Təkrar nikaha daxil olan şəxslərin yaş fərqinə görə:
tərəfdaşlarm həmyaşıd olduğu və ya birinin digərindən yaş fərqinin əhəmiyyətsiz olduğu təkrar nikahlar;
tərəfdaşlardan birinin digərindən xeyli böyük (10 yaşdan çox) olduğu şəxslərin nikahı.
Yuxarıda qeyd olunan təkrar nikahların hər bir tipində yeni ailə üzvlərinin üzləşə biləcəyi spesifık çətinliklər kompleksi vardır. Həmin çətinlikləri aşağıdakı kimi qruplaşdırmaq olar:
rol bölgüsünün və ya rol davramşınm qeyri-müəyyənliyi səbəbinə görə yaranan çətinliklər (nikah tərəfdaşı və ya yeni ailəyə daxil olan uşağın əvvəlki rolunu itirməsi)
ailədə ünsiyyət dili də daxil olmaqla ümumi ənənə və nor- maların olmaması;
yeni ailənin qahumluq sərhədlərinin qeyri-müəyyənliyi ilə əlaqədar yaranan çətinliklər. Əvvəlki qohumlarla yeni nikah qo- humluğunu təmsil edən şəxslər arasında münasibətlərin xarakterin- dən asılı olaraq meydana gələn çətinliklər;
övlad-valideyn qarşılıqlı münasibətlərindən, o cümlədən doğma və ögey valideyn və uşaqlar arasmda münasibətlərindən irəli gələn çətinliklər;
təkrar nikahdan sonra əwəlki nikahla bağlı problemlərin tam həll edilməməsi səbəbindən irəli gələn çətinliklər.
Təkrar nikaha daxil olan tərəfdaş cütlüklər adətən əwəlki ni- kahın uğursuzluğunun təsiri altında olur və sevginin mövcudluğuna inanmırlar. Onlar məhəbbəti əbədi, romantik duyğular kimi deyil, praqmatik nöqteyi-nəzərdən qiynətləndirməyə üstünlük verirlər. Təkrar nikah əsasında yeni ailə yaratmaq ərətəsində olan insanlar hər şeyi ölçüb-biçir, bir-birinin ləyaqətini və qüsurlannı, maraq və təlabatlarının uyğunluğunu nəzərə alaraq qərar qəbul edirlər. Bu zaman birincisi, əwəlki nikah tərəfdaşında təsadüf olunan qüsur və nöqsanlar qəbul edilmir. İkinci, təkrar nikahın əsasında heç də ilk nikahdakı kimi emosional coşğunluq və sevgi ehtirasları deyil, şüurlu simpatiya dayanır. Əvvəlki uğursuz nikah təcrübəsi yeni ailə yaratmaq istəyində olan şəxsləri daha adekvat, münasib tərəfdaş seçməyə, daha düşüncəli və taktiki olmağa vadar edir. Məsələn, birinci nikahda oiarkən hədsiz emosİonal, öztinə qarşı daim diqqət və qayğı tələb edən xanımı olan ayrılmış kişi yeni nikah üçün daha sakit təbiətli və ciddi qadın seçməyə üstünlük verir. Keçmiş əri zərərli vərdişlərə düçar olmuş qadın yeni nikahda sakit və zərərli vərdişlərə aludəçiliyi olmayan, ailəsinə bağh olan kişi ilə təkrar nikaha can atır. Həm kişilər, həm də qadınlar təkrar nikahlar zamanı müəyyən şəxsiyyət anomaliyaları, psixi problemləri(nevrotik təza- hürləri, ifadəli frustrasiya kompleksləri və s.) və ya patoloji şəxsiy- yət əlamətləri olan şəxslərlə nikaha daxil olmaqdan çəkinirlər. Birinci nikahın pozulmasına səbəb olmuş hər hansı xüsusiyyətin da- şıyıcısı olan şəxs təkrar nikah üçün, adətən, tərəfdaş olaraq qəbul edilmir. Çünki belə şəxslərlə nikah ailə həyatında münasibətlərin yenidən gərginləşməsinə, dərin və davamlı ziddiyyətlərin meydana gəlməsinə səbəb ola bilər. Əgər yeni nikaha daxil olan şəxslərin əvvəlki nikahdan uşaqları varsa, bu, ər-arvad məhəbbəti ilə valideyn məhəbbəti cirasında ziddiyyətlərə səbəb olur. Təkrar ııikahlarda müəyyən psixoloji maneələr də özünü göstərir. Bəzən yeni cütlük- lər əvvəlki nikah tərəfdaşını yenisi ilə müqayisə edərkən, yaml- dıqları, əwəlki ərinin və ya arvadının daha yaxşı olduğu, onunla daha xoşbəxt olduğu qənaətinə gəlirlər. İstər - istəməz ailədə yara- nan mürəkkəb vəziyyətlərdə ailə cütlükləri özlərinin keçmiş dav- ranış tərzlərini gizlədə bilmir, əvvəlki neqativ vasitələrə, metod və vərdişlərə istinad edirlər. Bəzən isə əksinə, əvvəllər ərlə-arvad boş şeylərin üstündə bir-biri ilə mübahisə edirdilərsə, yeni ailədə hətta prinsipial məsələlərdə bir-birinə güzəştə gedirlər. Əgər əwəlki ai- lədə səliqə - səhman lazımi səviyyədə deyildisə, yeııi ailədə təmizlik işlərinə ifrat dərəcədə yüksək diqqət yetirilir. Əgər əvvəlki ailədə mənzilin qapıları qohum - əqraba, dost-tamş üçün açıq idisə, yeni ailə qapalı yaşamağa üstünlük verir.
Təkrar nikahlar əsasmda yeni ailə quran cütlüklər problemlə- rin yaranmaması üçün ilk növbədə nİkah ərəfəsində bir-birləri ilə hər şeyi açıq müzakirə etməli, bir-birləri qarşısında səmimi olmalı, heç nəyi gizlətməməlidirlər.
tkinci nikah həyatda riskli addımdır və onu xüsusi olaraq qorumaq lazımdır. İkinci dəfə ərə getmək qadın üçün çox mürəkkəb və taleyüklü məqamdır. O, yeni ərinin qəlbinə açar tapmaqda məha- rətli olmalı, özünü ona sevdirməyi bacarmalıdır. Burada yeni nika- hın İik illərinə psixoloji uyğunluq birinci yerdə durur.
Beləliklə, qeyd etmək olar ki, təkrar nikalı ilk nikahla müqayi- sədə insan davranışında daha düşünülmüş aktdır. Bir qayda olaraq təkrar nikahlar ilk nikahlarla müqayisədə həyata daha çox praqmatik yanaşmanın güclənməsi ilə fərqlənir. Təkrar nikahlar nəticəsində insanın şəxsi həyatında ətraf aləmlə əlaqələr mürəkkəbləşir ki, bunu da yeni ailə yaradarkən hökmən nəzərə almaq olduqca vacibdir.
Təkrar nikahların motivləri nə ilə şərtlənir, nə üçün insanlar yeni ailə qurmaq istəyiııdə olurlar? İnsanlar, görəsən, yeni nikah- larda nə axtarırlar? Bu suallara cavablar ilk nikaha münasibətdən asıhdır. Aydındır ki, insanlar nikaha daxil olmaqla daha xoşbəxt və fıravan gələcək qumıaq arzusunda olurlar. Gənclik illərində baş qal- dıran məhəbbət insanları aİlə qurmağa, səadətə qovuşmağa təhrik edir. Romantik arzulai' və xəyallar ilk nikahda özünü doğrultmadıq- da və ya cütlüklərdən biri Iıəyatdan vaxtsız getdikdə, xüsusilə birinci nikah uğursuz olduqda təkrar nikah motivi insanları yenidən ailə yaratmağa yönəldir.
Psixoloqlar təkrar nikahların motivlərinin çoxcəhətliyini nə- zərə olaraq onlan üç böyük qrupa ayırırlar: Emosional səviyyədə məhəbbətə olan təlabatın təmin olunmaması;
Ruhi məmnunluq və konforta nail olmaq cəhdi;
Maddi cəhətdən məişət şəraitinin yaxşılaşdırılmasma olan təlabat.
Yeni ailənin yaradılmasına təhrik edən aparıcı motivləri və həyati vacib təlabatları nəzərə almaqla, təkrar nikahlarda şərti olaraq bir neçə cəhəti fərqləndirmək olar:
boşanmış orta və ya yaşlı kişinin daha gənc, subay və uşaq- sız qadınla nikahı;
uşaqlarımn ana himayəsində qaldığı boşanmış kişinin boşan- mış bir və ya bir neçə uşağı olan qadınla nikahı;
dulların nikahı;
qayıdan və yenidən bərpa edilən nikahlar;
Bütün təkrar nikahlar zamam yeni yaranan ailədə cütlüklərin normal münasibətlərinin qurulmasına mane olan bir sxra çətinliklər özünü göstərir:
tanışlıq və birgə həyatın başlanğıc mərhələsində utancaqlıq və sıxıntı;
əwəlki nikahda cütlüklərin aldığı travmanxn yeni nikahda da təkrarlana biləcəyi qorxusu;
başqa kişi ilə (qadınla) münasibətlərə görə, əwəlki nikahdan olan uşaqlar qarşısında günah hissi;
valideynlərin və ya onlardan birinin yeni münasibətlərinin uşaqlar tərəfındən qəbul edilməməsi qorxusu.
Adətən, valideynlərdən biri vəfat etdikdən sonra onlardan bi- rinin başqa kişi ilə (qadınla) təkrar nikaha daxil olmasını ilk ni- kahdan olan uşaqlar qəbul edə bilmir və bunu xəyanət kimi qiymət- ləndirirlər. Təkrar nikahların hamısmda müxtəlif problemlərin mey- dana çıxması təbiidir və bu yeni ailənin psixoloji iqliminin forma- laşmasında önəmli amildir. Ailədə ər-arvad, uşaq -valideyn və digər yarımstrukturlar ailənin psixoloji mühitini şərtləndirir. Təkrar ni- kahlarm hər bir tipinin yaratdığı problemlər özünəməxsus xüsusiy- yətləri ilə seçilir. Ona görə də hər bir tipi ayrılıqda nəzərdən ke- çirmək məqsədəuyğun olar. Boşanmış kişinin subay gənc qadınla nikahı.
Belə cütlüklər arasında əwəllər yaranmış sevgi əlaqələri kişi- nin əwəlki ailəsinin dağılmasına səbəb olan əsas səbəblərdən biri hesab edilir. Kişinin tamş olduğu gənc subay qadmla nikahdankənar əlaqələri əwəlki ailədə söz-söhbətə və münaqişələrə səbəb olur. Ai- lənin xanımı və uşaqlar atanın bu hərəkətini xəyanət kimi qiymət- ləndirir, qadın ərinin artıq onu sevmədiyi, başqasına dəyişdiyi qəna- ətinə gəlir. Ailədə davamlı münaqişələr başlayır və nəticədə kişi ai- ləsini tərk edir və yeni həyata başlayır. Gənc, subay qadını kişinin təcrübəsi, biliyi, ictimai vəziyyəti və maddi imkanları cəlb edir. Zəif xarakterli gənc və subay xanım belə hesab edir ki, məhz belə bir kişi onu xoşbəxt etmək iiçün hər şeyə sahibdir. Belə təkrar nikahlar za- manı ailənin gəiəcək vəziyyəti gənc qadının sosial yetkinliyindən, avtonom mövqeyindən və ailə başçılığına olan iddiasından asılı olur. Bəzən bu tip təkrar nikahlar nəticəsində uşağa sahib olan gənc xanım öz mövqeyini möhkəmləndirməyə, ərinin davranışındakı ən kiçik qüsurları qabartmağa və onu yüksək tənqidi baxımdan qiymət- ləndirməyə təşəbbüs göstərir. Əksər hallarda belə təkrar nikahlar əsasmda qurulan ailələrdə psixoloji əsintilər qaçılmaz olur. Gənc xammın öz rəfiqələri və həmyaşıdları ilə ünsiyyətini ər qısqanchqla qarşılayır. Ərin əwəlki nikahdan olan uşaqlarına aliment ödəməsi, hər hansı maddi dəstəyi və ya onlarla görüşməsi gəric xanım tərə- findən narazılıqla qarşılanır. İntim münasibətlərin də təkrar nikahlar zamam qalmaqallara səbəb olması riski heç də az deyil. Yaşlı kişi gənc və iddiah xanımın seksual təlabatlarım təmin edə bilməməsi, tədricən onun cinsi fəallığmın zəifləməsi gənc qadımn açıq və ya gizli narazılığına səbəb olur. Əwəlki nikahdan uşaqları olan boşanmış qadının təkrar nikahı.
Əksər hallarda belə təkrar nikahlar boşanmış cütlüklər arasın- da baş verir və onlar arasında yaş fərqi o qədər də əhəmiyyətli olmur. İlk nikahdan narazı olaraq boşanmış qadın və ya kişi yenidən nikaha daxil olaraq bu dəfə hər şeyin daha yaxşı olacağına ümid bəsləyir. Onların hər ikisi artıq ailə təcrübəsinə malikdirlər. Lakin ilk nikahın pozulmasına səbəb olan neqativlərin yeni nikahda tək- rarlanmayacağına kifayət qədər zəmanət olmadığından, habelə tə- rəflərin əvvəlki nikahdan uşaqlarımn olması yeni ailənin yarım- struktrunda “valideyn-övlad” və “övlad-övlad” tipli münasibətlərin xarakterinin mürəkkəb olması ilə səciyyələnir. Tərəflər arasında uşaqlara, uşaqların isə valideynlərə münasibətində ögeylik -doğ- malıq tipli nıünasibətlərin yaranması ehtimalı yüksək olur. Ona görə də, psixoloqlar bu tipli təkrar nikahları daha çox problemli nikah hesab edirlər. Ərin arvadınm, arvadın isə ərinin birinci nikah- dan olan uşaqlarını qəbul etməsi, onlarm tərbiyəsi və münasibət məsələsi xeyli dərəcədə ailə münasibətlərinin xarakterinə və bu əsasda formalaşan ailədaxili psixoloji iqlimə təsirsiz qalmır. Bu tipli təkrar ailə ittifaqı cütlükləri ilk nikahdakı ailə rollarından fərqli olaraq, yeni tipli ailə rollarına uyğunlaşmaq zərurəti qarşısında qoyur. Atalıq və analıq rolları yeni cütlüklər üçün “ogey ata” və “ögey ana”, uşaqlar üçün isə yeni sosial rollar kimi qarşıya çıxır. “Atalıq” rolu kişi üçün yeni ailədə çətin mənimsənilən rollardan biridir. Təkrar nikaha daxil olan əwəlki nikahdan uşaqları olan səbrsiz qadınlar yeni ailə həyatınm ilk günlərindən ərindən onun uşaqlarına doğma uşaqları kimi münasibət bəsləməsini, onların tərbiyəsi ilə məşğul olması məsələsini təkidlə qarşıya qoyur. Ərin hər hansı soyuqqanlı və ya gecikmiş münasibəti qadının incikliyinə səbəb olur. Bundan həyəcanlanan ana ərini onu sevməməkdə, ilk ta- nışlıq zamanı onun uşaqlarına doğma münasibət bəsləyəcəyi barədə verdiyi vədə əməl etməməkdə, eqoizmdə günahlandırır. Ərinin ögey övladlara qarşı münasibətini ana daim ehtiyatlı olmaqla, doğma uşaqlarım daim açıq və ya gizli himayə etməyə səy göstərməklə qoruyub saxlamağa üstünlük verir.
Birinci nikahdan uşağı olan və uşaqları ata ilə birgə yaşayan kişi ilə yeni nikaha daxil olan qadının vəziyyəti xeyli mürəkkəb olur. O, real olaraq yad uşağın anası olmalı, onun bütün qayğılarmı öz üzərinə götürməlidir. Həyati müşahidələr göstərir ki, oğlanlar və qızlar “yeni ata”ya nisbətən asanlıqla uyğunlaşdıqları halda, ogey ana ilə münasibətlər xüsusən uşaqlar yeniyetmə yaşında olduqda xeyli mürəkkəbləşir. Ögey anaya neqativ münasibət daha çox qızlarda müşahidə olunur. Hər hansı bədbəxt hadisə nəticəsində və ya xəstəlikdən ana vaxtsız vəfat etdikdə və ideallaşdırıldıqda istə- nilən halda atanın evə yeni qadın gətirməsi uşaqlar tərəfindən xəya- nət və satqınlıq kimi qiymətləndirilir. Müasir ögey anaların heç də hamısı doğma olmayan uşaqlara qarşı qəddar olmasa da, ögey ana- nın qəddar obrazı haqqında stereotiplər çoxdan formalaşmışdır. Ögey ananın doğma olmayan uşaqlara münasibətinə adətən insanlar uşaqların gözü ilə qiymət verirlər. Lakin ögey ananın əsl dramatik həyatını bir çox hallarda himayədə qalan uşaqların qohum-əqrabası mürəkkəbləşirlər. Bu baxımdan Azərbaycan bədii filmi olan “Ögey ana”dakı Dilarə obrazım xatırlamaq kifayətdir. Onun İsmayıla ver- diyi tərbiyəni və münasibətini heç də “ögey ana” kontekstindən qiy- mətləndirmək olmaz.
Ögey ata və ya ana ilə doğma olmayan uşaqlar arasında mü- rəkkəb qarşılıqlı münasibətlərin yaranmasmda uşaq psixikasının xüsusiyyətlərinin də təsiri az deyildir. Uşağın qısqanclığı, hədsiz nadincliyi, tələblərə əməl etməməsi, dikbaşhğı, kobudluğu, ərkö- yünlüyü və s. də vəziyyəti gərginləşdirən amillərdir. Doğma ata və ya anasına hədsiz məhəbbəti olan uşaqlar onları əvəz edən şəxslərə qarşı ona görə qiyamçı mövqedə dururlar ki, onların yerini başqa yad bir adam tutmuşdur.
Ögey ata və ananın uşaqla münasibətində çox böyük səbr və dözüm tələb olunur. Ailənin dağılmasına səbəb olmuş valideynlərin dava-dalaşı, boşanma və bunun nəticəsində uşağın kiminlə birgə qalacağı məsələsi ilə bağlı seçim qərarmı qəbul etməsi am uşaqların psixi travma almasına səbəb olan risk amilləridir. Ona görə də, ögey ata və ya ana bu cəhəti nəzərə alaraq yeni nikahlar zamanı ögey uşaq- lara qarşı hədsiz diqqətli olmalı və uşaqlarm ruhunu zədələmiş bu yaraları müalicə etməyə çalışmalıdırlar. Bundan sonra tədricən uşağm məhəbbətini qazanmaq üçün zəruri addımlar atmaq gərəklidir.
İnsanlarm bir-birinə uyğunlaşması zaman tələb edən uzun- müddətli prosesdir. Ona görə də, ögey valideynlər uşaqlara öz hiss- lərini ifadə etməyə imkan yaratmalı, onları gəzintiyə, bayram şən- liklərinə aparmalı, doğma uşaqlan ilə ögeylər arasında seçkintili hallara yol verməməlidirlər. Uşağın doğma valideynlərinə olan sev- gisinə qısqanclıqla yanaşmaq olmaz. Uşağın tərbiyəsində mülayim və “yumşaq” tərbiyə metodlarından istifadə etməklə tədricən onların sevgisini qazanmaq mümkündür.
“DuIIarın nikahı”adlandırılan təkrar nikahlara boşanmışların nikahma nəzərən daha az təsadüf olunur. Boşanan tərəflərin təkrar nikahım və yeni ailəsinin həyatına əngəl olan amillərdən biri ayrılan tərəflərin həyatda olması ilə bağlıdırsa, dulların təkrar nikahında bu hal xarakterik deyildir.
Cütlüklərdən birinin vaxtsız ölümü nəticəsində tək qalan kişi və qadın yenidən nikaha daxil olaraq yeni ailə yaradırlar ki, bu da “dulların nikahı” adlanır. Əksər hallarda öz ilk ərinə hədsiz sevgi bəsləyən qadınlar əri vaxtsız həyatdan getdikdə belə, yeni nikaha daxil olmaq istəyindən uzaq olur və uşaqlarını təkbaşına bö- yüdürlər. Kişilərin əksəriyyəti isə bir müddət sonra tək yaşamağın mümkünsüzlüyü və uşaqlara qulluqla bağlı çətinliklər ucbatlndan yeni nikaha daxil olmaq məcburiyyətində olurlar.
Əwəlki nikahdan uşaqları çox olan dul qadmm yenidən ailə qur- maq şansı xeyli aşağı səviyyədə olur. Atası ölmüş uşaqlarm anası ilə təkrar nikaha daxil olan dul kişinin yeni ailəsində tərəflərin ögey və doğma uşaqlarmm olması əksər hallarda münasibətlərin gərginliyinə və mürəkkəbləşməsinə səbəb olur. Atalığm doğma atam, analığın isə doğma ananı əvəz etməsi psixoloji baryerə çevrilir. Doğma ata və ya ana həyatda olmadıqlarma görə onlarla bir daha görüşmək ehtimalınm olmaması uşaqlan əlacsız vəziyyətə salır və onlan istər-istəməz “ögeylərin” nüfıızunu qəbul etmək məcburiyyətində qoyur.
“Dullarm nikahı” adlanan təkrar nikahlar zamanı yeni cüt- lüklər reallıqla barışmalı, bütün səylərini yeni ailənin qorunub sax- lanılmasına yönəlməlidirlər. Cütlüklər bu cəhəti, xüsusilə, nəzərə al- malıdırlar ki, keçmiş həyatları nə qədər xoşbəxt və fıravan olmuşsa belə, onu qaytarmaq və ya bərpa etmək artıq mümkün deyildir. Yeni ailə yaradan cütlüklər keçmiş ailə həyatlarmı ideallaşdırmaq, tez-tez bir-birlərinin yanında nostalji hisslərə qapılmaq təşəbbüslərindən uzaq olmalıdırlar.