Qayıdan və ya yenidən bərpa edilən nikahlar təkrar nikahm spesifık tiplərindən biridir. Boşanmış cütlüklərin bir müddət sonra əwəlki ailələrini bərpa etməsi qayıdan nikahlar adlanır.
Sosioloji sorğularm nəticələrinə görə boşanan cütlüklərin 28%-i sonralar nikahı pozmaqla yanlış addım atdıqlanm anlayır və bundan peşimançılıq çəkirlər. Kişilərin 80%-i boşanmadan sonra əvvəlki nikahlarmı bərpa etmək istəyində olur, keçmiş xanımı ilə yenidən evlənmək arzusu ilə yaşayırlar. Qadınlar isə əksinə, “qa- yıdan nikahlar’a o qədər də Önəm vermirlər. Ona görə də “qayıdan ııikahlar”ı daha çox buraxılmış səhvlərin etirafı və onların düzəl- dilməsi cəhdi kimi qəbul etmək olar. Lakin bununla belə, “qayıdan nikah”ların motivləri kifayət qədər geniş və çoxcəhətli ola bilər. Bu nikahlarda əsas və aparıcı motivlər ilk nikah dövründə öz möv- qeyinin doğru olmadığınm dərk edilməsi, uşağm atasız (anasız) bö- yüdülməsinin gözlənilən çətinlikləri, əwəlki maddi və mənzil-məi- şət rahatlığının bərpa edilməsi, tənhalıq qorxusu və keçmiş tərəfdaşa güclü emosional bağlılıq güclü hisslərdir. “Qayıdan nikahlar”ın ilk və təkrar nikahlardan başlıca fərqi ondan ibarətdir ki, bu nikahlar bir-birinin həyata baxışlarım, vərdişlərini, zövq və əyləncələrini, tə- labatlarım, ləyaqət və nöqsanlarım yaxşı bilən, bir-birilərini lazı- mınca tanıyan cütlüklər arasında bağlanır.
“Qayıdan nikahlar”ın eyni cütlüklər arasında dəfələrlə bağ- lanmasınm səbəbi isə həmin insanların psixikasınm xüsusiyyətləri ilə bağlıdır. Davramş və rəftarları ilə, adətən, onlar ətrafdakı adam- larda özləri haqqında istehzalı təəssüratlar oyadır, davamsız və zəif iradələri, hİss və emosiyalarmı idarə edə, ev təsərrüfatı və məişətdə səliqə-səhman yarada bilməmələri ilə fərqlənirlər. Təkrar nikahın bu tipinin əsas xüsusiyyəti ondadır ki, cütlüklər uşaqların maraqlannı nəzərə almaqla doğma ata və ananın olduğu normal ailə həyatma qayıtmağa üstünlük verirlər. Bir sıra hallarda isə qayıdan nikahlar əsasında bərpa olunan ailə uşaqların tərbiyəsi və inkişafına neqativ təsir göstərir. Məsələn, psixoloji baxımdan əlverişli mühiti olan ai- ləyə alkoqol düşkünü olan atamn və ya mənəviyyatsız lıəyat tərzi keçirən aııanın yenidən qayıdışı böyüməkdə olan uşaqların tərbiyəsinə daha ciddi ziyan vurmuş olur.
Valideynlərin təkrar nikahına uşaqların münasibəti də psi- xoloji anlamda problemli məsələlərdən biridir. Uşaqların təkrar ni- kahlar nəticəsində ata və ya ana ilə yenidən münasibətlərinin qurul- ması bir sıra çətinlikləriə müşayət olunur ki, bu da uşaqlarm onları tərk etmiş və ya həyatdan vaxtsız getmiş valideynlərinə olan sevgi və emosional bağlılıqla, ögeyin doğma ilə münasibətlərindən ya- ranan qısqanclıqla bağlıdır.
Psixoloqların qənaətinə görə, təkrar nikahlar zamanı uşaqların yeni ailəyə ən yüksək adaptasiyası, 1-3 yaşlarında, ən aşağı adaptasi- yası isə kiçik yeniyetməlik yaşlarında (11-13 yaşlar)özünü göstərir. Kiçik yaşlı uşaqlar ailənin yeni üzvünə daha asanlıqla uyğunlaşırlar. Kiçik yeniyetmələr isə əksinə, ögey ata və ya ananın tərbiyəedici valideynlik funksiyasına qarşı hədsiz dərəcədə həssasdırlar, onların tələb və göstərişlərinə qarşı kəskin reaksiya və müqavimət göstərir, bu tələblərə müstəqilliklərinin məhdudlaşdırılması amili kimi baxır- lar. Böyük yeniyetmələr isə yeni nikaha bir qədər dözümlü yanaşır, yeni valideynlə aralarında yaranan məsafədən sərbəstliklərinin tə- min edilməsi vasitəsi kimi istifadə edirlər. Onlar yaxın dostlarla, əks cinsdən olanlarla romantik münasibətlərin və şəxsi intim ünsiyyət təlabatlarımn ödənilməsi üçün yeni imkan qazandıqlarını düşünür və antonom yaşamağa üstünlük verirlər.
Təkrar nikahlara uşaqların adaptasiyasında cins amilinin də rolu vardır. Müəyyən edilmişdir ki, qızlar oğlanlara nisbətən təkrar nikahlara daha pis uyğunlaşırlar. Ailəyə yeni daxil olan ögey ata və ya anaya qarşı müqavimət, hətta antoqonist münasibətlərin meydana gəlməsi hallarına heç də az təsadüf olunmur. Doğma ananı atalığa qısqanan uşaq adətən anaya da nilfət bəsləyir, nümayişkəranə for- mada onların tələblərinə qarşı dayanır, təcrid olunmuş vəziyyətdə yaşamağa başlayır. Bəzi hallarda isə bu vəziyyət uşağın evdən get- məsinə də gətirib çıxarır.. Uşaqların ögey ata və ya anaya münasibə- tinin formalaşmasında ailənin genezisinin təsiri heç də az deyildir. Bu cəhətdən “ana ailəsi”adlandırılan ailə tipi təkrar nikah üçün da- ha əlverişli variant hesab oluna bilər. Əgər boşanma ağır nəticəli çətinliklər yaratmışsa, bu halda ögey tərəfın yeni ailədə qəbul edil- məsi və onun öz yerini tutması asan olur. Təkrar nikah valideyn- lərdən birinin ölümündən çox keçmədən bağlanmışsa, ailədaxili “övlad-valideyn” tipli münasibətlərin normal səviyyədə qurulacağı- na inam bəsləmək illüziyadan başqa bir şey ola bilməz. Burada hə- yatdan vaxtsız getmiş ata və ya anaya qarşı sevginin və yaşanan itki acısınm təsirini nəzərə almaq lazımdır.
Yeni nikaha daxil olan valideynlərlə uşaqların münasibəti ögey şəxsin ailədə qəbul edilməsi səviyyəsindən asılıdır. Hər ikisi- nin əwəlki nikahdan uşaqları olan qarışıq ailələrdə ögey-doğmalıq əsaslı seçim münasibətlərin kəskinləşməsinə səbəb olan əsas amil- dir. Belə hallarda uşaqların ögey valideynə qarşı “sən mənim atam (anam) deyilsən!”tipli üsyankar müqavimətinə və aqressiv reak- siyalarına heç də az təsadüf olunmur.
Bir çox insanlar üçün ailə yaratmaq başlıca həyati məq- sədlərdən biridir. Bu məqsədə nail olmaq üçün insanlar tərəfdaş se- çir, birgə, uzunmüddətli və xoşbəxt həyat yaşayacalarına ümid bəs- ləyirlər. Ancaq heç də həmişə belə olmur. Kimisi ailə qurduqdan sonra tənhalıqdan qorxaraq, uşaqların gələcəyini düşünərək, ai- Iədaxili münaqişələrlə barışaraq ailəni qoruyub saxlamağa üstünlük verir. Bəziləri isə belə yaşamağın perspektivsizliyini dərk edərək, təkrar nikahın daha uğurlu olacağına əminliklə boşanmaya üstünlük verir. Statistika təsdiq edir ki, əwəlki nikahdan ayrılan cütlüklərin yarıdan çoxu tezliklə təkrar nikaha daxil olmaqla yeni ailə yaratmaq təşəbbüsündə olurlar. Bu nə ilə bağlıdır? Psixoloqların fıkrincə, in- sanların hətta o neqativ olsa belə, şüuraltı olaraq itirilmiş ünsiyyət balansmı bərpa etmək təlabatı onları təkrar nikahlara təhrik edir.
Psixoloji və sosioloji tədqiqatlar sübut edir ki, təkrar nikahlar ilk nikahlarla müqayisədə daha stabildir. Keçmiş uğursuz təcrübə insanları yeni nikah tərəfdaşı ilə münasibətdə daha səbrli olmağı, onu daha sakit qavramağı öyrədir. Burada cəmiyyətdə formalaşmış stereotiplərin də rolu böyükdür. “Arvad saxlayan yetim deyil”, “Arvadı (əri) əlcək kimi dəyişir”kimi tənələrdən uzaq olmaq və boşanmanm gətirə biləcəyi prosedur çətinlikləri yenidən yaşama- maq üçün insanlar əksər hallarda birinci təkrar nikahla kifayətlənməyə çalışırlar.
Bu cəhətdən kişilər qadınlara nisbətən daha çox düşünülməmiş addım atmağa meyllidirlər. Onlar boşanmadan 1-2 ay sonra yeninin əvvəlkindən nə dərəcədə daha yaxşı olduğunu düşünmədən evə yeni qadın gətirə bilərlər. Zəif cinsin nümayəndələri isə təkrar nikahlara daha ehtiyatlı və düşüncəli yanaşırlar. Lakin təkrar nikah üçün tərəfdaş seçimində həm kişiləri, həm də qadınları bir ortaq cəhət birləşdirir: onlar, adətən, təkrar nikahlar zamanı əwəlki nikah tərəfdaşına bənzər tərəfdaş seçməyə üstünlük verirlər. Təkrar nikahların psixologiyasında belə bir cəhət özünü göstərir: insan qeyri-ixiyan olaraq əwəl və indi onun yanında kimin olduğunu şüuraltı müqayisə edir. İki insan arasındakı oxşar və fərqli cəhətlər təkrar nikaha daxil olan şəxsə yeni nikah ittifaqmda münasibətlər tipini müəyyən etməyə və gərəksiz qalmaqallardan uzaq olmağa kömək edir.
İstənilən insanm psixoloji xüsusiyyətləri instinktiv olaraq onu konkret xarakter əlamətlərinə yiyələnməyə yönəldir. Məsələn, zəif, özünəinamsız qadm reflektor olaraq güclü xarakterli olan kişinin tə- siri altma asanhqla düşür. Güclü kişi xarakteri çox yaxşı olsa da, onun şəxsiyyətinin əks tərəfındə diktator davramş xüsusiyyətləri, ar- vadına “yumruqla ağıl-kamal öyrətmək” motivləri olur.