Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə86/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Davranış insanın sosial mühitlə qarşılıqlı münasibətlərində təzahür edən rəftar və hərəkətlərinin məcmuyudur. Davramşm for- malaşmasına yalnız əxlaqi biliklərin mənimsənilməsi yolu ilə nail olmaq olmaz. Çox vaxt insanlar mənəvi normaları yaxşı bildikləri halda öz davramşlarında onlara heç də həmişə əməl etmirlər.

Ailədə və onun sosial əhatəsində qarşılıqlı münasibətlərin pozulmasında rol davramşındakı patoloji xüsusiyyətlərin təsiri ol- duqca güclüdür. Bu, ailənin müəyyən tərzdə qonşulara, ailənin digər üzvlərinə, qohumlara və s. münasibətinin dəyişməsinə, daha doğrusu, pisləşməsinə səbəb olur. Belə halda Alman sosioloqu

  1. Rixterin təsnif etdiyi “ailə -qala”, “antiseksual ideologiyalı ailə”, “ailə-sanatoriya”, “ailə-teatr” kimi ailə tipləri yaranmış olur. “Aiiə- qala” tipli ailələrdə sinir-psixi pozğunluqlu ailə üzvündə paranoyal reaksiyalara meyllilik müşahidə olunur. Belə ailə üzvü “hamı bizim əksimizədir”, “bizə hücum edilir, bizsə müdafıə olunuruq” kimi təəssüratlarına istinad edərək, bütün ailə üzvlərində belə təsəwürlər yaratmağa çalışır. Uzun illər məhkəmə çəkişmələrinə cəlb edilən, öz maddi vəziyyətini yaxşılaşdırmaq üçün hədsiz çox qüwə sərf edən ailənin psixoloji mühiti pozulur və gərginlik hökm sürür. H.Rixterə görə, ailədə impotent ərin olması “antiseksual ideologiyalı ailə”ni səciyyələndirən əsas cəhətdir. Belə ailələrdə ər şəxsi qüsurunu mas- kalamaq üçün özünümüdafiəyə cəhd göstərir, özü haqqında müsbət özünüqiymətləndirmə mövqeyində olur.

Ailə-teatr” tipli ailə bütövlükdə öz həyat fəaliyyətini yaxın əhatədə nümayişkaranə nüfuz uğrunda mübarizəyə həsr edir, bunun- la da müəyyən psixi problemi olan ailə üzvünün müdafiəsi mövqeyi tutur və ətrafdakı insanların diqqətini həmin ailədə ciddi bir prob- lemin olmadığına, hər şeyin qaydasında olduğuna yönəltməyə təşəbbüs göstərir.

Ailə birgə fəaliyyət və gerçək ünsiyyət mühitidir. Burada ailə üzvlərinin qarşılıqlı əlaqə və münasibətləri, eləcə də sosial mövqeyi sosial və mənəvi normalarla tənzim olunur. Sosial normalar tari- xən meydana gəlmiş və müəyyən olunmuş davranış və fəaliyyət qaydalannm məcmuyudur. Rollarm diapozonu və miqdarı insanın daxil olduğu münasibətlər sahəsinin -sosial qruplarm və fəaliyyət növlərinin diapozonu və miqdarı ilə müəyyən olunur.

İslam Peyğəmbəri camaatla, söhbətlərinin birində buyurmuş- dur: “Qadın gərək ərinə itaət edə, onun əmrlərindən boyun qaçırma- ya, onunla cinsi əlaqədə olmaq istəsə, etiraz etməyə, ondan icazəsiz qapıdan çıxsa, yer və göyün rəhmət mələkləri o qadın evə qa- yıdanadək ona lənət edərlər” [26,s.65]

ABŞ psixoloqu D.Mayersin qeyd etdiyi kimi, uşaqlar ərsəyə çatanda və yaşlaşanda aşağıdakı mənzərəni görürük: “hər yerdə” qa- dınlar ev işlərinin çox hissəsini yerinə yetirirlər, “hər yerdə” yeməyin hazırlanması və ya qabların yuyulması kimi ev vəzifələri bir qayda olaraq onların missiyası sayılır. Bu kimi davranış gözlə- mələrindən kişi və qadın üçün “gender rolları” formalaşır. Gender rolları mədəniyyətdən və epoxadan asılıdır.

1960-cı illərdə cinsi fərqlər psixologiyasmda “psixi cins” an- layışı meydana gəldi. Onun müəllifı A.Q.Asmolov psixi cinsin uşaq şəxsiyyətinin ümumi inkişafı konteksində şəxsiyyətin inkişafı pro- sesinin ayrılmaz tərkib hissəsi kimi formalaşdığını qeyd edir və uşa- ğın doğulmasının ilk mərhələsini psixi cinsin formalaşmasını baş- lanğıc mərhələsi hesab edirdi. Problemə münasibət bildirən Ə.Ə.Əlizadə yazır: “psixi cins sosial-psixoloji fenomendir və şəx- siyyətin strukturunda önəmli yer tutur. Onun formalaşması prosesi- nin xüsusiyyətlərini ancaq və ancaq şəxsiyyət psixologiyasının uğurları axarında açıqlamaq olar. Müasir psixologiyada da psixi cins şəxsiyətin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir”. [14,s.352]

Psixoloji tədqiqatlar göstərir ki, ailə başçısı olan əlil atalar ailədə öz gərəksizliklərini kompensasiya etmək, heç də yararsız və qabiliyyət- siz olmadıqlanm təsdiq etmək üçün cəmiyyətdəki sosial statuslanndan bəzən sui istifadə etməklə əlavə güzəştlər qoparmaq motivinə üstünlük verir və əksər hallarda da buna nail olurlar. Bununla da, əlil ailə üzvlərinin əksəriyyəti ailədə öz sosial statuslannı qoruyub saxlamağa çalışırlar. Belə hallarda atanm rol davranışı yeniyetməyə patoloji təsir fonunda həyata keçdiyindən onda xarakterin epileptik-istereoid tipli aksentuasiyasmm meydana gəlməsinə səbəb olur.

Ailədə bu tipli patoloji rolların meydana gəlməsi motivləri müxtəlifdir.


  1. Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin