Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə


Ailə həyatına psixoloji hazırlıq



Yüklə 0,8 Mb.
səhifə60/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Ailə həyatına psixoloji hazırlıq ilk növbədə insanın özünün özü haqqında düşüncələrində, daha sonra tərəfdaş olaraq seçdiyi başqa biri ilə söhbətlərdə təzahür edir. Belə məqamlarda məsələ cid- di şəkildə qoyulur: öz ailəsini, evini yaratmağın zamanı nə dərəcədə yetişmişdir?

Ailə hər bir gənc üçün vacib həyati təlabatdır. Təsadüfı deyil ki, nikaha daxil olmağa hazırlıq özündə kişi və qadının qarşılıqlı məhəbbətini, onların nikah yaşına çatmasım, müəyyən ümumtəhsil səviyyəsini həyata ümumi baxışlarınm olmasım, ər-arvad sədaqə- ti,müstəqil yaşamaq üçün maddi imkanların olmasım, müəyyən sə- viyyədə etik-psixoloji mədəniyyət, tərbiyəçilik və evdarlıq bacarıq- larının olmasım özündə əks etdirir. [ 55,s.l05]

Gənclik illərində baş qaldıran romantik hisslər ən ülvi, ən mü- qəddəs hisslərdir. Nikaha daxil olduqdan sonra da onları qorumaq, toxunulmazlığım təmin etmək isə çox çətindir. Psixoloq, demoqraf və sosioloqlar çoxsaylı mehriban və konfliktli ailələri tədqiq edərək belə qənaətə gəlmişlər ki, ailənin davamlı və əbədi olması tərəflərin bir-birinə qarşı anlayışlı olmasından, qarşılıqlı güzəştdən asılıdır. Tərəflər bir-biriləri naminə özlərini təkmilləşdirmə yolunu seçməli, sədaqət və etibar göstərməli, “biz” hissinə sahib olmalı, qarşılıqh günahlandırmalardan uzaq olmalıdırlar. Avstriya psixoloqu Alffed Adler yazırdı ki, başqaları ilə maraqlanmayan şəxs daha çox çətin həyat yaşayır və başqalarına qarşı daha çox ədalətsizlik edir. Uğur- suzlar və müflisləşənlər məhz bu insanlar arasında yetişir.

Ər-arvadlılıq psixoloji cəhətdən tərəfdaşların bir-birinə qarşı daimi yönəlişliyini tələb edir. Burada evdarlıq bacarıq və vərdişləri gələcək ailənin sabitliyi üçün əsas şərtlərdən biri kimi dəyərləndirilə bilər.

Gələcək ailədə tərəflərin harmoniyasını şərtləndirən mühüm ııınillərdən biri nikaha daxil olanların ailə həyatına etik-psixoloji lıazırlığıdır. Bu isə öz növbəsində bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan bir sıra amillərlə şərtlənir. Elm sübut edir ki, insan orqanizmi 16-18 yaşlarında anatomik-fızioloji, 18-21 yaşlarında isə etik və sosial-psixoloji yetkinlik həddinə çatır.

Oğlan və qızlar müasir ailə idealı və modeli haqqında aydm losəvvürlərə malik deyillərsə, aüədən nə gözlədiklərini, nikaha daxil olmağm səbəblərini, hansı tipli ailə münasibətlərinə sahib olmaq istədiklərini, ər-arvadlığın funksiyalarım və vəzifələrini, valideynlik lıisslərinin və məsuliyyətinin nədən ibarət olduğunu dərk etmirlərsə, oııda onların etik- psixoloji cəhətdən ailə həyatma hazırlıqlı olduq- larından danışmaq olmaz. Artıq seçim etmiş cütlüklər isə birgə şilurlu səyləri ilə öz gələcək ailələrinin dolğun və mənalı həyatını yaratmaq üçün qarşılıqlı məsuliyyət hissinə sahib olmalıdırlar.

Varya yeddinci sinft bitirməzdən bir az əwəl on səkkiz yaşlt cavan fəhlə ilə tanış olmuşdu. Bir dəfə o, Varya itə bağda oturmuşdu. Söhbət nə isə baş tutmurdu, qız gördü ki, onunta danışı- lası bir şey yoxdur. Birdən o, qızı qucaqlayıb öpməyə başladı. Var- ya bu hərəkətin gözlənilməzliyindən o qədər təəcciıbləndi ki, ilk də- qiqədə özünü itirdi və hərəkətsiz oturdu. Oğlan bunu intim, fıziki ya- xınlığa razılıq kimi başa düşdii. Qız ona cingiltili sillə ilə cavab ver- di: Varya anasına deyirdi: "mən ədəbiyyat, musiqi haqqında söh- bətə başlamaq istəyirdim, lakin o, ya susurdu, ya da elə şey danıştr- dt ki, mən utanırdım. Rəssamlıqdan... Kvant generatorlanndan danışdım-bizdə uşaqlar elə hey bundan danışırlar-ancaq ondan bir söz də eşitmədim.

O sadəcə cahil imiş. Indi mən onun haqqında nifrətsiz diişünə bilmirəm. Gözəldir və axmaqdır... ” [42,s.87-88 ]

Məhəbbət hissinin oyanması hər bir insanın həyatında sonra- lar unudulmaz xatirələrin əsasını qoyur. V.A.Suxomlinski deyirdi ki “ınəhəbbət -mənəviyyatın çiçəkləridir. Sağlam mənəvi kökləri ol- ıııayan adamda əsl, nəcib məhəbbət ola bilməz”.

Qızlar məhəbbətdə müdrik və tələbkar olmalıdır. Məhəbbət qaynar hissdir, lakin ürək üzərində yalmz ağıl hakim ola bilər.

Təbiət qadına analıq hikməti verməklə onun üzərinə xüsusi məsu- liyyət də qoymuşdur.

Nikaha daxilolma insan orqanizminin anatomik-fizioloji ba- xımdan tamamlandığı dövrdən sonra olmalıdır. Bədən, çəki, döş qə- fəsinin çevrəsi, əzələlərin inkişafi, 18 yaşında, əsasən, normaya, yaşlı adamın ölçülərinə çatmış olur. 16-19 yaşlı gənclərin isə yalnız 75-80 %-i bu həddə uyğun gəlir. 18 yaşda qan təzyiqi sabitləşir, daxili sekressiya vəzilərinin ritmik işi təmin olunur. Oğlanlarla qızlarda bu göstəricilərdə müəyyən fərqlər özünü göstərir. Nikaha daxil olmaq üçün cinsi yetişmə təbii ilkin şərt olsa da, kafi deyildir.

Düzgün cinsi tərbiyə ailədən başlamalıdır. Burada valideyn- lərlə, qardaş-bacı ilə münasibətlərin müstəsna rolu vardır. Hələ ki- çik yaşlanndan uşaqlar ailədə qeyri-cinsi məhəbbət nümunəsində cinsi məhəbbətə hazırlıq alırlar. “Oğlanlann və qızlartn gələcək ailə həyatı haqqında təsəwürləri ilk növbədə doğulduqları və boya-başa çatdıqlan ailədə formalaşır. Oğlan öz atasının şəxsində kişi (ər) ob- razını mənimsəyir. Qızlarda isə anaya münasibətdə qadın (arvad) haqqında təsəwür yarantb formalaşır”. [ 35,s.42]

Uşaq və yeniyetmələrin cinsi tərbiyəsində və gələcək nikaha hazırlığında anatomik -fiziki inkişaf tiplərinin rolu heç də az deyil- dir. Anatomik- fiziki inkişafm bir sıra tipləri vardır:

  1. tip-yüksək anatomik- fiziki inkişaf yüksək boy artımı, sü- mük və əzələ sisteminin yaxşı inkişaf etməsi ilə səciyyələnir.

  2. tip-normal anatomik- fiziki inkişaf-boy artımmda orta göstəricilər özünü göstərir. Bədən çəkisi, döş qəfəsinin çevrəsi boya uyğun olur.

  3. tip -bədənin normadan aşağı inkişafı- anatomik-fizi- oloji göstəricilərin artımının ləng gedişi, cinsi yetişmənin gec baş- laması ilə diqqəti cəlb edir.

  4. tip -bədənin çəkisi və boy artımında əhəmiyyətli ləngimə- lər- boy və bədənin çəki artımında ifadəli geridəqalma ilə nəzərə çarpır.

  5. tip-disharmonik inkişaf- harmonik inkişafin pozulması, bə- dənin çəki artımının yüksək, boy artımımn isə zəif olması ilə səciyyə- lənir.

  6. tip-yüksək piylənmə- dərialtı piy qatının çox olması, cinsi yetişmənin oğlanlarda gec, qızlarda tez başlaması boy artımmda sıç- rayışlarla diqqəti çəkir. Bu inkişaf tipində yuxarı tənəffus yollannın xəstəliklərinə və kəskin respirator xəstəliklərə daha çox təsadüf olunur. Belə qızlarda hamiləlik və doğuş çətin keçir.

  7. tip-cinsi yetişmədə endokrin və irsi patologiyanın, qi- dalanmanm rolu böyükdür.

  8. tip- arıqlıq və cılız bədən quruluşu ilə fərqlənir. Onla- rın klinik müayinəyə ehtiyacı var.

  9. -tip hədsiz piylənmə ilə seçilir. Onların piyləmə göstəriciləri orta həddi 2-3 dəfə keçir. Belə adamlarm funksional və energetik xarakteristikaları zəifdir.

Cinsi yetişmə dövrünü fizioloji stress dövrü kimi də nəzərdən keçirmək olar. Bu dövr anabolik mərhələ- mübadilə proseslərinin sü- rətlənməsi və ya oyanıq zülal sintezi dövrü kimi xarakterizə olunur.

Əlverişli irsi zəmin və mühit amillərinin təsiri nəticəsində ye- niyetmələr normal və daha tez inkişaf edir. 14 yaşdan aşağı yeniyetmələrdə böyümə prosesləri və cinsi yetişmə patologiyası müşahidə olunarsa, onları müayinə etdirmək lazımdır. Fizioloqların qənaətinə görə, süni tərkibli, vitaminləşdirilmiş qidalar, az hərə- kətdə olma orqanizmin mübadilə proseslərinin və funksional sis- temlərinin, endokrin aparatın normal fəaliyyətinə mənfi təsir gös- tərir, piylənməyə səbəb olur. Bədənin yekun inkişaf göstəriciləri boy, cinsi yetişmənin səviyyəsi və boya uyğun çəki kimi 3 mühüm amillə səciyyələnir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin