Üçüncü təlabatlar: frustrasiya halında öz emosional və iradi vəziyyətini tənzim etmək üçün zəruri olan keyfıyyətlərin geniş
clairəsi; bugünki istəkləri qarşıya qoyulmuş məqsədə tabe etmək ba- carığı; ər-arvadlıq münasibətlərində və tərbiyə məsələlərində səbr
və dözümlülük.
Ailədə həyat sürən insanlar hərdən özlərinə “bura mənim üçün yaxşıdırmı?” -deyə sual verirlər. Bu suala cavab verərkən onlar çox şey barədə düşünürlər: “görəsən, arzusunda olduğum xoşbəxtliyə ııail ola bildimmi?; “görəsən, ailə həyatı mənim həyatımı dəyişdimi, lıəyatım daha dolğun və maraqlı oldumu?” və s. Düşündürücü belə suallara daxilən müsbət cavab tapan hər bir şəxs özünü xoşbəxt he- sab etdiyi halda, ailə həyatından narazı qalan insanlarda xəyal qınq- lığı, təəssüfləndirici peşimançılıq hissləri baş qaldırır.
Bu zaman “ailə” məhfumunu insan həyat hadisələrinin bütöv kompleki kimi anlayır: ailədəki münasibətlər, orada özünün yeri, ai- lənin həyat tərzi, onun keçmişi və gələcəyi haqqmda dərin xəyallara dalır. Bu mövzuda söhbət gedərkən bəziləri ailənin onun həyatında cüzi bir yer tutduğunu, təlabatlarımn, arzu və həyat planlarının yal- ııız kiçik bir hissəsinin ailə ilə bağlı otduğu qənaətində olurlar. On- ların fikrincə, ailə bütövlükdə onlarm həyatında əhəmiyyətsiz yer lutur. Bu halda ailə sahibi olan şəxsin öz aİləsi ilə aşağı səviyyəli inteqrasiyasından danışmaq olar. İnsanların başqa bir qrupu isə ailəyə öz həyatlarınm kimi, onlar üçün bir çox vacib təlabatlarm (məsələn, hönnətə, simpatiyaya, həyatın mənasına, asudə vaxtın ke- çirilməsinə və s.) təmin edilməsi vasitəsi kimi baxırlar. Belələri əsil ailə adamıdır. Onların bütün həyatı Öz ailələrinə pərçimlənmişdir, onunla sıx bağlıdır, onlann həyat planları ailənin həyat planlarıdır, onlann xoşbəxtiikləri və kədərləri ailələrinin xoşbəxtliyi və kədəri ilə sıx bağlıdır. Bu, ailə qurmuş cütlüklərin öz ailələrinə bağlılığını, tale ümumiliyi hissi ilə sıx inteqrasiya olduğunu göstərir.
Aiiəyə sistemli yanaşma burada hər şeyin bir-biri ilə qarşılıqh əlaqədə və qarşılıqlı təsirdə olduğunu söyləməyə əsas verir. Bu mə- nada ailə həm bioloji, həm psixoloji, həm də canlı sosial orqanizm- dir. Odur ki, ailənin həyatmdan söhbət gedərkən həmişə onun hər bir üzvünün ailədənkənar həyatının təsirlərini nəzərə almaq lazım gəlir. Ailəni ilk dəfə canlı sistem kimi təhlil edən amerikan alimi Cekson qeyd elmişdir ki, “ailə qaydalarla idarə olunan sistem- dir”. O, göstərmişdir ki, ailə üzvləri çoxcəhətli və geniş, mümkün davranış növlərindən yalnız bir qismindən istifadə edir. Öz davra- mşlannda bu davramş üsüllarmdan davamlı istifadə edən azlığın davramşım o, “ailə qaydaları”adlandırmışdır. Ailə qaydalanna cütlüklərin birinin digərinə yanaşma tərzi, ailə büdcəsinin xərclən- məsi, evdə səliqə-səhman, bazarlıq, uşaqların bağçaya və ya məktə- bə aparılıb gətirilməsi və s. kirtıi çoxsaylı vəzifələrdən irəli gələn qaydalar daxildir.
Hər bir ailənin ilk günlərdən formlaşan qaydaları yaramr. Mə- sələn, “uşaqlar böyüklərin söhbətinə qoşulmamalıdır”; “uşaqla- rın nə vaxt yatmalı olduğunu valideynlər müəyyən edirlər”; “axşamlar televiziya verilişlərinin hansına baxdmalı olduğunu” ata müəyyən edir və s.
Ailədə müsbət, davamlı, nisbətən sabit və təkrarlanan qarşılıq- h münasibətlər onun mövcudluğu və yaşamasımn əsasıdır. Bu ilk növbədə ailə üzvlərinin yaşadıqları ailəni psixoloji anlamda “doğ- ma ev”hesab etmələri üçün zəruridir. Ailə insamn öz təhlükəsizli- yini və rahatlığmı təmin etməsi üçün ən etibarlı sığınacaq və yurd yeri, ən etibarlı qaladır.
Ailə qaydaları öz davamlılığına görə, ailə üzvlərinin şəxsiyyət keyfıyyətlərindən asılı olmayaraq, nisbi sabitliyə malikdir. Bu qay- dalar heç də həmişə oradakı fərdlərin istəklərinə tam uyğun gəlmir. Çünki onlar davamlıdır və heç də ailə üzvlərinin istəklərinin sürətlə dəyişməsi kimi dəyişə bilmir. Bu mənada, ailə ilə onun üzvləri ara- sında konfliktlər qaçılmaz olur. Bəzən bu ziddiyyətlər o qədər güclü ola bilir ki, ailəni uzun illər boyu qorunub saxlanmış qaydaları də- yişmək məcburiyyəti ilə üz-üzə qoyur. Uşaqlar böyüdükcə, onların zövq və təlabatları dəyişdikcə ailəyə təzyiqlərin artması və güc- lənməsi halları da artır: bir çox yeniyetmələr valideynlərə məhəl qoymadan dostlanm özləri seçmək, asudə vaxtı istədikləri kimi ke- çirmək istəyirlər. Bəzən onlar evə gecəyarısı qayıdır, bəzən isə, ümumiyyətlə, qayıtmır, gecəni başqa yerdə keçirirlər. Bir çox yeni- yetmələr valideynləri əsəbləşdirən musiqiləri ucudan dinləməyə ma- raq göstərir, onların tənqidi fikirlərinə məhəl qoymurlar. Atanın ni- kahdankənar başqa qadmla yaşaması, ananın və uşaqların normanı aşan hərəkətləri ailədə ziddiyyətlərin artmasma və formalaşmış ailə qaydalarının pozulmasına səbəb olur. Onlar ailə üzvlərinin həyatı və şəxsiyyəti barədə tənqidi mülahizələr söyləmək, ailə büdcəsinin xərclənməsi ilə bağlı müzakirələrə qoşulmaq hüquqlarımn olduğunu israr edirlər.
Ailə birgəyaşayışı şəraitində kiçik yaşlarından uşaqlarda fərdi deyil, tale ümumiliyinə, “biz” arqumentinə əsaslanan ailə adət və ənənələri haqqmda təsəwürlər formalaşır. Ailə üzvlərinin fərdi şüu- runda ailə həyatı insan həyatınm təbii kiçik modeli kimi qavramlır, həyatı vacib maddi-məişət, ünsiyyət və hörmətə, habelə seksual tə- labatların təmin olunması vasitəsi kimi başa düşülür. Ailənin möh- kəmliyi ailə üzvlərinin maddi və mənəvi təlabat və ehtiyaclarınm təminatına etibarlı zəmanət yaradır, ailəyə inamı artırır. Nikaha da- xil olan şəxsdə belə bir inam yaranır ki, son nəticədə, gələcək uzun perspektivdə onun həyatı etibarlı şəkildə ailə ilə bağlı olacaq və bu onun özü üçün faydalıdır. O, ailə adlı gəminin kapitanı olacaq və həmin gəmi haqqında düşünərkən o, həm də öz taleyi barədə dü- şünməli olur.
Normal ailə onu təşkil edən şəxslər arasında yüksək səviyyəli qarşılıqlı empatiyaya zəmanət verir, ailə üzvlərinin biri-birinin da- xili aləminə bələd olmasına imkan yaradır. Bu isə ailədə inteqrasi- ya mexanizmlərinin düzgün qurulması üçün əsas şərtdir. Ailədəki inteqrasiya ailə büdcəsinin birlikdə formalaşmasma, ehtiyacı olan hər bir ailə üzvünün oradan faydalanmasına təminat yaradır. Hər bir ailə üzvü ümumi ailə planlannm yaradılması və həyata keçirilmə- sində fəallıqla iştirak edir.
Adətən, disfunksional (əlverişsiz) ailələrdə “tale ümumiliyi” ailə üzvləri tərəfindən kifayət qədər dərk olunmadığından inteqrasi- ya baş tutmur. Belə ailələr qeyri-sabitliyi, ümumi ailə təəssübkeşliyi- nin olmaması, uşaqlara baxımsız münasibəti ilə fərqlənir. Burada hər bir ailə üzvü sanki özü üçün yaşayır, ailənin yaşlı üzvlərinin hər bi- rinin öz büdcəsi olur. Belə ailələrdə tez-tez uzunmüddətli ciddi konf- liktlər baş verir, ailədən asılılıq zəifləyir, özbaşmalıq halları artır.
“Sizi Azərbaycan Respublikası Qanunu adından ər və arvad elan edirəm”. Hər kəsə bəlli olan bu sadə və qeyri-adi cümlə yeni bir ailənin yaranmasından xəbər verir. Gənclər öz şəxsi iradəsi ilə yeni, birgə möhtəşəm həyata qədəm qoyurlar. Yeni ailə quran gənc- lər nikaha daxil olduqdan sonra onları birgə tale, qarşılıqlı məhəb- bət, ortaq mənafelər və məsuliyyət birləşdirir. Gənc ailənin həyati vacib təlabatları üçün zəruri olan hər şey (mənzil və maddi təminat) olsa belə, heç də həmişə yeni yaranan ailənin gələcəkdə yaxşı bir ai- lə olacağına tam inam bəsləmək olmaz.