Feminist kişilər sosial baxımdan cəmiyyətə daha yaxşı uy- ğunlaşırlar. Öz yumşaq rəftarları, konformluqları, evdarlıqları ilə se- çilən feminist kişilər özlərini mətbəx işlərində, geyim modelçiliyi və dərzilikdə daha yaxşı təsdiq edə bilirlər. Onlar nikaha daxil ol- duqdan sonra öz xanlımlarım ev işlərindən azad edir və bu sahədəki ağırlığı öz çiyinlərinə götürürlər. Seksual münasibətlərdə onların passivliyi və zəifliyi ailədə ər-arvad münaqişələrinə, hətta münasi- bətlərin dağılmasına gətirib çıxara bilər.
Rol-cins davranışı tranformasiya olunmuş kişi və qadınlar əksər hallarda əks cinsdən olan seksual tərəfdaşları ilə normal mü- nasibətlər qurmaqda çətinlik çəkirlər. Bundan başqa, rol-cins dav- ranışı pozğunluğu bəzi hallarda homoseksual orientasiya ilə çul- ğaşmış olur.
Korreksiyaedici müalicələr və psixoterapiya metodları vasi- təsilə qadınlarda rol-cins davramşındakı qüsurların aradan qaldırıl- ması məqsədilə geyim üslubu, saç düzümü, kosmetika kimi vasi- tələrdən istifadə olunur və onların kişilərin diqqətini cəlbetmə və ailəqurma effekti yaradılır.