Elmı redaktor: Rəyçilər: H.Ə.Əlizadə



Yüklə 0,8 Mb.
səhifə96/123
tarix13.05.2022
ölçüsü0,8 Mb.
#57770
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   123
Çələbiyev Ailə Psixologiyası KI

Şəkil 12.
Qadmların əksəriyyəti ailədə ərləri tərəfındən onlara qarşı yönəlmiş ilk şiddət və zorakılığı, adətən, bağışlamağı üstün hesab edir və düşünürlər ki, bu sonuncu haldır və əri bir daha belə hala yol verməyə- cəkdir. Ailədə uşaqlar olduq- da, vəziyyət daha da mürək- kəbləşmiş olur. Zorakılıq fak- tına liberal münasibət bəsləyən qadınların əksəriyyəti öz taleləri ilə barışaraq bana adət edirlər (“Kişi adamı döyər də, söyər də”) Belə qadınlar üçün aşağı özünü- qiymətləndirmə və yaranmış vəziyyətdən çıxılmazlıqla barışmaq xarakterikdir. Aydmdır ki, ailədə yaranan münaqişə və problemlər-

dən çıxış yolu heç də zorakı vasitələr ola bilməz. Çıxılmaz, böhranlı həddə çatmış vəziyyətdən sivil çıxış yolu qəddar tərəfdaşla birgə yaşayış yox, boşanma ola bilər. Qadına mütəmadi olaraq əl qaldıran kişi əslində öz xanımına qarşı sevgisini itirmiş bir şəxsdir, heç vaxt öz-özünə islah olunmayacaq, onun yenidən tərbiyəsi isə mümkün deyildir. Statistikaya görə, 2010-cu ildə Azərbaycanda 109, 2011-ci ildə isə 135 nəfər qadın ailə-məişət zorakılığınm qurbanı olmuşdur.

Psixoloqlann qənaətinə görə, zorakılığın baş verdiyi hər bir konkret fakt ayrıca təhlil edilməlidir. Zorakıhq, heç şübhəsiz, xoşagəlməz bir qəbahətdir və bunun baş verməsində hər iki cütlük günahkardır. Zorakı münasibət modeli normal ailə üçün heç vaxt norma hesab oluna bilməz.

Ailədə zorakılığın daha çox təsadüf olunan təzahür formala- rından biri psixoloji zorakılıqdır. Psixoloji zorakılıq dedikdə, ailə- də qadının kişi tərəfındən təcrid edilməsi və alçaldılması başa düşü- lür. Kişi daimi tənqid, təhqir, nifrət və alçaldıcı hərəkətləri ilə qadı- nın sosial əlaqələrini və əhatəsini tədricən məhdudlaşdırır, ona qarşı kəskin qadağalar, öz valideynləri ilə görüşməsinə, telefonla əlaqə saxlamasına, ata-anasına baş çəkməsinə məhdudiyyətlər qoyur və ya tamamilə qadağan edir. Təcrid olunan qadm kənardan dəstək almaqdan məhrum olur və onun ünsiyyətə daxil olmaq məcburiyyə- tində qaldığı yeganə şəxs onu incidən əri olur. Kişilərin əksəriyyəti psixoloji zorakılığa aid edilən davranışlarına haqq qazandırır və bunları qadını “evə bağlamaq” vasitəsi kimi baxır, ona işləməyi qa- dağan edirlər. Adətən, belə kişilər anlamırlar ki, əslində onların belə qadağanları da zorakılığın bir forması, qadma qarşı qeyri-normal münasibətin təzahürüdür. Vaxtaşırı təkrarlanan zorakılıqlar nəticə- sində qadm psixoloji işgəncə və sarsmtılarla üz-üzə qalır, stress və depressiyaya düşür, bəzən isə onun daha ciddi nəticələri suisid (özünəqəsd) cəhdlərinə sürükləyir.

Fiziki və psixoloji zorakılıqlar qadma əsəbi travma yetirir, onu həyat yolu seçmək hüququndan məhrum edir. Bunlardan fərqli olaraq, bəzi qadınlar ailədə ərləri tərəfindən seksual zorakılıq adlanan daha ağır zorakılığa da məruz qalırlar. Seksual zorakılıq digər zorakılıq formalanndan daha qəddardır. Belə ki, seks, adətən, könüllü intim əlaqəyə əsaslanır və həzzalma, nəşə mənbəyi hesab olunur. Kişinin qadınm istəyi və İradəsinə zidd olaraq həyata keçirmək istədiyi bütün seksual təcavüz formaları, o cümlədən cinsi təhriketmə, aborta məcburetmə, zorla ərəvermə s. seksual zorakılığa aid edilir. Seksual zorakılıq dalıa dəhşətli psixoloji travmaya səbəb olur. Bu zaman bir çox qadmlarda nəinki qorxu və seksual münasibətə davamlı nifrət baş qaldınr, hətta bu bütün sonrakı həyatı boyu onu tərk etmir. Seksual zorakıhq bəzi qadınlarda ləyaqətin alçaldılması hissınin kəskinləşmə- sinə, aşağı özünüqiymətləndirməyə səbəb olur. Bunun nəticəsində zo- rakılığın bu forması bəzi qadınları fahişəliyə, pozğun həyata sürüklən- məsinə də səbəb ola bilir. Cəmiyyətdə qadınlara qarşı seksual zo- rakılığm davam etməsində kütləvi informasiya vasitələrində nümayiş etdirilən zorakı səhnələrin təsiri heç də az deyildir.

İqtisadi və ya maliyyə zorakılığı insanın öz təlabatlarını təmin etmək, gəlir, təhsil və məşğuliyyət mənbəyindən məhrum edilməsidir. Müasir qadınlann vəziyyəti onlara qarşı ənənəvi təzyiqin aradan qal- dınlması və savadlılığm artırılması ilə dəyişdirilmişdir. Lakin bəzi ailələrdə hələ də qadınlara qarşı maliyyə zorakılığı mövcuddur.

Qadmların təhsil səviyyəsi artdıqca, ailədə cütlüklər arasında fıkir mübadiləsi də yüksəlir. Onların təhsil sahəsində qələbəsi kişi- lərin ailədə ənənəvi hakimiyyətinə və qərar qəbul edilməsinə təsir göstərir. Bu səbəbdən qadınların ev işlərində məsuliyyəti azalır. Ki- şi ilə qadın arasında əməyin bölünməsİ ailədə hakimiyyətin paylaş- masına təsir göstərə bilər. Maliyyə asılılığı olmayan qadın ailədə özünü müstəqil aparır ki, bu da ailədaxili münasibətlərə təsir göstə- rir. Gəliri olan qadmlar ailə məsələlərində qərarların qəbul edilmə- sində daha çox səlahiyyətə malikdirlər.

Kişilərin ailədə hökmdarlıq etməsi üçün bir çox səbəblər var- dır. Radikal feministlər belə hesab edir ki, qadınların kişilərdən asılı olmasımn əsas səbəbi onlarm işsiz olmalarıdır. Müasir dövrdə qadınların ailədə mövqelərinin dəyİşməsİ üçün onlar mütləq İşləmə- li və maddi gəlirə sahib olmalıdırlar. İqtisadi gücə malik olan qadın- lar kişilərlə yanaşı təhsil almağa və öz sahələrində mütəxəssis olma- ğa qadirdirlər.

Bütün cəmiyyətlərdə qadmlar və qızlar bu və ya digər dərə- cədə fiziki, cinsi, iqtisadi və psixoloji zorakıhğa məruz qahrlar. Özü də bu hal çox vaxt gəlirlərdən, ölkənin iqtisadi potensiallarından,

cəmiyyətdə mədəni səviyənin inkişafından asılı olmadan baş verir. Səbəb isə qadınların aşağı sosial və iqtisadi statusa malik olmasıdır.


  1. Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin