızlar və ya qaynanaya “qız” olan gəlinlər heç də az deyildir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin