Rol - cins davranışının pozulması hallcirına artıq 3-6 yaşlı uşaqlar arasmda təsadüf olunmağa başlayır: qızlar müharibə xarak- terli oyunlar oynayır, maşınlar və təyyarələr döyüşdürür, həvəslə oğlan paltarları geyinir, oğlanlar isə konfliktlərdən qaçır, evdə məi- şət işlərində analarına kömək edir, körpələrə qulluq edir, musiqi və rəqəslə məşğul olurlar. Rol-cins davranışı pozulmuş yaşlı qadınlar öz cinslərindən olanlara neqativ münasibət bəsləyir, ciddi paltarlar geyinir, bəzək və kosmetikaya etinasız yanaşır, kişi peşələrinə ma- raq göstərir, əsasən kişilərlə yoldaşlıq münasibətlərində olur, lider- liyə və sosial yüksəlişə can atırlar. Onlarda öz cinsi həyatına mara- ğın gecikməsi müşahidə olunur. Tanış olduğu tərəfdaşın belə qadın- lara göstərdikləri intim nəvazişləri onlar özləri üçün təhqir hesab edirlər. Xalq deyimlərimizdə bu fakti təsdiqləyən “Erkək Tükəz- ban” ifadəsi heç də əbəs yerə işlədilmir. Belə qadınlann seksual adaptasiyası özlərindən yaşca böyük və maddi durumu yüksək olan kişilərlə daha asan baş verir. Onlarda cinsi həyatın erkən başlaması və təsadüfi cinsi əlaqə hallarına nadir hallarda təsadüf olunur. Rol- cins davranışı transformasiya olunan qadınlarda seksual tərəfdaşı mənən alçaltmağa yönəlmiş yüngül sadist meyllər müşahidə olunur. İnsan populyasiyasında qadın və kişilərin 10-15% -də rol-cins dav- ramşınm transformasiyasına təsadüf olunur ki, buna da femini- zasiya və maskulinizasiya deyilir.