Mərkəziyyətçi ailə -yaxud, patriarxal çalarlı avtoritar ailələr. Belə ailələrə adətən, cütlüklərin biri, xüsusən kişi başçıhq edir. Ailə həyatı ilə bağlı əsas məsələlərin həllində ali hakimiyyət və son qərar ona məxsus olur.
Avtonom ailə.Ərlə arvad öz aralarında rol bölgüsü aparır və bir-birilərinin işlərinə qarışmırlar.
Demokratik ailə. Belə ailələrin idarə edilməsində ərlə arvad bərabər ölçüdə hüquqlara malikdirlər və bütün problemləri birgə həll edirlər.
A.İ.Antonov və V.M.Medikov hakimiyyət kriteriyasına görə ailə strukturunun aşağıdakı tiplərinin fərqləndirirlər:
Ailə hakimiyyətinə atanın başçılıq etdiyi patriarxal ailələr; ananın nüfiızu və hakimiyyətinin daha üstün olduğu matriarxal ai- lələr; ata və ana arasında dəqiq hakimiyyət bölgüsünün olmadığı və ailə başçısının ifadəli olaraq fərqlənmədiyi eqalitar ailələr.
Ailə cütlükləri arasmda boşlanmaya səbəb olan amillər sıra- smda rol gözləmələri və ailə üzvlərinin rol davramşı əsas amillərdən
biridir. Kişi ilə qadın arasında münaqişələr adətən rol davranışı nor- malarmın pozulması zəminində baş qaldırır. Məsələn, qadın istəyir ki, ər asudə vaxtmı evdə keçirsin, ər isə asudə vaxtını dostlan ilə ünsiyyətdə, sevimii məşğuiiyyəti iiə əylənməkdə keçirməyi üstün tutur. Ər öz xanımından ev təsərrüfatı və məİşət həyatına daha çox diqqət yetirməyi gözlədiyi halda, bu vəziyyətlərin yerinə yetirilmə- sinə qarşı tənbəllik və laqeydliklə qarşılaşır. Bu cür situasiyalar müasir ailələrdə geniş yayılmışdır və ciddi aüə konfliktlərinə yol açan başlıca səbəblərdən hesab olunur.
Amerikan sosioloqu K.Kripatrik rol-cins davranışı kontekstin- də baş verə biləcək münaqişənin qarşısım almaq üçün maraqlı tə- şəbbüs göstərmişdir. O, ailədə kişi və qadının ənənəvi rollarma “yoldaşlıq rolu”, “partnyorluq rolu” kimi yeni əlavələr də etmiş və bu rollara uyğun əsas vəzifələrin aşağıdakı sırasını tərtib etmişdir.