IIIfəslə aid ədəbiyyat:
Əlizadə Ə.Ə.Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi Bakı, “Maarif’, 1986, 236 səh.
Əlizadə Ə.Ə., Abbasov A.N. Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Bakı, “Maarif’, 1989, 232 səh.
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, “Pedaqogika”, 2004, 432 səh.
Göyüşov Z.B. Həzz və iztirab. B., “Azərbaycan Dövlət Nəşriyyatı”, Bakı, 1969, 372 səh.
Xəlilov N.Ə.Ailə tərbiyəsinin bəzi məsələləri. Bakı, “Maarif’, 1985, 128 səh.
ö.İslamda tərbiyə və uşaq psixologiyası. (tərcümə edəni Əlibala Hacızadə) Bakı, “Nafta-press”, 1998, 107 səh.
Mirzəyev İ.Ə. Ailənin praktik psixologiyası. Bakı, “Adiloğlu”, 2005, 312 səh.
Malaxov Q. Qadm sirləri, kişi problemləri. Bakı, “Nur-A”, 128
səh.
9.Suxomlinski V.A. Vətəndaşın doğulması. Bakı, “Maarif’, 1975, 362 səh.
A(J)aHacteBa T.M. CeMba. M.. «npocBemeHHe», 1988, 285 CTp.
TJopHo H.B.CoBpeMeHHbiH 6pax: npoöJieMbi h rapMOHHa. M., «neaarorHKa», 1990.
Koh H.C. ncHXOJiorna paHHcü kjhocth. M., «npocBemeHHe», 1989, 255 crp.
üonoBa n.CoBpeMeHHbiH MyxcHHHa b 3apKajıe ceMeÜHOH xch3hh.M., «Mbicjib», 1989.
ricHxojıorHH coBpeMeHHoro no/ıpocTKa. (Ilofl pe/ı. Oejib/ımTeiiHa) M., «fleflarorHKa», 1987, 240 CTp.
IV FƏSİL
AİLƏDƏ İNTİM MÜNASİBƏTLƏRİNİN SOSİAL PSİXOLOGİYASI
Nikahda uyğunluq və psixoloji uyuşmanın şərtləri
Cinslər arasındakı intim münasibətlər insanlarm dərin maraq dai- rəsində olan məsələlərdən biridir. Bu münasibətlər ailənin təşkil olun- ması, nikah üçün tərəfdaşm seçilməsində və əks cinsə olan təlabat əsa- sında ailənin reproduktiv funksiyasımn yerinə yetirilməsində əks olu- nur. Hələ qədimlərdən kişi və qadın arasındakı cinsi yaxmlıq bir neçə müstəqil istiqamətə bölünmüşdür. Birincisi, bu nəsli davam etdirmək üsuludur. İkincisi, bu elə bir ünsiyyət vasitəsidir ki, onun nəticəsində kişi ilə qadınm münasibətləri formalaşır, hər ikisinə qarşılıqlı məmnuniyyət hissi bəxş edən eneıji mübadiləsi baş verir. [36,s.5]
İntim münasibətlər sahəsində ərlə arvad bir-birini təmin edə bilmədikdə, ailədə söz-söhbət, dava-dalaş üçün şərait yaranır, ailə münasibətləri tədricən pozulmağa başlayır, kişi və ya qadın evdən soyuyur, kişilərin yeni məhəbbət macəraları başlayır. Bu isə seksual uyğunsuzluğun nəticəsidir və boşanmaların 30%-i məhz bu uyğun- suzluqla əlaqədar baş verir.
Ailənin intim həyatı ər-arvada insan münasibətlərinin özünə- məxsus hərarətini bəxş edir. Bu münasibətlər qarşılıqlı məhəbbətə və uyğunluğa əsaslananda daha da gözəlləşir, qarşılıqlı ünsiyyətin, simpatiyanın fərəhli anlarına çevrilir.
Görkəmli mütəfəkkirlər intim münaibətlərdə qadmın roluna həmişə böyük əhəmiyyət vermişlər. Qadın hər zaman özünün cəzi- bədarlığım, zərifliyini, mehribanlığmı, gözəlliyini qoruyub saxlama- lıdır. Yaşı, peşə sahəsi, təhsil səviyyəsi çərçivəsində həmişə səliqə- səhmanlı olmalı, öz cazibədarlığını itirməməlidir. tntim münasibət- lər qadının rəftar və davranışı ilə birləşəndə daha da nəcibləşir. Fransız mütəfəkkiri J.J.Russo “Yuliya” və ya “Yeni Elioza” roma- nında yazırdı: “...ən sədaqətli qadınlar ərlərinin ixtiyarmı öz əllərin- də, adətən, daha çox saxlayırlar, onlar nə şıltaqlıq edir, nə də ərlərini rədd edirlər. Ağıllı və incə təmkinlilik sayəsində öz ərləri ilə çox zə- rif rəftar edib, onları müəyyən məsafədə saxlamağı bacarır və heç vaxt doymağa qoymurlar”.
Bütün kişilər cinsi əlaqədən əwəl qadın bədənindəki “erogen zonalar” adlanan müəyyən sahələrinin stimulyasiyasmı praktik ola- raq yerinə yetirirlər ki, bu da cinsi aktdan daha çox məmnunluq ve- rir. Bədəndə oyanmaya cavab verən dəqiq və sabit nöqtələr olsa da, bunlarm əksəriyyəti öz yerini dəyişə və yox ola bilər. Bədəndəki əsas erogen zonaları bilmək həm kişi, həm qadm üçün orqazm hissi- nin yaranmasını şərtləndirən əsas amildir. Erogen zonalar stimulya- siya yolu ilə cinsİ oyanmaya səbəb olan bədənin xüsusi həssas sahə- ləridir. Erogen həssas nöqtələrin yerləşməsi qadın bədəninin fərdi quruluşundan, iqlim, stress, uşağın doğulması kimi bir sıra xarici amillərin təsirindən asılıdır. “Fransız öpüşü” adlanan üsul dildən istifadə vasitəsilə həyata keçirilir və qadmların yalnız 20%-də cinsi oyanmaya səbəb olan üsullardan biridir. Bundan başqa qadınlarda göbək, qulaqlar, boyun, kürəklərin arası, döş, yanlar, budlarm ar- xası, klitor, uşaqlıq divarının 5-6 sm içərisi, uşaqlıq,dizlər və s. erogen zonalara aid edilir. Seksoloqlar əlavə erogen zonalara baş- dakı tükləri də aid edirlər. Kişi və qadın bədənində birinci erogen zonalara dodaqlar, cinsiyyət dodaqları, dil və dişlər aiddir. Qadmlar- da klitor, vegetativ sinir sisteminin açarıdır. Kişilərdə isə penesin (follosun) başlığında ürəyin əksi zonası yerləşir.
Seksual təlabat insanın biogen təlabatları içərisində mühüm yer tutur. İnsanm cinsi həyatı digər bioloji fünksiyalardan fərqli ola- raq, başqa adamlarla münasibət sahəsi ilə daha çox bağlıdır.
Cinsi əlaqələrin norması, yəni sayı və tezliyi haqqında məsələ hər bir halda fərdi həll olunur. Tərəfmüqabillər cavan olduqca cinsi əlaqələr bir o qədər intensiv baş verir. Orta nonna həftədə 2-4 dəfə baş verən əlaqədir.
Müasir seksoloqlar cinsi aktın davamiyyətindən damşarkən onu iki-altı dəqiqə çəçivəsində görürlər. Onlann fıkrincə, əgər or- qazm cinsi akta başladıqdan bir-iki dəqiqə sonra baş verirsə, bu cinsi zəifliyin əlamətlərinə dəlaləl edir. [36,s.95]
Cinsi aktdan sonrakı davranış böyük əhəmiyyətə malik olsa da, kişilərin əksəriyyəti bu məqama əsla məhəl qoymurlar. Hətta sevən orlər də cinsi aktdan dərhal sonra arxalanm arvadlanna çevirib yatmağı üstün tuturlar. Kişi rahatlanıb uyuduğu bir vaxtda qadm seksual chtirasın onu necə tədricən tərk etdiyini həyəcanla hiss edir. [36,s.94]
Nikah üçün tərəfdaşın seçilməsi bir çox amillərlə şərtlənir. Burada sevgi ilə yanaşı etik və estetik ideal, cəmiyyətdə tərəfdaşın mənsub olduğu ailənin vəziyyəti, təhsil və mədəni səviyyə, karyera və s. kimi amillər heç də az əhəmiyyət kəsb etmir. Həzz almaq ləlabatı olmadan uğurlu-ər-arvadlıq həyatı ağlasığmaz görünərdi.
Nikaha daxil olmanın bir çox motivləri vardır ki, onların sıra- sında məhəbbət, daimi cinsi tərəfdaşın olması istəyi, uşaqlara sahib olmaq arzusu, məişət problemlərin birgə həlli və yaranmış vəziyyət kimi amillər aparıcı yerdə durur. Ahəngdar nikah ilk növbədə cüt- lüklərin sosial yetkinliyi, cəmiyyət həyatında fəal iştirak, öz ailəsini maddi cəhətdən təmin etmək, borc və məsuliyyətin dərk edilməsi, özünüələalma və çeviklik sayəsində mümkündür. Daha uğurlu nika- ha o adamlarda rast gəlinir ki, onlar öz həyat yoldaşlarına inam bəs- ləyir, ona etibar edir, sədaqətlidir, ailəyə sevgi ilə yanaşır və ciddi xarakterə malikdir. “İdeal nikah”da cütlüklər, adətən, şəxsiyyətin dözümlülük, təmkinlilik, əməksevərlik, qayğıkeşlik, fədakarhq və çevik davranışa sahibolma kimi keyfiyyətlərinə üstün əhəmiyyət ve- rirlər. Bunlar dolayı yolla ər-arvad həyatma müsbət təsir göstərən amillərdir. Yeni ailə həyatı qurmaq istəyən cütlüklər ilk növbədə seçdikləri oğlanın (qızın) ailəsindəki mənəvi-psixoloji iqlimdən xə- bərdar olmalı, biri-birinin ailələrindəki həyat tərzi və ailə qaydaları- na, maddi rifah səviyyəsinə, valideyn ailələrindəki ailədaxili müna- sibətlərin xarakterinə bələd olmalıdırlar. Psixoloqların qənaətinə gö- rə, ən kiçik travma belə uşaqların psixologiyasında dərin iz qoyur və uşaqlarda mənfi baxışlar və mövqe formalaşdırır.
Öz dünyagörüşlərinə görə bir-birindən kəskin fərqlənən tərəf- daşlar arasında daim həlli mümkün olmayan və get-gedə dərinləşən konfliktlər daha tez-tez baş verir. Təhsil səviyyəsi yüksək dünyagö- rüşü üçün təminat versə də, heç də həmişə ailə münasibətlərinin sa- bitliyinə etibarlı təminat hesab edilə bilməz. Hətta ali təhsil müəssi- səsini bitirmiş gənclər arasında bağlanmış nikahlarda da baş qaldıran konfliktlər vaxtında aradan qaldırılmadıqda boşanmaya gətirib çıxanr. Lakin nikaha daxil olan tərəfdaşlarm intellektual sə- viyyəsi və xarakteri biri-birindən kəskin fərqlənməməlidir. Psixo- loqların fıkrincə, iş yerini tez-tez dəyişməyə meylli olan şəxslər ailə həyatında da etibarlı olmur. Belə şəxslər özlərinin təmkinsizliyi, hədsiz eqoist olmaları, kollektivdə uzunmüddətli münasibətlər qura bilməmələri və konfliktlərə meylli olmaları ilə fərqlənirlər. Uğurlu nikahda yaş amili heç də az əhəmiyyət kəsb etmir. Yaş nikaha daxil olan cütlüklərin şəxsiyyət yetkinliyinin, ər-arvad və valideynlik öh- dəliklərini yerinə yetirməyə hazırlığınm etibarlı göstəricilərindən bi- ridir. Qeyri-bərabər nikahlar adlandırılan nikahlarm davamlılığı bir çox cəhətdən heç də yalnız hər iki tərəfdaşın xarakterindən, onların qarşılıqlı hisslərindən deyil, həm də cinsə uyğun formalaş- mış yaş xüsusiyyətlərindən, ətrafdakı adamların tənələrinə müqa- vimət göstərə bilmək bacarığmdan da asılıdır.
Qadınlarla kişilər arasındakı münasibətləri, davranış və hə- rəkətləri müəyyən qaydalar əsasmda tənzimləyən cinsi normalar in- tim normalar adlanır.
Hər bir cəmiyyətin özünəməxsus intim norma və qanunları mövcuddur. Əgər bu norma və qanunlar təbiilikdən və sağlam düşün- cədən məhrumdursa və insanın intim ehtiyaclannm ödənilməsinə im- kan vermirsə, o zaman insanın şüurunda təbii intim enerjinin qarşı- sında maneələr yaranır ki, bu da öz növbəsində ruhi müvazinətin po- zulmasına- günah hissinə, narahatlığa, məyusluğa, həyatdan küskün- lüyə və son nəticədə hansısa xəstəliyin yaranmasına səbəb olur.
Uğurlu nikahı şərtləndirən amillər sırasında tanışüq dövrü də önəmli amillərdən biridir. Tanışlıq dövründə tərəfdaşlann biri-birini yalnız optimal deyil, həm də çətin vəziyyətlərdə yaxşı tanıması va- cib amildir. Çünki insanların şəxsi keyfiyyətləri və xarakterinin giz- li əlamətləri məhz belə vəziyyətlərdə özünü daha qabarıq biruzə ve- rir. Qeyd olunan bütün bu amillər gələcək cütlüklərin nikahda uy- ğun olub-olmamasma təminat verir. Psixoloji uyğunsuzluq dedikdə, ilk növbədə bölıranlı vəziyyətlərdə biri-birini anlamamn mümkün- süzlüyü nəzərdə tutulur. Nikahda ciitlüklərdən hər biri “psixi-trav- matik” subyekt kimi özünü göstərə bilər. Bu cütlüklərdən birinin di- gərinin hər hansı bir təlabatımn təmin edilməsinə maneə olduğu za- man özünü biruzə verir. Psixoloji uyğunluq isə tərəfdaşların ünsiy- yətdə, birgəyaşayış və birgə fəaliyyətdə bir-birini qəbul etməsi kimi anlaşılır. Bu, sərvət meyiində, şəxsi və psixofizioloji xüsusiyyətlərin uyğunluğunda və biri-biırini tamamlamasında özünü göstərir. Ha- zırda elmi əsaslarla sübut olunmuşdur ki, yaşlı adamlarm dolğun seksual həyat yaşaması, həyatın bütün məqamlarında onlarm fəal ol- maları üçün çox vacibdir. Ömrü boyu müntəzəm cinsi əlaqədə olan qadınlar orta hesabla öz həmyaşıdlarmdan 7 il çox yaşayırlar. Mün- təzəm cinsi həyat həm də qadınlarda klimaksın cinsi keçid dövrü- nün nisbətən yüngül keçməsinə, kişilərdə isə prostat vəzinin adeno- masının profılaktikasına zəmin yaradır. [18,s.279] Subyektlərin psi- xoloji uyğunluğu çoxsəviyyəli və çoxcəhətli hadisədir. Ailə münasi- bətlərində onun psixofiızioloji uyuşma, şəxsi uyuşma, habelə koq- nitiv (özü, başqaları və bütövlükdə dünya haqqmda təsəwürlərin dərk edilib yadda saxlanılması), emosiona! (insanın xarici və daxili aləmində baş verənlərə münasibəti), davranış və mənəvi uyuşma kimi səviyyələri fərqləndirilir. Beləliklə, şəxsi ölçülər baxımından ahəngdar ailə-nikah miinasibətlərinin bir sıra elementlərini sadala- maq olar: a) ər-arvad münasibətlərinin emosional cəhəti, bağlılıq sə- viyyəsi; b) özünü, tərəfdaşı, bütövlükdə dünyanı dərketmədə baxış və təsəvvürlərin oxşarhğı; ç) tərəflərdən hər birinin üstün hesab et- diyi ünsiyyət və davranış modelinin oxşarhğı; c) tərəfdaşların sek- sual, daha geniş mənada psixofızioloji uyğunluğu; d) ümumi mə- dəni səvİyyə, tərəfdaşların psixoloji və sosial yetkinlik səviyyəsi və ciitlüklərin dəyərlər sisteminin oxşarhğı.
İnsanların ailə-nikah münasibətlərində sərvət meyli və psixo- iizioloji uyğunluq müstəsna əhəmiyyət kəsb edir. Uyğunluq və uy- ğunsuzluğun bütün növləri dinamik dəyişmələrə meyllidir və ailə iizvlərinin qarşılıqlı adaptasiyası və ya psixoterapiya prosesində asanlıqla dəyişir. Sərvət meyli və psixofizioloji uyğunsuzluq isə koı reksiyaya ya tabe olmur, ya da çox çətinliklə tabe olur. Psixofizi- oloji, xüsusilə seksual uyğunsuzluq çox asanlıqla ailənin dağılma- sına gətirib çıxara bilər.
A.K.28 yaşı var. Özürıüqəsdlə həyatına son qoymaq təşəbbüsü yöstərmiş, lakin qarşısı alınmışdır. Peşəsi avtomobil çilingəridir. 6 ildir ki, aiə qurmuşdur. Xanımı Vİ.-nin 30 yaşı var, jurnalistdir.
Ailədə münasibətlər üslubu qarşılıqlı sərbəstliyə əsaslanır. Xanım V.İ. bəzən həftələrlə ezamiyyətdə olur. Əri A.K. bu müddətdə tam sərbəst hərəkət edir, vaxtının çoxunu qohumlarında keçirir. Ailə büdcəsi faktiki olaraq mövcud deyil. Hər kəs öz qazancını özü idarə edir. Ailədə belə vəziyyətin yaranmasına bais xanım V.İ.-dir. Onda “evlilikfobiyası” var və onun mənbəyi V.İ.-nin valideyn ailəsidir. V.İ.-nin hələ lOyaşı olanda atası evi tərk etmişdir. Anası ərinin onu tərk etməsini ağrılı qarşılamış və tez-tez qızının yanında “sənin atan necə alçaq adamdır!”- deyə deyinirdi. Vİ.-nin həyat tərzində “jurnalist ampulası”nın da az təsiri olmamışdır. O, qadınların vəziyyəti, ailədəki mənəvi münasibətlər haqqında çox yazılar dərc etdirmişdir. A.K.ilə əlaqələrini xarakterizə edərkən V.İ.ərinin onunla yaxşı emosional əlaqələrinin olduğunu qeyd edir, “Mənə onunla, ona da mənimlə yaxşıdır, o, ağıllı, təmkinli, hər şeyi başa düşən birisidir, sakitdir, xeyirxahdır, alicənabdır”-deyirdi. Ailədə qarşılıqlı anlaşmada yaxşı seksual uyğunlaşma əhəmiyyətli rol oynayırdı. Ailədə böhran A.K-nin özünə qəsd cəhdindən 2 ay əvvəl başlamışdı. A.Kprostat vəzidən əməliyyat olunmuş və bundan sonra onun cinsi funksiyası pozulmuşdu. O, V.İ.-ilə münasibətlərində bir neçə dəfə uğursuz seksual cəhd göstərsə də, istəyinə nail ola bilməmişdi. Uroloq A.K-nın yalnız ciddi və uzunmüddətli müali- cədən sonra normal cinsi həyata qayıda biləcəyini bildirmişdi.
K-nın arvadı V.İ.-nin ötən ezamiyyətdə ona xəyanət etməsi barədə məlumat onu güclü affektə salmış və o, özünə ov tüfəngi ilə atəş açmışdı. A.K-nin əməliyyatdan sonra cinsi fəaliyyət qabiliy- yətinin pozulması haqqında qənaəti ona ciddi psixi travma vur- muşdu.
Beləliklə, qeyd etmək olar ki, biri-birini tamamlayan ər-arvad cütlüyünün formalaşması müxtəlif cür çətinlik və problemlərlə mü- şayət olunan mürəkkəb prosesdir. Ailə quran gənclər yaranmış problemlərdən müstəqil və səmərəli çıxış yolunu tapmaqla onların həllinə nail ola bilərlər. Əks halda, onlara ixtisaslı psixoloji yardım lazım gəlir.
Psixoloji baxımdan ər-arvad cütlüyünün formalaşması nikahaqədərki (cütlüklərin nikaha daxil olmaq barədə qərarlarının qəbul edilməsinədək) və nikahöncəsi (nikah müqaviləsinin bağlan- masınadək) olmaqla iki mərhələyə ayrılır. Empik səviyyədə artıq çoxdan sübut edilmişdir ki, ailə həyatındakı çətinliklərin mənbə- yində bilavasitə nikah üçün tərəfdaşın seçilməsi, cütlüklərin nikaha- qədərki və nikahöncəsi davramşımn xarakteri, nikaha daxil olmaq haqqında qərarın könüllü qəbul edilməsi kimi amillər durur. Psixoloqları bir çox illər ərzində belə bir sual düşündürmüşdür: insanlar nikah üçün tərəfdaşı necə seçirlər? Birmənalı olmayan bu sualın cavabı əslində göründüyü kimi, heç də asan deyil. Bu sual lıaqqında ilk düşünənlərdən biri klassik psixoanalizin banisi Z.Freyd olmuşdur. Onun yaratdığı psixoanalitik nəzəriyyə uşaqların əks cinsdən olan valideynlərinə yönəlmiş həzzə əsaslanır. Mürəkkəb, şüursuz proseslər nəticəsində onlar məhəbbəti öz valideynlərinə, ic- timai cəhətdən bəyənilən obyektlərə -öz gələcək potensial tərəfdaş- larına yönəldə bilərlər. Buna görədir ki, bir çox gənc qızlar ailə qu- rarkən öz atalanna, oğlanlar isə analarma bənzəyən tərəfdaşa daha çox üstünlük verirlər.
Nikah üçün tərəfdaşın seçilməsi motivlərinin araşdırılması sahəsindəki təşəbbüslər sonralar bir sıra digər nəzəriyyələrin də meydana gəlməsinə səbəb olmuşdur. Bu cəhətdən xarici ölkələrin sosial psixologiyasında daha geniş yayılmış və məşhur olan nəzəriyyələrə R.Uinçin “komplementar tamamlayıcı təlabatlar”,
Mursteynin “stimul-dəyər-rol”, R.Sentersin “tərəfdaş seçiminin instrumental əsasları”, A.Kerkhoff və K.Devisin “filtirlər”, A.Reysin “məhəbbətin dairəvi nəzəriyyəsi”ni misal göstərmək olar. R.Uinçin “komplementar təlabatlar nəzəriyyəsi” köhnə, dünyada olduğu kimi “əksliklərin cazibəsi”nə əsaslanır. O, yazır ki, tərəfdaş sistemində hər bir fərd öz təlabatım daha yaxşı təmin edə biləcəyi başqasım axtanr. Sevənlər sosial əlamətlərin oxşarlığına görə oxşar olmalı və psixoloji cəhətdən biri digərini tamamlamalı- dır. Məmnunluq və yarımaq gələcək cütlükləri yaxmlaşdıran güclü qüvvədir. Hər hansı adam onun bütün təlabatlarını təmin edəcək birini tapa biləcəyinə inanır. Odur ki, hər bir fərd seçdiyindən də cəlbedici olan hansısa başqa birinin mövcudluğu faktı qarşısında aciz qalmış olur. Bu nəzəriyyəyə əsaslanaraq demək olar ki, güclü kişi üçün zərif və incə qadın, sakit və mülayim təbiətli kişi üçün enerjili və emosional qadm cəlbedici ola bilər.
R.Sentersin irəli sürdüyü “tərəfdaş seçiminin instrumental nəzəriyyəsi”ndə də təlabatların təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilir, lakin qeyd edilir ki, tərəfdaş seçimində təlabatlardan biri digərlərinə nisbətən daha vaeibdir. Məsələn, kişi üçün bir təla- bat aktual, daha vacib, qadın üçün isə başqa bir təlabat daha üstün dəyərdə ola bilər. P.Sentersə görə, insanı başqasında onun təlabatla- rını tamamlayan cəhətlər cəlb edir. B.Mursteynin “stimul-dəyər- rol” və ya “mübadilə və maksimal fayda” nəzəriyyəsi tədqiqatçı- ların diqqətini daha çox cəlb etmiş və daha geniş yayılmışdır. O, iki əsas zəminə əsaslamr: birinci ondan ibarətdir ki, cütlüklər arasında qarşılıqlı münasibətlərin daimiliyi üçün inkişafın hər bir mərhələ- sində “bərabərliyin mübadiləsi” əsas şərtdir. Başqa sözlə desək, hər bir tərəfdaşın “plyus” və “minus”Iarmın, “aktiv” və “passiv”lərinin özünəməxsus hesabatı baş verir. Nəticədə cütlüklər özləri də bilmə- dən onların hər birinin neqativ və pozitiv xüsusiyyətlərinin balansı formalaşır.
Əgər nikaha daxil olmaq üçün aktivlər və ya stimullar passiv- ləri keçirsə, onda nikah müqaviləsinin bağlanması haqqında qərar qəbul edilir. Bunun üçün ikinci zəmin ondan ibarətdir ki, nikah üçün tətəfdaş seçimi özündə gənc insanların keçməli olduğu bir sıra ardıcıl mərhələləri birləşdirir. Hər hansı mərhələnin şərtlərinə uyğun gəlməyən şəxs “oyundan” çıxır. Birinci mərhələni B.Mursteyn “stimul” adlandırmışdır. Kişi və qadın biri-birini gördükdə ilk növ- bədə başqa adamın xarici görünüşü, onun ağlı, cəmiyyətdəki yeri haqqında ilk rəy formalaşır, onlarda başqa adam üçün cəlbedici ola biləcək şəxsi keyfiyyətlərin qiymətləndirilməsi və qavranılması baş verir. Əgər tərəfdaşlar arasında attraksiya- ilk təəssüratların cəlbedi- ciliyi rəyi formalaşırsa, cütlüklər ikinci, “dəyərlərin müqayisəsi” mərhələsinə keçirlər. Tərəfdaşlar özləriııin həyata baxışlarını, nikah, ailədə uşaqlarm tərbiyəsində kişi və qadının rolu və s.barədə müza- kirələr aparırlar. Kişi və qadın özlərində onlar arasında ümumilik təşkil edən cəhətlərin az olduğunu yəqin etdikdə, biri-biriləri ilə əla- qəni kəsirlər. Əgər, birinci mərhələdə meydana gələn zahiri cəlbedi- cilik dəyərlərin oxşarlığı ilə möhkəmlənərsə, tərəfdaşlarm qarşılıqlı münasibətləri “rol” mərhələsinə daxil olur.
Dostları ilə paylaş: |