Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə95/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Hiperrol davranışı cinsi rolların bəzi xüsusiyyətlərinin həd- siz aksentuasiyasıdır. Onun formalaşması müəyyən dərəcədə perina- tal dövrdə, beynin cinsi differensiasiyası prosesində baş verən pozuntularla əlaqədardır. Bununla belə, burada mikrososial mühitin yol verilən normalarımn da rolu az əhəmiyyətli deyildir. Məsələn, bir çox müsəlman ölkələrində həm ailədə, həm də bütövlükdə cəmiyyətdə kişi cinsinə ənənəvi olaraq üstün tələblər verilir, ailədə oğlan uşaqlannın ərköyün davranışına liberal münasibət bəslənilir. Qidanın ən yaxşısı onlar üçün ayrılır. Kiçik yaşlarından oğlan uşaq- larma azad, sərbəst fərd kimi, qızlara isə asılı fərd kimi yanaşıhr. Əksər hallarda ailədə qız uşaqlarınm doğulması kədərlə qarşılanır və onlara qarşı cinsi ayn-seçkilik göstərilir, təhsillərini davam etdir- mələrinə, işləmələrinə və s.icazə verilmir.

Qız uşaqlannm arzuolunmazlığı tarixən Azərbaycan ailələrin- də də onlara verilən Bəsti, Qızyetər, Kifayət, Nəhayət, Qızbəs və s.kimi adlarla da sübut olunur. S.Vurğunun “Bəsti” poemasındakı aşağıdakı misralar tarixən ailədə doğulan qız uşaqlarma arzu-olun- maz yanaşmanın bədii ifadəsidir.

Bizim eldə adət vardı, qız doğanda analar,

Baxıb qara geyərdilər su üstündə sonalar. və ya

Anan səni doğanda adına Bəsti dedi,

Qollanmı fələk oğuldan kəsdi dedi.

İctimai ədalətsizliyin hökm sürdüyü bütün keçmiş cəmiyyət- lərdə qadının vəziyyəti ağır və acınacaqlı olmuşdur. Qadın hüquq- suzluğu və bəzi dinlərin mürtəce ehkamları əksər halda qadına qul gözü ilə baxmaq kimi rəzil fikirlər doğururdu. Belə ehkamlara görə, guya kişilər arvadlarından yüksəkdədirlər, qadınlar hər şeydə ərləri- nə tabe olmahdırlar. Əgər onlar ərlərinə qulaq asmasalar, qabaqca söz ilə nəsihət etməli, sonra ərlik əlaqəsini kəsməli, bu da təsir et- məsə döyülməlidir. Dindarların rəyincə, ərin nə zaman keyfi istəsə öz arzusu ilə arvadmı boşayar və heç bir səbəb göstərməz: arvad isə ayrıla bilməz: “Ərin ixtiyarı var ki, itaətsiz arvadı arvadlıqdan məh- rum etsin və döysün”. Məsələyə bu cür yanaşma: “Qadın kişinin qu- ludur”, “Atla arvada etibar yoxdur”, “Qadının saçı uzun olar, ağlı gödək”, “Qadından vəfa, zəhərdən şəfa” (görən olmayıb), “Qırx ar- vadın ağlı bir toyuqdadır”, “Qız gözə oxdur, dərd-səri çoxdur; götü- rün tullayın, bir xeyri yoxdur”, “Qız doğmaqdansa, bir qara daş doğmaq yaxşıdır” kimi çoxlu təhqiramiz kəlamlartn meydana gəl- məsinə səbəb olmuşdur.

Bir tərəfdən qadm haqqındakı mürtəce ehkamların təsiri üzün- dən, digər tərəfdən isə insanı ağır fiziki işə məruz qoyan sinifli cə- miyyətdə ailəyə qazanc gətirmək, qocalmış valideynlərə, körpə uşaqlara hayan olmaq, lazım gəldiyi hallarda öz hüququ, ailə namu- su və s.uğrunda mübarizə aparmaq baxımmdan qızlar oğlanlara nis- bətən zəif imkanlara malik olduqlarından qız uşağınm doğulması bəzi ailələrdə bədbəxt hadisə kimi qarşılanırdı. Belə ailələrdə “qız yükü-duz yükü” hesab edilirdi. Qıza, qadına bu cür münasibət, həm də cəmiyyətdə qadının tutduğu mövqe ilə, iqtisadi, siyasi və mənəvi amillərlə əlaqədar idi. Lakin bu amilllərə və cahiliyyə dövründə “yeni doğulmuş qız uşaqlarmı diri-diri basdırmaq kimi adətlərə ma- lik olan ərəblərin... bizə gətirdikləri tam mənfı münasibətə baxma- yaraq, milli-mənəvi dəyərlər sistemimizdə qadına münasibət həmişə yüksək olmuşdur. Qadının, qızın şəxsində südü hər şeydən müqəd- dəs sayan xalqımız tarixən ana adını uca tutmuş, onu həyatın məna- sı, evin gülü hesab etmişdir. E1 arasında deyilir: “Qızdı-qızıldı, min tümən azdı”, “Qız evin gülüdür”, “Qız uşağı -evin yaraşığı”, “Yed- di fərsiz oğuldansa, bir fərli qız yaxşıdır”, “Qız —qızıl alma, qızı gözdən salma” və s. kimi atalar sözləri də yaranmışdır. Xalqımızın qədim yazılı abidələrindən biri olan “Dədə Qorqud” dastanlarında da belədir. Burada “ana haqqı tanrı haqqı” hesab edilir. Dirsə xan qadına ən gözəl sözlərlə müraciət edərək onu “dirək”, “dölək” ad- landırır. Bu dastanda Burlaxatun, Banıçiçək, Selcanxatun, “Koroğ- lu” dastanmda Nigar, “Şah İsmayıl” dastanında Gülzar və Ərəbzən- gi, “Qaçaq Nəbi” dastanında Həcər məhəbbətin, fədakarlığın mü- cəssəməsidirlər. Yaxud nağıllarımıza nəzər salaq. Azərbaycan folk- lorunda elə bir nağıl tapmaq olmaz ki, orada igidlik, şücaət göstərən kişilərlə yanaşı, heç olmasa bir nəfər qadının gücü, qəhrəmanlığı, ağıllı və səxavətli olması təsvir və tərənnüm edilməsin. Məsələn, “Nüşapəri xanımın nağılı”nda əsas etibarilə Nüşapərinin ağıllığın- dan, xalqm dərdinə qalmasmdan, öz vətənini sevməsindən, onu ya- delli işğalçılardan qorumaq üçün pəhləvan paltarını geyib orduya sərkərdəlik etməsindən və s. damşılır. “Qara vəzir” nağılında da na- muslu, mərd bir qız olan Mələk, pəhləvan paltarı geyinib əxlaqsız atası ilə təkbətək savaşır. “Nardan qız” nağılında qız, padşaha qarşı üsyan edir. Onu öldürüb məmləkəti bəladan qurtarır. O, ağıllı, bacarıqlı və mübarizdir. “Pışık və padşah” nağılında qııllııqçıı qız Zəhra, bacarığı sayəsində acgöz və eynİ zanıanda hiyləgər padşahın kələyini alt-üst edib, özünü zindana saldınr. “Beykəsin” nağılında Dünyagözəli, qatil və əxlaqsız şahm elçilərini qılıncdan keçirir, öz namusunu və sevgilisi olan bir nəfər qulun adını şahdan, onun təm- təraqlı həyatmdan qat-qat uca tutur; “Baftaçı şah Abbas” nağılında naxırçı qızı Banu şahm özündən də tədbirli və ağıllı bir adam kimi təqdim edilir. Xalq yaradıcılığı materiallarında vəsf edilən Burlaxa- tun, Nigar, Həcər, Ərəbzəngi, Gülzar, Telli, Nüşapəri, Mələk, Zəh- ra, Nardan, Dünyagözəli, Banu və başqa qadınlar oxucunun nəzərin- də zəif, müdafıəsiz qanılar kimi deyil, xlaq səadəti, ədalət və namus yolunda vuruşan fədakar, mübariz qadıniar kimi canlanır. Onlar hə- yat mübarizəsində fəal iştirak edən təmiz ürəkli, tədbirli, bacarıqlı, iradəli, eyni zamanda sədaqətli, vəfalı və mehriban qız və ya qa- dınlardır. Hətta nağıl toplularımızdan biri “Allah yıxan evi qızlar tikər”adlamr. Atalar sözlərində deyilir ki, “Qadın evin dirəyidir”, “Qadın məclisin bəzəyidir”, “Qadın dar gündə kişinin arxasıdır”, “Atdır, muraddır, qadasın aldığım arvaddır”, “Aslanın erkəyi, dişisi olmaz” və s.

Azərbaycan xalq mahnılarında və bayatılarmda da qadını vəsf edən nümunələr çoxdur. Xalq mahnılarmın əksəriyyəti qadma həsr olunmuşdur. Deməli, qadını müsbət səpkidə verməklə xalq həmin məsələdə mürtəce baxışlara qarşı çıxmışdır.

Deyilənlərdən belə nəticə çıxarılmasın ki, nağıllarda qadınlar yalnız müsbət səpkidə verilmişlər. Heç də yox. “Üç bacı”, “İki arvadın iştəkləri”, “Altı qadının səfehliyi” və s. kimi nağıllarda mənfi kinli qızlara, etibarsız, yelbeyin, xəsis, pulgir və xəyanətkar qadmlara da rast gəlirik ki, bu, təbiidir. Çünki həyatda da belədir. Həyatda da nağıllarda verildiyi kimi, insanlar öz sima və fərdi keyfıyyətləri etibarilə eyni deyillər. Hər bir şəxs, istər qadın olsun, istər kişi, istər qız olsun, istər oğlan, fərqi yoxdur, - keçdiyi həyat yolundan, düşdüyü mühİtdən, aldığı tərbiyədən və s. bu kimi şərtlərdən asılı olaraq, başqasından fərqlənir: “Arvad da var, arvad da”; “Arvad var ki, ev tikər, arvad var ki, ev yıxar”, Dədə Qorqud demişkən, “birisi soy soldurandır (yəni nəsil korlayandır); birisi toy doldurandır; birisi evin dayağıdır; birisi necə desən bayağıdır”. “Kişi də var, kişi də”, “Kişi var ki, yaxşı, ya- manı bilməz, kişi var ki, bir söz deyərsən, anlar”. Dünyada bütün əxlaqi keyfıyyətləri və fərdi sifətləri ilə bir-birinin eyni olan iki adama təsadüf etmək olmaz. Güzəran psixologiyası materiallanndakı müx- təliflik də həyatdakı bu müxtəlifliyin təzahürüdür.

Üstün rol-cins davramşmın formalaşması fərdin şəxsiyyət tipinin xüsusiyyətləri ilə bağhdır. Hipermaskulin davramş daha çox gipertim, emosional dayanıqsız, dissosial, bəzən isə şəxsiyyətin iste- rik pozğunluğunda və bunlarla uyğun gələn xarakterin aksentuasi- yası ilə, hiperfeministlərdə isə həyəcanlılıq, asılı şəxsiyyət dalğm- lığı olanlar və psixoastenik, senzitiv, astenonevrotik, konform, bə- zən istereod tiplərdə özünü göstərir.

Hipermaskulinativ davranış kişi tipində “xalis” kişilərə məx- sus nüfuzlu peşələrin seçimində, “sırf ’ kişi idman növlərinə (boks, güləş, karate, xokkey və s.) maraqlarda əks olunur. Cinsi rolların formalaşması prosesində hipermaskulin-lik yüksək aqressivlikdə, sadist davranış elementlərində və qeyri-formal liderliyə can atma cəhdlərlə ifadə olunur. Belə kişilər cinsi həyatda kobudluğu və eqoisitlikləri ilə diqqəti cəlb edirlər. Onlar qadına cinsi alət kimi, öz ehtiraslarını söndürmək vasitəsi kimi baxır, qadının cinsi əlaqə zamam təlabatlarını nəzərə almır, nəinki onlara nəvaziş göstərir, hətta bəzən onları döyürlər. Şəxsi ehtiraslarını orqazma çatmaqla tamamlayır, qadının bu əlaqədən məmnun olub-olmamalarına tam etinasızlıq göstərirlər.

Sadist hipermaskulin kişilər cinsi həyatda qadınları cahil, kobud davranışla əlaqəyə məcbur edir, onları incidirlər. Belə kişiləri intim səhnələrdə yalmz qələbə maraqlandırır, onların hərəkətləri isə simvolik xarakter daşıyır. Burada sərhədsiz hakimiyyət duyğusu, tərəfdaş üzərində hökmranlıq hissi və onu tam fəth etmək istəyi aparıcı motiv kimi özünü göstərir. Hiperrol davramşlı kişilər cinsi fünksiyalarınm zəifləməsi və ya pisləşməsini olduqca ağnlı qar- şılayır, yaşlılıq dövründə nevrotik reaksiyalara meylli olurlar. Hipermaskulinist kişilərin həyat şüarı belədir: “Təbiət məni güclü yaratmışdır. Təbiətin, biologisınm, antropologiyasmın qanunu be- lədir. Çünki mən erkəyəm”. Belə davramşın ilk simptomları puber- tat yaş dövründə özünütəsdiq amili kimi nəzərə çarpır. Motivləşmə- miş aqressivlik, kobudluq, istənilən anda dava-dalaşa hazırlıq, siqa- ret çəkmə, psixoaktiv maddələrdən istifadə belə yeniyetmələrdə kişi rolunun təsdiqi vasitəsi kimi çıxış edir. Hipermaskuliniv yeniyet- mələr qrupda liderliyə can atır, qəddarlıqları, bəzən vandalist hə- rəkətləri ilə diqqəti cəlb edirlər. Onlar kiçik yaşlı və daha zəif həm- yaşıqları ilə amansız rəfltar edirlər. Evdə istənilən işdən boyun qa- çıran hipermaskulinist yeniyetmələr bunları qadın işi hesab edir ki, bu da onların xarakterində qadınlara ədəbsiz münasibətin formalaş- masına, ailə qurduqdan sonra isə cinsi tərəfdaşı olan qadınma qarşı qəddar davramşın yaranmasmda təzahür edir.

Seksual davranışda primitiv şablon stereotiplər, adətən hiper- maskulinist tipli kişilərin qadını cinsi əlaqəyə məcbur etməsində, buna etiraz etdikdə isə onun döyülməsində təzahür edir. Əgər kişi qadını alçaltmaq və ya qəddar rəftarı ilə həzz almağa çalışırsa, bu seksual sadizm əlaməti kimi qiymətləndirilir.

Hipermaskuliniv davramşın potoloji formalarmm yaranma- sının mühüm amili körpəlik dövründə uşaqda ana ilə və ya qulluq göstərən digər şəxslərlə ilk bağlılıq yaradan taktil və emosional əla- qənin olmamasıdır. Bu, erkən yaşlarda uşaqda aqressiv davranışm, sadizm elementlərinin inkişafına səbəb olur, gələcəkdə isə adətən zorakı həzzalmanm inkişafı üçün əsas yaradır. Daha ağır hallarda sadizm cinsi tərəfdaşa bədən xəsarətləri yetirmə və ya hətta onun ölümünə gətirib çıxara bilər.

Qadınlarda cinsi həyat zamanı hiperfeminist davramşın özün- məxsus təzahürləri və əlamətləri vardır. Bu passivlik, tabeçilik, özü- nü tam təslimetmə, yalnız uşaqlara qarşı deyil, həm də bütün ətraf- dakılara qayğıkeş ana münasibətlərində və evdarlıqda ifadə olunur. Yüksək konformluq, tərəfdaşın istənilən xüsusiyyətlərinə və tələb- lərinə uyğunlaşmaq bacarığı sonralar belə qadınlarda tam asılılıq həddinə çatmış olur.

İşvə-naz etmək, kosmetikayla əylənmək, cəlbedici görünmək üçün daim bəzənmək belə qadmlar üçün xarakterikdir. Cinsi həyat- da onların bütün səyləri və cəhdləri özlərinə zərərli olsa belə, kişini məmnun etməyə, razı salmağa yönəlmiş olur. Onları orqazm az dü- şündürür, onu sevdiyi adama fərəh və məmnunluq, bəxş etmək, psi- xoloji baxımdan razı salmaq sevinci əvəz edir. Bəzi hiperfemin qadınlarda isə, cinsi həyatda davranış ifadəli və davamlı mazoxist elementlərlə çulğalaşmış olur. Onlar təbiətən qadın kimi doğulduq- larından və bu onlarxn taleyi olduğu faktı ilə banşırlar.

Sadizmdən fərqli olaraq mazoxist tendensiya və ustanovkalann formalaşmasmın əsasını uşaqlıq dövrünə ana ilə əlaqələrin zəif olması deyil, əksinə, hədsiz himayə və əzizləmə təşkil edir. Həm kişilərdə, həm də qadmlarda hiperrol davranışı seksual təəssüratları kəskin- ləşdirir, cinsi yaxınlıqdan daha tez həzz almaya təhrik edir. Hiperrol davramşı adətən patologiya deyil, normanın üstün variantı, cinsi rolım güclənməsi kimi qiymətləndirirlir. Belə hallar ərlə arvad arasmda davamlı tərəfdaş münasibətlərinin yaranmasını çətinləşdirir, seksual disharmoniyaya, cinsi uyğunsuzluq və münaqişələrə səbəb olur. Belə hallarda psixoterapevtik korreksiyaya ehtiyac yaranır.

  1. Ailə-məişət zorakılıqları sosial-psixoloji problem kimi

Tarixən bütün cəmiyyətlərdə və bütün ailələrdə müxtəlif forma- larda zorakıhq hallanna təsadüf olunmuşdur. Ailə zorakılıqlanmn tarixi köklərinə qədim əlyazma və səlnamələrdə, nağıllarda və das- tanlarda təsadüf olımur. Şifahi xalq ədəbiyyatımn bir çox janrlannda insanın insana qarşı zorakxlıq hallarım təqdir edən misallara heç də az təsadüf olunmur. “Dövülməyən düyüdən aş oltnaz”, “Vaxtmda qızmı döyməyən sonradan dizini döyər” və s. misallar da ailə-məişət zorakı- Iığı hallannm tarixən mövcudluğu təsdiqlənir. C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”ndakı Xudayar bəy rəzil, qəddar və amansız bəy tipi kimi təsbit edilmiş, onun “zoğal dəyənyi” fıziki zora- kılıq aləti kimi yaddaşlarda əbədi iz buraxmışdır.

Hər il 25 noyabr tarixi bütün dünyada “Qadxn zorakıhğma qarşı mübarizə günü” kimi qeyd edilir.

Yaşadığımız müasir sivil cəmiyyətdə də ailə-məişət zorakılı- ğı ciddi sosial problem kimi qalmaqdadır. Ailədə zorakıhğa, əsasən qadınlar və uşaqlar məruz qalırlar. Zəmanəmizdə də kişilərin qadxn- lara qarşı zorakılığının fiziki, psixoloji, emosional seksual və iqti- sadi formaları geniş yayılmışdır. Ailə zorakılığının ən geniş yayıl- mış forması fıziki zorakılıqdır. Əksər kişilər ən kiçik, cüzi səbəb- lərdən belə, öz qadxnlarına qarşı zorakılığa əl atır, buna onları təzyiq

ııllıııda saxlamağın və qadın üzərində öz gücünü nümayiş etdirmə- yin təsirli vasitəsi kimi baxırlar. Cəmiyyətimizdə Ü.Hacıbəyovun “Məşədi İbad”ımn proobrazı olan kişilərə heç də az təsadüf olun- mur. Döymə, zorlama, bıçaq yaraları və s.kimi dəhşətli və bağışlan- ınaz hadisələr ailə münasibətləri ilə bir araya sığmazdır. Cəmiyyət- də zorakılığın olması həmin cəmiyyətdə sağlam mənəvi-psixoloji iqlimin olmadığma və gender bərabərsizliyinin hökm sürdüyünə işarədir. Ailə-məişət zorakılığından yalmz döyülən qadın və döyən kişi əziyyət çəkmir, bu cür hadisələr ailənin digər yaşlı üzvlərinə və ıışaqlara da sarsıdıcı təsir göstərir, onların psixoloji travma almasına səbəb olur. Öz arvadlarım döyən bir çox kişilərin aqressiv davranı- şının kökündə çoxsaylı səbəblər durur. Bunlardan ən başhcası ailə tərbiyəsi işinin düzgün olmamasıdır. Onlar kiçik yaşlarında öz ailələrində atalarının analarına qarşı belə zorakı səhnələri ilə qarşılaşdıqlarına görə belə halı vacib və yol verilən davranış forması kimi qəbul edir və sonralar, müstəqil ailəyə sahib olduqdan sonra belə davranışı imitasiya edirlər. Onlar belə hesab edirlər ki, qadm kişinin təbii üstünlüyü faktı ilə qeyd-şərtsiz razılaşmalıdırlar. Qadmlara qarşı zorakılığa rəvac verən sosial təzyiqlər, xüsusən, adət-ənənlər, milli stereotiplər yaşadıqca problemin həlli qeyri- mümkündür.





Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin