Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Mənşəyi bəlli olmayan sonsuzluq



Yüklə 0,8 Mb.
səhifə70/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Mənşəyi bəlli olmayan sonsuzluq (idiopatik sonsuzluq) diaqno- zu hər iki cütlüyün hərtərfli müayinəsi aparıldıqdan və sonsuzluq üçün heç bir səbəb tapılmadıqda qoyulur. Hər iki cütlük tam sağlamdır, lakin hamiləlik baş vermirsə, bu halda müasir tibbin vasitələrin vəcüt- lüklərin bütün reprodiktiv sistemlərinin köməyi ilə səbəb aşkarlanma- dıqda (bu hal təxminən bütün cütlüklərin 5-7%-də müşahidə olunur) mənşəyi bəlli olmayan sonsuzluq kimi qiymətləndirilir. Bu cür sonsuz- luğun aradan qaldırılması müasir tibbin imkanlan xaricindədir və bu sahədə aparılan müalicələr səmərəsizdir.

Bəzən səbəbi bəlli olmayan sonsuzluq cütlüklərin bioloji və immunoloji uyğunsuzluğu ilə kəsişir. Bu formamn geniş yayılmış etibarlı təsdiqinə həyatda heç də az təsadüf olunmur. Ər-arvad cüt- lüyü sağlam şəkildə uzun müddət birgə yaşasalar da, hamiləlik baş vermir. Boşanmadan sonra cütlüklərin qurduqları yeni ailələrdə on- ların uşaqları doğulur. Cütlüklərin uyğunsuzluqlarım müəyyən etmək üçün müxtəlif sınaqlardan və testlərdən istifadə olunur.

Bütün hallarda sonsuzluğun aradan qaldırılmasında isə tibbi (o cümlədən cərrahi) üsullardan, habelə yardımçı reproduktiv texnologi- yalardan (məsələn, ekstrakorporol mayalandırma) istifadə olunur. Statistikaya görə, ailə quran cütlüklərin 10-15 %-i arasında sonsuzluq halına təsadüf olunur. Sonsuz cütlüklərin 40%-i belə hesab edir ki, uşağa malik olmamaqda kişi sağlamlığı amilinin, 40%-i qadınla bağlı problemin, 20%-i isə kombinəedilmiş sonsuzluğa, yəni həm kişi, həm də qadınla bağlı amili əsaslandırmağa çalışırlar. Sonsuzluq ailədə həm qadın, həm də kişi üçün ailənin dağılmasına aparan ağır faciə kimi qiymətləndirilir. Qohum nikahlar arasında da sonsuzluğa heç də az təsadüf olunmur. Əksər Azərbaycan ailələrində sonsuzluq boşan- maya səbəb olan apancı amillərdən biri hesab olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” də son illər Azərbaycan ailələrində sonsuzluq səbəbindən boşanma hal- larının artdığını təsdiq edir. Çox vaxt Azərbaycan ailələrində son- suzluğun günahkarı və qurbam təəssüf ki, qadınlar olur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin