Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə100/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Etnik qarışıq ailə -çoxmillətli cəmiyyətin ən kiçik hissəsidir. Məhz bu cür ailədə millətiərarası qarşılıqlı münasibətlərin bütün çətinliyini aydın formada görmək mümükündür. Təsadüfı deyil ki, millətlərarası münasibətlər fonnasını tədqiq edən alimlər əksər hal- larda onları milli qarışıq ailə nümunəsində nəzərdən keçirməyi məq- sədəyğun hesab edİrlər. Belə ki, bu cür ailələrdə etnik münasibətlər xüsusilə qabarıq şəkildə özünü büruzə verir. Bu cür ailələrdə etnik qrupların müxtəlif mədəni xüsusiyyətləri mikro səviyyədə nəzərdən keçirilir. Həm ailənin sabitliyi, lıəm də sonrakı nəslin xarakteri onları ağılh və düzgün şəkildə uyğunlaşdırmaqdan asıhdır. Məhz bu ctir ailələrdə mədəniyyətlərarası dialoqun əsası qoyulur, yaxud əksinə, millətçiliyə səhəb olan mənfl stereotiplər formalaşır. Həm monoetnik ailəyə, həm də emik qarışıq ailəyə təkcə xarici faktorlar deyil, həm də daxili faktorlar təsir edir. Lakin etnik qarışıq ailədə onlarm təsiri ailə üzvlərinin müxtəlif etnik mədəniyyətə mənsub- luğu səbəblərindən daha güclüdür. Beləliklə, ailənin stabilliyinə və birliyinə bir qrup amillər təsir göstərir.

Etnik qarışıq nikahlar dünyanın bir çox ölkələrinə, bütün qi- tələrə yayılmışdır. Məsələn, Moskvada 1998-2002-ci illər arasında orta hesabla dünyanın 88 ölkəsinin nümayəndələri ilə nikah bağ- lanmışdır ki, bunlar arasında əsas yeri ABŞ, Əfqanıstan, Suriya, Türkiyə, Yuqoslaviya, Böyük Britaniya, İsrail, Banqladeş və s. tutur. Qarışıq nikahların yayıldığı ərazilər və dövlətlər üçün dəqiq sərhədlər yoxdur və bu konkret nikah aktivliyindən və ayrı-ayrı fərdlərin şəxsi seçimindən asılıdır.

Müasir sosioloji tədqiqatlar sosiuma təsir göstərən iki başlıca tendensiyam xüsusi qeyd edirlər. Bunlardan biri fərdin müəyyən do- minant etnosun təsiri altında digər etnos və ya etnoslarm milli xü- susiyyətlərinin tam və ya qismən assimilyasiyası, digəri isə etnos- lararası inteqrasiyanm güclənməsidir. Etnik assimilyasiya hər han- sı bir etnosun milli-etnik xüsusiyyətlərinin tədricən sıxışdırılaraq onların itməsinə, səbəb olursa, etnoslararası inteqrasiya isə ək- sinə, müxtəlif millətlərdən olan insanların ünsiyyəti və mövcudluğu üçün normal şərait yaradır. Etnik assimilyasiya nəticəsində sıxış- dırılan hər hansı bir etnos dəyişikliyə və ya deetnikləşməyə məruz qalır ki, bunun da təsiri ilə etnos məxsusi milli və mədəni xüsusiy- yətlərindən tədricən uzaqlaşır. Bu isə öz növbəsində cəmiyyətdə si- yasi və sosial proseslərə təsirsiz qalmır, həm fərdi, həm də bütöv- lükdə neqativ sosial nəticələrə gətirib çıxanr.

Fərdin millətlərarası inteqr;ısiyası prosesi müasir qloballaşan cəmiyyətdə güclü meyllərdən biridir. Bu prosesdə milli özünütəsdiq və aktuallaşdırma, öz etnosu ilə sıx psixoloji və mədəni əlaqələrin güclənməsi də baş verir.

Müasir açıq cəmiyyət həyatmda etnik qarışıq nikahlarm sayı durmadan artır. Polietnik cəmiyyət olan müasir sivilizasiya gender qarşılıqlı təsirinin çoxcəhətli formalarınm meydana gəlməsinə güclü stimul yaradır. Etnik qarışıq nikahlar nəticəsində doğulan uşaqların etnik özünüidentifıkasıyası hazırda ciddi bir problemə çevrilmişdir. Belə ailədə doğulan uşaqlar həyatlarının ilk günlərindən polietno- mədəni məkana düşürlər ki, bunun nəticəsinə marginal şəxsiyyətlər yetişir. Etnik qarışıq ailələr fərdin etnik özünüidentifikasiyasının və etnomədəni təcrübənin ötürülməsi mexanizmlərinin formalaşma- sının vacib amili və gənclərin sosializasiyasının mühüm institutla- rından biridir. Məhz ailə əhatəsində uşaq ilk dəfə mənsub olduğu cəmiyyəti, etnosu, habelə öz etnik və dini mənsubiyyətini dərk edir, valideynlərinin hansı dildə danışdığını, hansı adət və ənənələrə malik olduğunu anlayır və buna təbii olaraq uyğunlaşır.

Polietnik tərkibli cəmiyyətdə müasir ailələr, xüsusən, etnik qanşıq nikaha əsaslanan ailələr bir sıra etnomədəni ənənələrin təsi- rinə məruz qalır. Etnik qarışıq tərkibli ailələrdə hansı etnosım domi- nant mövqeyə malik olması həmin ailələrdə böyüyən uşaqlarm sosio və etno mədəni inkişafına birbaşa təsir göstərir. Ananın və ya atanın mənsub olduğu emik xüsusiyyətlərindən hansıların uşaqlann etnik identifikasiyasının formalaşmasına təsiri isə problemli məsələdir.

ABŞ sosioloqu E.Hiddens qeyd edir kİ, Birləşmiş Əmirlikdə doğulan Cənubi Asiya mənşəli uşaqlar iki müxtəlif mədəniyyətin tə- siri altına düşürlər. Ailədə onların valideynləri əmin olur və ya tələb edirlər ki, qarşılıqlı hörmət və əməkdaşlığa, ailəyə sədaqət prinsip- lərinə əməl etsinlər. Məktəbdə isə onlar fərdiyyətçilik və rəqabət prinsiplərinin hakim olduğu ictimai mühitdə uğur qazanmağa təhrik edilirlər. Onların əksəriyyəti öz məişət həyatını etnik subkultura çər- çivəsində qurmağa üstünlük verir, ənənəvi ailə dəyərləri ilə yaşama- ğa uyğunlaşdırılırlar. Lakin burada da Britaniya mədəniyyətinin təsirindən yaxa qurtarmaq mümkün deyil. Hər iki cinsdən olan Cənubi Asiya mənşəli gənclər onların nikahlanmn nə dərəcədə münasib olduğu ilə bağlı məsləhətləşmələr tələb edirlər.

Tarix boyu Azərbaycan cəmıyyətində qarışıq nikahlara və ailələrə münasibət birmənalı olmamışdır. Tarixi mənbələrin təhlili göstərir ki, ötən əsrin 20-ci iilərinə qədər bu nikahlara, xüsusən mü- səlman olmayan kişilərlə azərbaycanlı qadınların nikahına ruhanilər, ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri əsa- sən mənfi münasibət bəsləmişdir və indi də belədir. Cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq, etnik qarışıq nikahlara miinasibət zaman keçdikcə dəyişmiş, milli qarışıq ailə institutu XX əsrdə bütün keçmiş SSRİ regionunda, o cümlədən Azərbaycanda da, geniş vüsət almışdır. Buna hüquqi nikah qadağalarımn ləğvi ilə yanaşı, eyni za- manda milli qarışıq nikahlara ictimai baxışın dəyişməsi, kütləvi miqrasiyalar da səbəb olmuşdur. XX əsrdə Azərbaycan ailəsi mövzusunda elmi tədqiqatlar aparan Q.Qeybullayev evliliklərdə di- ni və milli amillərin zaman keçdikcə əhəmiyyətinin itdiyini xüsusi olaraq vurğulayırdı. İkinci dünya müharibəsi illərində və ondan son- rakı dövrdə milli qarışıq nikahların sayı surətlə artmağa başladı. Bu dövrdə bağlanan nikahların ümumi sayınm kəskin azalması fonunda milli qarışıq nikahların sayının artması mütəxəssislərin diqqətini cəlb edirdi.

1991-ci ildən, yəni Azərbaycan milli müstəqillik qazandıqdan sonra qeyri-millətlərlə nikaha girən azərbaycanlıların sayında artım müşahidə olunmuşdur. Bunu son 5 ilin statistikasından da izləmək olar. Ədliyyə Nazirliyinin Respublika Vətəndaşlıq Vəziyyəti Aktları Arxivinin məlumatına görə, 2005-ci ildə ölkədə qeydə alınan 71619 nikahdan 1134-ü azərbaycanhlarla xaricilər arasmda bağlamb. 2006-cı ildə bu cür nikahlarm sayı 1476, 2007-ci ildə 1707, 2008-ci ildə isə 1855 olub. 2009-cu ildə isə Azərbaycanda qeydə alınan 78073 nikahdan 2221-i əcnəbilərlə bağlanmışdır. Son 4 ili müqayisə etsək, əcnəbilərlə bağlanan nikahlarm artımı 745 fakt çoxalmış, 1999-cu il illə müqyisədə isə iki dəfə çox olmuşdur. Bu rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda hər 39 nikahdan 1-i əcnəbi ilə bağlanır. Əksər hallarda əcnəbi ölkə vətəndaşları ilə bağlanan nikahlar çox keçmədən iflasa uğrayır, boşanma ilə nəticələnir. Bir fakta nəzər yetirək:


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin