Kişi sonsuzluğu dedikdə, kişinin qadını hamilə etmək qabi- liyyətinin olmaması nəzərə tutulur. Kişi sonsuzluğuııun səbəblərinə:
eyakulyator pozğunluqlar (cinsiyyət orqanı pozğunluqları);
seksual pozğunluqlar (eyakulyator disfunksiya);
kişinin cinsiyyət orqanımn quruluşunda anatomik dəyişik- liklər (hipospadiya-sidikburaxıcı kanalın xarici hissəsi cinsiyyət or- qanının başlığma açılmır və nəticədə atılan sperma qadımn uşaqlığı-
a düşmür);
toxum keçilməzliyi və ya anadangəlmə xaya artımı kanalının olmaması;
endokrin pozğunluqlar;
spermatogen epitelinin şüalanma, kimya terapiyası, yüksək temperatur, toksik maddələrlə, infeksiyalar, yumurtacıqların su ilə və s. zədələnməsi;
genetik, xromosom pozğunluqlar;
cinsi yolla keçən iltihabı xəstəliklər;
immunoloji amil (spermatozoidlər əleyhinə antiimmun antitellərin əmələ gəlməsi) və s. aid edilir.
Kişi sonsuzluğu qeyd olunan səbəblərdən asılı olaraq, həmişə öz əksini spertoqrammada tapır. Ona görə də, genekoloqlar uşaqsız cütlüklərin müayinəsinə kişinin spertoqrammasının müayinəsindən başlamağı məsləhət görürülər. Kişilərdə alkoqol, nikotin, narkotika qəbulu sonsuzluq riskini artıran amillər hesab olunur.