Ər-arvadlıq həyatının birinci ili bir-birinə uyğunlaşma, iki “mən”in bir “biz”ə çevrilməsi zəminində baş qaldıran konfliktlərlə xarakterizə olunur. Bu dövrdə hisslərin təkamülü baş verir, sevgi bir qədər zəifləyir və cütlüklər bir-birləri qarşısında necə var, olduqları kimi dayanırlar.
Sosİoloq İ.Domonun tədqiqatlanna görə, ailənin həyatınm birinci ili boşanma risqinin ən yüksək, olduğu dövrdür və bütün ni- kahlann 30%-ni təşkil edir.
Ailənin həyatında ikinci böhranlı dövruşaqların doğulması ilə bağlıdır. Hələ tam möhkəmlənməmiş gənc ailə sistemi ciddi sınaqla üzləşir. Bu dövrdə ər-arvadm işi və ya təhsili, şəxsi istirahət və ya əyləncə İlə bağh konfliktlər daha çox müşahidə olunur. Uşağa qulluqla əlaqədar qadmın yorğunluğu onun seksual fəallığının mü- vəqqəti zəifləməsinə gətirib çıxara bilər. Ailə həyatımn qeyd olunan ilk dövrlərində adətən uşaqların tərbiyəsi problemləri ilə bağlı ər-ar- vad özləri və onların valideynləri arasında münaqişələrin yaranması mümkündür. Ailə həyatınm üçüncü dövründəkonfliktlərə orta yaş mərhələsinə daha çox təsadüf olunur ki, bu cür konfliktlər, adətən, yeknəsək həyat tərzi ilə bağhdır. Tərəflərdə yeni təəssürat çatışmaz- lığı yaranır ki, bu da tərəflərin bir-birinə qarşı adiləşməsi ilə səciy- yələnir. Bunu “köhnə təəssüratlardan doyma və yeni təəssürat aclığı” adlandırmaq olar. Ailədə ər-arvad konfliktlərinin dördün- cü mərhələsinə onların birgə həyatmın 18-24-cü illərindən sonra təsadüf olunur. Onun meydana gəlməsi adətən qocalıq dövriinün yaxınlaşması, tənhalıq hissinin meydana gəlməsi, uşaqlarm ailədən köçüb getməsi, qadının emosional asıllığımn güclənməsi və s. ilə bağlı olur. Bu dövrdə cütlüklər arasmda konfliktlər kişinin öz sek- sual təlabatlarını kənarda təmin etmək cəhdlərinin mümkünlüyünün (“nə qədər ki, gec deyil”) yaranma təhlükəsi zəminində və ya bu halm reallığı fonunda baş verir.
Ər-arvad konfliktlərinin meydana gəlməsində xarici amillərin təsir ehtimalı da az rol oynamır. Buraya bir çox ailələrin get-gedə müflisləşmə nəticəsində maddi vəziyyətinin pisləşməsini, cütlüklər- dən hər ikisinin və ya birinin işdə hədsiz yüklənməsini, tərəflərdən birinin iş tapa bilməməsi və ya işsizliyini, ailənin uzun müddət ayrıca mənzilə sahib ola bilməməsini, uşaqların bağçaya yerləşdiril- məsi ilə bağlı çətinlikləri, ailədə şikəst ailə üzvünün olmasını, yataq xəstəsinin və ya həbsdə olan ailə üzvünün problemlərini və s. aid etmək olar. Ailə komfliktlərinin başvermə səbəblərinə aşağıdakıları aid etmək olar:
qarşılıqlı sevgi və hörmətin olmaması;
cütlüklərdən birinin cinsi-intim həyatdan narazılığı, bioritm
fərqi;
şəxsi Iəyaqət hissinin təhqir edilməsi, inciklik, hörmətsiz və qayğısız münasibət, daimi tənqid;
tənbəllik və pintilik;
tərəflərdə müsbət emosiyalarm çatışmazlığı (nəvaziş və qay- ğıkeşliyin olmaması, psixoloji yadlaşma, emosional soyuqluq);
liderliyə canatma;
tərəflərdən birinin çox pul sərfiyyatı tələb edən spirtli içkiyə, qumara, narkomaniyaya qurşanması;
maliyyə məsələlərində fıkir ayrılığı;
ailədə əmək bölgüsü problemləri;
sonsuzluq;
maraq və əyləncələrdə, zövqlərdə uyğunsuzluq;
Ər-arvad arasındakı qarşılıqh münasibətlərin normallaşdırıl- ması, konfliktli situasiyalarda mübahisələrin kəskinləşməsinin qar- şısının alınması məqsədi ilə bir çox tövsiyələr (V.Vladin, C.Ka- pustin, İ.Domo, A.Eqides, V.Levkobic, Y.Ryurikov və b.) işlənib hazırlanmışdır. Onlarm əksəriyyətində aşağıdakı müddəalar ön pla- na çəkilir:
özünə və başqalarına hörmət et. Başa düş ki, o sənin üçün ən doğma adamdır, sənin uşaqlarınm atasıdır (anasıdır). Səhvlər axtar- mağa çalışma, inciklik və günahlan xatırlama, əksinə, onlan unut. Bu, mənfı emosiyaları aradan qaldıracaqdır.
onsuz da unudulmaz olan seksual məzəmmətlər söyləmək- dən çəkinin;
başqa adamların (uşaqlann, qohumlann, qonaqların və s.) yamnda bir-birinizi danlamaqdan uzaq olun;
ozünüzün şəxsi qabiliyyət və ləyaqətinizi şişirdərək təkəb- bürülü görünməkdən, hər şeydə özünüzün birinci olduğunuzu dili- nizə gətirməkdən çəkinin;
hədsiz etibar və qısqanclıq göstərməyin. Diqqətli olun, əri- nizi (arvadtnızı) dinləməyi bacarın. Fiziki cəlbediciliyinizə hədsiz fikir verincə, çatışmaz cəhətlərininizi aradan qaldırmağa çalışın. Ərinizin (arvadınızın) qüsurlarını heç vaxt ümumiləşdirib onu yarıt- maz adam kimi tənqid etməyin, yalmz konkret fakt və situasiya ba- rədə söhbət aparm;
ərizinizin (arvadınızm) əyləncələrinə maraq və hörmətlə ya-
naşın;
hərdən təklikdə istirahət etmək üçün vaxt tapmağa çalışın. Bu sizə ünsiyyətdə psixoemosional yükü və gərginliyi azaltmaq və boşaltmaq imkanı verəcəkdir.
Ər-arvad konfliktləriin əsas konstruktiv həll ilk növbədə cüt- lüklərin bir-birini anlamaq, bağışlamaq və güzəştə getmək bacarıq- larından asılıdır. Bir-birini sevən cütlüklər arasında konfliktlərin müsbət sonluqla başa çatmasımn ən başlıca şərti isə tərəflərdən hər hansı birində qalib gəlmək iddiasmın olmamasıdır. Sevdiyin insanın məğlubiyyəti üzərində qazamlmış “uğuru” isə qələbə adlandırmaq olmaz. Günahı başqası üzərinə yükləməmək üçün ilk növbədə ona hörmətlə yanaşmaq lazımdır. Konfliktlər zamam öz mövqeyini ar- qumentləşdirərkən, özünümüdafiə mövqeyində durarkən ağlabat- maz maksimalizm və qətiyyət yolverilməzdir. Belə situasiyalarda qarşılıqlı anlaşmaya doğru addrnı atmaq,öz konfliktlərinizə qohum- larmızı, uşaqlarmızı, dostlarımzı, qonşulannızı cəlb etməkdən uzaq olmanız daha məqşədəuyğundur. Çünki ailənin rifalıı və xoşbəxtliyi yalnız ailə ocağının təməlini yaradan ər-arvad cütlüyündən asılıdır.
Ailədə ər-arvad konfliktlərindən söhbət gedərkən onların radi- kal həll üsulu kimi boşanma problemi üzərində xüsusi olaraq da- yanmaq lazım gəlir. Psixoloqların qənaətinə görə, boşanma emosi- onal, fıziki və hüquqi olmaqla üç əsas mərhələdən keçir.
Bir çoxlan üçün boşanma əzablardan, təhqir və zorakılıq- lardan, bezikdirici həyatdan qurtuluş yolu kimi dəyərləndirilsə də, onun bir çox neqativ nəticələri də damlmaz həqiqətdir. Bu nəticələr boşanan tərəflər, uşaqlar və cəmiyyət üçün bir sıra yeni sosial-psi- xoloji problemlərə yol açır. Adətən, boşanmadan sonra uşaqları ilə baş -başa qalan qadm daha çox zərbə almış olur. Belə halda qadm- ların əsəb-psixi pozulmalara məruz qalma riski daha da artır.
Boşanmanm uşaqlara neqativ təsiri ər-arvad cütlüyü ilə mü- qayisədə daha güclü və təsirlidir. Adətən, ailənin dağılması nəticə- sində valideynlərindən birini itirən uşaqlar öz həmyaşıdlarıın zorakı təzyiqləri ilə daha tez-tez üzləşirlər ki, bu da uşaq və yeniyetmələr- də əsəb-psixi pozulmalara səbəb olan amil kimi qiymətləndirilir.
Hər bir boşanma nəticəsində cəmiyyətə yeni bir natamam ailə daxil olur, cəmiyyətdə asosial davranışlı, destruktiv hərəkətlərə meyilli yeniyetmələrin və cinayət hallannın sayı artır ki, bu da öz növbəsində cəmiyyətin həyatı üçün əlavə çətinliklər yaradır.
Müasir cəmiyyətdə geniş yayılmış konfliktlər sırasında ailədə nəsillərarası konfliktlər özlərinin kəskin xarakteri ilə diqqəti cəlb edir. Bu tip konfliktlər ailə konfliktlərinin xüsusi tipi kimi valideyn- lərlə övladlarm qarşılıqlı münasibətlərinin xarakterinə əhəmiyyətli təsir göstərir. Sosial-psixoloji tədqiqatlarda (V.Şuman. İ.S.Kon, A.- Uşatikov, A.Çpivakovskaya və b.) ailə konfliktləri müxtəlif aspek- tlərdən araşdırılmışdır. Onlarm qənaətinə görə, elə bir ailə tapmaq mümükün deyil ki, orada uşaqlarla valideynlər arasında konfliktlərə təsadüf olunmasın. İ.Qorkovayanın tədqiqatlarına görə, hətta əlve- rişli ailələrin 30%-də hər iki valideynlə konfliktli qarşıhqlı münasi- bətlər müşahidə olunur.
Ailə kiçik qapalı sosial qrup kimi öz tərkibində müxtəlif yaş qruplarına aid edilən insanları birləşdirir. Nuklear ailədən fərqli ola- raq, mürəkkəb ailədə ən azı üç nəsli təmsil edən insanlar birgəyaşa- yış və birgəfəaliyyətdə olurlar. Belə ailələrdə valideynlər, övladlar və nəvələrdən ibarət qan qohumluğuna malik nəsillər yaşayırlar.
Ailədə nəsillərarası konfliktlər dedikdə, adətən valideynlər və övladlar, babalar və nəvələr arasında baş verən qarşıdurma və toq- quşmalar başa düşülür. Bununla belə, ailədə müxtəlif nəsilləri təm- sil edən yaxın qohumIar-“qaynana-gəlin”f‘xala-bibi”, övladlığa gö- türülənlərlə hİmayəçilər, ata-ananı əvəz edənlərlə ögey övladlar ara- sında yaranan münaqişələr də aid edilə bilər. Qeyd etmək Iazımdır ki, yuxarıda konflikt anlayışına verilən təriflər eynilə ailədə nəsil- lərarası konfliktlərə də aid edilə bilər. Cəmiyyətdə nəsillər arasında konfliktlər müxtəlif yaş qruplarını təmsil edən nəsillər arasında ziddİyyətlər və maraqların toqquşması nəticəsi olaraq baş verən so- sial hadisələrdən biridir. Bu ziddiyyətlərin əsas mənbəyini sosial-iq- tisadi maraqlar, müxtəlif nəsillərin həyat şəraiti, müxtəlif subkuitu- ralara məxsus insanlann ideya-siyasi baxışlanndakı ziddiyyətlər təş- kil edir. 4 uşaqlı ailənin 15 yaşlı qızı həmyaşıdı, daha təminatlı ailə- lərdən çıxmış rəfıqələrini nümunə göstərərək, onlar kimi dəblə ge- yinmək, bahalı telefon gəzdirmək istədiyini bildirir, valideynləriııi yaşamağı, pul qazanmağı bacarmamaqda günahlandırırdı.
16 yaşlı T.qəzetlərdən birinin redaksiyasına ünvanladığı mək- tubnnda yazırdı: "Valideynlərim məni başa düşmürlər!. Məni sev- diklərini söyləyirlər. Məgər adamı belə sevərlər? Həmişə şübhələr, suallar:“Harada idin?”,“Kiminlə idin?”, “Zəng edən kim idi?” Xəlvəti mənim mesajlarımı oxuyurlar. Daimi məni danlayırlar. "Beş" qiymət alanda tərifləmirlər, deyirlər belə lazımdır. “Üç” alan- da isə həmişə qalmaqal düşür. Heç səbəbini də soruşmurlar. Sadəcə olaraq danlayırlar. Bütün bunlar övlada məhəbbətdəndir ha? ”.
Son illər boşanma, nikahdankənar doğum halları, əcnəbilərlə nikahlar, azyaşlıların ərə verilməsi halları artır ki, bu da ciddi nara- hatçılıq doğurur. Son 8 ildə boşanma halları 2 dəfə artaraq 14%-ə, gənclər arasında bu göstərici 23%-ə çatmışdır. Təkcə 2013-cü ildə 4 mindən artıq şəxs erkən nikahlara daxil olmuşdur. 2013-cü ildə res- publikamızda 24 mindən artıq nikahdankənar doğum qeydə alın- mışdır. Boşanmanın səbəbləri kimi daha çox maddi problemlər, sonsuzluq, qısqanclıq və xəyanətlə yanaşı, əksər hallarda ər-arvad arasındakı münasibətlərlə bağlı problemlərin təsiri daha güclüdür. Müasir cəmiyyətin reallığında boşanmanın qəbahət deyil, doğru seçim kimi qəbuletmə tendensiyası güclənir, gənclər arasında bo- şanmaya loyal münasibət, cəmiyyətdə bu halın liverallaşması ten- densiyası diqqəti cəlb edir.
Valideynlərin uşalarla konfliktlərində konflikt obyekti kimi, adətən, uşaqlarm davranışı, onalrın təlimə, ev işlərinin yerinə yeti- rilməsinə, valideynlərə və ya digər qohumlara, həmçinin ailə və həyat dəyərlərinə münasibəti özünü göstərir. Hər kəsi belə bir sual düşündürür: görəsən, valideynlərlə Övladlar arasında konfliktlər nə üçün baş verir, bunun səbəbi nədir? İnsanlar arasında qarşıhqh mü- nasibələrdə baş verən konfliktlərə aid edilən yuxarıda qeyd edilən ümumi səbəblərlə yanaşı, valideynlərlə övladlar arasında qarşılıqlı təsir forması kimi konfliktlər bir sıra psixoloi amillərlə də şərtlənir. Bunlara aşağıdakıları aid etmək olar: Ailədaxili münasibətlərin tipi.Bu cəhətdən ailə müna- sibətlərinin harmonik və disharmonik tipləri fərqləndirilir. Harmo- nik ailədə hər bir ailə üzvünün psixoloji rolu ailə “biz”inin forma- laşmasına, baş verən ailədaxili ziddiyyətlərin aradan qaldırılmasına yönəldilir və bu əsasda məqsəd ailədaxili münasibətlərdə mütəhər- rik müvazinətin tənzim edilməsini təmin etməkdən ibarət olur. Ailə- nin disharmoniyası dedikdə, ər-arvadın konfliktli qarşılıqh təsirində ifadə olunan neqativ münasibətlər başa düşülür. Belə ailələrdə psi- xoloji gərginlik səviyyəsi onun üzvlərinin nevrotik reaksiyalarına, uşaqların daimi narahatlıq hissinə səbəb olur.
Ailə tərbiyəsinin destruktivliyi.Bu cəhətdən ailədə dest- ruktiv tərbiyənin aşağıdakı əlamətləri fərqləndirilir:
uşaqların tərbiyəsi ilə əlaqədar məsələlərdə ailə üzvləri arasmda fikir ayrılıqları;