Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə68/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Şəkil 10
Ər-arvad münasibətlərinin formalaşması mürəkkəb prosesdir və o, öz inkişafmda aşağıdakı mərhələlərdən keçir:

  1. Tərəfdaşm seçilməsi;

  2. Münasibətlərin romantikləşdirilməsindən - real qavrayışa

keçid;

  1. Ər-arvad münasibətləri üslubunun fərdiləşdirilməsi. Qay- daların formalaşdırılması.

  2. Stabillik (dəyişkənlik).Ailədə ər-arvad hər gün müxtəlif sı- naqlardan keçirlər. Stereotipləri və qaydaları gözləmək lazım gəlir.

  3. Ekzistensial qiymətləndirmə. Cütlüklər yaranmış vəziyyəti təhlil edib qiymətləndirir, uğur və uğursuzluqlarda kimin günahkar olmasım müəyyən edirlər.

4.4 Ailədə intim problemlər və onların aradan qaldırdması volları

Çox vaxt ailədə cütlüklər arasmda boşanma onların intim hə- yatdakı uyğunsuzluqları ilə bağlı olur. İntim həyatdan narazı qalan gənc ailə cütlükləri qeyri-müəyyən “xasiyyətimiz uyğun gəlmir” tezisi ilə aralarmdakı ziddiyyəti birdəfəlik aradan qaldırmaq üçün məhkəmə iddiaları ilə çıxış edirlər. Ailədə ər-arvad cütlüyü arasında yaranan problemlər sırasmda intim problemlərin rolu heç də az de- yildir. Cütlüklərin fıziki yaxmlığı onların həyatınm ayrılmaz hissə- sidir.

İslam dini cinsi ehtirası təbii və müqəddəs bir fıtri amil, evlənmə və qadınla əlaqəni isə mübarək və bəyənilən bir hadisə hesab edir. Ailə münasibətlərinin inkişafında fiziki yaxınlığın keyfiyyəti və qaneedici olması amili vacib amillərdən biridir ki, güzəran psixologiyasında buna “yanmaq” deyilir. Nikahdan sonra bəzən kişinin öz qadınına qarşı marağı zəifləməyə başlayır və o, yeni təəssüratlar axtarışında olur. Bəzi hallarda isə qadın öz cinsi meyllərini ərinə açıq söyləməkdən çəkindiyinə görə, həyatda tam məmnunluq duya bilmir. Bundan asılı olaraq gənc qadında ehtiraslar sönməyə başlayır və bu ailədaxili müna- sibətlərdə soyuqluğa səbəb olur. Ər-arvad arasında intim məsələdə ən başlıcası öz hisslərini, həssaslığını müzakirə etmək, istək və fantazi- yaları qarşılıqlı bölüşmək, biri-birinə qarşı inamı inkişaf etdirmək bacarığıdır. Ailədə adətən intim problemlər situasiyasını müzakirə clınok ünsiyyət bacanqsızlığından, qapalılıqdan və utancaqlıqdan nıcydana gəlir. Bəzən elə olur ki, qadın intim əlaqə zamanı ıılancaqlığmdan ərinə heç nə deyə bilmir və orqazm həddinə çatmadığından bu cür əlaqələrdən məmnun qalmır. Qadının və kişinin ııikahdan əwəl və ya sonra aldığı psixoloji travma, daşıdıqları nata- ınamlıq kompleksləri, habelə hər cür xəstəliklər cinsi soyuqluğa səbəb ola bilər. Ər-arvad intim həyatda biri-birinə qarşı marağı qoruyub sax- lamaqdan ötrü vaxtaşırı öz həyatlarına və intim davramşlanna yenilik- lor əlavə etməli, yeni pozalar, yeni yerlər və atributlar seçməyi bacar- ınah, biri-birləri üçün cəlbedici olmaq barədə düşünməlidirlər. Gene- koloqların qənaətinə görə, orqazm vasitəsilə tam boşalma qadınların özlərini ruhi və fıziki cəhətdən yaxşı hiss etmələrinə, mülayim- loşmələrinə, əhval-ruhiyələrinin yüksəlməsinə səbəb olan amillərdən biridir. Lakin bu zaman “izafi effekti” unutmaq olmaz. Intim əlaqə qa- dını gözəlləşdirsə də o, hər dəfə orqazm zamam 150-300 kilokalori cnerji sərf etmiş oiur. Bu cür əlaqə kişilərdən də böyük eneıji sərfiyyatı tələb edir. Bu zaman kişi orqanizmi böyük gərcinliyə məruz qalır: qan təzyiqi 200/120 mm civə sütununa yüksələ, ürək döyüntülərinin sayı bir dəqiqədə 180-ə çata bilər. Intim akt zamanı kişi orqanizminin itirdi- yi enerji 5-10 km.məsafəyə qaçış zamanı atletin sərf etdiyi eneıjiyə bə- rabərdir.

İntim maraq alov kimi daim alovlanmalı və həyatın bəzəyi ol- malıdır. Bu, ər-arvad cütlüyünü biri-birinə bağlayan ən güclü amil- dir. Hamiləliyin birinci 3 və sonuncu 2 ayı ərzində cinsi əlaqə məsləhət görülmür. Uşaqsalmaya meylli qadmlarda bu dölün tələf olmasına səbəb ola bilər.

Məlum olduğu kimi, heyvanlar aləmində mayalanmadan son- ra fərdlər arasında cinsi əlaqələr kəsilir. İnsanlarda isə bu tamamilə başqadır. Doğuşa 2 ay qalanadək qadın və kişi arasında cinsi əlaqə- lərin davam etməsi normal hal hesab olunur. Bir neçə əsr bundan əvvəl bir sıra xalqlarda hamilə qalmış qadın kişi üçün toxunulmaz hesab edilirdi. Bu qayda hazırda da bir sıra xalqlarda qorunub saxla- nılmaqdadır.

Tibbi genokologiya elmi sübut edir ki, cinsi əlaqə anında qadm orqanizmində dölə zərərli təsir göstərən biokimyəvi reaksiyalar baş verir ki, bu da doğulacaq uşaqda patoloji əlamətlərin olması riskini artırır.

Məhəbbət qadının gücüdür. Fransız yazıçısı F.Laroşfuko qeyd edirdi ki, sevən qadm qəlbi böyük kobudluğu asanlıqla bağışladığı halda, kiçik bir vəfasızlığı heç cür bağışlaya bilmir. Hər bir qadında təbii güc-məhəbbət vardır. Bu gücün köməyi ilə qadın münasibətləri qoruyub saxlamaq, ərini ruhlandırmaq, onu daha çox qayğıkeş ol- mağa təhrik etmək, işdə uğurlar qazanmağa ilhamlandırmaq, həyata və özünə bağlamaq qüdrətindədir. Sosioloji tədqiqatlar göstərir ki, məhz intim həyatdan məmnunsuzluq boşanmaya gətirib çıxaran mühüm amillərdən biridir. Bəzən ərlə arvad arasındakı intim müna- sibətlərdəki disharmoniya mental dəyərlər ucbatından aydın ifadəli xarakterə malik olmur, həm də bu arzuolunmaz bir haldır. Ona görə ki, tutqun, dumanlı narazılıq, qıcıqlanma, ruh düşkünlüyü doğurur, sevinc hissini məhv edir. Məhəbbət və sevgi hisslərinə bağlı ol- mayan intim əlaqə heç bir cəlbedicilik kəşb etməyən adi fizioloji aktdan başqa bir şey deyildir.

Cinsi əlaqə bir sıra psixoloji və fizioloji anların məcmu- yundan ibarətdir. Bu mürəkkəb prosesdə neyrohumoral, psixoloji, ereksion, friksion və yekun olmaqla beş əsas mərhələ fərqləndirilir. Birinci iki — neyrohumoral və psixoloji mərhələni hazırlıq mərhələ- sinə aid etmək olar. Bu iki mərhələ uğurlu cinsi əlaqə üçün həlledici hesab edilir. Neyrohumoral hazırlıq yaşlı orqanizm üçün adi və təbii vəziyyətdir və o, cinsi yetişkənlik dövründən başlanır, qocalıq döv- ründə başa çatır. Psixoloji mərhələ ilə yaxınlaşma prosesi, cinsi ak- tın həyata keçirilməsinə hazırlıq gedir. Cinsi aktın normal baş ver- məsi üçün hər iki tərəfin biri-birinə maksimum həzz bəxş etmək cəhdinin olması zəruridir. Əgər tərəflərdən biri yalnız özünün həzz alması barədə düşünür və qarşı tərəfi tabe vəziyyətdə qoyursa, cinsi əlaqədən tərəflərdən heç biri həzz ala bilmir. Cinsi əlaqə nəzakətlə, oxşamalarla başlamalı, bununla da başa çatmalıdır.

Qədim peşə sahibləri ilə keçirdiyi anket sorğularmın nəticəsi- nə istinad edən rus psixoloqu Yekaterina Sobçik yazır ki, peşəkar fahişələr “iş” zamam heç bir həzz almadıqlarmı, bu “işi” sırf pul qa- zanmaq naminə gördüklərini bildirmişlər. [79,s. 15]

Gənc ailə cütlükləri adətən düşünürlər ki, intim həyatla bağh olan bütün qüsurlar öz-özünə qaydaya düşəcəkdir. Adətən, intim hə- yatda harmoniya üçün nəslin davam etdirilməsi ilə bağlı anadangəl- mə instinktlə bağlı həyat təcrübəsi kifayət etmir. İntim həyat insan orqanizmindən böyük fıziki və emosional gərginlik tələb edir. Mü- təxəssislərin fıkrincə, kəskin miokard İnfaktı, insult, hipertonik boh- ı an, mədədə qanaxma və s. ağır vəziyyətlərdə cinsi əlaqə insan or- qanizmi üçün olduqca təhlükəlidir.

Cinsi soyuqluğun ən çox hissəsini seksuallığa mane olan psi- xoloji amilin yaratdığı psixogen soyuqluq təşkil edİr. İnsan həyatın- da əsas rol oynayan psixikanın qadımn cinsi həyatında xüsusi rolu vardır. Qadının cinsi hisslərini pozan əsas psixi amillər o qədər çox- dur ki, onları sayıb, hesablamaq da çətindir. Bu amillər fıkri cinsi əlaqədən yayındıran səbəblərdən - qapımn qəflətən döyülməsi, çar- payının çırıltısı, telefon zəngi, kişinin (qadının) bədənİndən, ağzın- dan gələn pis qoxular, alkoqol qoxusunu və s. göstərmək olar. Bun- dan əlavə qadının “pis görünməmək” arzusu ilə cinsi əlaqə zamanı öz hərəkətlərini nəzarət altmda saxlaması da onun fikrini yayındınr. Sevmədiyi şəxslə nikah, ailədə küsüşmə, arzu olunmayan hamiləlik qorxusu, ərə qarşı hörmət hisslərinin olmaması, onun bir kişi kimi, şəxsiyyət kimi qiymətləndİrİIməməsi, ərin kobud, içki düşkünü, narkoman olması və s. səbəblər də qadının psixikasma mənfı təsir göstərir.

Ailə quran gənclər daim biri-birilərinə bütün münasibətlərdə cəlbedici görünməyə çalışmalıdırlar. Xroniki hal alan mübalıisələr, pintilik, kobudluq heç vaxt fızioloji və mənəvi həzzə təkan vermir, əksinə, zərbə vurur. Uğurlu nikah salıibi olan ər-arvad bütün həyat boyu, istənilən yaşda bir-biri üçün az da olsa, aşiq kimi qalmağı ba- canrlar. Seksopatoloqlara görə, cinsi həzzalma üçün fiziki cəlbedi- ciliyi əhəmiyyətsiz hesab edənlər yanıhrlar. İntim hisslərin oyan- masında və ehtiraslı sevgidə fiziki sima həmişə önəmli amil olmuş- dur, bu gün də belədir. Saçlarına sancaqlar dolanmış, üzü gecə kre- ıııi ilə boyanmış qadm çarpayıya uzanmaqda kobud səhv etmiş olur. Xanımın əhvalı ilə maraqlanmadan, yalnız öz şəxsi istəyini nəzərə alaraq intim münasibətlərə daxil olmaq istəyən kişi də güclü risk et- ıııiş olur. O, bilmir ki, intim əlaqə üçün hər iki tərəfin istəyi zəruri- dir. Yalmz qarşılıqlı istək belə əlaqə zamanı xoşbəxtlik duyğusu və həzz oyada bilər. Kişi qadımn qayğılı, dalğın, xəstə, məyus olduğu- nu nəzərə almadan müntəzəm olaraq zorakı yolla onu cinsi əlaqəyə məcbur edirsə, düzəldilməsi mümkün olmayan yanlışlığa yol vermiş olur: qadın instinktiv olaraq əri ilə yaxınhqdan qaçır və qəlbən get- gedə ondan uzaqlaşır.

Həm kişilərdə, həm də qadınlarda seksual hissin enməsi ilə xarakterizə olunan və cinsi gücsüzlük kimi anlaşılan impotensiya (kişilərdə), firigidlik (qadınlarda) heç də az təsadüf etmir. Əksər hallarda funksional xarakter daşıyan bu pozuntular nevrasteniyanm əlaməti kimi meydana çıxır. Insan psixikasına təsir göstərən zərərli amillərin hamısı bu sindromların meydana çıxmasına şərait yaradır. Nevrasteniyadan əziyyət çəkən adamlar arasmda seksual həvəsin azalması adi haldır. Uzun müddət həyəcan keçirən,şübhə və qorxu altında yaşayan şəxslərdə də cinsi zəiflik tez-tez qeyd olunur.

Seksual münasibətlərdə kişilərlə qadınlar arasmda bir növ ək- sliklər mövcuddur. Məsələn, kişilərdə seksual həvəs (cinsi əlaqəyə, girmək meyli) çox tez, hətta məhəbbət hissi olmadan da yaranır, qa- dınlarda isə əksinə, seksual hissin yaranmasına məhəbbət hissi sə- bəb olur. Cinsi əlaqədən qabaq qadmlar daha uzun hazırlıq dövrünə ehtiyac hiss etdikləri halda, kişilər bunu epeksiya yarandıqdan sonra etmək istəmirlər.

Qadınlar arasında təsadüf edən seksuoloji pozuntulardan biri də vaginizmdir. Reflektor olaraq qadın tənasül orqanı əzələlərinin gərginləşməsinin səbəbləri müxtəlifdir. Vaginizm əlaməti bəzi qa- dmlarda nəinki cinsi əlaqə vaxtı hətta genekoloji müayinə zamam da müşhidə edilir. Hər hansı səbəb üzündən qorxu keçirən və ya kö- nülsüz cinsi əlaqə zamanı vaginizm tez-tez qeyd olunur.

İlk uşağm doğulması ilə gənc ailənin həyatında qayğılar artır və münasibətlərin xarakterində dəyişmələr nəzərə çarpmağa baş- layır. Hələ uşaqla rəftar təcrübəsi olmayan gənc ər-arvad, valideyn- lər hər cür boş bir şeydən qorxur, əhəmiyyətsiz, xırda şeylərdən hə- yəcanlanır, çox keçmədən küyə düşürlər. Ailədə uşaq gözləmək mə- həbbət üçün, onun doğulması isə ailə tellərinin əbədiliyi üçün əsil sınaqdır. Az-az hallarda da olsa, nikahın elə birinci ilində, ilk uşağın doğulmasından sonra, atalıq duyğuları oyanmayan kişilərin nikahı pozması hallarına təsadüf olunur. Atalıq smağından keçə bilməyən beləlorində eroizm digər hisslərdən daha üstün olur.

Körpəsi dünyaya göz açan gənc ata birbaşa ona qulluq göstər- ıııək öhdəliyi daşımasa da, körpənin sonsuz qayğıları ilə bağlı xanı- ınına hər cür köməklik göstərməlidir. Körpəyə qulluqla bağlı bütün işləri qadımn üstünə atan ər əslində qadını evin digər qayğılarından ayırmış olur. Bu halda qadının ev işləri və ərinin problemləri ilə ma- raqlanmaq imkanı məhdudlaşır. Nəticədə, gənc ailələrdə diskomfort yaranır, səliqə-səhman işləri qaydasında olmur. Ər özünü qətiyyən günahkar hesab etmədən artıq özünü gərəksiz, sevilməyən adam kimi hiss etməyə başlayır və evdən soyuyur, evə gec gəlir, vaxtın çoxunu ailədən kənarda keçirir. Beləliklə, sadalananların nəti- cəsində ərin beynində belə fıkirlər dolaşmağa başlayır ki, o, öz is- ləyi ilə hər şeyi dəyişə bilər. Amma necə? Yenə də ailədən, qay- ğılardan uzaq olmaq, heç bir çığırtı səsi eşitməmək!

Uşağın doğulması ilə qayğıları artan gənc qadın ərinin onu problemlərlə təkbaşına qoyub qayğılardan yayınmasını ərinin onu ikinci plana keçirməsi kimi qarşılayır. Uşağın yedizdirilməsi, yu- xusu, təmizliyi, ağlaması ilə bağlı yorulmaq bilmədən çalışan gənc aııa yuxusuz gecələr keçirməli olur. Körpə uşağa qulluqla bağlı həd- siz yüklənən gənc qadının ərinə qulluqla bağlı problemləri də onun qayğılarını artırmış olur. Ərinin paltarasana qoyulmamış və ya ütü- lənməmiş köynəyini yerləşdirmək və qaydaya salmaqda olan ana körpənin narahatlığı ilə əlaqədar işini yarımçıq qoymalı olur. Belə məqamlarda gənc ərin tənqid və məzəmməti qadında heç də xoşagə- limli olmayan hisslər doğurur. Yorğun və yuxusuz gənc ana ərinin iı adlarına istər-istəməz müəyyən tonda reaksiya verməli olur ki, be- lə halda gənc qadmı günahlaııdırmaq obyektiv yanaşmadan uzaqdır. Vəziyyətdən çıxış yolunu ərlə arvad birlikdə tapmalı, biri-birini an- lamalı, hörmətlə yanaşmalı, körpəyə qulluqla bağlı qayğı yükünü birlikdə çəkməli, biri-birinə qarşı həssas olmalıdırlar.

Uşağı itirmək qorxusu, xüsusən, həyatın birinci ilində gənc valideynlər arasında mübahisə və fikir ayrılıqlarınm, günahlandır- maların əsas səbəblərindən biridir. Radikal feminist qadınların ııəzərinə görə, ailədə hakimiyyətin iki növü var: a) seksual cazibə- darlıq- qadmlar üzərində gücün tətbiq edilməsinin və kişilərin onlar üzərində nüfııza malik olmasının əsas istiqaməti seksual cazibə- darlıqdır. b) nəsilartırma prosesi- Gələcəkdə uşaqlann daha çox anaya bağlı olmasını nəzərə alaraq kişilər nəsilartırma prosesinə nə- zarət etməyə çalışırlar. Çünki onlar qadını öz mülkiyyəti hesab edir. Nəzəriyyəçi qadınlar nəsilartırma imkanmdan güc vasitəsilə məh- rum olduqlarını nəzərə alaraq, ana olmağın onlara müsbət və ya mənfı təsir göstərməsi sualına cavab axtarırlar. Radikal feministlər hesab edir ki, qadınlar özlərində başıaşağılığı boğmalı və öz prob- lemlərini həll etməyə qadir olmalıdırlar.

Biologiya və tibb elmlərinin anlayışlar sistemində “son- suzluq” anlayışı özünəməxsus yer tutur. Biologiyada sonsuzluq de- dikdə, bitki və heyvanların cinsi yolla çoxalma qabiliyyətini itirməsi, tibbdə isə nəsilvermə yaşında olan fərdin nəsilartırma qabiliyətinin olmaması nəzərdə tutulur. Ailədə ər-arvad cütlüyü o vaxt sonsuz hesab edilir ki, qadmda müntəzəm cinsi həyat pro- sesində (ən azı həftədə bir dəfə) bir il ərzində hamiləlik baş vermir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ər-arvad cütlüklərinin 8%-i öz həyatlarmın reproduktiv dövründə sonsuzluq problemi ilə üzləşirlər. Sonsuzluğun mütləq və nisbi sonsuzluq olmaqla iki forması fərqlənidirilir. Mütləq sonsuzluq ki- şi və ya qadınların cinsi aparatında müəyyən müalicəolunmaz dəyi- şikliklər (inkişaf qüsurları, cinsi vəzilərin operativ cərrahi yolla gö- türülməsi, travmalar, intoksasiyalar və s.) baş verdikdə yaranır. Nis- bi sonsuzluq zamanı isə buna səbəb olan amillərin aradan qaldırıl- ması və nəsilvermə qabiliyyətinin bərpası əsasən mümkün olur. Bundan başqa, tibbdə sonsuzluğun birincili ikincili formaları da fərqləndirilir. Əgər hamiləlik əvvəllər heç vaxt baş verməmişdirsə, bu birincili, əgər qadında əvvəllər heç olmasa bir dəfə hamiləlik baş vermişdirsə, bu ikincili sonsuzluq adlanır.

Müasir tibbi genekologiyada sonsuzluğun qadın sonsuzluğu, kişi sonsuzluğu, mənşəyi bəlli olmayan sonsuzluq və uyğunlaş- mış və ya kombinə edilmiş sonsuzluq kimi dörd əsas tipi fərqlən- dirilir. Sonsuzluq bir çox hallarda ailə faciəsi hesab olunsa da, müa- sir tibbin köməyi ilə onun bir çox formaları aradan qaldırılır.

Qadın sonsuzluğu sonsuzluğun ən geniş yayılmış forma- sıdır.Onun bir sıra səbəbləri vardır. Bunlara:

  • uşaqlıq boynu və boru keçirilməzliyi;

  • kiçik çanaq sümüyündə bitişmə prosesi;

  • endokrin (hormonal) pozğunluqlar;

  • uşaqlığın olmaması və ya patologiyası;

  • endometrioz (uşaqlığın sərhədləri ətrafında seliyin artması);

  • immunoloji sonsuzluq;

  • xromoson patologiyası;

  • psixoloji sonsuzluq (qadının düşüncəli və ya düşüncəsiz lıamiləlik qorxusu, qadının həmin kişidən uşaq arzu etməməsi, xa-

  1. icİ görünüşü itirmək qorxusu və s.) aİddir.

Mütəxəssislərin qənaətinə görə, 35 yaşdan sonra qadın sorısuz- lıığunun müalicəsi çox çətin və əksər hallarda isə münıkünsüzdür.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin